Məhkəmə qərarları › İş №2(102)-2521/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2521/2023

22.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2521/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - MPM 405.0.1, 408.1.4, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 19 oktyabr tarixli, 2(104)2258/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati bi nasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı1 iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən və mülkiyyətində olan evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bərdə Rayon Məhkəməsinin (hakim X2) 2021-ci il 01 sentyabr tarixli, 2(021)1943/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Ədil Məmmədov) 2022ci il 19 okyabr tarixli, 2(104)-2258/2022 nömrəli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 2021-ci il 01 sentyabr tarixli, 2(021)-1943/2021 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməsi qət edilmişdir.

4. Həmin q ətnamədən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 kassasiya şikayəti vermiş və kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 6. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işç isinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 7. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 8. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onlar ın razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

9. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

10. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

11. Maddə 405.0.1. Apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

12. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

13. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə gönd ərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 405.0.1-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülməklə verilmişdir.

15. Belə ki, iş materiallarında olan məktub və “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə” dən məlum olur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 19 okyabr tarixli, 2(104)-2258/2022 nömrəli qətnaməsi cavabdehlərə göndərilmiş və qətnamə 17 noyabr 2022-ci il tarixdə cavabdehlərin ünvanında qəbzə (Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə) imzalatdırılmaqla rabitə orqanı tərəfindən rəsmi qaydada verilmişdir. Hazırkı kassasiya şikayətləri isə MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş 2 aylıq prosessual müddə t buraxılmaqla 2023-cü il 19 aprel tarixində verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.

16. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi müəyyən edilmiş müddət ötürülməklə verilmiş kassasiya şikayətlərini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

17. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən icraata qəbul edilə bilməz.Beləliklə, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və kassasiya şikayətləri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 19 oktyabr tarixli, 2(104)-xxxx/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və kassasiya şikayətləri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar