Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2530/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanması qaydalarının pozulması) Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “icarə müqaviləsinin alğı-satqı müqaviləsi kimi tanınması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2178/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Salyan Rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə Salyan rayonu Yenikənd kəndində 1,41 ha torpaq sahəsi Cavabdeh5, Cavabdeh1 YYYqızı, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmiş, həmin torpağa dair hüquqlar torpağa mülkiyyət hüququna dair 177 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. 2. “Torpağın icarəyə verilməsi barədə” 25 yanvar 2000-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 YYYqızı 6 nəfər ailə üzvünə məxsus 2,11 hektar pay torpağı öz razılığı ilə uzun müddətə, birdəfəliyə İddiaçı 000 oğluna vermişdir. Müqaviləyə Cavabdeh1 ilə yanaşı Cavabdeh2 da imza etmişdir. Müqavilə 25 yanvar 2000-ci ildə Yenikənd icra nümayəndəliyində təsdiqlənmişdir.
3. Salyan rayonu, Yenikənd kəndində yerləşən 1,4056 ha torpaq sahəsi üzərində X1, Cavabdeh1 YYYqızı, Cavabdeh3 və Cavabdeh4 ümumi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə ********** nömrə ilə qeydə alınmışdır.
4. İddiaçıya istifadəyə verilmiş torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, mübahisəli torpağın alınmasına, yaxşılaşdırılmasına sərf edilmiş zəruri məsrəflərin əvəzinin, mənəvi ziyanın ödənilməsi və qanunun tələblərinə riayət edilmədən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia Salyan Rayon Məhkəməsinin 2(057)-39/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
5. İddiaçı bağlanmış müqavilənin alğı-satqı müqaviləsi olması əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2000-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və İddiaçı ilə bağlanmış torpağın icarəyə verilməsi müqaviləsinin alğı-satqı müqaviləsi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2000-ci ildə Cavabdeh1 2,11 ha torpaq sahəsini 800.000 manata almış və aralarında müqavilə bağlanmışdır. Həmin müqavilədə qarşı tərəf torpağı uzun müddətə ona verməsi barədə üzərinə öhdəlik götürmüşdür. Torpağın satılmasından Cavabdeh1 oğlu Xaliqin də məlumatı olmuşdur. Torpaq ona icarəyə verilməyib, satılmışdır. Müqavilə icra nümayəndəl iyində qeydə alınmışdır. Eyni zamanda, Cavabdeh1 ərizə verərək özü və ailə üzvlərinə məxsus torpaq sahəsindən 2,10 ha hissəsini uzun müddətə və birdəfəliyə verdiyini qeyd etmişdir. 2000-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 330-cu maddəsinə əsasən tərəflərin razılaşması ilə yazılı forması müəyyən edilməyən əqd şifahi bağlana bilərdi.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Hüseynov Xaliq qardaş oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, anası onun şəxsiyyət vəsiqəsini istəmiş, torpağı Faiqə verdiyini və pul aldığını demişdir. Torpaq özünün evdə olmadığı vaxt verilmişdir. Anası torpağa görə 80 şirvan pul almışdır. Torpağı anasının neçə il verdiyini bilmir. Anası torpağı qanunsuz verdiyinə görə torpağı tələb edərək iddiaçıdan geri alıblar.
9. Salyan Rayon Məhkəməsinin 2(057)-154/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Səmədov) iddia rədd edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, tərəflər faktiki olaraq alğı-satqı barədə razılığa gəlmişlər. Lakin mülki iş materiallarından görünür ki, tərəflər arasında istər icarə müqaviləsi, istərsə də, alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Cavabdeh1 torpaq sahəsi üzərində sərəncam verərkən digər ailə üzvlərinin razılığı olmamış, digər mülkiyyətçilərin razılığı olmadan onlara məxsus torpaq sahəsini cavabdehin öhdəsinə vermişdir. Ona görə də Cavabdeh1 və digər mülkiyyətçilər özlərinin mülkiyyətlərində olan torpaq sahəsini geri tələb etmişdir və bu barədə artıq məhkəmə qətnaməsi mövcuddur.
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin alğısatqı müqaviləsi kimi qanunauyğun formada bağlanması qənaətinə gəlmək mümkün deyildir. İddiaçıya verilən torpaq sahəsinin mülkiyyətçilərin hamısının razılığı olmamış, digər ailə üzvlərinin razılığı olmadan onlara məxsus torpaq sahəsini cavabdehin öhdəsinə vermişdir.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Konstitusiyanın 13, 29-cu və Mülki Məcəllənin 144.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işə baxarkən faktiki halları araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmçinin cavabdehlər 18 il müddətində torpaqlarından ist ifadə edən iddiaçıya qarşı heç bir tələb irəli sürməmişlər. Apellyasiya şikayətində Mülki Məcəllənin 185.1, 185.2, 185.3, 329.2, 329.3, 373.1, 373.2-ci maddələrinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2178/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və T.Heydərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-154/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışaraq, iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 144.1-ci və Mülki Pros essual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, müqavilə alğı-satqı müqaviləsidir. Məhkəmələr də müvafiq qənaətə gəlmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli müqavilədə icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları və s. şərtlər qeyd edilməmiş, 2.11 ha torpaq sahəsinin uzunmüddətli müqavilə əsasında birdəfəlik iddiaçıya verilməsinin qeyd edilməsi də bu müqavilənin alğı-satqı olmasını təsdiq edir. Cavabdehl ərin mülkiyyətinə torpaq sahəsi 1998-ci ildə verilmiş olsa da, torpağa görə vergini 2000-ci ilədək ödəməmişdir. 2000-ci ildən 2020-ci ilə qədər torpaq vergisini iddiaçı ödəmişdir. 18 il ərzində iddiaçı torpağın faktiki mülkiyyətçisi, dövlətin intizamlı vergi ödəyicisi olmuşdur. Cavabdeh tərəfin əldə etdiyi etibarnamələr qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən etibarsızdır. Həmçinin işə birinci instansiya məhkəməsində qərəzli baxılmış, hakimə etiraz edilsə də, həmin etirazı əsassız hesab edilərək, işə baxılması davam etdirilmişdir.
17. Kassasiya şikayətində Torpaq Məcəlləsinin 67, 73, 78-ci, Mülki Məcəlləsinin 139,178.5, 329, 373, 709-cu və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 273, 274-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
19. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
20. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gə lməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətində irəli sürülən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz.
37. İşin hallarından göründüyü kimi iddiaçı onun cavabdehlə bağlanmış “torpağın icarəyə verilməsi” müqaviləsinin, alğı-satqı müqaviləsi kimi tanınmasını tələb edir.
38. İddiaçı bu tələbinin əsası kimi ona istinad edir ki, “torpağın icarəyə verilməsi” müqaviləsini bağlayarkən əslində torpağın alğı-satqısı barədə razılığa gəlmişlər.
39. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin başqasından tələb etmək haqqı, öhdəliyə əsaslanır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Qanunla nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
40. İddiaçının nail olmaq istədiyi hüquqi məqsəd – daşınmaz əmlakın alğısatqısından yaranan nəticələrdir. Bu halda iddianın təmin olunması üçün daşınmaz əmlakın alğı-satqısı üçün zəruri olan bütün şərtlər mövcud olmalıdır.
41. Bu şərtlərdən birincisi, əmlak mülkiyyətçisinin əmlakı alıcının mülkiyyətinə vermək, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyini götürmüş olmasıdır (Mülki Məcəllənin 567-ci maddəsi).
42. İddiaçının sübut kimi təqdim etdiyi müqavilə adından d a göründüyü kimi “torpağın icarəyə verilməsi” barədə müqavilə olmaqla, əmlakın iddiaçının mülkiyyətinə verilməsi barədə hər hansı şərti əks etdirmir.
43. Torpaq sahəsinin ağlı-satqı müqaviləsi Mülki Məcəlləsinin 144.1-ci maddəsinə və Torpaq Məcəlləsinin 56-cı maddəsinin 9-cu bəndinə əsasən notariat qaydada təsdiqlənməlidir. Lakin tərəflərin arasında notariat qaydada təsdiqlənmiş müqavilə yoxdur.
44. Buna görə də məhkəmələr iddianı təmin etməməkdə haqlı olmuşlar.
45. Cavabdehlərin mülkiyyətinə torpaq sahəsi 1998-ci ildə verilmiş olsa da, torpağa görə vergini 2000-ci ilədək ödəməməsi, cavabdeh tərəfin əldə etdiyi etibarnamələrin qanunvericiliyin tələblərinə uyğun olmaması halları da iddianın təmin olunmasına əsas vermir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2178/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.