Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2529/2019 19.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4089/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 2(010)-5884/17 nömrəli, 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 13 000 manatın tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-4089/2018 nömrəli iş üzrə 16 may 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5884/17 nömrəli, 27 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və iddia qismən təmin edilməsi, cavabdehdən 7700 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-4089/201 8 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4089/18 nömrəli, 16 may 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılıb, iddiaçıya buraxılmış prosesual müddətin bərpa edilməsinə dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan borclu olduğu 13.000 manatın, əldən çıxmış faydaya görə 10.000 manatın və ödənilmiş rüsuma görə 30 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə yuxarıda göstərilmə qaydada həll edilmişdir. İddiaçı 21.11.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4089/2018 nömrəli, 05 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4089/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4089/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLAR İ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)4089/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4089/2018 nömrəli iş üzrə 16 may 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli, 2(103)-4089/2018 saylı qətnaməsi 17 iyul 2018-ci il tarixdə qanuni qüvvəsini almış, 04 sentyabr 2018-ci il tarixdə isə müvafiq icra vərəqi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli, 2(103)-4089/2018 saylı qətnaməsi İddiaçı göndərilmiş, lakin evdə olmadığından məhkəmə sənədini almamış, geri qayıtmışdır. Bakı Apel lyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli, 2(103)-4089/2018 saylı qətnaməsi iddiaçının nümayəndəsinə 17 sentyabr 2018-ci il tarixdə rəsmi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsində qeyd edilir ki, kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə verilmiş kassasiya şikayəti hüququn müəyyənliyi prinsipinə zidd olduğu üçün geri qaytarılmalıdır. Çünki Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə tərəflərə göndərilmiş, lakin onlar tərəfindən qəbul edilməmiş, məhkəməyə geri qayıtmışdır. Belə olan halda məhkəmə iki ay müddət ərzində şikayət verməni gözləmiş daha sonra məhkəmənin qətnaməsini icraya yönəltmişdir. Qanunv ericilikdə nəzərdə tutulan şikayət vermə müddəti şəxsin qətnaməni aldığı andan başlayır və məhkəmə qətnaməsi yalnız şəxsin həmin müddətdə (apellyasiya instaniyası məhkəməsinin qətnaməsindən iki ay ərzində) şikayət vermədiyi andan sonra qüvvəyə minir. Məhkəmə qətnaməsini məlumat üçün tərəfə göndərən rəsmi məktubun şəxsə çatdırılması poçt xidməti tərəfindən mümkün olmadıqda (hazırkı halda, iddiaçının evdə olmaması) məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini böyük çətinliklə üz-üzə qoyur. Həmçinin, bu hal digər tərəfin hüquqlarını məhdudlaşdıraraq, onun məhkəməyə müraciət hüququnu qismən pozur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bu mövqedən çıxış edən Avropa Məhkəməsi, “Hornsbi Yunanıstana” qarşı məhkəmə işində belə qənaətə gəldi ki, razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Azərbaycan Respublikasının Konstitusiyasının 60.2. maddəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası MPM-nin 393-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maraqlı tərəfin şikayət vermək müddətinin bitməsindən asılı olmayaraq qanunvericiliklə nəzərdə tutulmuş 2 ay müddət ərzində apellyasiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə o qanuni qüvvəyə minməli və müvafiq olaraq icraya yönəldilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi də qanuna müvafiq olaraq qüvvəyə minmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müddət ötürülməklə verilmişsə, geri qaytarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyi n yuxarıda göstərilən tələblərinə uyğun olmadığından, yəni müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas ı QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4089/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2529/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2529/2019
19.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver