Məhkəmə qərarları › İş №2(102)-2525/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2525/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2525/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğluna və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikintilərin sökülməsi və torpağın qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğluna və Cavabdeh4 qarşı tikintilərin sökülməsi və torpağın qaytarılması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1687/2020 nömrəli, 21 avqust 2020- ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına, torpaq sahəsinin planı və ölçüsünə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

2. Daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0,6 5 ha torpaqdan 0,06 ha torpaq sahəsini 5000 manat müqabilində X1, daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0,65 ha torpaqdan 0,0486 ha torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh2, daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0,65 ha torpaqdan 0,032 ha torpaq sahəsini 4000 manat müqabilində Cavabdeh3, 0,032 ha torpaq sahəsini 4000 manat müqabilində Cavabdeh4 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğluna və Cavabdeh4 qarşı “tikintilərin sökülməsi və torpağı n qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində ona məxsus olan 0,35 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 70,2 kv.m, Cavabdeh2 tərəfindən zəbt edilmiş 51,98 kv.m, Cavabdeh3 tərəfindən zəbt edilmiş 37,7 kv.metr və Cavabdeh4 tərəfindən zəbt edilmiş 25,2 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metr sahəsinin və 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın cavabdehlərin hesabına sökülərək, bütün cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə ona qaytarılması, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 300 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiaçı tələb lərini belə əsaslandırmışdır ki, torpaq sahəsini satdıqdan sonra iddiaçının 0,35 ha torpaq sahəsi qalmışdır. Cavabdehlərin torpaq sahələri İddiaçı məxsus torpaq sahəsinin 86,97 metr olan tərəfdən qonşuluğunda yerləşir. İddiaçıya məlum olmuşdur ki, cavabdehlərin hər biri ayrı-ayrılıqda uzunluğu təxminən 15-20 metr, eni isə 7-8 metr olmaqla torpaq sahəsinə girmiş və orada tikinti işləri aparırlar. 5. "xxxx" MMC-nin rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 70,2 kv.metri Cavabdeh1, 51,98 kv.metri Cavabdeh2, 37,7 kv.metri Cavabdeh3 və 25,2 kv.metri isə Cavabdeh4 tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metri və digər cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunlu ğunda mişar daşından hasar mövcuddur.

6. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2018 nömrəli, 29 yanvar 2018-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2018-ci il tarixli, 21265 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 70,2 kv.metri Cavabdeh1, 51,98 kv.metri Cavabdeh2, 37,7 kv.metri Cavabdeh3 və 25,2 kv.metri isə Cavabdeh4 tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərə findən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metri və digər cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından hasar mövcuddur.

7. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2018 nömrəli, 22 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Şəfiyeva) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunan 70,2 kv.metr, Cavabdeh2 tərəfindən zəbt olunan 51,98 kv.metr, Cavabdeh3 tərəfindən zəbt olunan 37,7 kv.metr və Cavabdeh4 tərəfindən zəbt olunan 25,2 kv.metrinin cavabdehlər tərəfindən boşaldılması, eləcə də zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metr sahəsinin və cavabdehlər tərəfindən inşa edilmi ş 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğlu və Cavabdeh4 tərəfindən onların vəsaitləri hesabına sökülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğlu və Cavabdeh4 tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və Hüquq və Torpaq Məsələləri” MMC-nin hesabına köçürülmüş 300 manat pulun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyərinin 50 manat isə cavabdehlərdən müştərək qaydada tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı mülkiyyətind ə olan torpaq sahəsinin 70.2 kv.metri Cavabdeh1, 51,98 kv.metri Cavabdeh2, 37,7 kv.metri Cavabdeh3 və 25,2 kv.metri isə Cavabdeh4 tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metri və digər cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından hasar mövcuddur.

9. Məhkəmə öz mövqeyini əsaslanarkən Mülki Məcəllənin 152.1,180.4, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5, 69.5.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını, təqdim edil ən qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz, əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilməmiş, torpaq sahələrinin ölçüləri arasında uyğunsuzluqların olması, alğı-satqının üstündən 5 il keçəndən sonra iddianın verilməsini nəzərə alınmamış, satılan torpaqlarda gediş-gəliş yolu qoyulmamışdır. Belə olan halda cavabdehin mülkiyyət hüquqları pozulur.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), T.Məmmədov və S.Qafari) 2(105)-1687/2020 nömrəli, 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçıya məxsus mübahisəli torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz tikilmiş hasarın sökülməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

18. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı g ötürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

21. Maddə 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər

22. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

23. Maddə 84.Hissə İ. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qan unla qorunur.

24. Maddə

84. Hissə İİİ.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

25. Maddə

111. Hissə İ.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 kassasiya şikayəti verdiyindən qətnamə iddianın ona münasibətdə təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 münasibətdə qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

36. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia edir.

37. İddiaçı ilkin olaraq tələb irəli sürərək Abşeron rayon Mehdiabad qəsəbəsində ona məxsus 0,35 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilərək tikinti aparılan 700 kv.m. hissəsində tikililərin onların hesabına sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməklə ona qaytarılmasını xahiş etmişdir.

38. Birinci instansiya məhkəməsində müvafiq olaraq məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və rəy alınmışdır. Həmin rəyə əsaslanan iddiaçı iddia tələbində dəqiqləşdirmə etmiş ona məxsus torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt edilmiş 51,98 kv.m., Cavabdeh4 tərəfindən zəbt edilmiş 25,2 kv.m. torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.m. sahəsinin və 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın cavabdehlərin hesabına sökülərək, bütün cavabdehlər t ərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə iddiaçıya qaytarılmasını xahiş etmişdir.

