Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2521/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Zəlimxan oğlunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Zəlimxan oğlunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X5, Müfid-zadə Vüqar Vasif oğlu, X1 Pənah Əsgər oğlu və Bakı şəhəri 53 saylı Notariat Kontoru olmaqla) mülkiyyətin müdafiəsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2121/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 2 İddiaçı Zəlimxan oğlunun ½ hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 02 aprel 2015-ci il tarixdən qeydiyyata alınmışdır.
2. Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən, "xxxx" MMC, X18, X5 və X17 arasında razılaşma müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, i kinci tərəflərin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0.1450 bu Müqavilənin 2-ci bəndində razılaşdırılmış dəyərinin, ikinci tərəflərə kompensasiya edilməsini öhdəsinə götürür, ikinci tərəflər isə həmin kompensasiyanı qəbul edərək, Daşınmaz Əmlakdan birinci tərəfin xeyrinə imtina edir və bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməyi öhdəsinə götürür. Tərəflər razılaşmışlar ki, Daşınmaz Əmlaka görə ümumi kompensasiya edilməli olduğu dəyər müqavilənin rəsmiləşdirilməsi və kompensasiya məbləğinin köçürülməsi, habelə birinci tərəfə aid müvafiq digər xərclər istisna olunmaqla 100.000 manat təşkil edir. Tərəflər razılaşırlar ki, birinci tərəf hazırki müqavilə üzrə Daşınmaz Əmlakın bu Müqavilənin yuxarıdakı 2-ci bəndində göstərilən Daşınmaz Əmlakın kompensasiya olunan dəyərini no tariusun müvafiq depozit hesabı vasitəsi ilə ikinci tərəflərə - X15 40.000 manat, X8 30000 manat və X4 30000 manat ödəyəcək. 3. ünvan 2 İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 12 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır.
4. İddiaçı Zəlimxan oğlu xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış yararsız olduğu üçün üzərindəki hüquqların dövlət qeydiyyatını ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir.
5. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 4 nömrəli 0.083 hektarlı torpaq sahəsi İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Zəlimxan oğlu cavabdeh "xxxx" MMC-yə (bundan sonra – MMC) qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC tərəfindən zəbt edilmiş ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, həmin ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində 35000 manat məbləğində maddi ziyanın MMC-dən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Ölkədə hökm sürən pandemiya ilə əlaqədar bir müddət xüsusi mülkiyyətində olan evə və torpaq sahəsinə gedə bilməmişdir. 2022-ci ilin yay aylarında ona məlum olmuşdur ki, evi və torpaq sahəsi X27 tərəfindən tutulmuş, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Uzun sürən araşdırmalardan sonra məlum olmuşdur ki, onun xüsusi mülkiyyətində olan ev və torpaq sahəsi MMC tərəfindən zəbt edilmişdir. Müraciəti üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmiş və ona mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilm işdir. Araşdırmalar zamanı cavabdeh onun adına olan əmlakı daha da yeni və təmir olunmuş vəziyyətdə ona qaytarılmasına razı olduqlarını bildirsələr də, ona nə evini, nə torpaq sahəsini qaytarılmamışdır.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı Zəlimxan oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 izahatında ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı məxsus olduğu, əvvəl həmin torpaq sahəsində tikili də olduğunu, yerli baxış zamanı həmin tikilinin MMC tərəfindən söküldüyünün müəyyən olunduğunu, Polis İdarəsində gedən araşdırma zamanı da cavabdehin nümayəndəsi kimi özünü təqdim edən Sultanov Pənah ifadəsində, həmin ərazidə yarım tikilinin olduğunu, Qiymətləndirmə Təşkilatına sorğu ilə müraciət etdiklərini, tikili ilə bağlı 33700 manat qiymət müəyyən edildiyini bildirmiş, bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 