Məhkəmə qərarları › İş №2(102)-2532/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2532/2023

22.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2532/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzildən çıxarılma və mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və digər” tələblərə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-663/2023 saylı iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1977-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. 2. ünvan 2arla: AZ 5004, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 307, M1, m3) xx.xx.2015-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33-dən cavabdehin çıxarılması, mənzilin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi və yığılmış 450 manat kirayə haqqı və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çı xarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarışa əsasən ünvan 3 ünvandakı mənzil iddiaçının mülkiyyətindədir. Bir müddət həmin mənzildə yaşamış, sonradan bacısı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayondakı mənzildə birgə yaşamağa başlamışdır. Bu zamanda cavabdeh ona məxsus mənzili müvəqqəti istifadə etməyi xahiş etmiş və imkanı olduqca hər ay 150-200 manat məbləğində pul verəcəyini bildirmişdir. Lakin, hal-hazırda son 5 aydır ki, cavabdehin ona pul borcu yığılmış və ödəməmişdir. Tərəflər öz aralarında dostcasına razılaşmışlar və bu səbəbdən də hər hansı bir mənzil kirayəsi müqaviləsi bağlanmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı ilə cavabdeh İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan sonra o yenidən polisə müraciət etsə də, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən aldığı cavabda ona mülki qaydada məhkəməyə mürciət etməyi tövsiyyə edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçı ondan 6000 manat pul almış, həmin pulu dövr etdirdikdən sonra qazanc əldə edəcəyini, eləcə də pulunu artıqlamasıyla qaytaracağını bildirmişdi. Lakin bundan sonra iddiaçı bir müddət cavabdehlə bütün əlaqələrini kəsmişdir. İddiaçı ilə rastlaşdıqdan sonra isə cavabdeh yenə pulunu tələb etmişdir. O isə qarşılığında qohumunun mənzilində bir müddət kirayə qalmağını cavabdehə təklif etmiş və bu müddət ərzində isə pulunu toplayıb qaytaracağına söz vermişdir. Cavabdeh də məcbur qalıb aylıq 150 manata həmin mənzildə kirayə qalmağa başlamış, lakin iddiaçı cavabdehə olan borcunu qaytarmamışdır. Bundan sonra cavabdehə məlum olmuşdur ki, sözügedən mənzil iddiaçıya məxsusdur və ondan hər ay 150 manat pul almaq üçün mənzilin onun olduğunu gizlətmişdir. Cavabdehin başqa yaşayış yeri yoxdur. İddiaçı onun pulunu qaytaracağı təqdirdə mənzilindən çıxacaqdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərmişdir ki, iddiaçı ilə qonşuluqda yaşayır. Onda olan məlumata görə iddiaçı sözügedən mənzili cavabdehə kirayə vermişdi. Lakin bununla bağlı onlar arasında müqavilə bağlanmamışdır. O, iddiaçının mənzillə bağlı cavabdehdən hər ay 150 manat aylıq kirayə haqqı aldığını və cavabdehin son aylarda kirayə haqqı ödəmədiyini iddiaçının məlumatı əsasında bilmişdir.

7. Sumqayıt Şəhər Məhk əməsinin 2(060)-5879/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: Emin Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, 33 saylı mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 iddiaçının mülkiyyətindədir. Hal-hazırda iddiaçı öz mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını tələb edir. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 hazırda cavabdehin qanunsuz sahibliyindəd ir. Bu səbəbdən iddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33-ü geri tələb etməkdə haqlıdır.

9. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı yığılmış 450 manat kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, cavabdehin aylıq kirayə haqqı müqabilində mənzildən istifadə etməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyi üçün iddia həmin hissədə təmin oluna bilməz.

10. Şahid ifadəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahid tərəflər arasında kirayə münasibətlərinin olmasının iddiaçının bildirdiyi məlumatlar əsasında ona məlum olduğunu göstərmişdir. Şahid tərəflər arasında yazılı və ya şifahi formada kirayə müqaviləsi bağlanmasında və kirayə haqqının ödənilməsində şəxsən iştirak etməmişdir. Bu səbəbdən məhkə mə şahidin ifadəsinə mötəbər sübut kimi yanaşmamışdır.

11. Cavabdehin dəlillərinə gəldikdə isə birinci intsansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hər hansı borc münasibətlərinin olması hazırkı mübahisənin mahiyyətinə hər hansı təsir göstərmir. Cavabdeh iddiaçının ona hansısa məbləğdə borcu olduğunu iddia edirsə, bununla bağlı məhkəmədə ayrıca iddia qaldıra bilər.

12. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 152.1, 157.1, 157.2 və 157.4-cü, Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılma sını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 152 və157-ci maddələrinə istinad etmiş və göstərmişdir ki, əmlak iddiaçıya məxsus olduğu üçün o, mənzildən çıxmalıdır. Məhkəmə bu normalara o halda istinad edə bilərdi ki, iddiaçının ona olan borcu ilə bağlı aralarında həmin mənzildən müəyyən bir müddət istifadə ilə bağlı razılaşma olmasın. Qeyd etdiyi kimi iddiaçı ona pul borcu olduğu üçün mənzilə buraxmış, lakin sonradan həmin pulu verməyərək ona qarşı hazırkı iddianı qaldırmışdır. İddiaçının əmlakı mənzil olduğu kimi onun da əmlakın iddiaçının ondan aldığı və sonradan qaytarmadığı 6000 manat puldur, qeyd etdiyi kimi o, iddianı o halda qəbul edə bilərdi ki, o həmin pulu qaytarsın, üzərinə düşən öhdəliyi yerinə yetirs in. Lakin məhkəmə bu halları nəzərə almayaraq onun mənzildən çıxarılmağı barədə əsassız qərar vermişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-663/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (Hakimlər: X5 (sədrlik edən və məruzəçi), X1 və X6) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyd olunan yaşayış evindən çıxarılması zamanı hüquqlarının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır.

17. Məhk əmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla iddia qaldırmaq üçün subyektiv hüququn daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz.

18. İddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitus iyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1, 152.5, 157.2, 157.4 və 157.8-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 372.2, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil: Vəkil Ruhulla qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əsas landırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

23. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkət lər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kas sasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassas iya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

43. Məhkəmə kollegiyası həmçinin qe yd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-663/2023 saylı iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar