Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2533/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki ko llegiyasının 2(103)11442/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 16 avqust 2016-cı il tarixli Borc müqaviləsinə görə iddiaçı Cavabdeh1 16 noyabr 2018-ci il tarixə qədər qaytamaq şərti ilə 30654 manat borc vermişdir.
2. Borc müqaviləsi üzrə öhdəliyin təminatı olaraq cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən 1 saylı mənzili ipoteka ilə yüklü etmişdir.
3. Borc müqaviləsinə əsasən 30654 manat məbləğində pul vəsaiti bir ildən də artıq müddət ərzində qaytarmadığına görə notariusun 04 oktyabr 2019-cu il tarixli 8i-48378 saylı icra qeydinə əsasən tutma iroteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi-188, M2/1 ünvanda yerləşən mənzilə yönəldilmişdir. Həmin mənzil «X1 Mərkəzi» MMC tərəfindən təşkil edilən hərraclarda iki dəfə satılmadığına görə tələbkara, hazırkı iş üzrə iddiaçıya təklif edilmiş, iddiaçı isə Hərrac Mərkəzinin 23 dekabr 2020-ci il tarixli YP 049 saylı protokoluna əsasən həmin mənzili əldə etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********18-05301-093019 reyestr nömrəli Çıxarışa görə iddiaçının mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1,1 saylı mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qət namə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərə şifahi və yazılı qaydada dəfələrlə mənzilin boşaldılmasını təklif etsə də, hal- hazıradək, yəni 3 il ərzində mənzili boşaltmamış, iddiaçı mülkiyyətində olan mənzildən məhrum olmuşdur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Anar İbrahimzadə) 2(006)4013/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 188, M2, M1 saylı mənzilə (köhnə qaydada Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26A, mənzil 4) istifadə hüquqları itirilmiş hesab edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küç əsi, 188, M2, M1 saylı mənzildən (köhnə qaydada Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26A, mənzil 4) çıxarılmaları və mənzili boşaldılması qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kim, hazırda keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil mülkiyyət hüququ üzrə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Başqa sözlə, cavabdehlərin mənzildən istifadə hüququnun yaranmasına əsas verən qeydiyyat ləğv edilmişdir və onlar mənzilə hüquqları itirmişlər.
8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəll əsinin (bundan sonra – Mülki Məcəllə) 146.1152.1, 152.5, 157.2 və 158.1-ci və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasın, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rəfael Eyvazov və Fuad Talışinski) 2(103)11442/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4013/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, cavabdehlərin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayətinə görə mənzilin iddiaçı tərəfindən əldə olunması ilə nəticələnən hərrac barədə heç bir məlumatları olmamış, bu barədə kütləvi informasiya vasitələrində elan dərc etdirilm əmişdir. Belə olan halda hərracın nəticələrinin qüvvəsi yoxdur. İşə baxan məhkəmələr bu halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 157.2. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 158.1. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Mülki Prosessual Məcəllə
17. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
19. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
20. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
21. Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazır kı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən (digər Cavabdeh2 kassasiya şikayəti verməmişdir) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ona qarşı iddianın təmin olunması hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Mənzilin iddiaçı tərəfindən əldə olunması ilə nəticələnən hərrac barədə heç bi r məlumatının olmaması, hərrac barədə kütləvi informasiya vasitələrində elan dərc etdirilməməsi, belə olan halda hərracın nəticələrinin qüvvəsinin olmamasına dair kassasiya şikayəti dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar hazırkı məhkəmə baxışının predmeti deyildir, ayrıca məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Hazırkı işə həm hərrəcanı nəticələrinin, həm də mübahisənin predmeti olan mənzilə iddiaçının mülkiyyət hüququnun şübhə altına ala biləcək hər hansı hal mövcud deyildir.
26. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdı rma aparılmır, onlara qiymət verilmir.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11442/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 qarşı iddianın təmin olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.