Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-252/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X4 iştirakı ilə, İddiaçıtərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2031/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Masallı rayon məhkəməsinin (hakim Firdovsi Əliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh nisyə sa tılmış “DAF 95XF380” yük markalı **BR-*** dövlət qeydiyyat nişanlı yük maşının dəyərindən borclu olduğu 23500 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikasının manatına məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumuna görə 30 manatın əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov, Zeynal Zeynalov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Masallı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsinə dair hissədə ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İ şin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, sonuncuya satmış olduğu “DAF 95XF380” yük markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük maşının dəyərindən ödənilməmiş qalan 23500 ABŞ dollarının və dövlət rüsumuna görə ödənilmiş 30 manatın əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Masallı rayonu, Qızılavar kənd sakini Cavabdeh uzun müddətir ki, tanıyır və işlə bağlı münasibətləri olmuşdur. Belə ki, 2013cü ilin yay aylarında Cavabdeh dəyərini hissə-hissə ödəməklə 39.000 ABŞ dolları dəyərində “DAF 95XF380” yük markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük maşını satmışdır. Lakin cavabdeh həmin nəqliyyat vasitəsinin dəyərindən ona 10000 ABŞ dolları ödəmiş, sonra həmin yük maşınını başqa şəxsə satmış və pulu onun ödəyəcəyini bildirmişdir. Həmin şəxsdə 5500 ABŞ dolları ona pul vermiş, qalan 23500 ABŞ dollarını ona ödəməmişdir. Bununla bağlı Cavabdeh dəfələrlə müraciət etmiş, lakin nəticəsi olmamış, yük maşınının qalan pulunu verməmişdir. Buna görə də ərizə ilə Masallı RPŞ-nin X13 müraciət etmiş və hər ikisi bölməyə dəvət olunaraq izahatları alınmışdır. İzahatları alınan zaman Cavabdeh ona 23500 ABŞ dolları borcu olmasını etiraf etmiş və yazılı izahat vermişdir. Lakin mübahisənin mülki xarakter olması səbəbindən ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı, vurulmuş ziyana görə 47675 ABŞ dolları pulun və dövlət rüsumu kimi 30 manatın əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çı xarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yük maşınını 2013-cü ildə İddiaçı almış, həmin vaxt İddiaçı ona avtomaşının saz vəziyyətdə olmasını, maşının motorunun 10000 ABŞ dollarına yenicə yığılmasını, təzə təkərlər qoyulduğunu, akkumulyatorunun və karobkasının təzə olduğunu, maşının heç bir probleminin olmadığını bildirmişdir. İddiaçı həmin avtomaşını alandan sonra adına keçirmişdir. Bundan sonra maşınla bağlı problemlər olmuşdur. Belə ki, maşının üst hissəsini 3 dəfə Bakı şəhərində təmirə qoymuş və 2300 manat (2930 ABŞ dolları), furqon hissəsini isə Astara şəhərində təmirə qoymuş, bir ilə yaxın orda qalmış və 7000 ABŞ dolları pul xərcləmişdir. Daha sonra İddiaçı xəbər vermişdir ki, onlar danışanda maşının problemsiz olduğunu bildirmişdir. İddiaçı da nışdıqları 39.000 ABŞ dolları puldan 4000 ABŞ dolları pulu çıxmış, aralarında 35.000 ABŞ dolları qalmışdır. Furqonun soyuducu hissəsinin təmirə ehtiyacı olduğu üçün 850 ABŞ dolları, iki akkumulyator üçün 760 (380+380) və ya 970 ABŞ dolları, hər birinin qiyməti 350 manat olmaqla 18 ədəd təkər üçün 6300 manat və ya 8025 ABŞ dolları pul xərcləmişdir. Daha sonra 2014-cü ildə Rusiya Federasiyasının Çelyabinsk şəhərində motor töküldüyü üçün 6500 ABŞ dolları və ehtiyyat hissələri üçün 1500 ABŞ dolları usta pulu vermişdir. 2015-ci ilin aprel ayında korobka dağılmış və 1600 ABŞ dolları pul xərcləmişdir. Eyni zamanda 10.000 ABŞ dolları, 5 dəfə 1000 ABŞ dolları, 500 ABŞ dolları və sonuncu dəfə 5500 ABŞ dolları İddiaçı pul vermişdir. Həmçinin, 2018-ci ildə Masallı rayonunda təzə polis bölməsinin yanın da 4 ay furqonu təmir etdirmiş və 7500 manat və ya 4400 ABŞ dolları pul xərcləmişdir. O, İddiaçı ümumilikdə 15500 ABŞ dolları pul vermiş, İddiaçı da ümumi məbləğdən 4000 ABŞ dolları bağışlamış və avtomaşının təmirinə ümumilikdə 32175 ABŞ dolları pul xərcləmişdir. Buna görə də bir neçə banklara borcu yaranmış və borclarını ödəyə bilməmişdir. Bankla bağlı işləri də məhkəmədədir. Bununla bağlı şahidləri vardır. İddiaçı onu aldadaraq ona satdığı avtomaşına görə ona ümumilikdə 47675 ABŞ dolları məbləğində ziyan dəymişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xa hiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, işdə şahid ifadələri və Masallı rayon Polis Şöbəsi tərəfindən cavabdeh X12 verdiyi xx xxxxxxx 2018-ci il tarixli izahatından başqa tərəflər məhkəməyə heç bir sübut təqdim etməyiblər. Qanunun tələbinə riayət etmiş ilk iddia üzrə İddiaçı istər şahid ifadələri, istərsə də qarşılıqlı iddia üzrə iddiaçı X12 xx xxxxxx 2018-ci il tarixli izahatında göstərdiyi etirafı ilə iddiasını sübut etmişdir. Apellyasiya məhkəməsi nəzərə almayıb ki, avtomobil X6 adına olub, həmin şəxsin iddiaçıya olan borcunun əvəzinin ödənilməsi üçün satışa çıxarılıb və nisyə şəklində cavabdehə satılıb. Avtomobilə g örə razılaşdırılmış 39000 ABŞ dolları məbləğin 10000 ABŞ dolları hissəsi cavabdeh tərəfindən iddiaçıya ilkin olaraq ödənilib. Sonradan cavabdeh avtomobili sataraq X1 adına rəsmiləşdirib və qalan pulun İsgəndərov Allahşükür tərəfindən iddiaçıya ödəniləcəyini bildirib. İsgəndərov Allahşükür isə iddiaçıya cəmi 5500 ABŞ dolları ödəyib, qalan 23 500 ABŞ dolları isə ödənilməmiş qalıb. Sonradan cavabdeh həmin məbləği müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırıb. Buna görə də iddiaçı Masallı Rayon Polis Şöbəsinin X13 şikayət edib. Araşdırma zamanı cavabdeh öz izahatında iddiaçıya həqiqətən 23500 ABŞ dolları borcu qaldığını bildirib. Apellyasiya məhkəməsi isə X7 və X3 üçüncü şəxs qismində işdə iştiraka cəlb etmək əvəzinə, avtomaşının ilkin olaraq X6, sonradan isə X1 adına olduğunu qeyd eyməklə kifa yətlənib, bu faktı iddianın təmin edilməməsi üçün əsas hesab edib, cavabdehin polis araşdırmasında verdiyi izahatını əsassız və qanunsuz olarq sübut kimi qəbul etməyib. Tərəflərin izahatları: İddiaçının vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti verdiyindən qətnamə yalnız on un kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlanıldı. Cavabdeh qətnamədən kassasiya şikayəti vermədiyindən qətnamə mübahisələndirilməyən hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilən hissədə yoxlanılmadı. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədədəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı cavabdehlə aralarında nisyə alqı-satqı müqaviləsindən irəli gələn mü nasibətlərə istinad edərək hazırki tələbində cavabdeh xxxxxxxxxx satdığı avtomobilin dəyərini tələb etmişdir. İlkin iddia üzrə iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 600.2, 600.4, 601-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinə əsasən: 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Cavabdeh iddianı qəbul etməmiş, bununla belə avtomobili əldə etdiyini etiraf etmişdir. Apellyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin mövcud olduğu halda iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600, 601-ci maddələrinə əsasən, borcunu tələb etmək haqqı özlüyündə vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin mövcudluğuna əsaslanmış, tərəflər arasında avtomobilin alqı-satqısına dair müqavilənin olduğunu qəbul etmiş, iddia nı təmin edərkən həmçinin İddiaçı şikayəti üzrə Polis şöbəsində toplanmış materiallara, habelə şahid ifadələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, ona görə qətnamə ilkin iddianın təmin edildiyinə dair hissədə ləğv edilməlidir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd etmişdir ki, bu cür iddialarda (pul tələbi, borcun qalığı və s.) şahid ifadələri iddianın təmin edilməsi üçün tutarlı sübut mənbəyi hesab edilə bilməz. İddiaçının tələbinin təmin edilməsi üçün ilk növbədə tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmalıdır. Lakin hazırki halda İddiaçı ilə Cavabdeh arasında hər hansı müqavilə olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəflərin arasında şifahi müqavilənin olduğuna da istinad edə bilər. Lakin tərəflər arasında, ümumiyyətlə hər-hansı digər razılaşmanın olduğu müəyyən edilməmişdir. Belə razılaşmanın olması üçün ilk növbədə iddiaçının avtomobilin mülkiyyətçisi olduğu müəyyən edilməlidir. Lakin iddiaçının cavabdehə satdığını iddia etdiyi avtomobilin mülkiyyətçisi olduğu da müəyyən edilmir. Belə halda iddiaçının suyektiv hüququ yoxdur. İddiaçının subyektiv hüququ olmadıqda isə digər sübutlara qiymət vermədən iddia rədd edilməlidir. İddiaçı borc əvəzinə avtomobilin ona verildiyini bildirsə də avtomobilin onun qanuni istifadəsində, yaxud sahibliyində olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi yazılı məlumatdan (kompüterdən çıxarışdan) görünür ki, sözügedən **-BR-*** dövlət qeydiyyat nişanlı “DAF 95XF380” markalı yük avtomobili əvvəlcə X11 mülkiyyətində olmuş, xx.xx.2008-ci il tarixdə alqı-satqı yolu ilə X6 mülkiyyətinə keçmiş, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə verilmiş, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 mülkiyyətinə keçmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, avtomobil sonuncu dəfə 6000 manata satılmışdır. Hazırda avtomobilin mülkiyyətçisi xxxxxx. Avtomobilin alqı- satqı zamanı, ondan əvvəl və ya sonra İddiaçı adı istər mülkiyyətçi kimi, istərsə də qanuni istifadəçi olaraq qeydə alınmamışdır. Avtomobilin, İddiaçı tərəfindən mülkiyyətçinin tapşırığı əsasında etibarnamə ilə satıldığı, yaxud ümumiyyətlə avtomobilin qanuni istifadəyə verilməsinə dair İddiaçı adına etibarnamə verildiyi də müəyyən edilmir. İddiaçı izahatında borc əvəzinə avtomobilin ona verildiyini qeyd etsə də o, başqa əsaslardan çıxış edərək avtomobilin hər-hansı borcun əvəzinə qiymətləndirildiyini, tələbin güzəşt edildiyini, habelə ona vurulan ziyanın ödənilməsini tələb etmək hüququnun olduğunu sübut edə bilməmişdir. Halbuki, ilkin iddianı sübut etmək vəzifəsi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, onun üzərindədir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən həm də Polis bölməsinə toplanmış materiallara istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, Polis bölməsində toplanmış materiallar, məhkəmə üçün iddianın təmin edilməsində preyudisial qüvvəyə malik deyil. Digər tərəfdən, Cavabdeh Polis bölməsində verdiyi izahatlar, o cümlədən Polis bölməsində izahatında sözügedən avtomobili İddiaçı razılaşdıqları qiymətə almasını göstərməsi və s. kimi hallar iddianın birbaşa və ya dolayı etirafı və onun təmin edilməsi üçün əsas kimi qəbul edilməməlidir. Çünki əvvəla, alqı-satqı zamanı avtomobilin mülkiyyətçisinin tapşırığı ilə avtomobilin dəyərinin İddiaçı ödənilməsi belə, heç də sonuncunun avtomobilin mülkiyyətçisi olduğunu, yaxud onun mülkiyyətçi qismində iddia vermək üçün subyektiv hüquqa malik olduğunu təs diq edən hal deyil. Digər tərəfdən, özlüyündə hər cür etiraf, o cümlədən yanılma nəticəsində faktın etirafı işin həqiqi halı kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.4-cü maddəsinin tələbinə görə məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, ilk iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsində baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəlillərə, şahid ifadələrinə, polis orqanında toplanmış materiala və digər sübutlara tam, hərtəfəli və obyektiv qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı iddia ərizəsində göstər diklərini həqiqət kimi qəbul edilsə belə, iş materiallarına görə avtomaşının alqı-satqısından qalıq qalmış pulu hazırki iş üzrə cavabdeh xxxxxxxxxx tələb etmək hüququnu itirimişdir. İddia ərizəsindən iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan, habelə işdə olan digər sənədlərdən görünür ki, “DAF” markalı avtomaşın sonradan Allahşükür İsgəndərov adlı şəxsə nisyə satılmış, İddiaçı veriləcək qalan məbləğin sonuncu tərəfindən hissə-hissə ödənilməsi barədə hər üç şəxs, İddiaçı, xxxxxxxx və xxxxxxxxxxxx arasında razılıq almış, 5500 ABŞ dolları Allahşükür İsgəndərov tərəfindən İddiaçı ödənilmiş, İddiaçı da həmin pulu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçıkassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2031/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədədəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-252/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-252/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver