Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2519/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı x cavabdeh X1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:torpaq sahəsindən çıxarılma 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(104)444/2023 saylı qətnaməsindən cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 birgə verdikləri kassasiya şikayəti üzrə işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 07 mart 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Əlizadə X3 şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, 19 saylı ünvanda yerləşən 0.06 ha yaşayış məntəqəsinə aid torpaq sahəsini satın alıb. 27 aprel 2018-ci il tarixdə Reyestr Xidmətinin 3 saylı ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair İddiaçı X adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilib verilib. 30 aprel 2018-ci il tarixli Çıxarışa əsasən Kəpəz rayonu, Abbas Səhhət küçəsi, 19 saylı ünvanda yerləşən 0.06 ha yaşayış məntəqəsinə aid torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı x adına qeydə alınıb. Kəlbəcər rayon İHB-nın X kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 20 aprel 2022-ci il və 25 yanvar 20 23-cü il tarixli arayışlarına görə X2 və ailə üzvləri Ermənistan Respublikasının silahlı birləşmələrinin işğalı nəticəsində 1993-cü ilin aprel ayından Kəlbəcər rayonu, X kəndindən məcburi köçkün düşüblər və həmin tarixdən müvəqqəti olaraq ünvan 2 ünvanda yerləşən “metal anbarı” binasında məskunlaşıb orada yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh6 (bundan sonra cavabdehlər) qarşı “mülkiyyət hüququnun müdafiəsi, qanunsuz istifadədən mülkiyyətində olan torpaq sahəsinin azad edilməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları” barədə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülk iyyətində olan ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən azad edərək, onların azyaşlı övladları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsini rəsmi qaydada alqı-satqı edərək, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq, 30 aprel 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alıb. Hüquqverici sənədlərə əsasən torpaq sahəsi 0.06 hektardan ibarətdir. Həmçinin, qeyd olunan torpaq sahəsində köhnə vaxtlardan uçuq və heç bir şeyə yaramayan üstü açıq təxminən 15-20 kv.metr sahəsi olan bir tikili qalıb. Torpaq sahəsini rəsmiləşdirdikdən sonra sahəni daş hasarla hasarladıb, həmin yararsız tikilinin üstünə şifer vurdurub və gələcəkdə ev tikilən zaman əl damı kimi istifadə edilməsini planlaşdırıb. Torpaq sahəsini hasarlatmasına baxmayaraq, giriş-çıxış qapısını qoymayıb. Bundan sonra, maddi durumu qənaətbəxş olmadığı üçün, evin tikintisini bir müddət sonra davam etdirməyi planlaşdırıb. Bu minvalla həmin torpaq sahəsinə təxminən 1,5 il yaxın getməyib. Arxayın olub ki, torpaq sahəsi rəsmi qaydada mülkiyyətindədir və tam şəkildə hasarladığı üçün heç kim ora müdaxilə edə bilməz. Bir müddət keçəndən sonra mülkiyyətində olan torpaq sahəsinə gedən zaman müəyyən etmişdir ki, cavabdehlər onun əl damı kimi istifadə etməyi, planlaşdırdığı yararsız tikilini özlərinə ev kimi istifadə edir və onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz daxil olaraq oranı faktiki zəbt ediblər. Dəfələ rlə cavabdehlərlə söhbət edib onlara hüquq müəyyənedici sənədlərini təqdim etsə də, heç bir müsbət nəticə əldə edə bilməyib və mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadə edilməsinin qarşısını danışıqlar yolu ilə ala bilməyib. Bu səbəbdən də hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Qeyd olunanlardan tam aydın olur ki, cavabdehlər tərəfindən atılan qanunsuz hərəkətlər nəticəsində onun mülkiyyət hüququ pozulub. Cavabdehlər isə iddiaya etiraz edərək göstərmişlər ki, onlar 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün düşmüşlər. Kəlbəcər rayonu işğal olunduğu vaxtdan halhazıradək ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, 19 saylı ünvanda yerləşən torpaq sahəsində məskunlaşıb yaşayırlar. Həmin torpaq sahəsinin ümum i sahəsi 0.06 hektardır. Onlar həmin ünvanda məskunlaşdıqları halda torpaq sahəsi iddiaçıya satılıb və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ sonradan əmələ gəlib. Lakin, iddiaçı sonradan hansısa yolla onların məskunlaşdığı Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, 19 saylı ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə edib. Onlar mübahisəli torpaq sahəsində ev tikməklə onu təmir edib orada yaşayırlar. Orada olan tikiliyə təxminən 2.000 manatdan çox xərc çəkiblər və 30 ilə yaxındır ki, həmin ünvanda yaşayırlar və istifadələrində digər yaşayış sahəsi yoxdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(043)-579/2022 saylı qətnaməsi ilə (hakim Z.Ş.İmanov) iddia təmin edilərək, 30 aprel 2018-ci il tarixli Çıxarışa əsasən iddiaçıya məxsus olan və Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, 19 saylı ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi və torpaq sahəsinin iddiaçıya geri qaytarılması qət edilib. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı mübahisəli torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən əldə edib və həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Lakin, sonradan cavabdehlər həmin torpaq sahəsində məskunlaşaraq yaşamağa başlamışlar. İddiaçı cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılmalarını tələb etsə də, sonuncular bundan imtina edib və buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının m ülkiyyətində olmaqla həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi işin mübahisəsiz halıdır. Hazırki işin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və həmin maddədə göstərilən şərtlər məcmu halında mövcuddur. Buna baxmayaraq iddiaçıya məxsus torpaq sahəsinin qeyd olunan hissəsi faktiki olaraq cavabdehlərin sahibliyində, istifadəsindədir və onlar torpaq sahəsini metal tor vasitəsilə hasara alıblar. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları dövlət qeydiyyatına alınmayıb. Bu səbəbdən də cavabdehlərin sahibliyi qanunsuzdur və iddia təmin edilməlidir. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.2, 157.8-ci maddələrinə, Torpaq Məcəlləsinin 84, 111-ci maddəl ərinə, habelə Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırıblar ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, hazırda mübahisəli torpaq sahəsində üç ailə yaşayır. Hər bir ailənin ayrıca sayğacı vardır. Həmin yaşayış evləri köhnə anbar binası olub. Onlar Kəlbəcər rayonundan məcburi köçkün düşüblər və 30 ildir ki, həmin binadan yaşayış sahəsi kimi istifadə edirlər. Mübahisəli ərazi “metal anbarı”nın ərazisi olma qla dövlət mülkiyyətində olub. Qeyd olunan əmlakın hansı əsasla özəlləşdirilməsi barədə mülki iş materiallarında hər hansı bir məlumat yoxdur. Məhkəmə mübahisəli torpaq sahəsində yerləşən tikilinin hüquqi statusu ilə bağlı hər hansı araşdırma aparmayıb. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(104)444/2023 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, R.Ş.Muradov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(043)-579/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, işin mübahisəsiz faktiki halları kimi mü əyyən edilmişdir ki, mübahisəli 0,06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və bu barədə sonuncunun adına 30 aprel 2018-ci il tarixli Çıxarış verilib. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən qanuni əsas olmadan tutulub istifadə olunur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının zəbtdən azad edilməsi barədə iddia qaldırdığı torpaq sahəsi qanuni əsaslarla onun xüsusi mülkiyyətindədir və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarını istisna edən hallar yoxdur. Belə olan halda hazırki iddianı cavabdehlərə münasibətdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Cavabdehlər tərəfindən mülkiyyətçi olan iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, onların apellyasiya ş ikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsinə və irəli sürülən iddianın rədd edilməsinə əsas vermir. Bundan başqa, cavabdehlərin məcburi köçkün olmaları onların iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalarına mane olmur. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.2, 139.3, 140, 152.1, 152.5-ci maddələrinə, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 4.1, 8.1, 8.2, 8.3, 9.1, 77.1, 88, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Cavabdehlər kassasiya şikayətini onunla əsaslandırıblar ki, Kəlbəcər rayonu işğal edildiyi vaxtdan, yəni 1993-cü ildən bu günədək mübahisəli ərazidə yaşayırlar. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi və vəkili bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin işlər iizrə Dövlət Komitəsi tərəfindən onlara mənzil təklif edilib, lakin onlar həmin mənzildən imtina ediblər. Bununla bağlı olaraq məhkəmə kollegiyası tərəfindən aidiyyəti dövlət orqanına sorğu verilib və sorğuya cavab olaraq bildirilib ki, onlara bu günədək mənzil təklif edilməyib və ya hər hansı mənzil verilməyib. Qeyd olunan məlumatdan sonra iddiaçının və kili və nümayəndəsi bildirib ki, mübahisəli torpaq sahəsi alınarkən orada heç kim yaşamayib və orada heç bir tikili yoxdur. Məhkəmə kollegiyası bu faktın doğruluğunu müəyyən etmək üçün yerli baxış keçirib və yerli baxışın telefon vasitəsilə qeydiyyatı aparılıb. Lakin, məhkəmə kollegiyası həmin halları nəzərə almayıb. Məskunlaşdıqları ərazidən çıxarılmaları onların hüquqlarının kobud şəkildə pozulmasıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası M addə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüqu qların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutu lması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamə tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 07 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən əmələ gəlib. Cavabdehlər isə 1993-cü ilin aprel ayından Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı nəticəsində Kəlbəcər rayonu, X kəndindən məcburi köçkün düşüb və ünvan 6 ünvanda yerləşən “metal anbarı”nın binasında məskunlaşmaqla yaşayırlar və istifadələrində digər yaşayış sahəsi yoxdur. Hazırda iddiaçı, mübahisəli torpaq sahəsini satın alarkən orada uçuq, heç bir şeyə yaramayan üstü açıq təxminən sahəsi 15-20 kv.metr olan köhnə tikilinin olduğunu, torpaq sahəsini daş hasara aldığını, orada olan yararsız tikilinin dam örtüyünü bağlayaraq gələcəkdə əl damı kimi istifadə etməyi planlaşdırdığını, lakin torpaq sahəsinə giriş-çıxış qapısı qoymadığını, sonradan cavabdehlərin torpaq sahəsini zəbt edərək orada olan yararsız tilidən ev kimi istifadə etdiklərini, mübahisənin məhkəmədən kənar qaydada həllinə çalışsa da buna nail olmadığını göstərib, torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən azad edilərək, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarını iddia edir. Cavabdehlər isə 1993-cü ilin aprel ayından Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı nəticəsində Kəlbəcər rayonu, X kəndindən məcburi köçkün düşdüklərini, həmin vaxtdan mübahisəli torpaq sahəsində yerləşən “metal anbarı” binasında məskunlaşdıqlarını, həmin torpaq sahəsində özlərinə ev tikərək onu təmir etdiklərini, ümumilikdə oradakı tikiliyə 2.000 manatdan çox xərc çəkdiklərini, son 30 ilə yaxındır ki, fasiləsiz və etirazsız olara q həmin tikilidə yaşadıqlarını göstərib, iddiaya etiraz edirlər. Apellyasiya və kaasasiya şikayətlərinin dəlillərindən, habelə apelyasiya instansiyası məhkəməsinin 24 yanvar 2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, həqiqətən iddiaçının mülkiyyətndə olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evi (binası) vardır və həmin evdə cavabdehlər ailə üzvləri ilə birlikdə yaşayırlar. Göründüyü kimi, iddiaçının mübahisəli 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 07 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 30 aprel 2018-ci il tarixdən əmələ gəlib, cavabdehlər isə həmin torpaq sahəsində olan tikilidə 1993-cü ildən məskunlaşıblar və demələrinə görə torpaq sahəsində özlərinə fərdi yaşayış evi inşa ediblər. Belə olan halda, tərəflərin bildirdikləri faktiki hallarla idd ianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Hazırki işdə, iddiaçı cavabdehlərin torpaq sahəsində əvvəldən mövcud olmuş tikilidə məskunlaşdıqlarını, cavabdehlər isə həmin torpaq sahəsində öz şəxsi vəsaitləri hesabına fərdi yaşayış evi inşa edərək son 30 il müddət ərzində orada məskunlaşdıqlarını bildirirlər. İşdə, nə iddiaçının iddia etdiyi, nə də cavabdehlərin qeyd etdikləri tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını özündə ehtiva edən heç bir sənəd yoxdur. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə mübahisəli 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçərkən orada hər hansı tikilinin olub-olmadığını, orada neçə tikilinin olduğunu, cavabdehlər tərəfindən tikilinin nə vaxt aparıldığını, əvvəlki mülkiyyətçinin buna razılıq verib-vermədiyini, cavabdehlərin orada olan tikiliyə münasibətdə vicdanlı sahib olub-olmadıqlarını, başqa sözlə tikiliyə zərər yetirmədən onların tikilidən ayrıla bilən öz yaxşılaşdırmalarını özlərində saxlaya bilmələri üçün hüquqi əsasın olub-olmadığını, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə keçərkən onun orada məcburi köçkünlərin məskunlaşdığını, torpaq sahəsində müvafiq tikinti işdəri apardıqlarını bilib-bilmədiyini araşdırmadan, xüsusi bilik tələb edən bu sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza təyin edib əsaslındırılmış rəy almadan və cava bdehlərin tikilini yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olduğunu nəzərə almadan, yalnız iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olduğunu, orada olan tikililərin isə dövlət reyestrində qeydə alınmamaqla özbaşına tikililər sayıldığını əsas tutub, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Mülki Məcəllənin 560.1, 560.2-ci maddələrinin mənasına görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun i radəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Belə ki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat işlərinin aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri- mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilinin (fərdi yaşayış evinin) torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması, tikilinin aparılmasına mane olmaması və sair). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də gözardı edilməməlidir. Belə ki, mü lkiyyətçinin icazəsi ilə inşa edilmiş tikililərin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikililər sökülmədən şəxs oradan çıxarılacağı halda isə, torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri). Beləliklə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülk iyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur (Mülki Məcəllənin 157.7-ci maddəsi). O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. Göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödəni lmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Yəni hazrki halda mübahisəli torpaq sahəsində olan tikililərin cavabdehlərin şəxsi vəsaiti hesabına inşa edildiyi və bunun əvvəlki və ya hazırki mülkiyyətçinin razılığı (iradə ifadəsi) ilə aparıldığı müəyyən edildiyi halda, Mülki Məcəllənin 157.7-ci maddəsinin dispozitiv şərtlərinə əməl etmədən vicdanlı sahib kimi cavabdehlər mübahisəli torpaq sahəsində olan tikililərdən çıxarıla bilməzlər. Kassasiya instansiyası məhkəməsi həmçinin onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyə tçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb, yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, hazırkı işin düzgün həlli üçün cavabdehlər tərəfindən iddia etdikləri mübahisəli tikililər inşa edilərkən əvvəlki mülkiyyətçinin və ya iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman sözügedən tikililərin aparıldığı il, cavabdehlərin həm əvvəlki mülkiyyətçi, həm də iddiaçı ilə o, vaxtki münasibətləri, onlar arasında hər hansı sövdələ şmənin olub-olmaması, həm əvvəlki mülkiyyətçinin, həm də iddiaçının tikiliyə etiraz edib-etməmələri, əgər etməmişlərsə səbəbi, etmişlərsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehlərin orada yaşadıqları müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir. Ona görə də cavabdehlərin kassasiya şikayəti qismən təmin olumalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdehlər X2, Cava bdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(104)-444/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.