Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2526/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-2526/2024 (Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğun olmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2313/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (onun nümayəndəsi və Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətini 25 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında nəzərdən keçirərək aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 azyaşlı uşaqları ilə birlikdə Cavabdeh məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 12-ci küçədə yerləşən, 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4152/2023 saylı mülki iş üzrə 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim: C.Tağıyev) iddia tələbinin təmin edi lməməsi qət edilmişdir.
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2313/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X4 (sədrlik edən və məruzəçi), X2 və X1) apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-4152/2023 saylı mülki iş üzrə 28 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
5. Qətnamədən İddiaçı (onun nümayəndəsi və Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edib işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
6. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
7. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...
8. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılma sı barədə qərardad çıxarılır.
9. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
11. Belə ki, iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən p rosessual normaların tələblərinə tam əməl olunmayıb.Azərbaycan Respublikasının MPM-in 407.1-ci maddəsinin tələbinə əsasən kassasiya şikayəti MPM-lə müəyyənləşdirilən formada verilməlidir. Azərbaycan Respublikasının MPM-ə Əlavə 3-də kassasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Lakin iddiaçının kassasiya şikayəti müəyyənləşdirilmiş formaya (cədvəl) uyğun deyildir. Yəni MPM-in 407.1-ci maddəsinin tələbinə tam əməl olunmamışdır.
12. Odur ki, kassasiya şikayəti qanunverilicikdə göstərilmiş formaya uyğun verilmədiyi üçün işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur.
13. Kassasiya şikayətinin müəyyən olunmuş formada verilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən MPM-in 409-cu maddəsinin tələbinə zidd olaraq şikayət iş materialları ilə birlikdə kassa siya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
16. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.
18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2313/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.