Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2519/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh Allahbaxış oğluna qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: işin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarşıq tərkibdə, iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı “zəbt olunmuş 0,26 ha torpaq sahəsindən məcburi çıxarılma, öz başına inşa edilmiş dükanın və qeyriyardımçı tikililərin öz hesabına sökülməsi” tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-7/2024 saylı 20 may 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə 27 iyun 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan 0,26 ha torpaq sahəsindən məcburi çıxarılmaqla, həmin torpaq sahəsində inşa olunmuş dükanın və qeyri-yardımçı tikililərin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2. 20 may 2024-cü il tarixli məhkəmə baxışı iclasında Cavabdeh ərizə təqdim edərə k işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Neftçala Rayon Məhkəməsinin eyni tarixli qərardadı ilə həmin ərizə rədd olunmuşdur.
3. Cavabdeh həmin qərardadla bağlı nümayəndəsi, vəkil Nümayəndə vasitəsilə şikayət vermişdir.
4. Neftçala Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş şikayətlə birlikdə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazanın altında yerləşən torpaq sahəsinə istifadə, sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gəldiyi üçün kommersiya məhkəməsinə aid edilir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
6. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillər ini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Neftçala Rayon Məhkəməsinin 2(053)-7/2024 saylı iş üzrə 20 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır.
7. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
8. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) d air işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibi nin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
10. Baxılan işdən görünür ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə fərdi sahibkar olduğuna, habe lə cavabdehin mübahisəli dükandan sahibkarlıq məqsədilə istifadə etdiyinə baxmayaraq, iddianın predmeti iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil.
11. Birinci instansiya məhkəməsinin cavabdehin vəsatəti ilə bağlı mövqeyindən aydın olur ki, mübahisəli torpaq sahəsinin (o cümlədən mübahisəli dükanın və digər tikililərin yerləşdiyi torpaq sahəsinin) bələdiyyənin ümumi istifadədə olan torpaq sahələrinə aid olması halını da nəzərə alır. Bu növ torpaq sahələrindən isə bələdiyyənin kommersiya (sahibkarlıq) məqsədilə istifadə etməsi imkanı qüvvədə olan qanunvericiliyə görə məhduddur (məsələn, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələbinə görə “Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yolla rının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sutunarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz”). Hər bir halda Xol Qarabucaq bələdiyyəsi tərəfindən qaldırılmış hazırki iddianın onun kommersiya (sahibkarlıq) fəaliyyəti və ya kommersiya (sahibkarlıq) maraqları ilə bağlı olduğu işin faktiki halları ilə müəyyən edilmir.
12. Qarışıq məhkəmə tərkibi hesab edir ki, mübahisə predmetinin yalnız cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün əsas deyil.
13. Digər işin hallarına qiymət vermədən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin 026 ha torpaq sahəsindən çıxarılmasını tələb edir. İş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən aydın olur ki, cavabdehin zəbt olunmuş 49 kv.m torpaq sahəsində tikdiyi mağaza iddia tələbində cavabdehin çıxarılmasının tələb edildiyi 0,26 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Bu müvafiq rəylərə əlavə edilmiş yerquruluşu layihələri ilə müəyyən olunur. İddia tələbində cavabdehin çıxarılması tələb olunan torpaq sahəsi və cava bdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını iddia etdiyi torpaq sahələri yerquruluşu layihəsində ayrı-ayrı müəyyən edilən torpaq sahələridir. Bu baxımdan da hazırki mübahisənin kommersiya mübahisəsi olmasını istisna edir.
14. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7).
15. Qarışıq məhkəmə tərkibi qeyd edi lənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.3-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-7/2024 saylı, 20 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir