Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2524/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhər 40 saylı Notariat Kontoruna və Bakı şəhər 15 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): vəsiyyətnamənin etibarsızlığı ilə bağlı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhər 40 saylı Notariat Kontoruna və Bakı şəhər 15 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-1213/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh3 İddiaçı qardaşıdır.
2. Anaları X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ölümündən sonra onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 16 saylı evin, 12 nömrəli mənzili miras qalmışdır.
3. Analarının vəfatından sonra qardaşı Cavabdeh3 xx.xx.2019-cu il tarixli vəsiyyətnaməyə əsasən Bakı şəhəri 40 saylı Notariat Kontoruna müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhər 40 sa ylı Notariat Kontoruna və Bakı şəhər 15 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 16 saylı evin 12 saylı mənzili ilə bağlı Bakı şəhəri 15 saylı Notariat Ofisindən verilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, o, qızı və anası X8 ilə birlikdə uzun illərdir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 16 saylı evin 12 nömrəli mənzilində yaşamışdır. xx.xx.2019-cu il tarixli vəsiyyətnamə verilən zaman anası xəstə olmuş və heç vaxt evdən çıxmamışd ır, çünki onun görmək (kor) qabiliyyəti demək olar ki, yox idi. Xəstə olduğu müddət ərzində ona özü və ailə üzvləri qulluq etmişdir. Onun vəsiyyətnamənin saxta olmasına, imzanın anası tərəfindən atılmadığına dair əsaslı şübhələri mövcuddur. Hesab edir ki, vəsiyyətnamə anası tərəfindən yazılmamış, imzalanmamış, vəsiyyətnamə qanunauyğun tərtib edilməmişdir.
6. İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 izahatında göstərmişdir ki, iddia tələbini müdafiə edir. Tərəflərindən ATU-nun X3 sorğu verilmiş və xx.xx.2024-cü il tarixdə cavab alınmışdır ki, 1938-ci il təvəllüdlü X9 xx.xx.2019-cu il tarixdə saat 11:39-da laborator müayinələrdən keçməklə xx.xx.2019-cu il tarixdə əməliyyat olunub və qeyd edilib ki, hər bir göz əməliyyatından sonra xəstəyə 3 saatlıq sarğı qoyulur. xx.xx.2019-cu il tarixli vəsiy yətnamə guya saat 12:45-də tərtib edilmişdir. Bundan başqa Jananın imza etdiyi hər hansı bir sənədin göndərilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu verilmiş və X4 imzası olan şəxsi vərəqəsinin arxiv surəti göndərilmişdir. Həmin imza notariatda olan imzadan tam fərqlidir. Vəsatət vermiş və Bakı şəhəri 15 saylı Notariat ofisi bildirmişdir ki, vəsiyyətnamə tərtib edilərkən fotoşəkil çəkilməmişdir. Əslində Jananın şəxsiyyət vəsiqəsi ilə imzasının fərqli olması notariusda şübhə yaratmalı idi. Lakin nədənsə notarius bu fərqliliyə göz yummuşdur.
7. Şahid ifadəsində göstərmişdir ki, Afiqi tanıyır. Payız ayı idi, sentyabr ayı idi, dərs ili yeni başlamışdı. Afiqin maşını ilə onun mərhum anası Jananı götürdük. Jana xanım qabaqdakı oturacaqda əyləşdi. Jana Günəşlidə yaşayırdı. Jananın əhvalı yaxşı idi. O qeyd etmişdir ki, Jana onu qiyabi tanıyırdı, daha əvvəl görməmişdi. Gözündə sarğı olmamış, yolda ümumi şeylərdən danışmışlar. Rus dilində danışırmışlar. Yolda vərəsəliklə bağlı heç bir şey deməmişdir. Notariat ofisinə getdikdən sonra notarius onları dəhlizə çıxarmış və mərhum özü tək qalmışdır. Onun yazdığını uzaqdan görmüşdür. Mərhum Jana xanım ilk əvvəl orada çalışan oğlanla otağa getmiş, daha sonra otaqdan çıxmış və dəhlizdə yazmışdır. Onlar cəmi 4 nəfər olmuşlar, Afiq, Aydın, Jana xanım və Mahmud. Qardaşı getdikləri notariat ofisində etibarnamə verdiyindən oranı tanıyırmış, həm də orada tanışı Eldar işlədiyindən, ora həmişə “Eldarın notariusu” deyirmiş. Notariusun nə üçün onları çölə çıxardığını bilməmişdir, onlar ora şahid qismində getmişdirlər, daha sonra deyilmişdir ki, şahidə ehtiyac yoxdur. Jana xanım gözündən əməliyyat olunmamışdı, əgər olunsa idi Afiq bunu mütləq ona deyərdi. Çünki bu hadisə olmasa da, onlar Afiqlə hər gün görüşürmüşlər. Afiq sadəcə notariusa getmək lazım olduğunu, anasının onu notariusa aparmasını istədiyini bildirmişdir. Jana xanım yaşlı qadın idi.
8. Şahid X7 öz göstərmişdir ki, Mahmud ona demişdir ki, 2 şahid lazımdır, çünki Jana xanım rusdilli olduğu üçün buna ehtiyac var. Bu səbəbdən onlar da şahid kimi notariusa getmişdirlər. Həmin gün o və Mahmud Xalqlar dostluğu metro stansiyasının yanında gözləyirmişlər. Afiq öz maşını ilə gəlib onları götürmüş, Jana xanım ön oturacaqda əyləşmişdi. Notariat ofisi Xəzər Universitetinin yanında yerləşirdi. Jana xanım balaca boylu, ağ saçlı qadın idi. Notarius da ağ saçlı kişi idi. Notarius ilk öncə Afiqi, daha sonra onu və Mahmudu dəhlizə çıxarmışdır. Notarius özü Jana xanımla təkbətək danışmışdır. Notariat ofisi 3 mərtəbə köhnə binada yerləşirdi. Hazırda həmin bina sökülüb, sol tərəfdə müdirin otağı yerləşirdi. Günün 1-ci yarısı idi, dəqiq yadındadır, çünki saat 2-də o, bacısıgildə Sumqayıtda olmalı idi. Notariat ofisində çalışan qız Jana xanıma diktə edirdi çöldə, o da yazırdı. Ancaq müdirin yanında yazmadı. Notarius ağ saçlı arıq kişi idi. Notarius onlarla Azərbaycan dilində danışırdı. Jana xanım gümrah idi, gözündə eynək olub-olmadığını tam xatırlamır. Afiq onları təxmini xatırladığına görə Xalqlar Dostluğu metrostansiyasına gətirmişdir. Jana xanımı onlar götürməmiş, Jana Afiqlə birlikdə gəlmişdi.
9. Cavabdeh3 öz izahatında qeyd etmişdir ki, anası şəkər xə stəsi olmuşdur, anasını bütün müayinələrə və əməliyyatlara o aparırmış. Anası əməliyyatda ona nəsə olar deyə çox narahat idi. Notariusa əvvəlcədən gedib danışmamışdır. O da, anası da bu barədə iddiaçının bilməyini istəmirdi. Notariat ofisi köhnə binada yerləşirdi. Notarius özü isə arıq kişi idi. Anası Azərbaycan dilində bəzi şeyləri başa düşsə də ümumilikdə azərbaycan dilini pis bilirdi. Şahidləri yola saldıqdan sonra anasını xəstəxanaya aparmışdır. Anasını həmin gün hardasa saat günorta 4 radələrində xəstəxanaya aparmışdır. Vəsiyyətnamə yazdığı gün səhər əməliyyat olunmamışdır. Notariusdan çıxdıqdan sonra Tibb Universiteti tərəfdə yerləşən göz klinikasına getmişlər. Həkim iddiaçının yeznəsinin tanışı olmuş, məhz ona görə həmin xəstəxanaya getmişlər.
10. Cavabdehin nümayəndəsi (vəkili) Vək il1 izahatında qeyd etmişdir ki, artıq bu məhkəmə prosesi 1 il yarımdır ki, davam edir. İddiaçının iddia tələbini əsassız hesab edir, çünki iddiaçı vəsiyyətnamənin etibarsızlığını irəli sürsə də bunu sübut edəcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İmza ilə bağlı isə qeyd etmək lazımdır ki, imzalar göründüyü kimi tərəflərin anası- Hüseynova Jana tərəfindən icra olunmuşdur. Anası vəsiyyətnamə əsasında öz əmlakını cavabdehə bağışladığından əmlakın böyük hissəsi cavabdehə çatmalıdır, ancaq təbii ki, iddiaçının da mirasda məcburi pay hüququ mövcuddur. İddiaçı öz tələbini sübut etməyə borcludur, lakin iddia tələbini əsaslandıracaq heç bir sübut yoxdur. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 deka br 2023-cü il tarixli 4/1836 №li ekspert rəyinə əsasən:
1. Əksləri ekspertizaya təqdim edilmiş, mülki işin 15-ci vərəqində xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar ilə mülki işin 60-cı vərəqində xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar öz aralarında- eyni şəxs tərəfindən icra edilmişdir. X4 yazı nümunələri təqdim olunmadığından məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadın 2-ci sualı üzrə tədqiqat işi aparılmamışdır.
12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixdə məhkəməyə daxil olmuş ekspert məlumatına əsasən X4 sərbəst xətt nümunələrinin təqdim olunmasının mümkün olmaması və təqdim olunmuş nümunələr əsasında rəy ver ilməsi barədə məktub daxil olsa da vəsatət təmin olunmamışdır.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-125/2024 nömrəli qətnamə ilə iddia tələbi rədd edilmişdir (hakim Samirə Eyvazova).
14. Birinci instansiya məhkəməsi öz mövqeyi ilə bağlı ümumən göstərmişdir ki, iddia tələbinin əsası kimi istinad etdiyi hallar iddiaçı tərəfindən sübuta yeirilmədiyindən təmin edilə bilməz.
15. Belə ki, məhkəmə araşdırmaları zamanı vəsiyyət edənin əməliyyat olunmamışdan əvvəl vəsiyyətnamə tərtib etdiyi bildirilmiş, xx.xx.2023-cü il tarixli sorğuya cavaba əsasən X9 1938-ci il təvəllüdlü xx.xx.2019-cu il tarixdə klinikaya OD-fəsadlı katarakta, OS-artifakiya diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən VisOD=işıq duyğusu, VisOS= 0,5 (onda beş) olmuşdur. Xəstə laborator müayinə dən keçmişdir. xx.xx.2019-cu il tarixdə OD-kataraktanın intrakapsulyar ekstraksiyası İOL, implantasiyası olmuşdur. (Xəstə evə yazılarkən Vis OD= 0,5 Vis OS= 0,5 ). (§18) Eyni zamanda mülki iş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi ATU-nun X2 Oftalmologiya şöbəsinin müdiri İsmayılov Qurban tərəfindən verilmiş ərizəyə əsasən qeyd edilir ki, xəstə X9 xx.xx.2019-cu il tarixdə laborator müayinələr EKQ VƏ İOL MASTER olunub. (saat 11:39). Xəstəyə xx.xx.2019-cu il tarixində yerli OD-kataraktanın ekstraksiyası İOL implantasiyası icra olunub. Xəstə evə yazılıb. Əməliyyatdan əvvəl xəstənin gözündə sarğı olmayıb. Hər bir göz əməliyyatından sonra xəstəyə 3 saatlıq sarğı qoyulur. Xəstənin sol gözü 0,5 yəni 50% görür. Xəstə maşın sürə bilər, yazı yaza bilər, hətta təyyarədə uça bilər. (§21)
16. M əhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı tərəf vəsiyyətnamənin mülki qanunerciliyə uyğun tərtib edilmədiyini qeyd etsə də, vəsiyyətnamənin əsas hissəsi miras qoyanın əl yazısı ilə yazıldığından, şahid qismində şəxslərin notariata getməsinə baxmayaraq notariusun şəxsin özü tərəfindən vəsiyyətnaməni yaza biləcəyini müəyyənləşdirdikdən sonra şahidlərin iştirakı olmadan vəsiyyətnamənin tərtib edilməsini mümkün hesab etmişdir. Şahidlərin hər ikisi notariusa mərhumla bir yerdə getdiklərini, orada gedən prosesləri oxşar məzmunda təsdiq etmişlər. İzahlar arasında cüzi fərqliliklər aradan 5 ilə yaxın zaman keçməsi nəzərə alınaraq ağlabatan hesab edilə bilər.
17. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı vəsiyyətnamənin anası tərəfindən tərtib edilmədiyini, xəttin, imzanın o na məxsus olmadığını qeyd etsə də, anasına məxsus ekspertiza üçün kifayyət qədər xətt nümunələrini, imzaları və sairə sənədləri məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilmiş, Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli 4/1836 №li ekspert rəyinə əsasən:
1. Əksləri ekspertizaya təqdim edilmiş, mülki işin 15-ci vərəqində xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar ilə mülki işin 60-cı vərəqində xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar öz aralarında- eyni şəxs tərəfindən icra edilmişdir. X4 yazı nümunələri təqdim olunmadığından məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad ın 2-ci sualı üzrə tədqiqat işi aparılmamışdır. (§23) Növbəti AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ekspert məlumatına əsasən X4 sərbəst xətt nümunələrinin təqdim olunmasının mümkün olmaması və təqdim olunmuş nümunələr əsasında rəy verilməsi barədə məktub daxil olsa da vəsatət təmin olunmamışdır. (§26)
18. Məhkəmə hesab etmişdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil, iddiaçı iddia ərizəsində göstərilən dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, hazırda etibarlılığı mübahisələndirilən vəsiyyətnamə yazılı formada tərtib edilmiş, əsas hissəsi vəsiyyət edən X4 tərəfindən notariusun iştirakı ilə yazılaraq imzalanmışdır. Mülki iş üzrə iki dəfə məhkəmə-xə tşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə tərəfindən iddiaçı tərəfə mərhum X4 imzası, yazısı olan əlavə sənədlərin təqdim edilməsi təklif olunmuş, sənədlərin, xətt nümunələrinin əldə edilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. Lakin iddiaçı tərəf məhkəməyə bu kimi sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum X4 gözünün görmədiyini, o ərəfədə əməliyyat olunduğunu və vəsiyyətnaməni yazıb, imzalama imkanına malik olmadığını göstərsə də, məhkəmə araşdırması zamanı onun bu dəlilləri öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə iclasında izah verən şahidlər notariat orqanına mərhum X9 və cavabdehlə bir yerdə getdiklərini təsdiq etmişdirlər.
19. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu; İnsan Hüquqla rının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokoluna, Mülki Məcəlləsinin 1166, 1167, 1168, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1183.2, 1225.1, 1225.2, 1225.3 və 1230-cu, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 47-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 97.1, 107, 119.1, 217.1, 217.3, 217.4 və 217.5-ci maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə olan məhkəmə iclasına gəlməsi barədə hər hansı bir məhkəmə bildirişi gəlməmiş və məhkəmə iclası onun i ştirakı olmadan keçirilmişdir. Bundan başqa, xəstə adam eyni gündə həm əməliyyata, həm də notariusa getməyinə suallar yaranır. Əgər gedibsə, 82 yaşında adam əməliyyatdan sonra, hansı anlaqlı vəziyyətdə bu sənədi aydın şəkildə qavraya bilər. Əməliyyatdan öncə hər iki gözə dərman tökdülər ki, bundan sonra adam sərbəst hərəkət edə bilmirdi, qarşısını görmürdü. Əməliyyatdan sonra, gözünə band vuruldu və həkimlər onu evdə uzanmasını tələb etdilər. Notatius sənədində ərizəçinin fotoşəkili və imzası olmalıdır. Bundan başqa lazım gələrsə, məhkəmə gedişatı zamanı həkim rəyinin nəticələrinin nə qədər (yazını) görmə qabiliyyəti olub-olmamağı müəyyən etmək olar. Birdə şəxsin xəttini ekspertiza da vermək olar. Mərhum anası X4 əl yazısı ilə dəftəri də vardır. Ərizədə yerində çəkilmiş fotoşəkildən söhbət gedir. Əminliklə deyə bilər ki, mərhum anası X9 Bakı şəhəri 15 saylı Notariat Ofisinə getməyib və xəstə vəziyyətində ola-ola evdən çıxmayıb, çünki o və qızı daim evdə olmuşlar, ona görə sözügedən xx.xx.2019-cu il tarixli vəsiyyətnaməni etibarsız hesab edir, belə bir saxta vəsiyyətnamə qüvvədə qala bilməz. Bundan başqa, evdə mərhum X4 öz dəftəri var, orada çoxlu yazıları var, məhkəmə iclasında həmin dəftər təqdim edilmiş, lakin işə baxan məhkəmə həmin sözügedən dəftəri qəbul etməmişdir. Göründüyü kimi, açıq aydın məlum olur ki, işə baxan məhkəmənin işdə maraqı olduğundan bu işə səthi yanaşmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı iki dəfə ekspertiza keçirilsə belə, lakin bilərəkdən məhkəmənin ikinci sualı cavablandırılmamışdır, əgər məhkəmə onda olan əl yazıları olan dəftəri götürsəydi, onda heç bir problem olmazdır və məhkəmə tərəfindən verilmiş 2-ci suala cavab öz əksini tapacaqdır. Digər tərəfdən ifadə vermiş şahidlər öyrədilmişdir və verdikləri izahatlar eynilik təşkil etmişdir.
22. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1213/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/415 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 136-cı vərəqində X4 adından olan xx.xx.2019-cu il tarixli Vəsiyyətnamədəki (завещание) əlyazmalar və "подпись" qrafasındakı "Гусейнова" soyadından ibarət imza, 64-cü vərəqində X4 adınd an olan xx.xx.2019-cu il tarixli Vəsiyyətnamənin (завещание) 2-ci nüsxəsinin kserosurətində əks olunmuş əlyazmalar və "подпись" qrafasında əks olunmuş "Гусейнова" soyadından ibarət imza X9 tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil etmişdir.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1213/2025 nömrəli 12 may 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(011)-125/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - X12 Afət qızının sədrliyi və məruzəsi, X6 və X1 ibarət tərkibdə).
25. Birinci instansiya məhkəməsinin həm işin faktiki hallar baxımından həm də hüquqi mövqeyi ilə tam olaraq razılaşan apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Belə ki, məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən vəsiyyətnamədəki imzanın (xətt nümunələrinin) həqiqətən miras qoyana və ya başqa şəxsə məxsus olubolmamasının müəyyən edilməsi iş üzrə tərəflər arasında yaranmış hazırki mülki mübahisənin həlli üçün vacibdir. Bu xüsusatı araşdırmaq üçün isə xüsusi bilik tələb olunur. Məhkəmə isə bu sahədə xüsusi biliyə malik deyil. Eyni zamanda apellyasiya baxışı zamanı mərhum X5 aid sənədlərin, xətt nümunələrinin müvafiq qurumlardan əldə edilməsi üçün qərardad qəbul edilmişdir. Apellyasiya baxışı zamanı işin obyektiv həlli baxımından xx.xx.2019-cu il tarixli vəsiyyətnamədəki imzanın həqiqətən mərhum X9 və ya başqa şəxs tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
27. Daha sonra məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 103.1ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni göstərilən xx.xx.201 9-cu il vəsiyyətnamədəki olan imzanın X5 aid olub-olmamasının müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də həmin rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab etmişdir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokoluna; Mülki Məcəlləsinin 1166, 1167, 1168, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1183.2, 1225.1, 1225.2, 1225.3 və 1230-cu, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 47-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 97.1, 107, 119.1, 217.1, 217.3, 217.4 və 217.5-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il nömrəli, 2(103)- 1213/2025-ci il tarixli qətnaməsinin ləğv olunaraq, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsində, həmçinin apelyasiya şikayətində qeyd olunan dəlillərə uyğun analoji məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iş Xətai Rayon Məhkəməsində baxılarkən cavabdehin vəkili elektron məhkəmə sisteminə ərizə yerləşdirmiş və həmin ərizədə qeyd etmişdir ki, anaları Jana Yaqorovna kirill əlifbası ilə azərbaycan dilində y aza bilməmişdir. Bu ərizə də digər izahatlar kimi şər və böhtandır, anaları uzun müddət poctda işləmişdir və o vaxt yalnız kiril əlifbası mövcüd idi. Maraqlısı da odur ki, mövcud olan vəsiyyətnaməni ana kiril əlifbası ilə yazmışdır. Yəni cavabdeh və onun vəkili öz məqsədlərinə çatmaq üçün bütün vasitələrə əl atırlar. Məhkəmədə bildirəndə ki, anaları həmişə onun yanında olub – kim təsdiq edər ki, o, notariusa gedib: cavabdeh sanki bu sualını gözləyirmiş – müxtəlif ünvanlarda yaşayan iki nəfər dostunu növbəti məhkəməyə gətirmişdir. Hər iki “şahid” bir-birinə zidd ifadələr verməklə notariusa anaları getdiklərini bildirdilər. Həmin vaxtı bu şəxslərin orada olmaları barədə notariusun heç bir qeydiyyatı yoxdur. Onların bu fərqli və həqiqətə uyğun olmayan ifadələri Xətai Rayon Məhkəməsinin qətnam əsi ilə də təsdiq edilmişdir.Yəni hakim bu barədə qətnamədə qeyd etmişdir. Daha sonra ananın guya ki, notariusun yanında olanda şəxsiyyət vəsiqəsiz olmuşdur (dəqiq ünvan yazılmaması və qaralamalar bundan xəbər verir).Vəsiyyətnamədə şəxsiyyət vəsiqəsinin nömrəsi və digər identifikasiya məlumatları yoxdur, şəxsiyyətin tam müəyyən olunması üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və ya digər məlumatlar qeyd edilməlidir. Şəxsiyyət vəsiqəsiz, notarius A.K.Məmmədov anasının şəxsiyyətininə cür müəyyən edib? Fəaliyyət qabiliyyətini hansı meyyarlarla müəyyən etmişdir ki, vəsiyyatnamədə qeyd etmişdir ki, fəaliyyət qabiliyyəti yoxlanılıb? Nədən dövlət dilimiz azərbaycan dili olsa da vəsiyyətnamənin blankı rus dilində tərtib edilmişdir? Notarius Məmmədov rus dilini bilirdimi? O, bilirdimi nəyi təsdiq edir ? İddiaçının vəsiyyətnamənin saxta olmasına, imzanın anası tərəfindən atılmadığına dair əsaslı şübhələri mövcuddur. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 16 saylı evin 12 nömrəli mənzil ilə bağlı Bakı şəhəri 15 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2019-cuil tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh ərizə və vəsatətlə məhkəməyə müraciət edərək kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Hüseynov Rafiq Siraceviçin vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1213/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətini imzalamağa hüququ olmayan şəxs, habelə onu vermək hüququ olmayan şəxsdir. Belə ki, iddiaçı R. Hüseynov tərəfindən onun adına müvafiq etibarnamə verilməmişdir. Beləliklə, kassasiya şikayəti səlahiyyətli olmayan şəxs tərəfindən verilmişdir. İddiaçı özü isə kassasiya şikayətini özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmişdir. İddiaçı vətəndaşlığı olmayan şəxs hüquqi statusuna malikdir. O, qanunla müəyyən edilmiş qaydada vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsini ala və nümayəndəsinin adına müvafiq etibarnamə verə bilərdi. Bunun üçün hər hansı maneə olmamışdır. Lakin, İddiaçı həmin vəsiqəni almamış və etibarnaməni verməmişdir. İddiaçı adına vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin olmaması (on un tərəfindən həmin vəsiqənin alınmaması) faktı əsas deyil ki, onun vəkili müvafiq etibarnamə olmadan məhkəmə aktından şikayət versin. Bundan əlavə, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəsi ilə müəyyən olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər
33. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
34. Ma ddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir
35. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər
36. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
37. Maddə 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
38. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan ha llar olduqda etibarsız sayılır.
39. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəktlərinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.).
40. Maddə 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər
41. Maddə 1183.1. Əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bi r nəfər şəxsin yanında tərtib etməlidir.
42. Maddə 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.
43. Maddə 1183.3. Əgər vəsiyyət edən nitq-eşitməgörmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir
44. Maddə 1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır
45. Maddə 1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göst ərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəl illərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fa ktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
57. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
58. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenum unun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
59. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verər ək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1213/2025 nömrəli iş üzrə 12 may 2 025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.