izahatında, MMC Bakı ətrafını abadlaşdıran qurum olub, hətta sənədsiz evləri belə müəyyən məbləğ qarşılığında aldığını, Esmira adlı şəxsin həmin tikilini söküb MMC-yə təqdim etdiyini etiraf etmiş, 2017-ci il tarixində torpaq sahəsinin çıxarışı olmadığını, mübahisə gedən torpaq sahəsi MMC tərəfindən zəbt olunmadığını, iş materiallarında olan qiymətləndirmə rəyinin mötəbər sübut olmadığını, iddiaçıya məxsus sahənin sökülməsi ilə bağlı heç bir aidiyyətinin olmadığını, əksinə ona məxsus torpaq sahəsinin abadlaşdırıldığını deyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
10. X18 xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında atası X2 varisi olaraq istifadəsində olan 0.1450 ha torpaq sahəsinin qardaşı X3 və o zaman Bələdiyyə sədri olan X22 iştirakı ilə 100000 manat kompensasiya ödənilməklə MMC ilə müqavilə bağlayaraq, qeyd olunan torpaq sahəsini MMC-nin istifadəsinə verdiyini bildirmişdir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-32217/2024-**********17 nömrəli xx.xx.2024-cü il tarixli məhkəmənin sorğuya cavab məktubunda, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi, döngə 3, 5a nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi, Bakı şəhər i, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, ev 7, 7 saylı mənzilin 1/2 hissəsi və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi, 4 saylı sahəsində yerləşən torpaq sahəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
12. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 13 sentyabr 2024-cü il tarixli 518/2-1737/2024 nömrəli sorğuya cavab məktubunda məhkəməyə bildirilmişdir ki, Ramana qəsəbəsinin inzibati ərazisində yerləşən Haqverdiyev küçəsi, ev 4 və Vəli Vəliyev küçəsi ayrı-ayrı ünvanlardır. 13. “Caspian Valuation” Qiymətləndirici təşkilatın CVN/D18-150/24 nömrəli, 24 dekabr 2024-cü il tarixli Daşınmaz əmlakın tikinti-təmir-bərpa xərclərinin müəyyən edilməsi barədə arayışına əsasən İddiaçı Zəlimxan oğluna məxsus, ünvan 2 ünvanı və bilav asitə yaxın ətraf ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşmiş, hazırda söküntüyə məruz qalmış, ümumilikdə 33.7 kv.metr sahədən ibarət, orta təmirli fərdi yaşayış evlərinin yenidənqurma və ya tikinti-təmir-bərpa xərcləri: Tikinti xərcləri: 400 manat/1 kv.metr; Təmir xərcləri: 600 manat/1 kv.metr təşkil etməklə, Ümumilikdə: 1000 manat/1 kv.m təşkil edir. Beləliklə, aparılmış hesablamalar və təhlillərə əsasən İddiaçı Zəlimxan oğluna məxsus, ünvan 2 ünvanı və bilavasitə yaxın ətraf ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşmiş, hazırda söküntüyə məruz qalmış, ümumilikdə 33.7 kv.metr sahədən ibarət, orta təmirli fərdi yaşayış evlərinin yenidənqurma və ya tikinti-təmir-bərpa xərcləri xx.xx.2024-cü il tarixinə: 33700 manat təşkil edir.
14. Məhkəmə araşdırma sı zamanı yerli baxış təyin edilmiş, mübahisəli sahəyə baxış keçirilmişdir. Qeyd olunan torpaq sahəsində MMC tərəfindən abadlıq işləri aparıldığı, sahənin hər iki hissəsində dəmir darvaza qoyulduğu müəyyən edilmişdir.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4325/2024 nömrəli iş üzrə 27 dekabr 2024-ci il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanda yerləşən İddiaçı Zəlimxan oğluna məxsus torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (iddiaçıya məxsus xx.xx.2022-ci il tarixli çıxarışa əsasən olan koordinatlar üzrə).
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi, 4 nömrəli 0.083 hektarlı torpaq sahəsi İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı yerli baxış təyin edilmiş mübahisəli sahəyə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsində MMC tərəfindən abadlıq işləri aparılmış sahənin hər iki hissəsində dəmir darvaza qoyulması müəyyən edilmişdir.
17. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanda yerləşən İddiaçı Zəlimxan oğluna məxsus torpaq sahəsi boşaldılaraq (iddiaçıya məxsus xx.xx.2022-ci il tarixli çıxarışa əsasən olan koordinatlar üzrə) geri qaytarılmalıdır.
18. Məhkəmə araşdı rması zamanı məlum olmuşdur ki, iddiaçı X9 ona məxsus olan 33,7 kv.m tikili sahəsinin məhz MMC tərəfindən sökülməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmiş, iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır ki, qeyd olunan tikili sahə hələ 1982-ci il texniki sənədlərində uçurulmuş sahə kimi göstərilmiş və iddiaçı özü xx.xx.2022-ci ildə DƏDRX-nin 1 saylı ərazi idarəsinə ərizə ilə müraciət edərək, fərdi yaşayış evinin yararsız olması ilə bağlı üzərində olan hüquqların ləğv edilərək, yalnız torpaq sahəsi ilə bağlı onun hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin oluna bilməz.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Mülki Məcə lləsinin 152.1, 152.2, 152.4, 180.4, 238.1, 238.3, 239.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4325/2024, 27 dekabr 2024-cü il tarixli qətnaməsinin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edərək iddia tələbinin tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində olan ev və torpaq sahəsi MMC tərəfindən abadlaşdırılmaq məqsədilə zəbt edilmiş, bunun müqa bilində aidiyyəti olmayan şəxslərə 100000 manat məbləğində pul verilmişdir. X27 isə MMC-nin əməkdaşıdır. Qeyd edilən proseslər X21 iştirakı ilə baş vermişdir. Müraciəti üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlar qəbul edilmiş və ona mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Araşdırmalar zamanı cavabdeh MMC onun adına olan əmlakı daha da yeni və təmir olunmuş vəziyyətdə ona qaytarılmasına razı olduqlarını bildirsələr də, ona nə evi, nə torpaq sahəsi qaytarılmamışdır. Bundan sonra tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəmə prosesləri gedişatında məhkəmənin yerli baxış təyin etdiyi həyətyanı sahəyə hər iki tərəfdən qoyulmuş darvazaların qıfılı açılmış, məhkəmə getdikdən sonra isə qapıların qıfılının onlar tərəfindən də yişdirildiyini görəndən sonra ümumiyyətlə qapıları yerindən çıxardıb aparmışlar. Birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra, eyni zamanda İddiaçı tərəfindən polis orqanlarına şikayətlər olunduqdan sonra qapılar yerinə qoyulmuşdur. MMC bu məsələdə özünə haqq qazandıraraq qeyd etmişdir ki, notarial razılaşma əsasında 100000 manat pul müqabilində qeyd edilən sahə MMC-nin istifadəsinə verilmişdir. Razılaşmaya əsasən, MMC hər hansı bir hüquqi sənəd tələb etmədən yuxarıda adları qeyd edilən şəxslərə 100000 manat ödəmiş, lakin pul ödəyərək sökdüyü evin, abadlaşdırmaq istədiyi torpaq sahəsinin mülkiyyətçisinin kim olduğunu, həmin ünvanda kimin qeydiyyatda olduğunu araşdırmamış, əksinə daşınmaz əmlakın mülkiyyətçisi İddiaçı öz əmlakını tələb etdikdə əmlakı qaytarmaqdan və dəyən ziy anı ödəməkdən imtina etmişlər. Sabunçu rayon polis idarəsində gedən araşdırmalar zamanı tam təsdiqi tapmışdır ki, İddiaçı məxsus fərdi yaşayış evi MMC tərəfindən sökülmüşdür. Hətta yerli baxış zamanı qonşulardan biri də həmin ünvanda köhnə fərdi yaşayış evinin olduğunu, həmin evin MMC tərəfindən sökülməsi barədə hakimə məlumat vermişdir. Sökülmüş fərdi yaşayış evinin qiymətinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin yaşayış sahəsi hazırda mövcud olmadığından orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Hansı ki texniki pasporta uyğun olaraq fərdi yaşayış evinin sahəsi nəzərə alınaraq sökülmüş evin bərpası ilə bağlı qiymət müəyyən edilə bilərdi. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya nında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış yararsız olduğu üçün üzərindəki hüquqların dövlət qeydiyyatını ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Buna səbəb o olmuşdur ki, artıq yaşayış evi MMC tərəfindən sökülmüşdür və faktiki olmayan evə görə çıxarışın verilməsi mümkün olmadığından İddiaçı məcburiyyət qarşısında qalaraq belə bir ərizə verərək torpaq sahəsinə dair çıxarış almışdır. Məhkəmə evin sökülməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi ilə bağlı qeyd etmişdir ki, “İş mate rialları 152-ci vərəqədə xx.xx.1982-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda qeyd olunan iddiaçıya məxsus tikili sahə dağılmış sahə kimi göstərilmişdir. Eyni zamanda iş materialları 90-cı vərəqədə xx.xx.2015-ci il tarixdə X7 verilmiş Texniki Pasportda da, həmin sahə uçurulmuş kimi göstərilmişdir.” Bununla bağlı qeyd edir ki, texniki pasportdan da aydın görünür ki, evin bir otağı uçmuş kimi göstərilmiş və həmin hissə 33.7 kv.m sahəyə aid deyildir. Texniki pasport və çıxarış verilərkən uçmuş sahə nəzərə alınmamışıdr. 33.7 kv.m. sahə isə yaşayış üçün yararlı vəziyyətdə olan ev olmuşdur və sahənin abadlaşdırılması məqsədilə məhz MMC tərəfindən dağıdılmışdır. Hətta MMC-nin nümayəndəsi və vəkili də məhkəməyə verdiyi iz ahatında, Esmira adlı şəxsin həmin tikilini söküb MMC-yə təqdim etdiyini etiraf etmişdir. Yəni həmin ünvanda fərdi yaşayış evinin olduğu cavabdeh tərəfindən də etiraf edilmişdir. Polis İdarəsində ifadə verən cavabdehin əməkdaşı da yaşayış evinin onlar tərəfindən uçurulmasını etiraf etmiş, əvəzində daha təmirli ev vermək istədiklərini bildirsələr də, hər hansı bir hərəkət etməmişlər. Məhkəmə iclasında iştirak edərək izahat verən və yerli baxış zamanı iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 izahatına hüquqi qiymət verilməmiş, yalnız onun xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinə istinad etməklə kifayətlənmişdir. Hansı ki, Esmira Zərbəliyeva da MMC tərəfindən qanunsuz pul aldığına görə cavabdehdən üzərinə hər hansı bir öhdəlik qoyulmasın deyə Fey zuliyə məxsus evin onun, yəni Esmiranın özü tərəfindən sökülməsi barədə məhkəməyə izahat vermişdir. Məhkəmə hər hansı bir hüquqi əsas olmadan 2022ci ilin yay aylarına qədər faktiki mövcud olmuş, dövlət reyestrindən qeydiyyatdan keçmiş xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş fərdi yaşayış evinin sökülməsi nəticəsində dəyən ziyanı müəyyən etmək əvəzinə, ümumiyyətlə həmin evin 1982-ci ildən sökülməsi nəticəsinə gəlmişdir. Bu isə işin ətraflı araşdırılmamasına sübutdur. Hansı ki, Polis idarəsində verilən izahat zamanı cavabdehin nümayəndəsi, yerli baxış zamanı qonşular və Esmira özü, məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi və vəkili evin mövcud olması barədə oxşar izahatlar vermişlər. 2022-ci ilin yay aylarına qədər faktiki mövcud olmuş evin təqdim olunmuş sübutlar əsasında kimin tərəfindən hansı səbəbdən sökülməsinə məhkəmə tərəfindən aydınlıq gətirilməli idi.
22. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, iddiaçı X11 verdiyi apellyasiya şikayəti ilə guya mülkiyyətində olmuş 33,7 kv,m fərdi yaşayış evinin sökülməsi ilə ona guya 33700 manat zərər dəyməsini bildirir. Köhnə tikili olan 33,7 kv.m fərdi yaşayış evinin hər kv.m üçün 1000 manat təzminatın ödənilməsini tələb etmək absurddur. Belə ki, birinci instansiya məhkəməsi mövcud iddia predmetini tam hərtərəfli araşdırma etmişdir. Məlum olmuşdur ki, 2015-ci ildə hansı qeyri-müəyyən əsaslarla 33,7 kv.m fərdi yaşayış evinə mülkiyyət hüquqları əldə etmiş olsa da, həmin mülkiyyətin qəzalı uçulmuş vəziyyətdə olması nəzərə alınmamışdır. İş materiallarında həmin evin texniki pasportu üzrə qəzalı uçulmuş evin olması barədə hələ 1982-ci ilin qeydləri X18 tərəfindən təqdim edilmiş qəzalı evə dair fotoşəkillər ilə bir daha təsdiq edilmişdir. Evin zəmin qatı torpaq sahəsi və həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətdə deyil, dövlət mülkiyyətində olması təsdiq edilmişdir. X18 tərəfindən etiraf edildiyi kimi nənəsinin tarixi torpağı kimi ərazidə yerləşən uçulmuş fərdi yaşayış evini sökməklə, MMC-nın ictimai məqsədlərlə istifadəsinə verilmişdir. MMC öz növbəsində dövlət mülkiyyətində olan sadəcə torpaq sahəsini abadlaşdırmış, ictimaiyyət üçün yararlı istirahət zonası yaradılmışdır. Lakin abadlaşdırma işləri tamamlandıqdan sonra qeyri-müəyyən əsaslarla ictimai yerin zəmin qatı olan torpaq sahəsi 2018-ci ildə iddiaçı Abukejdərov Feyzuli tərəfindən mülkiyyətə qəbul edilmiş, mülkiy yət sənədlərinin əsaslarında qəzalı fərdi yaşayış evinin sökülməsini qəbul etdiyini, üçüncü şəxslərə qarşı iddia qaldırmayacağı barədə ərizə iltizam ilə öz iradəsini ifadə etmişdir. Lakin ifadə etdiyi öz iradəsinə zidd olaraq, artıq qüvvədə olmayan 2015-ci ilin mülkiyyət hüquqları haqqında çıxarışa istinad edərək, həmin çıxarışda qeyd olunan 33,7 kv.m olan fərdi yaşayış evinə görə 33700 manat guya maddi zərəri birdəfəlik təzminat kimi tələb etməsinin hüquqi əsası yoxdur. İddiaçının tələbinin əsas hissəsi ictimai yer üçün ayrılmış torpaq sahəsini xüsusi mülkiyyəti olaraq qəbul etmişdir. MMC isə həmin torpaq sahəsini belə mülkiyyətə qəbul etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı X6 MMC-yə qarşı maddi ziyan tələbinin heç bir hüquqi əsası olmadığı üçün apellyasiya şikayətini n təmin edilməməsi və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4325/2024 saylı qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2121/2025 nömrəli mülki iş üzrə 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4325/2024 saylı işi üzrə 27 dekabr 2024-ci tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci insta nsiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsində 33.7 kv.m sahədən ibarət fərdi yaşayış evi cavabdeh tərəfindən sökülmüşdür. Lakin iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı Zəlimxan oğlu xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi yararsız olduğu üçün üzərindəki hüquqların dövlət qeydiyyatını ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməs ini xahiş etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Bundan əlavə, xx.xx.1982-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda qeyd olunan iddiaçıya məxsus tikili sahəsi dağılmış sahə kimi göstərilmişdir. Eyni zamanda xx.xx.2015-ci il tarixdə X7 verilmiş texniki pasportda da həmin sahə uçurulmuş kimi göstərilmişdir. Yəni 33.7 kv.m sahədən ibarət fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsinə dair heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, 100000 manat kompensasiya ödənilməklə MMC ilə müqavilə bağlayaraq qeyd olunan torpaq sahəsi MMC-nin istifadəsinə verildiyindən və hazırda iddiaçının tələbi ilə torpaq sahəsi geri tələb edildiyindən torpağa (ist ifadəyə) görə ödənilmiş kompensasiya məsələsi üzrə münasibətlər olmuş şəxslərə aiddir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 139.1, 139.3, 140, 144.1, 148.2, 152.1, 157.2, 157.8, 158.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1, 84.2, 84.3, 111.1, 111.2-ci, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2121/2025 saylı, 28 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edib, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
32. Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
33. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
34. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, onda n istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
38. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
39. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin,istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
40. Maddə 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarını n, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
41. Maddə 84.3.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
42. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
43. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
44. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilmə sinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaq cadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbayc ana qarşı” işi üzrə).
55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələ ləri təkrarlamağa lüzum qalmır.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qi ymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
58. İşin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2121/2025 nömrəli iş üzrə 28 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.