Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-253/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (kateqoriya: torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-129/2024 nömrəli, 19 sentyabr 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə 22 yanvar 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 mart 2015-ci il tarixli çıxarışına əsasən Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 5.2862 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 11 fevral 2015-ci il tarixli çıxarışına əsasən Cavabdeh, X2, Quluzadə Nuranə ilqar qızının və X3 Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 3.0207 hektar torpaq sahəsi vardır.
3. Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Qaçqınların və məcburi köçkünləri n işləri üzrə Dövlət komitəsinin Yevlax şəhəri bölməsinin 4 oktyabr 2022-ci il tarixli 594 saylı arayışına əsasən İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Yevlax rayonu, Köyük kəndində məskunlaşmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı «iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 50 sot hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu, Nəmərli kəndində 5.2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Torpaq sahəsinin bir hissəsini cavabdeh zəbt etmişdir və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh torpaqdan çıxmaqdan imtina etmişdir. Ona görə də bu iddia ilə məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, torpaqlar islahata gedən zaman ona torpaq verilmişdir. Torpaqların koordinatları düzgündür. O öz torpağından istifadə etmişdir. Heç kimin də torpağını zəbt etməmişdir. 7. 17 aprel 2023-cü il tarixli 3-21-3-35/2-1408/2023 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hü quqi şəxsin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssis rəyinə əsasən Yevlax rayonu, Nəmərli kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.28 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.
8. Yevlax Rayon Məhkəməsinin 2(039)-97/2023 nömrəli iş üzrə 25 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmə-texniki ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 iyul 2023-cü il tarixli rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 17 aprel 2023-cü il tarixli 3-21-3-35/21408/2023 saylı mütəxəssis rəyinə əsa sən müəyyən edilmişdir ki, Yevlax rayonu Nəmərli kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyyətinə verilmiş torpaq sahəsinin 0.28 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edildiyi müəyyən olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilən hissəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
10. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 2(039)-97/2023 nömrəli iş üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 0.28 ha hissəsindən Cavabdeh çıxarılması, cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumunun və 100 manat ekspertiza xərcinin tutularaq X1 və Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 mart 2015-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində mülkiyyətində 5.2862 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.28 ha hissəsini cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə etmişdir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan 5.2862 ha torpaq sahəsinin 0.28 ha hissəsindən cavabdeh çıxarılmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Azərbaycan R espublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 121.1, 124.1, 217.4 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, mütəxəssis rəyinə və ekspert rəyinə istinad etmişdir. Hər iki rəy, birmənalı olaraq üst-üstə düşür. Əslində, iş üzrə verilmiş ekspert rə yi mütəxəssis rəyinin təkrarıdır. Belə olan halda, ekspert rəyi formal xarakter daşımışdır. Həm mütəxəssis rəyi və ekspert rəyi, iddiaçı tərəfin sifarişi ilə tərtib edilmişdir. Ekspertin mövqeyinə görə, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması səbəbindən, sırf mütəxəssis rəyinə istinad edilmişdir. Bu isə mötəbər sübut edilə bilməz. İş üzrə təkrar ekspertiza keçirilməsi zəruridir. Məhkəmə mübahisə ilə bağlı heç bir araşdırma aparmadan iş materiallarında olan rəylərə istinad etməklə, qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. O, iddiaçı tərəfə məxsus torpaq sahəsini zəbt etməmişdir. İşin nəticəsinə dair qəbul edilmiş qətnamə işin hallarına uyğun olmamış və həqiqəti əks etdirməmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayənd ə1 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərardadı ilə eksperiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4704 saylı ekspert rəyinə əsasən, 1-ci sual üzrə İddiaçı mülkiyyətinə **********32 Reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən 5.266.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. 2-ci sual üzrə koordinatlar müəyyən edildikdən sonra **********32 Reyestr nömrəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 3-cü sual üzrə Cavabdeh mülkiyyətinə **********26 reyestr nömrəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 3.0207 ha kənd təsərrüsatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. 4-cü sual üzrə koordinatlar müəyyən edildikdən sonra **********26 reyestr nömrəsi 1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən verilmiş 3.0207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 5-ci sual üzrə İddiaçı mülkiyyətində reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrin dən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi, Cavabdeh mülkiyyətində olan reyestr nömrəsi **********26 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 3.0207 ha kənd təsərrüfath təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. 6-cı sual üzrə iddiaçıya məxsus reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 31.63 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdehlər tərəfindən istifadə ediiən 31.69 kv.m torpaq sahəsi hansı hissədən olması mütəxəssis rəyinə əlavə yerquluşu planında ətraflı göstərilmişdir.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-129/2024 nömrəli mülki iş üzrə 19 sentyabr 2024-cü il tarixli qətnam əsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Ələddin Məcidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsinin dəyişdirilməsi, cavabdehin iddiaçıya məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 31.63 kv.m hissəsindən çıxarılması, qətnamənin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kollegiyası ekspert rəyi nəzərdən keçirilərkən müəyyən etmişdir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla m üqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, şikayətin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsasdır. Həmin rəylə müəyyən edilmişdir ki, iddiaçıya məxsus reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 31.63 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qa nunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə iddianın qismən təmin olunması üçün yuxarıda qeyd edilən normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Ona görə də kollegiya hesab etmişdir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan qismən tə min edilməlidir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.2, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli 2(107)-129/2024 saylı qətnaməsinə dəyişiklik edilərək, cavabdehin iddiaçıya məxsus Yevlax rayonu Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 3169 kv.m. (və ya 0,3169 ha) hissəsindən çıxarılması barədə yeni q ərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin yalnız 31,63 kv.m. hissəsindən çıxarılması qət edilmişdir ki, bu da iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Bununla da ona məxsus olan torpaq sahəsinin böyük bir hissəsi əsassız olaraq cavabdehin qanunsuz istifadəsində qalmışdır. Apellyasiya instansiya məhkəməsi məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4704 saylı ekspert rəyini əsas götürərək qərara almışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, Cavabdeh İddiaçı məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zə bt edilmiş 31.63 kv.m hissəsindən çıxarılsın. Lakin əslində cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin 31,69 kv metr hissəsi deyil, 3169 kv.m hissəsi (və ya 0,3169 ha) hissəsi zəbt edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıya göndərildikdən və onun tərəfindən oxunduqdan sonra məlum olmuşdur ki, məhkəmə qətnamədə cavabdehin iddiaçıya məxsus olan 31,69 kv.m hissəsindən çıxarılmasını qət etmişdir. O, dərhal 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin çıxarılması üçün əsas olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli, 3-16-16/210/4704 saylı ekspert rəyi məhz 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin əsasında verilmişdir. İdarədə araşdırılma aparıldıqdan sonra bildirmişlər ki, onlar səhv edərək 3169 kv.m əvəzinə 31,69 kv.m yazmışlar. Bundan sonra (qətnamə qəbul edildikdən sonra) 17 saylı Yevlax Ərazi İdarəsi Şəki Apellyasiya Məhkəməsinə (hakim Mahir Əsədlinin adına) 1 oktyabr 2024-cü il tarixli “mütəxəssis rəyinin dürüstləşməsi barədə” ərizə ünvanlayaraq bildirmişdir ki, mütəxəssis rəyinin tərtibi zamanı texniki səhv olaraq torpaq sahəsinin (Cavabdeh istifadəsində olan) ölçüsü “31,69 kv.m” olaraq qeyd edilmişdir. Lakin faktiki vəziyyətdə həmin göstərici “3169 kv.m” (və ya 0,3169 ha) təşkil edir. Həmçinin həmin ərizəyə dürüstləşdirilmiş yeni mütəxəssis rəyi də əlavə edilmişdir ki, həmin rəyin məhkəmənin 7-ci sualına olan cavabında Cavabdeh tərəfin dən torpaq sahəsinin 0,3169 ha hissəsinin istifadə edildiyi qeyd olunmuşdur. Həmçinin hüquqlarını müdafiə edən vəkil Nümayəndə2 15 oktyabr 2024-cü il tarixli 69 saylı vəkil sorğusuna 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli məktubda da qeyd olunmuşdur ki, “ünvan 1 ünvanlanmış, prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) mütəxəssis qarşısında suallar qoyulmuşdur. Mütəxəssis rəyinin tərtibi zamanı texniki səhv olaraq torpaq sahəsinin (Cavabdeh istifadəsində olan) ölçüsü “31,69 kv.m.” olaraq qeyd edilmişdir. Lakin faktiki vəziyyətdə həmin göstərici “3169 kv.m” (və ya 0,3169 ha) təşkil edir. Bu barədə artıq Şəki Apellyasiya Məhkəməsinə həmin nömrəli iş üzrə məlumat ünvanlanmış, mütəxəssis rəyinin əsli mək tuba əlavə edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilən rəy və sxem “Elektron Məhkəmə Sistemi” vasitəsilə şəxsi kabinetə yerləşdirilmişdir. Faktiki halda sonuncu tərtib edilmiş rəy və sxem dürüstləşdirilmiş, hazırda “TEKUİS” elektron xəritə bazası ilə rəydə təqdim edilən göstəricilər eynilik təşkil edir”. Mütəxəssis rəyində, həmçinin onun əsasında verilmiş ekspert rəyində cavabdeh tərəfindən zəbt edilərək istifadə edilən torpaq sahəsinin ölçüləri səhv yazılmış, bu da yekunda səhv olan məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmişdir.
25. Kassasiya şikayəti Аzərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97, 101, 102 və 103-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
27. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülk i Məcəlləsi
29. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
35. Maddə 111.1. Azərbaycan Respu blikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
36. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.
37. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hə rtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 101.7.Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
42. Maddə 103.1.Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehin iddiaçıya məxsus Yevlax rayonu Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 3169 kv.m (və ya 0,3169 ha) hissəsindən çıxarılması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
49. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağ lıdır. İddiaçının mülkiyyətində 5,2862 torpaq sahəsi var və o, həmin torpaq sahəsinin 0,50 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edir.
50. Cavabdeh iddiaya etiraz edərək, iddiaçya məxsus torpaq sahəsini zəbt etmədiyini göstərir.
51. Birinci instansiya məhkəməsi iş üzrə alınan ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin 0,28 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunmasını müəyyən edərək iddianı həmin hissədə təmin etmişdir.
52. Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsi üzrə yenidən ekspertiza təyin olunmuş və ekspert rəyinin nəticə hissəsində cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin ölçüsünün 31,69 kv.m. olması göstərilmişdir.
53. Apellyasiya instansiya məhkəməsi ekspert rəyinin nəticə hissəsinə əsaslanmaqla cavabdeh tərəfindən zəbt olunmuş sahənin 31,69 kv.m. olması və onun məhz həmin hissədən çıxarılmalı olmasını qət etmişdir.
54. İddiaçı tərəf həmin qətnamədən narazı qalaraq kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyində uyğunsuzluq olmasına, apellyasiya instansiya məhkəməsinin sübutları qarşılıqlı qiymətləndirmədən nəticəyə gəlməsinə əsaslanmaqla qətnamənin ləğv olunmasını xahiş edir.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini əsaslı hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsi əvvəlki instansiya məhkəməsində alınmış ekspert rəyi ilə apellyasiya icraatı zamanı alınmış ekspert rəyi arasında kifayət qədər ziddiyyətlərin olmasını nəzərə alaraq müvafiq prosessual hərəkətlərin yerinə yetirməli olduğu ha lda belə prossesual hərətəkləri yerinə yetirməmiş və nəticədə isə faktiki olaraq ziddiyyətli nəticəyə gəlmişdir. Halbuki, belə ziddiyyətin olması iddiaçı tərəfindən vəsatət verilərək məhkəmənin diqqətinə çatdırılmış, lakin məhkəmə vəsatəti prosessual qanunvericiliyin tələbi baxımından qiymətləndirməmişdir.
56. Nəticədə isə apellyasiya məhkəməsi tərəfindən iş üzrə alınan mütəxəssis və ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilmədiyi aşkar olaraq görünmüş olur.
57. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin əlavəsi olan yerqurluşu planından görünür ki, iddiaçının mülkiyyətində 5,02862 ha torpaq sahəsi olsa da faktiki istifadə etdiyi torp aq sahəsinin ölçüsü 5,0 ha ibarətdir. Cavabdeh tərəfin mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 3.0207 ha olsa da, faktiki sahəsi 3,34 ha olmuşdur. Belə olan halda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin qətnamənin nəticə hissəsində göstərilən ölçüdən daha artıq, iddiaçının torpaq sahəsinin isə müəyyən olunmuş ölçüdən daha az olması, rəyin nəticə hissəsində göstərilən ölçülər ilə yerqurluşu planında olan ölçülər arasında uyğunsuzluqlarla bağlı müvafiq dəyərləndirmə aparılmadığı aşkar olaraq görünür.
58. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tər əfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
60. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
61. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
62. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
63. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əldə edilmiş ekspert rəyləri prosessual hüquq normalarının tələbinə uyğun qiymətləndirməli və araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(107)-129/2024 nöm rəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.