Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2533/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X6” ASC qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi, istinad edilən halların sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı “X6” ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1699/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(008)-102/2020 saylı qətnaməsi ilə iddiaçı “X6” ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı iddiasının təmin edilməsi, cavabdeh İddiaçı 27.266,80 ABŞ dolları əsas, 5694.72 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu üzrə, cəmi 33961.52 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutularaq ləğv prosesində olan “X6” ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 sayl ı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi, iddianın qalan hisəsədə təmin edilməməsi qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 27.266,80 ABŞ dolları əsas, 10790.06 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu üzrə, cəmi 39056,86 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutularaq Ləğv prosesində olan “X6” ASC-nin xeyri nə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzil satıldıqdan sonra 1 ay müddətindən cavabdehlər İddiaçı və X5, yetkinlik yaşına çatmayan X3 və X4 ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, icra sənədi xx.xx.2022-ci il tarixdə icra edi lməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Sabunçu Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. 4. “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli bildirişlərlə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixdə, saat 11:00-da keçiriləcək hərraclar barədə məlumat göndərilmişdir. «Birja yenilikləri» qəzetinin xx.xx.2022-ci il tarixli nəşrlərində hərracın keçirilməsi barədə elan dərc edilmişdir.
5. İpoteka predmetinin ilkin satış qiyməti 65000 manat olmaqla xx.xx.2022-ci il tarixə təyin olunmuş birinci hərrac baş tutmamışdır.
6. Sabunçu rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC-yə müraciət edilərək xx.xx.2022 -ci il tarixə təyin olunan hərracın dayandırılması xahiş olunmuşdur. Sonradan İcra şöbəsi xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək mənzilin satılması üçün keçirilən hərracın bərpa olunması xahiş edilmişdir.
7. Hərrac təşkilatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə xx.xx.2022-ci il tarixə saat 11:00-ə təyin olunmuş təkrar hərrac barədə məlumat verilmiş, 55250 manat satış qiyməti ilə keçirilmiş hərracı baş tutmamışdır. 8. ipoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana xx.xx.2022-ci il tarixdə təklif göndərilmiş, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Bank ipoteka predmetini 41437,50 manata əldə etmişdir.
9. Mübahisəli mənzil hazırda "xxxx" ASC-nin mülkiyyətindədir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC (bundan sonra “cavabdeh” və ya “Bank”) arasında ünvan 1 ünvanına dair bağlanmış xx.xx.2013-cü il tarixli 78BKİ/13 saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon icra şöbəsi tərəfindən qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, Sabunçu rayon icra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli icraata başlama q haqqında qərar qəbul edilmişdir. Sonradan Sabunçu rayon icra şöbəsi hərrac təşkilatı olan “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC-yə 75231091/17 saylı, xx.xx.2022-ci il tarixli Sifariş məktubu göndərmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2022ci ildə ilkin, xx.xx.2022-ci ildə isə təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır. Sonradan Hərrac mərkəzi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildiriş ünvanlamışdır. Bildirişdə mənzilin hərracda satılacağı, hərracın isə xx.xx.2022-ci ildə keçiriləcəyi qeyd edilmişdir.
12. Bununla da nəticə etibarı ilə cavabdeh “İpoteka haqqında” qanunun 43.8-ci maddəsini rəhbər tutaraq Hərrac mərkəzi ilə xx.xx.2022-ci il tarixdə hərracın yekunları barədə 48/02 saylı protokol imzalayaraq ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişdir.
13. İddia ərizəsinə qoşulmuş sənədlərlə təsdiq edilir ki, qeyd edilən mənzilə tutma yönəldilməsi ilə bağlı artıq ilkin və təkrar hərrac keçirilib, lakin bu hərraclar baş tutmadığına görə, ipoteka predmetini əldə etmək cavabdehə təklif edilib. Cavabdeh isə mənzili qanunvericiliyin müəyyən etdiyi müddət ərzində əldə etməyib. İpotekaya xitam verilməsi üçün əsas ortaya çıxıb. Hərrac mərkəzi tərəfindən 3-cü hərracın keçirilməsi tamamilə qanunsuzdur.
14. Cavabdehin nüamyəndəsi iddiaya etiraz edərək, tələbin düzgün müəyyən edilməməməsini, iddianın əsassız olmasını göstərmişdir.
15. Birinci instansiya məhkəməsi Sabunçu rayon İcra şöbəsini (icra məmuru Amil Əmirov) və “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC-ni mübahisə predmeti barəsində müstəqil t ələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.
16. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayon İcra şöbəsinin nümayəndəsi icra məmuru Amil Əmirov iddia tələbi ilə bağlı göstərib ki, İcra Baş İdarəsi ilə “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC arasında müqavilə bağlandığına görə Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə icraat onun tərəfindən dayandırılmışdır. Həmin müqavilənin müddəti isə bitmişdir. Buna görə də o icra sənədi üzrə icraatı dayandırmış, lakin bildirilmişdir ki, müddət bitmiş olsa da, əvvəlcədən yönləndirilmiş işlər üzrə icraat davam etdirilməlidir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4528/22 saylı iş üzrə 06 dekabr 2022 -ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Günay Abidova)
18. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, həmin icra sənədi üzrə icra hərəkətlərinə başlanılmışdır. Sabunçu rayon İcra şöbəsi tərəfindən 08 iyun 2021- ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədinin icrası ilə əlaqədar hərracın keçirilməsini təşkil etmək üçün ilk öncə xx.xx.2022-ci il tarixdə “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC-yə müraciət olunmuş, “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərinə əsasən icra sənədi üzrə ipoteka predmeti olan əmlakın hərrəcda satılması və hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Sabunçu rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC-yə müraciət edilərək keçirilən hərracın dayandırılması xahiş edilsə də, sonradan xx.xx.2022-ci il tarixli məktubla müraciət edilərək mənzilin satılması üçün keçirilən hərracın bərpa edilməsi xahiş edilmişdir. “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC-nin xx.xx.2022-ci il tarixli 01/1493 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinə əsasən İddiaçı məxsus əmlakın hərracda satılması və hərracın keçiriləcəyi yer və vaxtı barədə məlumat verilmişdir. “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC tərəfindən Sabunçu rayon İcra Şöbəsinin № 752-31091/17 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni, 41437.50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən sifarişçi “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzili “X6” ASC-yə verməyi, “X6” ASC həmin daşınmaz əmlakı qəbul edib, onun dəyəri 41437.50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manat pulu ödəməyi öhdəsinə götürür.
19. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC tərəfindən ipoteka predmeti olan mənzilin satılmasına dair 3cü dəfə hərrac keçirilməsini, xx.xx.2022-ci il tarixində keçirilmiş sonuncu hərracın qanunsuz olmasını bildirsə də, bu dəlil əsası deyil. Çünki “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC tərəfindən mənzilinin satılmasına dair hərracın keçirilməsi ilə bağlı müxtəlif vaxtlarda 3 bildirişin göndərilməsi, üç hərracın keçirilməsinin sübuta yetirilməsinə dəlalət etmir. Belə ki, ipoteka predmeti olan əmlak Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərrac yekunları barədə x x.xx.2022-ci il tarixli 48/02 nömrəli protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən “X6” ASC-yə satılmışdır. Mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
20. Birinci instansiya məhkəməsi vurğulayıb ki, “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC İddiaçı məxsus mənzilin hərracda satılmasını Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirovun sifarişi əsasında həyata keçirmişdir. İş materiallarında olan məktublardan, habelə icra məmurunun öz izahatından müəyyən edilir ki, icra məmuru birinci hərrac keçirildikdən sonra xx.xx.2022-ci il tarixli 996- 31091/17 nömrəli məktubla “Daşınar və daşınmaz əmlakların satışı X11” MMC-yə müraciət edərək hərracın keçirilməsinin dayandırılmasını xahiş edilmiş, sonra isə yenidən həmin hərrac təşkilatına xx.xx.2022-ci il tarixli 31091/17 nömrəli məktubla (yəni ikinci hərracın keçirilməsi nəzərdə tutulmuş xx.xx.2022-ci tarixdən sonra) müraciət edərək hərracın bərpa edilməsi xahiş edilmişdir. Göründüyü kimi, hərrac icra məmurunun sifarişi əsasında təşkil edilir və icra məmurunun hərracın dayandırılması ilə bağlı məktubu hərrac təşkilatı üçün imperativ xarakter daşımaqdadır.
21. Birinci instansiya məhkəməsi hərracın ixtisaslaşdırılmış müəssisələr tərəfindən yalnız icra məmu runun sifarişi əsasında keçirilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edib ki, həmin hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci tarixdə hərrac keçirilmiş olsaydı belə, həmin hərracın keçirilməsi əsassız olduğundan etibarsız sayılmalıdır, çünki sifarişçinin (icra məmurunun) buna niyyəti olmamışdır. Lakin bir daha vurğulanmalıdır ki, xx.xx.2022-ci tarixdə hərracın keçirilməsini təsdiq edən mötəbər subutlar məhkəməyə təqdim edilməmiş, bunun əksinə icra məmurunun hərracın dayandırılması məktubu mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı məhkəmədə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırmamış, iddia qaldırsaydı belə, bu hərracın və ya hərracın nəticələrinin etibarsız hesab edilməsi ipotekaya xitam verilməsinə əsas ola bilməz.
22. Birinci instansiya məhkəm əsi onu da qeyd edib ki, iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən şikayət vermək hüququna (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) malik olması izah edilməlidir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 415, 416-cı, “İpoteka haqqında” Qanununun 43.3, 43.5, 43.7 və 43.8-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə 3 hərracın keçirilməsinin sübu ta yetirilmədiyi ilə bağlı mövqeyini nə qanun, nə də ki məntiq normaları ilə əsaslandırmamışdır. Məhkəmənin yeganə istinad etdiyi əsas Sabunçu rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 99631091/17 nömrəli məktubudur. Həmin məktubda icra məmuru heç bir əsas qeyd etmədən hərracın keçirilməsini xahiş etmişdir. Hərrac mərkəzi isə xx.xx.2022-ci il tarixinə təyin etdiyi təkrar hərracın ləğv edilməsi ilə bağlı nə rəsmi internet səhifəsində, nə də qəzetdə elan yerləşdirməmişdir. İcra məmuru tərəfindən icra hərəkətlərinin dayandırılmasının mümkün olduğu hallar qanunvericilikdə aydın şəkildə qeyd edilmişdir. Məhkəmənin digər maraqlı yanaşması iddiaçıya tövsiyəsi olmuşdur: "iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədinin icrası ilə bağlı i cra məmurunun hərəkətlərindən şikayət vermək hüququna malik olması izah edilməlidir (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə)." Hansı səbəbdən iddiaçı icra məmurunun hərəkətlərindən şikayət etməlidir? Görünən odur ki, cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ipoteka predmetini əldə etməmiş, hərrac təşkilatı isə icra məmuru ilə birlikdə belə bir yola əl ataraq, 3-cü hərracı keçirmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1699/2023 nömrəli iş üzrə 1 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar, eləcə də “Daşınar və Daşınmaz Əmlakların satışı X11” MMC tərəfindən təqdim olunmuş hərrac sənədləri nəzərdən keçirilərkən iş üzrə hərracın etibarsızlığı üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri barədə iddiaçıya lazımi qaydada məlumatlar göndərilmiş, qəzetlərdə elanlar dərc edilmişdir.
28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, icra məmuru birinci hərrac keçirildikdən sonra xx.xx.2022-ci il tarixli 996-31091/17 nömrəli məktubla hərrac təşkilatına müraciət edərək hər racın keçirilməsinin dayandırılmasını xahiş etmiş, sonra isə yenidən həmin hərrac təşkilatına xx.xx.2022-ci il tarixli 31091/17 nömrəli məktubla (yəni ikinci hərracın keçirilməsi nəzərdə tutulmuş xx.xx.2022-ci tarixdən sonra) müraciət edərək hərracın bərpa edilməsi xahiş edilmişdir. Hərrac icra məmurunun sifarişi əsasında təşkil edildiyindən icra məmurunun hərracın dayandırılması ilə bağlı məktubu hərrac təşkilatı üçün imperativ xarakter daşımaqdadır.
29. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə ipoteka hüququna xitam verilməsi üçün qanunla müəyyən olunmuş əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil1) kassasiya şikayəti ver ərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddələr 43.3-43.5. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci mad dəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Bu Qanunun 43.1.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahi sələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tə ləbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
38. İddia tələbi ipotekaya xitam verilməsi barədədir. İddiaçı tələbini faktiki əsası kimi ona istinad edib ki, hərrac təşkilatı tərəfindən “İpoteka haqqında” Qanunun tələbləri pozulmuş, iki dəfə əvəzinə, üç dəfə hərrac keçirilmiş, nəticədə Bankın ipoteka predmetini əldə etməsi üçün həmin Qanunla müəyyən edilmiş 30 günlük müddət keçmişdir. İddiaçı hərracın 3 dəfə keçirilməsinin təsdiqi kimi 3 müxtəlif tarixlərə təyin edilmiş 3 ədəd bildiriş təqdim etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun tələblərinə görə hərrac yalnız iki dəfə keçirilə bilər. Üçüncü dəfə hərracın keçirilməsi istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun28 oktyabr 2014-cü il tarixli qərarında bu, xüsusilə qeyd edilib.
40. Belə olan halda, iddianın təmin edilməsi həqiqətən də hərracın qanunvericilikdə nəzərdə tutulan saydan artıq keçirilməsinin müəyyən edilməsindən asılıdır.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə faktiki olaraq 2 dəfə hərrac keçirilib, elanı verilmiş ikinci hərracın icra məmurunun məktubu ilə dayandırılması, eləcə də icra məmurunun digər məktubu ilə hərracın bərpa edilməsi müəyyən edilmişdir. Həmçinin qeyd edilib ki, 3 bildirişin göndərilməsi, üç hərracın keçirilməsinin sübuta yetirilməsinə dəlalət etmir.
42. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan məhkəmələr tərəf indən müəyyən edilməyib. Eləcə də işə baxan məhkəmələrin işdəki sübutları MPM-in 88-ci maddəsinə əsasən qiymətləndirməməsi müəyyən edilmir.
43. Buna görə də məhkəmə kollegiyası işin müəyyən edilmiş halları baxımından gəlinən nəticəni qanuni və əsaslı hesab edir.
44. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
45. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər hərracın 3 dəfə keçirilməsi ilə bağlı olub ki, bu dəlillər də yuxarıda qeyd edilənlərə əsasən təkzib edilir.
46. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1699/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.