Məhkəmə qərarları › İş №2(102)-253/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-253/2023

15.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-253/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğluna və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsi cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-88/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,25 ha torpaq sahəsi verilmiş və bu barədə JN-112F, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur.

2. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,26 ha torpaq sahəsi verilmiş və bu barədə JN-093H, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur.

3. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,07 ha torpaq sahəsi verilmiş və bu barədə JN-093İ, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur.

4. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,07 ha torpaq sahəsi verilmiş və bu barədə JN-113A, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur.

5. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh3 Güləhməd oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,25 ha torpaq sahəsi verilmiş və bu barədə JN-109A, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadət namə tərtib olunmuşdur.

6. Qəbələ rayonu Tikanlı kəndində 0,15 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh1 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsi cəlb edilməklə), Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 25 saylı qərarı və JN-112F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 8 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa etməklə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə iddiaçıya 0,25 ha torpaq sahəsi verilmiş və torpaq sahəsi JN-112F saylı, kod 40615018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi islahatadək olan dövr ərzində istifadələrində, həyətin yolu isə mülkiyyətdə olan torpaq sahəsinə nisbətdə gündoğan tərəfdən olub, yolun eni 5-6 metr olmaqla maşınların hərəkəti mümkün olmuşdur. Cavabdehlər həmin gediş-gəliş yolunun əksər hissəsini, yəni enini zəbt edərək 4-5 metrdən 1,5 metrə endirmiş, uzunluğu isə 30-35 metrədək zəbt edilməklə, ətrafı ha sarlanmış və yolda yardımçı tikililər inşa edilmişdir. Nəticədə fərdi yaşayış evinə gedən maşın yolu tamamilə bağlanmış, el arasında deyildiyi kimi 1,5 metr enində ayaq cığırı saxlanılmışdır. Bununla da, cavabdehlər iddiaçının mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gedən nəqliyyat yolunu tamamilə bağlamışlar. Cavabdehlər həmin yolun müəyyən hissəsinə hasar çəkmiş və mülkiyyətlərinə qatmış, zəbt etdikləri yol yerində yardımçı tikililər inşa etmişlər. Dəfələrlə yolun açılmasını tələb etməsi faydasız olmuşdur. Tikanlı Bələdiyyəsinin 14 aprel 2018-ci il tarixli məktubunda tələb olunan yol yerinin yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, Bələdiyyə və Dövlət mülkiyyətinə verilən torpaqların planında (xəritədə) göstərilməklə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11791 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi»nin Şəki LTİ mütəxəssis rəyinə əsasən, Qəbələ rayonu keçmiş «Azərbaycan» təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F, JN-093H, JN-093İ, JN-113A və JN-109A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə» əsasən verilmiş müvafiq olaraq 0,25 ha, 0,26 ha, 0,07 ha, 0,07 ha və 0,25 ha torpaq sahələrinə gediş-gəliş yolunun şərqdən (əsas yoldan giriş his sə) 2,83 metr, qərbdən 2,24 metr nəzərdə tutulduğu halda, faktiki naturada ölçülmüş yol yerinin şərqdən 0,90 metr, qərbdən 4,25 metr olduğu müəyyən edilir. Qəbələ rayonu keçmiş «Azərbaycan» təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə» əsasən verilmiş 0,25 ha torpaq sahəsinin cizgiləri ilə faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq vardır. Lakin qarşılıqlı mənafelər nəzərə alınmaqla, iddiaçının yol yeri tələb etdiyi ərazilərin verilməsinin hansı qonşuya münasibətdə daha yolverilən və daha az zərər vuran olması məsələsi məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından və hüquqi xarakter daşıdığından, qərardadın ikinci və ü çüncü sualları üzrə tədqiqat aparılmamışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyul 2019-cu il tarixli, **********59 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayonu keçmiş «Azərbaycan» təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F, JN-093H, JN-093İ, JN-113A və JN-109A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə» əsasən verilmiş müvafiq olaraq 0,25 ha, 0,26 ha, 0,07 ha, 0,07 ha və 0,25 ha torpaq sahələrinə gediş-gəliş yolunun şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr. Qərbdən 2,24 metr nəzərdə tutulduğu halda, faktiki naturada ölçülmüş yol yerinin şərqdən 0,90 metr, qərbdən 4,25 metr olduğu m üəyyən edilir. Qəbələ rayonu keçmiş «Azərbaycan» təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə» əsasən verilmiş 0,25 ha torpaq sahəsinin cizgiləri ilə faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq vardır.

11. Qəbələ Rayon Məhkəməsinin (hakim A.B.Əliyev) 27 avqust 2019-cu il tarixli, 2(025)-137/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, JN-112F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyul 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliy i Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli, 11791 nömrəli ekspert rəyinə uyğun olaraq gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN-112F, kod 40615018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı mülkiyyətinə həyətyanı olaraq 0,25 ha torpaq sahəsi verilmişdir. Lakin o, həmin torpaq sahələrinə gedən yolun müəyyən hissələri cavabdehlər tərəfindən tutulması nəticəsində lazım i qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. Bununla belə, iddia tələbində İddiaçı mülkiyyətindəki torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa olunmaqla yaradılan maneələrin aradan qaldıriılması tələbini qoysa da, keçirilən məhkəmə mühəndis-texniki ekspertizası zamanı belə tikililərlə maneə olduğu müəyyən edilməmiş, yolun xəritə üzrə olan ölçülərinin azaldılaraq yolun daraldıldığı aşkarlanmışdır.

13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 152.1, 157.2, 157.4, 170.1, 170.2 və 175.1-ci maddələrinə istinad edərək, mövqeyini iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdehl ər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının həyətinə gedən gediş-gəliş yolu zəbt edilməmişdir. Keçirilmiş ekspertiza zamanı suallar tam və düzgün cavablandırılmamışdır. Yol yerində də heç bir tikili inşa olunmamışdır. Yolda olan 70-ci illərdə tikilmiş maşın qarajıdır. Həmin illərdə onun mərhum atası öz həyətindən iddiaçıya yol vermişdir. Daş hasar da keçmişdə tikilmişdir. Son vaxtlar mübahisəli torpaq sahəsində hasar tikilməmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.A.Əsədli-sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) 29 oktyabr 2020-ci il tarixli, 2(107)140/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, yəni, gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə keçirilmiş 17 sentyabr 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası barədə rəyə əsasən, iddiaçıya məxsus mübahisəli gediş-gəliş y olunun cavabdehlər tərəfindən istifadə olunması sübut olunmur.

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, MM-in 16.1, 152.1, 152.5, 157.4, 560.1, 170.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM ) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(107)-140/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə si maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iş tam və hərtərəfli araşdırılmamış, torpaq sahələrinin cavabdehlərin faktiki istifadələrində olmasına əsaslanaraq iddiası rədd edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və E.R.Vəliyeva) 19 may 2021-ci il tarixli, 2(102)-2017/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)-140/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində keçirilm iş ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr enində, qərbdən 2,24 metr enində, 92 metr uzunluqda gediş-gəliş yolu nəzərdə tutulduğu halda, naturada həmin yolun ölçüləri daralmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza onun qarşısına qoyulan suallara tam və ətraflı cavab verməmiş, iddiaçının torpaq sahəsinə gedən yolun daralmasının səbəbi, cavabdehlər tərəfindən zəbt edilibedilməməsi, zəbt edildiyi halda – hansı hissədə və hansı ölçülərdən zəbt olunması müəyyən olunmamış, bununla da mübahisə tam həll edilmədən qalmışdır.

23. Digər tərəfdən apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları po zulmuşdur. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə aid hissədə də hüquqi qiymət verilmiş və nəticə olaraq həmin şəxsləri apellyasiya şikayəti vermək hüquqları məhdudlaşdırılmışdır.