39. İş materallarında olan 26 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə müəyyən olunduğu kimi İddiaçı adından etibarnamə ilə çıxış edən X2 mülkiyyətdə olan 0,65 ha torpaq sahəsinin 0,0486 ha hissəsini Cavabdeh2 satmışdır.

40. İş materallarında olan 17 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə müəyyən olunduğu kimi İddiaçı adından etibarnamə ilə çıxış edən X2 mülkiyyətdə olan 0,65 ha torpaq sahəsinin 0,32 ha hissəsini Cavabdeh4 satmışdır.

41. Cavabdeh2 göstərir ki, torpaq sahəsini 90.000 manata almış, alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.0486 ha torpaq sahəsi və Cavabdeh4 əldə etdiyi 0,32 ha torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında onun sahibliyin ə keçmiş və onun mülkiyyətindədir.

42. Bu halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ilkin olaraq iddia tələbinə cavab verməli olan şəxsləri müəyyən etməli olmuşdur. Cavabdeh2 özünün mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 də torpaq sahəsini əldə etdiyini göstərirsə, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin birinci instansiya məhkəməsində iştirak etmədiyi və məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığına dair dəlillərinin olmasını nəzərə alaraq Cavabdeh4 mülkiyyətində hər hansı ölçüdə torpaq sahəsinin qalması, torpaq sahəsinin qalmadığının müəyyən olunması halında ona qarşı tələbin əsaslı olub-olmamasına qiymət verilməli idi.

43. Bununla yanaşı birinci instansiya məhkəməsi Cavabdeh4 25, 2 kv.m. ölçüdə torpaq sahəsini zəbt etməsi nəticəsinə gəlir, lakin həmin şəxsin mübahisəli torpaq sahəsinə aidiyyəti qalmadığının müəyyən olunması halında ona qarşı təmin olunan iddianın icrasının hansı qaydada mümkün olacağı, onun hansı torpaq sahəsindən çıxarılmalı və hansı tikilinin sökülməli olması da anlaşılmazdır. Ümumiyyətlə bir hissəsinin sökülməsi qət edilən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında qeydiyyata alınıb-alınmaması, qeydiyyata alınmışdırsa məhz kimin adına qeydə alınması, qeydə alınmamışdırsa kimin sahibliyində olması müəyyən edilməmiş qalmışdır.

44. Cavabdeh2 kassasiya şikayətində olan digər dəlillərə münasibətdə qeyd edilməlidir ki, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara əsasən ilk olaraq iddiaçının və cavabdehin mülkiyyətlərində olan torpaq sahələrinin h arada yerləşməsini (yerdə yerləşməsini) müəyyən etməkdən ibarətdir.

45. Bunun üçün isə məhz tərəflərə aid olan reyestr qeydi ilə bağlı sənədlərlə yanaşı torpağın yerdə quruluşunu müəyyən edən sənədlər əsasında araşdırmanın aparılması və məhz ekspertiza qarşısında hər bir tərəfin malik olduğu sənədlər əsasında torpaq sahəsinin yerdə quruluşunun müəyyənləşdirilməsi zəruri olmuşdur.

46. Birinci instansiya məhkəməsi ilkin olaraq mütəxəssis rəyi almış, bu zaman qoyulmuş suallar üzrə tədqiqatın yalnız iddiaçının adına verilmiş 18 aprel 2014-cü il tarixli reyestr çıxarışı əsasında aparılması tapşırılmışdır. Məhz həmin sual əsasında mütəxəssis tədqiqat aparmış, rəy vermiş, məhkəmə ekspertiza mərkəzinin rəyində də məhz mütəxəssis rəyini eyni ilə təkrarlamış və əlavə hər hansı bir tədqiqat aparılmam ışdır.

47. Göründüyü kimi, ekspert tədqiqatı tam və hərtərəfli aparılmadığı halda cavabdehin mülkiyyətində olan torpaq sahələrinin iddiaçının mülkiyyətində qalmış torpaq sahəsi ilə üstüstə düşməməsi ilə bağlı qəti qərara gəlmək ziddiyyətli və işin hallarına uyğun hesab edilə bilməz.

48. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olubolmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə aparılmış araşdırma tam olmamış, lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddianın mübahisələndirilən hissədə təmin edilməsini qanuni hesab etmişdir.

49. Beləliklə, tərəflərin hər ikisi torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını müəyyən edən reyestr qeydinə əsasl anır, mülkiyyət hüququnu təsdiq edən sənədlər qüvvədə olduğu və cavabdehin mülkiyyətindəki torpağın yerləşdiyi ərazi (yer) müəyyən edilmədiyi halda, iddiaçının mülkiyyət hüququnun pozulmasından ibarət olan məhkəmələrin gəldikləri nəticə natamam araşdırmanın nəticəsi olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd olunan hallara istinad etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə əhəmiyyət verməmişdir.

50. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

51. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilə n hissədə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

54. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.

55. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə araş dırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli qətnaməsi qismən - «İddiaçı mülkiyyətində olan Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunan 51,98 kv.metri, Cavabdeh4 Hüsyen oğlu tərəfindən zəbt olunan 25,2 kv.metri cavabdehlər tərəfində n boşaldılması, eləcədə zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində inşa edilmiş cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.m sahəsi və cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından tikilmiş hasar Cavabdeh2, Cavabdeh4 tərəfindən (aid hissəsi) onların vəsaitləri hesabına sökülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və "xxxx" MMC-in hesabına köçürülmüş 300 manat pulun əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 müştərək qaydada tutulub iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın isə cavadehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulub dövlət nəfinə keçirilmə sinə aid hissələrdə» ləğv edilsin, həmin hissələrdə yenidən baxılması üçün geri qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar