Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2527/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı QƏRARİ Açar sözlər: işə bərpa, əmək haqqının ödənilməsi 20.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1660/2022 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış PERSORD18-07985 saylı 04 oktyabr 2018-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən, İddiaçı Cavabdeh QSC-də Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə qəbul edilmişdir.
2. Cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli, 21-1082 nömrəli əmrinə əsasən Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilmişdir.
3. Cavabdeh QSC-nin əməkdaşları- İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis X9, Risklərin İdarə edilməsi üzrə icraçı direktor X5 və İnformasiya Təhlükəsizliyi üzrə menecer X15 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixində İnformasiya Texnologiyaları tərəfindən Kartları üzrə Aparıcı Mütəxəssis/X4 Timur Eldaroviçə məxsus komputerin əməliyyat sisteminin sıradan çıxması ilə əlaqədar İnformasiya Təhlükəsizliyinə məlumat daxil olmuş, yoxlama aparılmış və kartlar üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixda, saat 13:16-da Banka məxsus hard diski şifrələdiyi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxardığı, xx.xx.2021-ci il tarixdə sistem disklərini şifrələməyə cəhd etdiyi və cəhd nəticəsində komputerin əməliyyat sistemini sıradan çıxardığı aşkarlanmış, İddiaçı izahatında hard diski Bankdan kənara çıxardığını bildirmiş və müvafiq hard disk Banka geri qaytarmışdır. Hard disk Bank tərəfindən yoxlanılarkən onda olan məlumatların bank sirri, kommersiya sirri, o cümlədən müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədlər olduğu müəyyən olunmuşdur. Yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları işçi İddiaçı Eldaroviç (kartlar üzrə aparıcı mütəxəssis/texniki administrator) tərəfindən işçi ilə Cavabdeh QSC arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilir. 4. 12.11.2021-ci il tar ixli akta əsasən, kartlar üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı on atəqdim olunan İS-20210000 saylı, xx.xx.2021ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt ilə tanış olmuş, lakin imzalamaqdan imtina etmişdir. 5. xx.xx.2020-ci il tarixli Razılaşmaya əsasən, Cavabdeh QSC ilə İddiaçı arasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur.
6. İzahatda İddiaçı qeyd edir ki, “D” diskində və xarici sərt diskin içində şəxsi xarakterli məlumatlar olduğundan, onlara parol qoyulmuşdur.“C” diskində həmçinin şəxsən tərəfindən, bankomatların tam diaqnostikası üçün köçürülmüş və bank təqdim etdiyi proqramların standart dəstinə daxil olunmamış proqramlar var. Sistem faylları “C” sistem diskin xassələrini dəyişmək cəhdi zamanı avtomatik silinmişdi lər. Xarici daşıyıcı şəxsi məlumatların surətə aldığına görə evdə idi. Xəstəxanadan sonra məzuniyyətdə olduğundan və tutduğu vəzifəni azad etmək istəyi haqqında yazılı bildirişə görə və nəticədə bu kompüterdən gələcək məqsədlərində istifadə etmək lazım olmadığından, kompüterin nasaz olduğu haqqında məlumat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" QSC-ə qarşı "işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 21-1082 saylı əmrinin ləğv edilməsi, onun Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə bərpa olunması və x x.xx.2021-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2018-ci il tarixdə onunla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış PERSORD18-07985 saylı əmək müqaviləsinə əsasən, o həmin bankda Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 05 oktyabr 2018-ci il tarixdə qüvvəyə minmişdir. Cavabdeh bankın X19 Birinci müavini Evgenia Gashiku lina tərəfindən imzalanmış 21-1082 saylı, 10 noyabr 2021-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə 10 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərimi yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin çıxarılmasına əsas kimi xx.xx.2021-ci il tarixli "Yoxlamanın nəticələrinə dair" akt göstərilmişdir. "Yoxlamanın nəticələrinə dair" xx.xx.2021ci il tarixli akta əsasən guya o, kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəlikləri pozmuşdur. Onunla cavabdeh qurum arasında, yalnız əmək müqaviləsi bağlanmış, kommersiya sirri rejiminin tətbiqi barədə ayrıca olaraq hər hansı bir razılaşma bağlanmamışdır. Bu səbəbdən də hansı razılaşmanın tələblərini pozduğu və bu pozuntunun nədən ibarət olması ona aydın deyil. Bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunması üzrə öhdəliklərini pozmamışdır. Belə ki, o, 07 oktyabr 2021-ci il tarixdə öz xahişiylə işdən çıxmaqla bağlı ərizə yazaraq bankın İnsan Resursları Departamentinə təqdim etmiş və bu barədə öz işlədiyi Plastik Kartlar Departame ntin müdir müavini Rəşid Xanməmmədova məlumat vermişdir. Bundan təxminən 5-6 gün sonra Rəşid Xanməmmədov ona zəng edərək banka məxsus hard diskin onda olub-olmadığını soruşduqda, o, işlətdiyi hard diskin özündə olduğunu bildirmişdir. Bundan da 2-3 gün sonra şöbə müdiri Sevinc Əliyeva ona hard diski gətirməyini tələb etmiş, o, İnformasiya Təhlükəsizliyi Departamentinin, İnsan Resursları Departamentinin və işlədiyi Plastik Kartlar Departamentinin müdirlərinin iştirakı ilə hard diski təhvil vermişdir. Onlar ondan hard diski nəyə görə bankdan kənara çıxarmağı və iş kompüterini nəyə görə şifrələdiyi barədə izahat yazmağını tələb etmişdilər. O izahat yazaraq hard diski orada olan şəxsi məlumatlarının və öz vəsaitilə aldığı, banka aid olmayan kompüter proqramlarının şəxsi kompüterinə köçürməyi sə bəbindən apardığını, iş kompüterini isə o, işdə olmadığı müddət ərzində kompüterə başqa şəxslərin daxil olmasının qarşısını almaq üçün şifrələdiyini bildirmişdir. Həmin vaxt hard disk xüsusi proqram vasitəsi ilə yoxlanılmış və hard diksdən heç bir məlumatın silinmədiyi aşkar olunmuşdur. Bundan təxminən bir həftə sonra İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri onu yenidən çağıraraq ondan hard diskdə olan iki faylın şifrəsini soruşmuşdu. O da həmin faylların şifrəsinin hard diskdə olan mətn faylının içərisində olduğunu bildirmiş, həmin vaxt hard diskdə fayllar yoxlanılmış və fayllarla bağlı heç problemin olmadığı aşkar edilmişdir. Bundan bir müddət sonra X21 sədr müavini Andrey Zainulin onu çağıraraq hard diskdə aşkar olunan banka aid məlumatların hansı əsaslarla onda olduğunu soruşm uş, o da təxminən iki il əvvəl Plastik Kartlar Departamentinin müdiri Sevinc Əliyevanın və müdir müavini Rəşid Xanməmmədovun göstərişi ilə iş kompüterində olan əməliyyat sisteminin surətini hard diskə köçürdüyünü, məlumatların bir surətini də Rəşid Xanməmmədova verdiyini, əməliyyat sisteminin içərisində hansı məlumatların olduğunu bilmədiyini demişdir. Bundan sonra A.Zainulin həmin hard diski başqa nə zaman bankdan kənara çıxardığını soruşduqda, o işlədiyi vəzifənin xüsusiyyəti ilə əlaqdar olaraq bankomatların proqram təminatları da həmin hard diskdə olduğundan bankın işi ilə bağlı həmin hard diski hər zaman özüylə gəzdirdiyini bildirmişdir. Bundan sonra 10 noyabr 2021-ci il tarixdə işdən azad olunmağı barədə əmr ona təqdim olunmuş, həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, onu nla bank arasında bağlanmış əmək müqaviləsinin 7.4-cü bəndində göstərilmişdir ki, Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz.Yuxarıda da qeyd etdiyi kimi onda olan banka məxsus hard diski tutduğu vəzifənin xüsusiyyətləri ilə əlaqdar bankın işi ilə bağlı hər zaman özüylə gəzdirmişdir. Həmin hard diskdə olan bankın müştərilərinə aid plastik kartların məlumatları yoxlanılarkən, həmin kartların bəzilərinin istifadə müddətinin çoxdan bitdiyi, aktiv olan kartlarla isə hər hansı qeyri-qanuni əməliyyatların aparılmadığı müəyyən olunmuşdur. Bir daha qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunm ası üzrə öhdəliklərini pozmamış, banka aid olan kommmersiya sirri təşkil edən məlumatları hər hansı formada yaymamış, əmək fəaliyyəti nəticəsində işəgötürən hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir.
9. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasını əsaslandırarkən, hard diskdən heç bir məlumatın silinmədiyini və fayllarda heç bir problem olmadığına istinad etmiş və bildirmişdir ki, banka məxsus hard diski, tutduğu vəzifəsinin xüsusiyyətləri ilə əlaqədar olaraq hər zaman özü ilə gəzdirmişdir və bu səbəbdən, bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, habelə bank sirrinin pozulması üzrə öhdəliklərini pozmamışdır. İddiaçı bunları əsas tutaraq q eyd edir ki, o, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilə bilməz. Etirazın əsaslandırılması üçün bir sıra məsələlərin qeyd edilməsi vacibdir. Bu məsələlərə aiddir. A) Bankda saxlanılan və Banka məxsus məlumatlar Bankın sahəsindən kənara çıxarılması qadağan edilmişdir, b) Banka məxsus informasiya aktivlərindən onun biznes məqsədlərindən kənar istifadəsinə yol verilmir, c) ümumi parolun başqa bir şəxsə bəlli olması əlaməti aşkar edilmədən parolun dəyişilməsi və bu barədə X1 üzrə İnzibatçısına məlumat verilməməsi üzrə öhdəliklərini yerinə yetirilməmişdir.
10. Bakı Şəhər Yasamal rayon məhkəməsinin (X2) e-2(004)-2193/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh QSC-nin “işdən azad olunma barədə” xx.xx.2021-ci il tarixli, 21- 1082 s aylı əmri ləğv edilmiş, İddiaçı Cavabdeh QSC-nin Kartlar üzrə aparıcı Mütəxəssis (Texniki Administrator) vəzifəsinə bərpa edilmiş və Cavabdeh QSC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixda, saat 13:16-da Banka maxsus hard diski şifrələməsi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarması işin mübahisəsiz halıdır. İddiaçı bu halı izahatında onun işi ilə əlaqədar olması ilə əsaslandırmışdır. Lakin İddiaçı qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizlin saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini y erinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamış və cavabdeh tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
12. Məhkəmə hesab etmişdir ki, işçinin hard diski Bankdan kənara çıxarması, eləcə də yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları kommersiya sirrinin yayılması kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması ilə eyni zamanda müəyyən olundu ki, iddiaçı rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışdığından, onun əmək funksiyalarının icrası ilə bağlı hard disk daima onun yanında olmuş, işlədiyi müddət ərzində buna qarşı hər – hansı irad bildirilməmişdir. Qeyd olunanları cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir.
13. Məhkəmə bildirmişdir ki, Əmək Məcəll əsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh, Cavabdeh QSC bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh T.Eldaroviç tərəfindən Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri məlumatların yayılması, yəni məlumatın başqa şəxslərə açıqlaması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də Cavabdeh QSC bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.
14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ç, 71.2, 72-e bəndlərinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Yasamal Rayon Məhkəməsinin 2(004)-2193/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsinin 9-cu səhifəsində qeyd etmişdir ki, “işçinin hard diski Bankdan kənara çıxarması, eləcə də yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları kommersiya sirrinin yayılması kimi qiymətləndirilə bilməz” Belə bir yanaşma irəli sürməklə məhkəmə Kommersiya sirri haqqında Qanunun kommersiya sirrinin yayılması barədə 2.0.7-cibəndinin tələblərini pozmuşdur. Hazırkı işdə də iddiaçı kommersiya sirrlərinin olduğu hard diski Bankdan kənara çıxarmış və bununla da kommersiya sirrinin rejimini riayət olunması üzrə öhdəliklərini pozmuşdur. Belə ki, iddiaçı həm Əmək Müqaviləsinin 7.4-cü bəndini, həm də əməl etməyi üzərinə götürdüyü Davranış Kodeksinin tələblərini pozmuşdur. Hazırkı iş üzrə nəzərə almaq lazımdır ki, kommersiya sirrinin sahibi Ca vabdeh QSC, kommersiya sirrinin konfidenti isə iddiaçı olmalı idi. Lakin Kommersiya sirri haqqında Qanunun 2.0.5-ci bəndindən aydın olur ki, konfident hesab oluna bilməsi üçün iddiaçı həmin sirləri qanuni əsaslarla əldə etməli idi. Hazırkı işdə isə iddiaçı kommersiya sirlərini açıq-aşkar qeyri-qanuni üsullarla, yəni kommersiya sirrinin rejimini pozmaqla əldə etmişdir. Beləliklə, hazırkı məsələdə iddiaçının həmin kommersiya sirlərinin konfidenti kimi çıxış etməsi mümkün deyil. Belə olduğu təqdirdə isə, iddiaçı nə əldə etdiyi kommersiya sirlərinin sahibi, nə də konfidenti hesab oluna bilər. Belə olan halda isə iddiaçı kommersiya sirlərini qeyri-qanuni üsulla və həmin sirləri yayaraq əldə edən “başqa şəxs” hesab olunmalıdır. Bu isə o deməkdir ki, iddiaçı kommersiya sirrini yaymışdır. Məhkəmə öz qətnaməsində iddiaçının “xx.xx.2021-ci il tarixdə Banka məxsus hard diski şifrələməsini, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski bankdan kənara çıxarmasını işin mübahisəsiz halı” olaraq qiymətləndirmiş, bununla belə, bu halları “yayılma” faktı kimi yetərli hesab etməmiş, əlavə sübutların təqdim olunmasının zəruriliyini bildirmişdir. Həmçinin məhkəmə yuxarıdakı faktları “mübahisəsiz hallar” olaraq qeyd etsə də, bunu “əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək” kimi qiymətləndirməmişdir. Nəticə etibarilə, məhkəmə Kommersiya sirri haqqında Qanunun 2-ci və xüsusilə də 2.0.7-ci bəndini düzgün tətbiq etmədiyi üçün həmin sirrin yayılmadığını qətnamədə qeyd etmişdir. Məhkəmə iddiaçının hərəkətləri nəticəsində Cavabdeh QSC-yə məxsus kommersiya sirlərinin yayılmadığını və buna g örə də iddiaçının əmək müqaviləsinin ləğvinin Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbləri ödənmədiyi üçün əsassız olduğunu hesab etmişdir. Bu yanaşma heç bir halda qanuna müvafiq hesab edilə bilməz. Belə ki, kommersiya sirləri qeyri-maddi nemət hesab olunurlar. Şəxsin kommersiya sirləri ilə əlaqədar olaraq sahiblik etdiyi tək element həmin sirlər üzərindəki hüquqlarıdır. Kommersiya sirri üzrə bu hüquqlar yalnız kommersiya sirrinin sahibinə və müqavilə əsasında verilmiş konfidentə məxsusdur. Tərəflər arasındakı həmin müqavilə kommersiya sirrinin rejimini müəyyən edir. Bu rejimin, yəni kommersiya sirrinin rejimini müəyyən edən müqavilənin şərtlərinin pozulması birbaşa kommersiya sirrindən qanunsuz istifadə və kommersiya sirrinin sahibinin hüquqlarının pozulması hesab olunur. Hal-hazırda isə iddiaçı kommersiya sirri rejimini pozmuşdur. O, kommersiya sirlərini ehtiva edən hard diski Cavabdeh QSC-nin nəzarətindən kənara çıxarmaqla Əmək Müqaviləsinin 7.4-cü bəndini və Davranış Kodeksinin tələblərini pozmuşdur. Əmək Müqaviləsi və Davranış Kodeksi isə kommersiya sirrinin rejimini müəyyən edir və iddiaçı bu rejimi pozmuşdur. Bütün bunlar isə onu göstərir ki, iddiaçı hərəkətləri nəticəsində kommersiya sirri rejimini pozmuş, bununla da işəgötürən olaraq Cavabdeh QSC-nin hüquqlarına və Kommersiya sirri haqqında Qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə olduğu təqdirdə isə aydın görünür ki, məhkəmə Əmək Məcəlləsinin 71.2-ci bəndini düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsini n 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmamışdır”. Cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli, 21-1082 nömrəli kadr əmri Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə uyğundur. Əmək Məcəlləsinin 71.3-cü maddəsi tələb edir ki, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Mübahisə predmeti olan kadr əmrində “Əsas” olaraq qeyd edilən hissə mövcuddur. Orada “xx.xx.2021-ci il tarixli «Yoxlamanın nəticələrinə dair akt” (“Akt”) ifadəsi qeyd edilmişdir. Bu isə o deməkdir ki, kadr əmrinin, başqa sözlə iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi həmin Akt ilə əsaslandırılmışdır. Xüsusilə qeyd etməlidir ki, həmin aktda iddiaçının törətdiyi pozuntunun xarakteri, həmin pozuntunu törətməklə iddiaçının pozduğu razılaşma və öhdəlikləri, habelə həmin pozu ntu nəticəsində Cavabdeh QSCnin pozulan hüquqları qeyd edilmişdir. Aktda bunların qeyd edilməsi isə iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmaq üçün yetərlidir. Beləliklə, CavabdehQSC mübahisə predmeti olan kadr əmrini əsaslandırmaq məqsədilə aktdan istifadə etmiş və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçını aktla tanış etmişdir. Adı keçən aktda iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasının zəruriliyi barədə kifayət qədər məlumat əks olunmasına baxmayaraq məhkəmə qətnaməsində həmin aktı nəzərə almamış və əsassız olaraq Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Belə hal isə özü-özlüyündə onu göstərir ki, məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 71.3-cü maddəsini düzgün tətbiq etməmişdir.
17. Məhkəmə k ollegiyasının iclasında Cavabdeh QSC-nin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Qabil oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X16 İmanovun sədrliyi ilə, X17 və X3) 2(103)-4715/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. Kollegiya apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tu tulan qaydada əsaslandırılmamışdır, yəni, iddiaçının qəsdən və ya səhlənkarlıqla etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsinin nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halları olmadığından və buna dair hər hansı sübut məhkəməyə təqdim olunmadığından iddia təmin edilməli, Cavabdeh QSC-nin “işdən azad olunma barədə” xx.xx.2021-ci il tarixli, 21-1082 saylı ləğv edilməli, İddiaçı Cavabdeh QSC-nin Kartlar üzrə aparıcı Mütəxəssis (Texniki Administrator) vəzifəsinə bərpa edilməli və Cavabdeh QSC tərəfindən ona məcburi iş buraxma müd dəti üçün əmək haqqı ödənilməlidir. Bundan əlavə ödənilmiş mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməlidir.
21. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 71, 72, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
22. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X11 (məruzəçi), X8 və X6) 2(102)-5664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmi ş, qətnamə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, məhkəmələr iddianı təmin edərkən ona əsaslanmışlar ki, məhkəmə baxışı zamanı Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri məlumatlarının iddiaçı tərəfindən yayılması, məlumatın başqa şəxslərə açıqlanması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilmədiyi üçün iddiaçının işdən azad olunması qanunsuz olmuşdur. Eyni zamanda məhkəmələr iddiaçının 11 oktyabr 2021-ci il tarixdə, s aat 13:16- da Banka məxsus hard diski şifrələməsi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarması işin mübahisəsiz halı kimi qəbul etmişlər. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 7.4cü bəndində qeyd edilmişdir ki, “Bankın işi üçün tələb olunmadığı halda işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları bankın sahəsindən kənara çıxara bilməz." Tərəflər arasında bağlanmış 9 iyul 2020-ci il tarixli Razılaşmadan müəyyən olunur ki, Bank ilə iddiaçı arasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur. Belə ki, kommersiya sirri, hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Bank sirri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında, müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatlardır. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəi fləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi. Bank iddiaçı ilə əmək müqaviləsi bağlayarkən müqaviləyə 7.4-cü bəndi əlavə etməklə Kommersiya sirrinin qorunması qaydaları ilə bağlı öhdəlikləri müəyyən etmişdir. Həmin məsələ ilə bağlı öhdəlik ondan ibarət olmuşdur ki, “Bankın işi üçün tələb olunmadığı halda işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz." Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrin in kobud şəkildə pozulması hesab edilir.
26. Kollegiya öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə, MPM-in 88-ci maddəsinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X12 (sədrlik edən və məruzəçi), X13 və X14) 2(103)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir.
28. Kollegiya qeyd etmişdir ki, işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə əsasən “Bankın işi üçün tələb olunmadığı halda işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları bankın sahəsindən kənara çıxara bilməz." Eyni zamanda xx.xx.2020-ci il tarixli Razılaşma ilə Bank ilə iddiaçı a rasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur. Kommersiya sirrinin sahibi olan Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəl i sürülməsinə əsas ola bilərdi.
29. Kollegiya bildirmişdir ki, Əmək Məcəlləsinin tələblərinə görə kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, yalnız kommersiya sirrinin yayılması deyil, həmçinin həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Qanunvericiliyin tələbinə əsasən isə qeyd edilən hallarda əmək vəzifələrinin kobud pozuntusu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasını təşkil edir.
30. Kollegiya öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsi 967.1, 967.2, 967.3, Azərbaycan Respublikasının Əmək Məc əlləsinin 10-d, 70-ç, 71.2, 72, 199-e, 202.1, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1, 2.0.3, 2.0.4, 2.0.7, 4.2, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1, 41.2, 41.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil Qabil oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti iddia ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi iddia ərizəsində istifadə edilən normalara istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
34. Maddə 10, bənd “D”. Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.
35. Maddə 70, bənd “Ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
36. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərt lə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Maddə 72, bənd “D”. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə 967.1 Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qara ntiya verir.
39. Maddə 967.2. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.
40. Maddə 967.3 Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə 2.0.1. Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onları n qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.
42. Maddə 2.0.3. kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs.
43. Maddə 2.0.4. kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs.
44. Maddə 2.0.7. Kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır.
45. Maddə 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi mə sələlərə birinci kassasiya icraatında və bundan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında bundan əvvəl işə baxmış məhkəmənin göstərişləri yerinə yetirilmişdir. Bu baxımdan həmin dəillərlə bağlı yenidən hüquqi dəyərləndirmə aparılması zəruri hesab edilmir.
56. Bununla bağlı apellyasiya məhkəməsinin qənaəti belə olmuşdur ki, Əmək Məcəlləsinin tələblərinə görə kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yalnız kommersiya sirrinin yayılması deyil, həmçinin həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Bu baxımdan müəyyən edilən hallarda əmək vəzifələrinin kobud pozuntusu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasını təşkil edir.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessu al hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1660/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.