24. Məhkəmə öz mövqeyini “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, 60-cı maddəsinin 1-ci hissəsinə, MM-in 139.1, 139.3, 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1-ci, 2-ci, 3cü hissələrinə, 111-ci maddəsinə, MP M-in 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 101.7, 103.1, 217.4, 416, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər A.M.Eyvazov - sədrlik edən və məruzəçi, G.Q.Abasov və İ.H.Şükürov) 25 may 2022-ci il tarixli, 2(107)-88/2022 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş 25 aprel 2022-ci il tarixli 10/6863 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında olan Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LayihəTədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Mərkəzin elektron bazasında Qəbələ rayon keçmiş Azərbaycan Azərbaycan təsərrüfatının ərazisində aparılmış torpaq islahatına aid kompleks yerquruluşu xəritəsində Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il 25 nömrəli qərarı ilə JN-112F (kod:4********) nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə, şərqdən (əsas yoldan giriş hissə) 2.83 metr enində, qərbdən 2.24 metr enində, 92 metr uzunluqda hediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 **********04 nömrəli çıxa rışla verilmiş 0.15 ha, Yusibov X3 JN-113A nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha, Cavabdeh3 Gülməmməd oğluna JN- 109 A nömrəli şəhadətnamə ilə verilmiş 0.25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə torpaq islahatına dair yerquruluşu xəritəsindəki cizgilər arasında uyğunsuzluq olduğu üçün sözügedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmasını təyin etmək mümkün deyildir.

27. Bundan əlavə məhkəmə kollegiyasının 23 sentyabr 2021-ci il tarixli yerli baxış zamanı müəyyən оlunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinə gedən yol sağ və sol tərəf hissədən daralmış, həmin yolun giriş və çıxış hissələri fərqli olçülərdədir. Bununla bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin nümayəndələri tərəfindən müvafiq olçü işləri aparılmışdır. Bundan əlavə baxış da iştirak edən proses iştirakçıları tərəfindən İddiaçı məxsus torpaq sahəsinın aşağı hissəsindən çay kənarı vasitəsi ilə əsas magistral yola çıxış edən müvafiq yol mövcuddur. Lakin iddiaçı həmin yolun çay kənarında olmasına görə oranın qış aylarında çətin istifadə edilməsi qeyd etdi. Həmin yolun üzərində çayın axması nəticəsində meydana gələn palçıqlar müşahidə edilmişdir. Yerli baxışda çəkilmiş video və fotoşəkillər müvafiq DVD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası iddiaçıya məxsus torpağa gedən yolun daralması səbəbindən onun iddia qaldırmağa hüququnun olduğu qənaətinə gəlsə də, qeyd edir ki, iddiaçıya məxsus mübahiəli gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunması sübut olunmur.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 9.1, 9.3, 77.1, 88, 217.4, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

29. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən JN -112/F saylı şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin zəbt edilib həmin yol yerinə müxtəlif yardımçı tikililər inşa edilməklə 5-6 metr enində olan zəruri yol yeri 4-5 metrdən 1.5 metrə endirilmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən sonra saxlanılmış 4.5 – 1.5 metr enində “ayaq cığırı“ da ta mamilə bağlanılacaqdır. Bununla da qanunla müdafiə olunan və qorunan mülkiyyət üzərində hüquqlarından istədikləri şəkildə istifadələrinə son qoyulacaqdır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməklə cavabdeh tərəfə üstünlük hüququ vermiş və bununla iddiaçının mülkiyyət üzərində qanunla qorunan konstitusion hüququnu ciddi şəkildə pozmuşdur.

31. Kassasiya şikayəti əsaslandırılarkən maddi hüquq normalarının pozuntusu kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, MM-in 152.1-ci və 152.5-ci maddələrinə, prosessual hüquq normalarının pozuntusu kimi MPM-in 14.2, 88, 420-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

33. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

35. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 152.1. Mülkiyy ət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mül kiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

41. Maddə 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

43. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

46. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

47. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

48. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

50. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

51. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

52. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

59. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa i ddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

60. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tələbin qanuni əsasını konkret olaraq göstərməmiş, müvafiq maddi hüquq nomasının dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamaqla, iddianın əsaslı olub-olmamasına dair hüquqi dəyərləndirmə aparmamışdır.

61. Belə ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə gələn yolun cavabdehlər tərəfindən zəbt olunduğunu, orada tikili inşa edildiyini, nəticədə həmin sahəyə avtomobillə giriş imkanının aradan qalxdığını, bununla da öz mülkiyyətindən sərbəst və maneəsiz istifadəsinə məhdudiyyət yarandığını bildirərək maneçiliyə son qoyulmasını tələb edir.

62. Cavabdehlər isə iddiaçının həyətinə gedən yolun zəbt edilmədiyini, yolda heç bir tikili inşa olunmadığını bildirərək iddiaya etiraz edirlər.

63. Mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxan məhkəmə iddianın qanuni əsası Mülki Məcəllənin mülkiyyətin müdafiəsinə dair 157.4-cü maddəsini nəzərdən keçirə bilər. Həmin normaya əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər (§ 38).

64. Mülkiyyətin müdafiəsini təmin edən bu normalar əsasında iddianın təmin edilməsi üçün cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə maneələr törədilibtörədilmədiyi, əgər törədilirsə belə müdaxilənin qanuni, yoxsa qanunsuz olması müəyyən edilməlidir.

65. Baxılan işdə iddia olunan maneçilik iddiaçının torpaq sahəsinə gələn ümumi istifadə yolunun cavabdehlər tərəfindən zəbt edilməklə əhəmiyyətli şəkildə daraldılmasıdır. Məhkəmələr bu xüsusatı aydınlaşdırmaq üçün müvafiq ekspertiza keçirmişlər. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, JN-112F, JN-093H, JN-093İ, JN-113A və JN109A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə» əsasən verilmiş müvafiq olaraq 0,25 ha, 0,26 ha, 0,07 ha, 0,07 ha və 0,25 ha torpaq sahələrinə gediş-gəliş yo lunun şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr, qərbdən 2,24 metr nəzərdə tutulduğu halda, faktiki naturada ölçülmüş yol yerinin şərqdən 0,90 metr, qərbdən 4,25 metr olduğu müəyyən edilir.

66. İşə daha əvvəl baxmış kassasiya kollegiyası bu hala diqqət çəkərək vurğulamışdır ki, “iddiaçının torpaq sahəsinə gedən yolun bir hissəsinin enindən daralması müəyyən edildiyi halda, məhkəmənin vəzifəsi həmin dəyişikliyin hansı səbəbdən baş verməsini, o cümlədən cavabdehlər tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza onun qarşısına qoyulan suallara tam və ətraflı cavab verməmiş, iddiaçının torpaq sahəsinə gedən yolun daralmasının səbəbi, cavabdehlər tərəfindən zəbt edilib-edilməməsi, zəbt edildiyi halda – hans ı hissədə və hansı ölçülərdən zəbt olunması müəyyən olunmamış, bununla da mübahisə tam həll edilmədən qalmışdır”.

67. Buna baxmayaraq ikinci apellyasiya baxışında əvvəlki ekspertiza rəyi ilə eyniməzmunlu rəy alınaraq, yuxarıda göstərilən hallar müəyyən edilmədən iddia rədd edilmişdir. Apellyasiya kollegiyasının istinad etdiyi 25 aprel 2022-ci il tarixli 10/6863 nömrəli ekspert rəyinə əsasən, “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə, şərqdən (əsas yoldan giriş hissə) 2.83 metr enində, qərbdən 2.24 metr enində, 92 metr uzunluqda hediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 **********04 nömrəli çıxarışla verilmiş 0.15 ha, Yusibov X3 JN-113A nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha, Cava bdeh3 Gülməmməd oğluna JN- 109 A nömrəli şəhadətnamə ilə verilmiş 0.25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə torpaq islahatına dair yerquruluşu xəritəsindəki cizgilər arasında uyğunsuzluq olduğu üçün sözügedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmasını təyin etmək mümkün deyildir.

68. Kollegiya bildirir ki, torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə yerquruluşu xəritəsindəki cizgilər arasında uyğunsuzluğun konkret olaraq nədən ibarət olması, bu halın mübahisəli yolun cavabdehlər tərəfindən zəbt edilməsinə dəlalət edib-etmədiyi tərəflərin, mütəxəssis və ya ekspertin dinlənilməsi ilə lazımi qaydada araşdırılmamış, zəruri olduqda əlavə və ya təkrar ekspertizanın keçirilməklə iş üzrə əhəmiyyətli halların aydınlaşdırılması təmin edilməmişdir.

69. Halbuk i, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 40,42-43, 51-52).

70. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübutlardan biri olmaqla, onun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı t ədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (§ 44-45, 49).

71. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər, yaxud rəyin mötəbərliliyinə şübhələr varsa MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər (§ 46-48, 51).

72. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ vardır və MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qətnamədə əsaslandırmalıdır (§ 50).

73. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 39, 41, 44, 53-54).

74. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107) -88/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar