Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2529/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsindən istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2382/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx xxxxx 2000-ci ildə Bərdə rayon X17 Çadır şəhərciyində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır;
3. AA385636 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən İddiaçı Ağdam rayonundan məcburi köçkündür;
4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 2i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında yerləşən mənzillə bağlı “Dövlətqaçqınkom” ilə X7 arasında kirayə müqaviləsi bağlanmış, ailə üzvləri X2, Cavabdeh və X3 ibarətdir;
5. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən veril miş 668 nömrəli, 01 iyun 2023-cü il tarixli arayışa əsasən Ağdam rayonundan məcburi köçkün düşmüş X1 rayonu Həsənqaya kəndi ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında müvəqqəti məskunlaşmışdır və ailə üzvləri həyat yoldaşı X2, oğlu Cavabdeh və oğlu X3 ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan 3 oktyabr 2019-cu il təvəllüdlü X9 və 7 aprel 2021-ci il təvəllüdlü X10 ilə cavabdehə məxsus Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30 ünvanına köçürülməsinə və evdən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddiaçı iddia tələbini onunla əsaslandırmı şdır ki, Cavabdeh ilə 27 iyun 2018-ci ildə faktiki nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 oktyabr 2019-cu il tarixdə X9 və 7 aprel 2021-ci il tarixdə X10 adlı uşaqları olmuşdur. O, cavabdehin Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı qəsəbədə yerləşən, bina 15, mənzil 30 nömrəli evə gəlin köçərək 2022-ci ilin əvvəllərinə kimi həmin evdə yaşamışdır. Bir neçə il ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların arasında olan münasibətlər pisləşməyə başlamışdır, cavabdeh onu və birgə nikahdan olmuş 3 oktyabr 2019-cu il tarixdə X9 və 7 aprel 2021-ci il tarixdə X6 cavabdehə məxsus olan Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı qəsəbədə yerləşən, bina 15, mənzil 30 nömrəli evdən qovmuşdur. Cavabdeh yaşadığı evdən istifadə etməsin ə, orada yaşamağına imkan vermir. Ağdam Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(021)-301/2015 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan, 03 oktyabr 2019-cu il tarixdə X9 və 7 aprel 2021-ci il tarixdə X10 adlı uşaqları onun himayəsində saxlanılmaqla, uşaqların saxlanılası üçün hər ay hər bir uşağa 125 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh onu yaşadıqları evdən çıxartdığından o, məcbur qalaraq valideynlərinin yanına gedərək onların yaşadığı ünvan 3 ünvanında yaşamağa başlamışdır. Bu günədək cehiz apardığı əşyaları, sənədləri həmin evdədir. Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı saylı qəsəbədə yerləşən, bina 15, mənzil 30 nömrəli ünvanda yaşamaq istəyir.
8. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 3 oktyabr 2019-cu il tarixdə X9 və 7 aprel 2021-ci il tarixdə X10 ilə cavabdehə məxsus Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30 ünvanına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bərdə Rayon Məhkəməsinin (hakim Elsun Əhmədov) xx.xx.2023-cü il tarixli, 2(021)1809/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 3 oktyabr 2019-cu il təvəllüdlü X9 və 7 aprel 2021-ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh yaşadığı Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30 ünvanda yerləşən mənzilə köçürülməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaç ı özü məcburi köçkün statusuna malik olan şəxs olmaqla himayəsində iki azyaşlı körpəsi olduğu halda gəlin köçərək daimi yaşadığı mənzilə olan sahiblik hüququndan iradəsindən kənar olaraq məhrum edilmişdir. Halbuki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbində haqlıdır və buna görə də iddiaçı nikahdan olan 3 oktyabr 2019-cu il tarixdə X9 və 7 a prel 2021-ci il tarixdə X10 ilə cavabdehə məxsus Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30 ünvanına köçürülməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli q ərarında və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-1809/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnamə si maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, iddiaçı ona qarşı qərəzli mövqe tutur. İddia etdiyi mənzil onun mülkiyyətində deyil. Orada sadəcə olaraq yaşamışlar. Həmin ev atasına məxsusdur. İddiaçı həmin evdə müvəqqəti qeydiyyatda deyil. Mübahisəli mənzil dövlət tərəfindən qaçqınların müvəqqəti məskunlaşması üçün verilmişdir. Münaqişəli ailə kimi onun keçmiş həyat yoldaşı ilə birgə yaşaması mümkün deyildir.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Şamil Rzaquliyev – sədrlik edən və məruzəçi, Loğman Süleymanov və Afiq Hüseynzadə) 2(104)-2382/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qə tnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1809/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması və iddianın rədd edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı köçmək istədiyi mənzil məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuş mənzil olmaqla həmin mənzilin kirayəçisi, işdə üçüncü şəxs qismində iştirak edən X5r. İddiaçı 2017-ci ildə ünvan 5i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, 15 nömrəli binanın 30cu mənzilinə kirayəçinin razılığı ilə köçüb yaşamağa başlasa da, lakin 2020-ci ilin oktyabr ayında həmin mənzildən çıxıb getmiş, valideynləri ilə birlikdə ona ayrılmış Ağdam rayonu, İHB-nin Birinci Dördyol qəsəbə sində yerləşən 748 nömrəli evdə yaşayır, mübahisəli ünvandakı mənzilin kirayəçisi ilə ümumi təsərrüfat aparmır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının uzun müddətdir ki, mübahisəli ünvandakı mənzildə yaşamaqla digər ailə üzvləri ilə ümumi təsərrüfatı birgə idarə etmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə səhvə yol vermişdir.
