Məhkəmə qərarları › İş №2(102)-2528/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2528/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2528/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadından verdiyi kasasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-66/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı iddiası qismən təmin edilərək, Cavabdeh1 14716.0 (on dörd min y eddi yüz on altı) manat və ödənilmiş 30 manat pulun alınaraq İddiaçı1 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə apelyasiya şikayəti vermişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-66/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti müddət keçdiyi üçün geri qaytarılmışdır.(hakim Gündüz Şirinov) Cavabdeh1 qərardaddan verdiyi şikayət də Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməyəyərk, baxılması üçün apelyasiya instansiyasınagöndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3854/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-66/2018 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəfiqə Əliyeva (sədrlik edən və məruzəçi) Rəhman Muradov, Afiq Hüseynzadə) Cavabdeh1 (vəkil) Vəkil kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, şikayətin apelyasiya icraatına götürülməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata vitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunvericilik barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlar ının dairəsini dəqiq müəyyən etmiş və bundan hər hansı istisnanı, o cümlədən apelyasiya şikayətinin qaytarılması barədə qərardadlardan şikayət verilməsin nəzərdə tutmamışdıdır. Bu baxımdan MPM-in qeyd edilən maddəsinin tələbinə görə Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya şikayətinin qaytarılmasından kassasiya şikayəti verilməsinin istisna olunması hüquq və azadlıqların məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqlarla ziddiyyət təşkil etmir. Çünki apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması məsələsini ilkin olaraq apelyasi ya instansiyası məhkəməsi həll etdiyi üçün həmin qərardadların düzgünlüyünü kassasiya instansiyası yoxladığı halda, apelyasiya şikayətinin qeri qaytarılması barədə qərardadları da ilkin olaraq birinci instansiya məhkəməsi qaytardığı üçün həmin qərardadlardan verilən şikayətlərə də MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apelyasiya instansiyaları məhkəmələri tərəfindən təkrar baxılır. Beləliklə, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli qərardadından verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsi barədə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərardadlar ləğv edilməli və kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəll ənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh1 kasasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2528/2020 saylı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərardadları ləğv edilsin. Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadından verdiyi kasasiya şikayəti kasasiya baxışından çıxarılsın və iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar