Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2526/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə sənədinin rəsmi qaydada verilməsi, prosessual müddətin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və vurulmuş zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1530/2021 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki birinci icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ailə üzvlərinin və digər şəxslərin ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsi 15 saylı binada 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzilindən çıxarılmaları, 01 iyul 2017-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunan günə qədər hər ay 650 manat maddi zərərin (kirayə haqqının), 50 manat mənəvi zərərin, dövlət rüsumu olaraq 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Mə hkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1314/2020 nömrəli iş üzrə 28 fevral 2020-ci il tаrixli qətnаməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, Cavabdeh, ailə üzvləri və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon R.Məmmədov küçəsi, 15 saylı binanın 1-ci girişinin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzildən çıxarılması, Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə (kirayə haqqı) 13.650 (on üç min altı yüz əlli) manatın və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barə də qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1530/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və V.Sadıqov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, qətnamə poçt vasitəsilə 26 aprel 2021-ci il tarixdə cavabdehin yaşadığı “ünvan 1 ünvanına rəsmi qaydada göndər ilmiş, lakin zərf “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmışdır. Cavabdeh apellyasiya və kassasiya şikayətlərində də “ünvan 1 ünvanını yaşayış yeri kimi göstərmişdir. Cavabdehin rəsmi qeydə alındığı yer Zəngilan rayonu, Mincivan qəsəbəsi isə yeni işğaldan azad olunan ərazilər siyahısına daxil olmaqla, faktiki yaşayışın təmin olunmadığı bölgədir. Bu səbəbdən məhkəmə bildirişlərinin həmin ünvana göndərilməsi ağlabatan hesab olunmadığından, məhkəmə tərəfindən bildirişlər məhkəməyə məlum olan axırıncı yaşayış ünvanına göndərilmişdir.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı 25 oktyabr 2021-ci il tarixli ərizədə (iş vərəq 117) apellyasiya icraatı barədə heç bir məlumatının olmadığını, icra mərhələsində işin yekunlaşmasını öyrəndiyini bildirsə də, apellyasiya icraatı zamanı cavabdehin apellyasiya şikayətində göstərdiyi yaşayış ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi bildiriş, cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində qeyd etdiyi ***-***-**-** və ***-***-**-** mobil nömrələrə SMS xəbərdarlıq göndərilmişdir (iş vərəq 91-94, 101). Bundan başqa cavabdeh apellyasiya icraatı zamanı keçirilmiş hər iki məhkəmə iclasının başqa günə keçirilməsi barədə teleqramla (iş vərəq 95, 102) məhkəməyə müraciət etmişdir. Bu hal da özlüyündə onu göstərir ki, cavabdeh apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlı olmuşdur.
9. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, cavabdeh mülki iş üzrə icraatdan məlumatlı olmuş, lakin ünvanını dəyişib-dəyişməməsi barədə hər hansı məlumat verməmiş, əksinə apellyasiya icraatı zamanı geri qayıdan zərflərdə qeyd edilən ünvanı kassasiya şikayətində yaşayış yeri kimi qeyd etmişdir. Göründüyü kimi, hazırki kassasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə (05 aydan çox) məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır.
10. Bundan əlavə, Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən verilən kassasiya şikayəti qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Kassasiya şikayətinin forması” başlıqlı Əlavə 3) riayət edilmədən verilmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən verilən kassasiya şikayətində prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması öz əksini tapmamışdır.
11. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 130.3, 135.2, 135.3, 135.6, 135.8, 146, 405.0.1, 407.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə istinad edərək hazırkı iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin cavabdehə çatdırılmış hesab edilməsi nəticəsinə gəlsə də nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 135.2, 135.3, 135.6, 135.8-ci maddələrinin heç birinin tələblərinə riayət edilməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə istinad edərək cavabdeh yaşayış yerini dəyişdirməsi barədə məhkəməyə məlumat vermədiyindən, cavabdehin iş materiallarına əsasən məhkəməyə məlum olan ünvanına göndərilmiş qətnamənin çatdırılmış hesab edilməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdeh yaşayış yerini dəyişməmiş, sadəcə olaraq qətnamə çatdırılan zaman cavabdeh evdə olmadığından poçt işçisi “burda yaşamır” qeydi ilə məktubu geri qaytarmışdır.
14. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instan siyası məhkəməsi qətnamədən verilmiş kassasiya şikayətində prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğunun göstərilmədiyinə istinad edərək şikayəti geri qaytarmaqla Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, həmin maddəyə əsasən maddi və prosessual hüquq normalarının hər ikisinin pozulmasının nədən ibarət olmasının yazılması məcburi deyildir və onlardan yalnız birinə istinad olunması yetərlidir. Bu mənada cavabdeh kassasiya şikayətində yalnız maddi hüquq normalarının pozulduğuna istinad etmiş və məhz bu əsasla qətnamənin ləğvini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qan unla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
21. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tə tbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində...
26. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
27. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi
28. Mülki Prosessual Məcəlləyə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər (§ 18, 19, 25).
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyun 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarı ldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”.
30. Baxılan işin materiallarında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehə rəsmi qaydada verildiyi barədə sübut yoxdur. Mülki Prosessual Məcəllənin məhkəmə sənədinin rəsmi qaydada verilməsi qaydalarını müəyyən edən 135.5-ci maddəsində sənədin rəsmi qaydada verilmiş hesab edilməsinin 4 halı nəzərdə tutulmuşdur: sənədin 1) ünvan sahibinin özünə verilməsi; 2) ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilməsi; 3) “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə; yaxud 4) kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə verilməsi.
31. Apellyasiya instansiyası məhkəməsi sadalanan hallardan hər hansı birinin mövcud olduğunu müəyyən etməmişdir. Eyni zamanda, işdə iştirak edən şəxsin məhkəmə icraat ı barədə məlumatlı olması həmin icraatın nəticəsində qəbul edilmiş məhkəmə aktını rəsmi qaydada alması və bununla da prosessual müddətin axımının başlanması kimi qiymətləndirilə bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin geri qaytarılmasının digər əsası kimi şikayətdə prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğunun göstərilmədiyinə istinad etmişdir.
33. Halbuki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələblərinə görə kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Göründüyü kimi, kassasiya şikayətində mütləq şəkildə həm maddi, həm də prosessual hüquq normalarının pozulmasını əsaslandırılması qaydası nəzərdə tutulmamışdır. İşdə iştirak edən şəxsin kassas iya şikayətində qeyd olunan pozuntulardan birinə istinad etməsi (maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırması) şikayətin Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələblərinə cavab verdiyi barədə qənaətə gəlmək üçün əsasdır.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-1530/2021 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.