18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli ünvandakı mənzilin kirayəçisi ilə mənzildən istifadə hüququ ilə bağlı hər hansı bir razılaşma bağlamadığına görə iddiaçının mübahisəli ünvandakı mənzildə yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün kifayət qədər əsaslar mövcud deyildir, ona görə də o, həmin mənzilə köçürülüb ondan istifadə hüququ tanına bilməz.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.4, 91.1.5, 91.3, 96, 98.1, 98.2, 99.1, 99.4, 99.5, 99.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. İddiaçı kassasiya şikayətini iddia ərizəsinin bir sıra dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi həmin evdən başqa yaşayış evinin olmamasını, eləcə də Konstitusiya ilə nəzərdə tutulan evə köçürülməyinə dair hüquqlarının olmasını qətnamə qəbul edərkən nəzərə almamış, maddi və prosessual hüquq no rmalarının tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yenidən baxılması üçün kifayət qədər əsaslar vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
23. Maddə 68.1.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial k irayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 68.2.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
25. Maddə 68.4.Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məs uliyyət daşıyır.
26. Maddə 91.1.5.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.
27. Maddə 91.3.Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
28. Maddə 96.Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
29. Maddə 98.1.Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
30. Maddə 98.2.Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
31. Maddə 99.1.Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
32. Maddə 99.4.Xüsusi təyinatlı yaşayış s ahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.
33. Maddə 99.5.Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Mülki Prosessual Məcəllə
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Baxılan iddiaçının mübahisə predmeti olan mənzildən istifadə etmək hüququnun olub-olmamasının müəyyənləşdirilməsi işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
43. Həmin mənzilin xüsusi təyinatlı yaşayış sahəsi olması, mənzilə dair cavabdehin atası ilə kirayə müqaviləsinin bağlanması, cavabdehin özünün də həmin müqavilədə ailə üzvü kimi qeyd edilməsi, iddiaçının ailə qurduqdan sonra onlarla birlikdə həmin mənzildə yaşaması işin müəyyən edilmiş hallarıdır.
44. Mənzil Məcəlləsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir (§ 26-33).
45. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər (§ 23-24).
46. Göründüyü kimi, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normalara əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri (kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri) ilə yanaşı, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüf at aparan şəxslərin də kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qanunda nəzərdə tutulmuşdur.
47. Belə olan halda, iddiaçının qeyd olunan normaların dispozisiya şərtlərinə əsasən mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranıb-yaranmadığına, belə hüquq meydana gəlmişsə, onun qanuni əsaslarla aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb etmişdir.
48. Baxılan işdə apelyasiya məhkəməsi bu istiqamətdə hüquqi dəyərləndirmə aparmamış, iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2020-ci ilin oktyabr ayında həmin mənzildən çıxıb getmiş, başqa ünvanda yaşayır, mübahisəli ünvandakı mənzilin kirayəçisi ilə ümumi təsərrüfat aparmır (§ 16-17).
49. Bununla belə, məhkəmə istinad etdiyi halların iddiaçının iradəsi daxilində, yoxsa iradəsi xaricində baş verməsini araşdırmamış və əhəmiyyətli olan bu xüsusata hüquqi qiymət verməmişdir.
50. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 68 və 99-cu maddələrinə əsasən istifadə hüququ yaranmış şəxsin yaşayış sahəsindən iradəsinə zidd şəkildə çıxarılması, ona həmin ünvanda yaşamağa maneçilik törədilməsi, bu kimi səbəblərdən onun müəyyən müddət başqa yerdə yaşaması və kirayəçi ilə birgə təsərrüfat aparmaması, yaxud kirayəçinin (onun ailə üzvünün) həmin şəxslə birgə yaşamaq istəməməsi sözügedən hüququn itirilməsinin əsası kimi qəbul edilə bilməz.
51. Qeyd olunanlar yuxarıda istinad olunan maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş halla ra, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 36-38).
52. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
53. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğu n qaydada yekun hüquqi qiymət verilməlidir.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2382/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.