Məhkəmə qərarları › İş №2(102)-2533/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2533/2019

19.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2533/2019 19.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, Cavabdeh3 və vəkili Məmmədov Surrət Məşi oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12556/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon Məhkəməsinin (hakim N.Ə.Misirzadə) 2(01 1)-1379/2018 saylı, 17.08.2018ci il tarixli qətnaməsi ilə İddiaçı-nin iddiasının qismən təmin edilməsi, 2.400.000 manat məbləğində əsas borc, 719.000 manat məbləğində faiz borcu, 28.12.2015-ci il tarixdən 26.01.2018-ci il tarixə qədər illik 5%lə hesablanmış 249.000 manat məbləğində faiz borcu olmaqla, cəmi 3.368.000 manat məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və sənədlərin surətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən alınaraq İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2b ünvanında istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2a ünvanında istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 3241,9 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2c ünvanında istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə; Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Şəki rayonu, ünvan1 kəndində yerləşən 42 ha torpaq sahəsinə; Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan1 kəndində yerləşən 60,6 ha torpaq sahəsinə; Cavabdeh5 tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan1 kəndində yerləşən 2,932 ha torpaq sahəsinə yönəl dilərək tutulması, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2b ünvanında istifadədə olan 0,07505 torpaq sahəsində yerləşən 1624,7 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti ******* (üç milyon beş yüz min) manat məbləğində olmaqla; Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2A ünvanında istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 41,9 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 5.500.000 (beş milyon beş yüz min) manat məbləğində olmaqla; ünvan 5 ünvanında istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 4469,1 v metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 10300000 (on cilyon üç yüz min) manat məbləğində olmaqla; ünvan1 kəndində yerləşən 42 ha torpaq sahəsinin ilkin satış qiyməti 850000 (səkkiz yüz əlli min) manat məbləğində olmaqla; Şəki rayonu, Baş Göynük kəndində yerləşən 60,6 ha torpaq sahəsinin ilkin satış qiyməti ******* (bir milyon beş yüz min) manat məbləğində olmaqla; ünvan2 kəndində yerləşən 3,5787 ha:rpaq sahəsinin ilkin satış qiyməti 45000 (qırx beş min) manat məbləğində olmaqla, ünvan2 kəndində yerləşən 3,4887 ha torpaq sahəsinin ilkin satış qiyməti 40000 (qırx min) manat məbləğində olmaqla; ünvan2 kəndində yerləşən 2,932 ha torpaq sahəsinin ilkin satış qiyməti 35000 (otuz beş min) manat məbləğində olmaqla, həmin əmlaklar açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı-yə olan borc ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2b ünvanında istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2A ünvanında istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 3241,9 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası; Bakı səhəri, Nəsimi rayonu, X4 küçəsi 2c ünvanında istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə, ünvan1 kəndində yerləşən 42 ha torpaq sahəsi, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 60,6 ha torpaq sahəsi, ünvan2 kəndində yerləşən 3,5787 ha torpaq sahəsi, ünvan2 kəndində yerləşən 3,4887 ha torpaq sahəsi, ünvan2 kəndində yerləşən 2,932 ha torpaq sahəsi satıldıqdan sonra 1 (bir) ay müddətində həmin əmlaklar boşaldılması, iddia tələbi qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qı rx beş) manat məbləğində pul vəsaiti "Cavabdeh1” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov) 2(103)-12556/2018 nömrəli, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)1379/2018 nömrəli, 17.08.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 MMC-dən 2.400.000 manat məbləğində əsas borcun, 28.12.2015-ci il tarixə 721.000 manat məbləğində faiz borcunun, 28.12.2015-ci il tarixdən 26.01.2018-ci il tarixə qədər illik 5%- lə hesablanmış 249.000 manat məbləğində faiz borcunun, cəmi 3.370.000 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 240 manat rüsum məbləğinin və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 155 manat rüsum məbləğinin tutulub İddiaçı-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 MMC ilə bank arasında bağlanmış 28.12.2013-cü il tarixli, 944 H k redit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, cavabdehlərə məxsus ipoteka predmetlərinə: hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh4 tam mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2b ünvanında istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinə (qeyri-yaşayış binasına); hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mulkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2a ünvanında istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 3241,9 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına; hüquqların dövlət qeydiyyatı haqqında daşınm az əmlakın dövlət reyestrindən çıxarışa əsasən X1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2c ünvanında istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə; hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan1 kəndində yerləşən 42 ha torpaq sahəsinə; hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan1 kəndində yerləşən 60,6 ha torpaq sahəsinə; hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh5 tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan2 kəndində yerləşən 3,5787 ha torpaq sahəsinə; hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh5 tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan2 kəndində yerləşən 3,4887 ha torpaq sahəsinə; hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh5 tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan2 kəndində yerləşən 2,932 ha torpaq sahəsinə yönəldilərək, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı-yə ödənilməsi, ipoteka predmetlərinin satldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 və vəkili Məmmədov Surrət Məşi oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12556/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh3 və vəkili S.Məmmədovun kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək təmin edil məməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-12556/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi a ktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında 28.12.2013-cü il tarixdə 944 H saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 15% olmaqla 2.400.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 MMC kredit borcu üzrə heç bir ödəmə etməmiş, İddiaçıASC- yə əsas borcu ******* manat, 28.12.2015-ci il tarixə olan faiz borcu 721.000 manat, 28.12.2015-ci il tarixdən 26.01.2018-ci il tarixə illik 5 faizlə hesablanmış faiz borcu 249.000 olmaqla, ümumilikdə 3.370.000 manat kredit borcu olmuşdur. Kredit öhdəliyinin təminatı kimi İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış ipoteka müqavilələrinə əsasən, C avabdeh4 tam mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 2b ünvanında istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi (qeyri-yaşayış binası); Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 2a nömrəli ünvanda istifadədə olan qeyri-yaşayış binası; Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 2c nömrəli ünvanda istifadədə olan əmlak kompleksi kimi müəssisə, Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Şəki rayonu, Zəyzid kəndində yerləşən 42 ha torpaq sahəsi, Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Şəki rayonu, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 60,6 ha torpaq sahəsi, Cavabdeh5 x üsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan2 kəndində yerləşən 3,5787 ha torpaq sahəsi, Cavabdeh5 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan2 kəndində yerləşən 3,4887 ha torpaq sahəsi, Cavabdeh5 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan2 kəndində yerləşən 2,932 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri və ipotekaya tutma yönəldilməsi barədə bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşə birinci instansiya qaydasında baxılarkən ipoteka predmeti olan əmlakların bazar qiymətləri “xxxx” MMC tərəfindən müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın 12436 saylı, 26.07.2018-ci il tarixli rəyinə əsasən Cavabdeh1 MMC-nin 28.12.2013-cü tarixli kredit müqaviləsi üzrə 28.12.2015-ci il tarixə əsas borcunun ******* manat, faiz borcunun üzrə 719000 manat, həmin tarixdən illik 5%-lə hesablanmaqla əsas borcunun ******* manat, faiz borcunun isə 968333,33 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adıçəkilən Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlay an daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə ha nsı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddəl ərinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12556/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh3 və vəkili Məmmədov Surrət Məşi oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12556/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar