Məhkəmə qərarları › İş №2(102)-2531/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2531/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2531/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və X5 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 2(105)-1749/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-5579/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 24711,95 ABŞ dolları əsas, 5610.10 ABŞ dolları faiz borcu, 652 ABŞ dolları cərimə borcu, cəmi 30974.05 ABŞ dulları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin 25,20 manat hissəsi və poçt xidmət xərci kimi ödənilmiş 1 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin cavabdeh X3 mülkiyyətində olan Abşeron rayonu. Masazır kəndi, Nazim Əsədov küçəsində yerləşən 22A saylı 106,4 kv.m ümumi. 74.0 kv.m yaşayış, 32.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə (bundan sonra – mübahisə predmeti olan ev) yönəldilməsi, həmin evin 50000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. 3. “X14” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş X12 Yekunları barədə 31 nömrəli Protokol və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, mübahisə predmeti olan evin satılması üçün həmin tarixdə hərrac təşkil edilmiş, həmin fərdi yaşayış evi İddiaçı BOKT ASC tərəfindən 31875 manata alınmışdır.

4. Mübahisə predmeti olan ev xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışd ır.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1299/2019 saylı qətnaməsi ilə, Мəmmədоv Мəhəmmеd Qəhгəmап oğluпuп mübahisə predmeti olan evə istifаdə huququna xitam vегilməsi, onun həmin evdən əşуаları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamə hət iki yuxarı instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. 6. 09.03.2021-ci il tarixli akta əsasən, Abşeron Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(012)-1299/2019 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurları mübahisə predmeti olan evdə olarkən borclu Мəmmədоv Мəhəmməd Qəhгəmап оğ|unun əşyaları ilə birlikdə həmin evdən çıxmağı müəyyən olunmuş, lakin həmin evdə borclunun ailə üzvləri həyat yoldaşı Cavabdeh, qızı X6, X10, oğlu X11, anası X7 yaşaması müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və qətnamənin icra olunduğu tarixdə icra məmuru tərəfindən mübahisə predmeti olan evdə aşkar edilmiş digər şəxslərin həmin evdən əşyaları ilə birlikdə çıxarılmalarına, həmin evin tam şəkildə boşaldılmasına və mülkiyyətçi olan iddiaçıya təhvil verilməsinə, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin icrası zamanı icra məmuru tərəfindən X3 ailə üzvləri Cavabdeh, X13, X10 və X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində faktik i olaraq yaşadığı müəyyən olunmuş və buna dair akt tərtib olunmuşdur. X1 Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qətnaməsində yalnız öz adının göstərilməsindən istifadə edərək hal-hazırda faktiki olaraq həmin evdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən çıxarılmasına mane olur. İpoteka predmeti olan əmlakın iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırda həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır.

9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-4226/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi (hakim: Cəmilə Səfiyeva) ilə iddia qismən təmin edilmiş, cavabdehin əşyaları ilə birlikdə mübahisə predmeti olan evdən çıxarılması, həmin evin boşaldılması, mülkiyyətçi olan iddiaçıya təhvil verilməsi, qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X1 rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(012)-1299/2019 saylı qətnaməsində yalnız öz adının göstərilməsindən istifadə edərək hal-hazırda faktiki olaraq mübahisə predmeti olan evdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən çıxarılmasına mane olur. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırda həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsin in İ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152.1, 157.4, 178.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 6 sentyabr 2022-ci il tarixli, 2(105)-1749/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Zau r Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, aşağı instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

15. Belə ki, iş materiallarından göründüyü kimi, məhkəmə qətnaməsi ilə borca görə mübahisəli mənzilə tutma yönəldilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, daha sonra mübahisəli mənzil hərracda satılmış və iddiaçı təşkilat tərəfindən alınmışdır. Bundan sonra mənzilə dair mülkiyyət hüququ qeydiyyata alınaraq ona çıxarış verilmişdir. X1 rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qətnaməsində yalnız öz adının göstərilməsindən istifadə edərək hal-hazırda faktiki olaraq mübahisə predmeti olan evdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən çıxarılmasına mane olur.

16. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətinə keçsə də, cavabdeh mübahisəli mənzildən könüllü çıxmamışdır. Belə olan halda iddiaçı təşkilat mülkiyyətində olan mənzilə dair hüquqlarını həyata keçirə bilməmişdir.

17. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılması ilə şikayətin dəlilinə münasibətdə belə qənaətə gəlmişdir ki, iş üzrə cavabdehə rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə tərəfindən bildirişlər göndərilmiş, həmçinin məhkəmə iclasları barədə cavabdehin mobil nömrəsinə SMS xəbərdarlıq göndərilmişdir. Poçt vasitəsi ilə göndərilmiş məktublar “evdə yoxdur” qeydi ilə geri qaytarılsa da, cavabdehə göndərilmiş sms bildirişlər onun tərəfindən alınmışdır. Eyni zamanda apellyasiya şikayətinə baxılması barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ bəndlərinə, 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2, 9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 384.0.1, 385.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə istinad edərək, məhkəmə kollegiyasının onun mənzil toxunulmazlığı hüququna dair hallara düzgün qiymət vermədiyini, konstitusion hüququnun pozulduğunu bildirmişdir.

21. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 33-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88, 217, 388, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan is tifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər dav am etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətlən dirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, k assasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 2(105)-1749/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar