Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2533/2025 15.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı (Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARDADİ Açar sözlər: barışıq sazişinin mübahisələndirilməsi (etibarsız hesab edilməsi), uşaqların atadan alınıb anaya verilməsi və aliment tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Hüseynova (Ələsgərova) Günay E lşən qızının cavabdehlər Cavabdeh1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı (Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “barışıq sazişinin etibarsız hesab edilməsi, uşaqların atadan alınıb anaya verilməsi və aliment tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 iyun tarixli 2(103)-2828/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə Hüseynova (Ələsgərova) Günay Elşən qızı xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X11 anadan olmuşdur.
2. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən 10 iyul 2023-cü il tarixdə tərtib edilmiş MŞB/13/2023-000959 nömrəli barışıq sazişinə əsasən, tərəflər nikahın pozulması, eləcə də birgə nikahdan doğulmuş 20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 ataları Cavabdeh1 yanında saxlanılması barədə razılığa gəlmiş, həmçinin sonuncu uşaqların yetkinlik yaşına çatana qədər Günay Hüseynovadan (Ələsgərovadan) aliment tələb etmədiyini bildirmiş, tərəflər sözügedən sazişi imzalamışlar. Sazişin şərtlərinə görə əgər sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Tərəflər razılaşıblar ki, bu saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdə liklərini tam icra edənədək qüvvədədir.
3. Bundan sonra Hüseynov Cavabdeh1 (Ələsgərova) Günay Elşən qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan nikahın ləğv edilməsi, birgə nikahdan olan uşaqları 20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 onun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-17/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddianın qismən təmin edilməsi, tərəflərin arasında bağlanmış nikahın pozulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, məhkəmə xərci iddiaçıya aid edilmişdir.
5. Hüseynova (Ələsgərova) Günay Elşən qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, uşaqların onun hi mayəsinə verilməsini və hər uşağa görə ayrılıqda 235 manat olmaqla hər iki uşaq üçün ayda 470 manat sabit pul məbləğinin Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1026/2024 nömrəli 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Hüseynova (Ələsgərova) Günay Elşən qızının kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3821/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli, 2(105)-1026/2024 saylı qətnaməsi ləğv edil miş, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı mülki işin icraatına 20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanması tələbinə aid hissədə xitam verilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflərin mediasiya prosesində nikah pozulduqdan sonra uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə barışıq sazişi bağlandığı halda, həmin qərarın icrası ilə bağlı xüsusi icraat qaydası müəyyən edilmişdir. Nikah pozulduqdan sonra uşaqların yaşayış yeri barədə mediasiya prosesində barışıq sazişi bağlandığına görə, iddiaçının hazırkı iş üzrə uşaqların yanında saxlanması barədə tələbinə iddia icraatı qaydasında baxılması üçün prosessual əsaslar olmamışdır. Bu halda məhkəmə tərəfindən “20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iy ul 2019-cu il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılması” tələbi üzrə icraata xitam verilməli idi. Lakin məhkəmələr həmin tələbə də mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X8 xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında Bakı 13 X2 rəsmiləşdirilmiş 10 iyul 2023-cü il tarixli MŞB/13/2023-000959 nömrəli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət ed ərək, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən 10 iyul 2023-cü il tarixdə tərtib edilmiş MŞB/13/2023-000959 nömrəli barışıq sazişinin, habelə Siyəzən Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası (bundan sonra Komissiya qazılacaq) üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, adı çəkilən Komissiyasının 23 yanvar 2024-cü il tarixli rəyinin və həmin rəyə əlavə edilmiş tarixi məlum olmayan və X1 adından yazılmış, lakin yazı xətti ona məxsus olayan izahatın etibarsız hesab edilməsi və 20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq anaları - iş üzrə iddiaçı X4 himayəsinə verilməsi və uşaqların saxlanılması üçün Cavabdeh1 Şeybətəli oğlundan hər uşağa 235 manat olmaqla ümumilkdə hər ay 470 manat sabit pul məbləğin də alimentin tutularaq iddiaçın xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanılmış 10 iyul 2023-cü il tarixli MŞB/13/2023-000959 nömrəli barışıq sazişi formal xarakter daşıyır. Belə ki, həmin barışıq sazişində uşaqlarının atalarının yanında saxlanılmasına dair verdiyi razılıq onun həqiqi iradə ifadəsini əks etdirmir. Barışıq sazişində verdiyi razılığı fiziki və psixoloji məcburiyyət təsiri altında vermişdir. Belə ki, keçmiş həyat yoldaşı Cavabdeh1 uşaqlara aliment ödəməkdən boyun qaçırmaq üçün ona psixoloji təsir göstərməklə və müxtəlif yalan bəhanələr gətirərək, onu qanunsuz təsiri altına alaraq, həmin barışıq sazişini ona imzalatmışdır. Həmin barışıq sazişi etibarsız sayılmalıdır, çünki barışıq sazişində onun həqiqi iradə ifadəsi əks olunmayıb. Keçmiş həyat yoldaşı birgə nikah dövründə mütəmadi olaraq onu döymüşdür. Sonuncu dəfə 03 fevral 2024-cü il tarixdə Siyəzən RPŞ-nə müraciət edərək, həmin tarixdə Siyəzən rayonu Böyük Həmyə kəndində yaşadıqları ünvanda keçmiş həyat yoldaşı X5 ilə aralarında yaranmış mübahisə zəminində döyülməyi və sağlamlığına xəsarət yetirildiyi barədə məlumat vermişdir. Aparılmış təhqiqat zamanı məhkəmə tibbi ekspertizası təyin edilmiş, MTE-nın xx.xx.2024-cü il tarixli 25 saylı rəyi ilə bədəninin müxtəlif hissələrində müxtəlif qançır və xəsarət izləri aşkar edilmişdir. Bununla əlaqədar olaraq, Cavabdeh1 olğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə uyğun inzibati qaydada tədbir görülmüşdür. Birgə nikah dövrü ərzində də müxt əlif bəhanələr gətirərək onu döymüş və ona qarşı nalayiq ifadələr işlədərək şəxsiyyətini alçaltmışdır. 13 X2 barışıq sazişi bağlanmamışdan öncə keçmiş həyat yoldaşı onu ilk olaraq Xırdalan şəhərində yerləşən “Azərhüquq” mərkəzinə aparmış və orada hüquq mərkəzinin müdiri Azər adlı şəxslə birlikdə ona hədə-qorxu gələrək, onun həmin barışıq sazişinə razı olmağını tələb etmişlər. Belə ki, əgər onlarla razılaşmayacağı təqdirdə övladlarına hər hansı fiziki və ya mənəvi, habelə barəsində şəxsi və ailə həyatı sirri olan məlumatları yayacaqları, rüsvay edəcəkləri barədə hədələyərək onu 13 saylı Mediasiya Təşkilatına aparmışlar. Məcburiyyət təsiri altında çarəsiz qalaraq övladlarının atalarının yanında qalmalarına dair “barışıq sazişinə” qol çəkməyə məcbur olmuşdur. Övladlarından imtina etmək istə məmişdir, onların onun yanında qalmalarını və onların tərbiyə edilməsi və saxlanılmaları ilə özü məşğul olmaq istəyir. Belə ki, uşaqlarının onun yanında qalması onların mənafelərinə uyğundur, habelə onların mənəvi, psixi və fiziki inkişafına müsbət təsir göstərəcəkdir.
11. Məhkəmə iclasında iddiaçı X8 izahatında bildirmişdir ki, uşaqlarla müvəqqəti təminat tədbiri barədə qərardadın icrası ilə bağlı hər həftənin bazar günü 4 saat görüşür. Uşaqlarla görüşərkən uşaqlar ona qarşı aqressiv davranmır, onu istəmədiklərini bildirmirlər. Anası, atası, qardaşı və qardaşının ailəsi ilə birlikdə yaşayır. Onlarla münasibəti yaxşıdır. Əvvəl Siyəzən rayonunda, Cavabdeh1 məxsus olan evdə yaşamışdır. Onun atası və anası da həmin evdə yaşamışdır. Qardaşı ilə münasibətləri yaxşıdır. Nurlan Röyam oğlunun nitq ində qüsur yoxdur.
12. Cavabdeh1 iddia tələbi ilə razılaşmayıb bildirmişdir ki, iddiaçı ona xəyanət etmişdir, bununla bağlı onda səs yazıları və mesajlar, özünün etirafı var. Buna görə də iddiaçı uşaqların onun himayəsində saxlanılmasına razılaşıb. İddiaçı başqa kişi ilə münasibətinin olmasını etiraf edib. Həmin şəxs Siyəzən rayonunda yerləşən internat məktəbində mühafizəçi işləyirdi. İddiaçı onunla nikahda olduğu dövrdə ona xəyanət edib. Yenidən ailə həyatı qurmamışdır. Anasının 60 yaşı var, yeməyi anası bişirir. Qonşuları və qardaşının həyat yoldaşı uşaqlara baxmağa kömək edirlər.
13. Məhkəmə iclasında iştirak edən psixoloq X9 izahatında bildirmişdir ki, dindirilmə əsasında 20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 himayəsində saxlanıldıqları şəxslər tərəfind ən psixoloji təzyiqə məruz qalmaları aşkar edilir.
14. Məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilmiş 20 avqust 2017-ci il təvəllüdlü X13 ifadəsində bildirmişdir ki, 7 yaşı var. 2-ci sinifdə oxuyur. Atası, ata nənəsi, ata babası, əmisi, əmisinin həyat yoldaşı ilə birlikdə yaşayır. Yeməyi ata nənəsi bişirir. Dərslərini yaxşı oxuyur. Atası dərslərinə köməklik edir. Anası ilə görüşür. Anası onları digər nənəsigilə aparır. Anası ilə birlikdə yaşamaq istəmir. Atası ilə birlikdə yaşamaq istəyir. Ana nənəsigildə ana nənəsi, ana babası, anası, dayısı, dayısının həyat yoldaşı yaşayır. Atası onu döymür. Anası ona dərs oxumayanda sillə vurmuşdu. Anası ilə görüşərkən anası onu döymür. Anasını çox istəmir. Atası, ata nənəsi onu, qardaşını heç vaxt döyməmişdir.
15. Məhkəmə iclasında psixoloqun iş tirakı ilə dindirilmiş 21 iyul 2019-cu il təvəllüdlü X11 ifadəsində bildirmişdir ki, 6 yaşı var. 1-ci sinifdə oxuyur. Dərslərini yaxşı oxuyur. Dərslərində nənəsi ona köməklik edir. Atası ilə yaşayır. Anası onunla birlikdə yaşamır. Anasının onunla birlikdə yaşamağını istəyir. Anası ilə görüşür. Ata nənəsi, atası onu döyür. Onlar onu dərs oxumayanda döyürlər. Anası onu döymür. Anası ilə birlikdə yaşamaq istəyir.
16. Komissiyanın xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, uşaqların mənafeyini, uşaqların bir-birlərinə və atalarına olan bağlılığını, uşaqların inkişafı və tərbiyəsi üçün yaradılmış şəraiti, X1 Komissiyaya yazdığı 16 yanvar 2024-cü il tarixli izahatını, Cavabdeh1 Komissiyaya yazdığı 16 yanvar 2024-cü il tarixli izahatını nəzərə alaraq 20 avqust 2017-ci il təvəllüdlü X7 v ə 21 iyul 2019-cu il təvəllüdlü X6 ataları Cavabdeh1 himayəsinə verilməsini məqsədə müvafiq hesab edirlər.
17. Komissiyanın xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, uşaqların mənafeyini və onların azyaşlı olmasını nəzərə alaraq 20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 anaları X1 himayəsinə verilməsini məqsədə müvafiq hesab edirlər.
18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 11/766 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 hal-hazırda psixoloji vəziyyəti qənaətbəxş olmaqla, onun emosional-iradi sferasında gərginlik və idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır. xx.xx.2019-cu il təvəllüdlü X11 ekspertlə ünsiyyətə girmədiyindən, verilən sualları cavablandırmadığından, ona test və metodikaları tətbiq etmək və məhkəmə-psixoloji ekspertizasını keçirmək mümkün olmadığından barəsində ekspert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. X7 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamağını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideynin himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəməpsoxoloji ekspertizasının səlahiyyətinə aid deyildir. X7 halhazırda atası Cavabdeh1 bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası X3 bağlılığı müəyyən olunmur.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)149/2025 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi qismən təmin edilərək, xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X6 atası Cavabdeh1 alınaraq anası X1 himayəsinə verilməsi, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün uşaqların anaya təhvil verildiyi tarixdən başlayaraq Cavabdeh1 X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
20. Məh kəmə ilkin olaraq iddia tələbinin “Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən 10 iyul 2023-cü il tarixdə tərtib edilmiş MŞB/13/2023-000959 nömrəli barışıq sazişinin, habelə Komissiya üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, adı çəkilən qəyyumluq və himayəçilik komissiyasının 23 yanvar 2024-cü il tarixli rəyinin və həmin rəyə əlavə edilmiş tarixi məlum olmayan və X1 adından yazılmış, lakin yazı xətti ona məxsus olmayan izahatın etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Çünki iddiaçı iddia tələbinin bu hissəsinə münasibətdə iddiasını əsaslı edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
21. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Müvafiq barışıq sazişinin təzyiq və ya hədəqorxu təsiri altında imzalanması, qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, tərəflər arasında Bakı 13 X2 bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000959 nömrəli barışıq sazişi qanunvericilikə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmışdır, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
22. Məhkəmə qeyd etmişdir ki, müvafiq barışıq sazişinin etibarsızlığı üçün əsasların olmamasına baxmayaraq, iddiaçı uşaqların atadan alınıb onun himayəsinə verilməsi ilə bağlı tələb irəli sürə bilər. İddia tələbinin “20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq anaları - iş üzrə iddiaçı X4 himayəsinə verilməsi” hissəsinə münasibət bildirərək, məhkəmə xüsusi vurğulayıb ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas Azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X10rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonr a uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”.
23. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar bu cür mübahisənin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların hansı valideynin yanında qalması məsələsinə baxılarkən, uşaqların anası və ya atası ilə qalmasının gələcək inkişaflarına, tərbiyəsinə necə təsir göstərəcəyi, onun uşaqlara münasibəti, eləcə də uşaqların yaşı, kimin yanında qalmaq arzusu və kimə bağlılığı nəzərə alınmalıdır.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 11/766 nömrəli ekspert rəyində xx.xx.2017-ci il təvəllüdlü X7 hal-hazırda psixoloji vəziyyəti qənaətbəxş olmaqla, onun emosionaliradi sferasında gərginlik və idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmadığı, X7 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamağını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətlərinin müəyyən olunmadığı, X7 hal-hazırda atası Cavabdeh1 bağlılığı üzə çıxmaqla, anası X3 bağlılığının müəyyən olunmadığı qeyd edilsə də, məhkəmə müvafiq rəylə razılaşmamışdır.
25. Məhkəmə qeyd etmişdir ki, sözügedən rəy natamam olmaqla, xx.xx.2019-cu il təvəllüdlü X11 ilə bağlı məsələ rəydə öz əksini tapmamışdır. Rəydə xx.xx.2019-cu il təvəllüdlü X11 ilə bağlı qeyd edilmişd ir ki, o, ekspertlə ünsiyyətə girmədiyindən, verilən sualları cavablandırmadığından, ona test və metodikaları tətbiq etmək və məhkəməpsixoloji ekspertizasını keçirmək mümkün olmadığından barəsində ekspert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Bunun əksi olaraq Komissiyanın xx.xx.2024-cü il tarixli rəyində uşaqların mənafeyi və onların azyaşlı olması nəzərə alınaraq 20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 anaları X1 himayəsinə verilməsinin məqsədə müvafiq hesab edilməsi qeyd edilmişdir. Həmçinin, xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X11 psixoloqun iştirakı ilə məhkəmə iclasında dindirilməklə onların fikri öyrənilmiş, onlar dindirilərkən yüksək həyəcan-təşviş içərisində olmaları vizual olaraq müşahidə olunmuşdur. Sözügedən fakt məhkəmə iclasında iştirak edən Komissiyanın psixoloqu X9 tərəfindən verilmiş arayışla da təsdiq edilmişdir. Arayışda göstərilir ki, xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsində 2(004)-149/2025 saylı bildirişə əsasən baxılmış işdə dindirilmə əsasında 20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 himayəsində saxlanıldıqları şəxslər tərəfindən psixoloji təzyiqə məruz qalmaları aşkar edilir. Məhkəmə iclasında dindirilən 20 avqust 2017-ci il təvəllüdlü X13 ifadəsində atası ilə qalmaq istədiyini, anasını görmək istəmədiyini bildirsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının icrası çərçivəsində anası ilə rahatlıqla görüşməsi, görüşdən imtina etməməsi, anasını istəməməsi ilə bağlı məhkəmədə verdiy i ifadəsi ilə ziddiyyət yaradır. Bu isə uşağın anasının istəməməsi ilə bağlı verdiyi ifadənin kənar təsirin altında verməsini ehtimal etməyə əsas verir. Məhkəmə iclasında dindirilmiş 21 iyul 2019-cu il təvəllüdlü X11 isə ifadəsində bildirmişdir ki, anasının onunla birlikdə yaşamağını istəyir. Anası ilə görüşür. Ata nənəsi, atası onu döyür. Onlar onu dərs oxumayanda döyürlər. Anası onu döymür. Anası ilə birlikdə yaşamaq istəyir.
26. Məhkəmə həmçinin hesab etmişdir ki, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların azyaşlı olması, hal-hazırda ana qayğısına daha çox ehtiyaclarının olması və digər mənafeləri, həmçinin Komissiyanın rəyi, məhkəmə araşdırması zamanı uşaqlara kənar təsirin müəyyən edilməsi nəzərə alınaraq, xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X11 atası Cavabdeh1 alınaraq anası X1 himayəsinə verilməlidir.
27. Məhkəmə göstərilən xüsusatları, xüsusən də uşaqların mənafelərini nəzərə almaqla hesab etmişdir ki, uşaqların təlim-tərbiyəsinin və təhsilinin inkişafı, psixoloji travma almadan yetişməsi, bir sözlə gələcək inkişafı baxımdan analarının himayəsinə verilməsi məqsədəuyğundur.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 52, 60.1, 60.2, 60.3, 60.4, 75.1, 75.2, 75.3, 75.4, 78.1, 78.2, 110.1 və 110.2-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 və 33.3-cü, “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 5, 8, 13 və 17-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 101.3, 217.4 və 218.3-cü maddələrinə həmçinin “Nikahın pozulması, boşanmadan sonra y etkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunan hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 20 avqust 2017-ci il təvəllüdlü X13 psixoloqun iştirakı ilə dindirilərkən ifadəsində bildirdi ki, 7 yaşı var, 2-ci sinifdə oxuyur, atası, ata nənəsi, ata babası, əmisi, əmisinin həyat yoldaşı ilə birlikdə yaşayır, yeməklərini ata nənəsi bişirir, dərslərini yaxşı oxuyur, atası dərslərinə köməklik edir, anası ilə görüşür, anası onları digər nənəsigilə aparır, lakin anası ilə birlikdə yaşamaq istəmir, atası ilə birlikdə yaşamaq istəyir. Həmçinin ekspert rəyi ilə təsdiq olundu ki, X7 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamağını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Bütün bu hallar məhkəmə araşdırmasında təsdiq olunsa da, məhkəmə son nəticəyə gələrkən işin bu hallarını nəzərə almayıb.
31. Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Məhkəmə iddia tələbini qismən təmin edərkən bu halı nəzərə almamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)3821/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından da açıq şəkildə görünür ki, işə xitam verilmişdir ona görə ki, tərəflər arasında barışıq sazişi olduğundan Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə çıxararkən Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərardadını nəzərə almamışdır. Tərəflər arasında bağlanmış barışıq sazişi ləğv olunmadığından hazırkı iddiaya məhkəmədə baxıla bilməzdi və uşaqların atanın himayəsində saxlanmasına aid hissədə iş üzrə icraata iddia icraatı qaydasında baxılmalı olmadığı əsası ilə xitam verilməli idi.
32. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, uşaqları ondan alıb, ona təzyiq göstəriblər. Atası cavabdehlə danışıb ona deyib ki, onu evə aparsın. Cavabdeh razılaşmayıb, atasına yalan danışıb. Cavabdeh onu şantaj edib. Uşaqlara yaxşı baxmırlar. 70 yaşında qadın uşaqlara necə baxsın.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 iyun tarixli 2(103)-2828/2025 nömrəli qərardadı ilə (hakimlər - Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - iddi açı X1 Cavabdeh1 qarşı 20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq X4 himayəsinə verilməsi və alimentin tutulmasına aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
34. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası hesab edib ki, hazırkı tələbə (uşaqların atadan alınıb ananın himayəsinə verilməsi tələbinə) məhkəmədə baxıla bilməz.
35. Belə ki, tərəflər arasında uşaqların atanın himayəsində saxlanılması ilə bağlı 10 iyul 2023-cü il tarixdə barışıq sazişi imzalanıb. İddiaçı iddia tələbində barışıq sazişinin bağlanması zamanı onun iradəsinin pozulması, məcburiyyət qarşısında qalaraq mediasiya qaydasında barışıq sazişi bağladığından sazişin etibars ız sayılması və uşaqların atadan alınaraq ona verilməsini tələb etmişdir. Göründüyü kimi iddiaçının uşaqları atadan alınıb ona verilməsi tələbinin əsasında o dəlili durur ki, onun iradəsi əlehinə barışıq sazişi bağlandığından uşaqlar ona verilməlidir.
36. Lakin nəzərə alınmalıdır ki, işə baxan birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, müvafiq barışıq sazişinin təzyiq və ya hədə-qorxu təsiri altında imzalanması, qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
37. O da nəzərə alınmalıdır ki, barışıq sazişinin etibarısız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
38. Deməli, tərəflər aras ında etibarlı, qanuna müvafiq qaydada bağlanmış barışıq sazişi vardır. Həmin sazişdə tərəflərin iradəsinə əsasən uşaqların atanın himayəsində saxlanması razılaşdırılmışdır.
39. Qeyd olunmalıdır ki, iddiaçının uşaqların atadan alınaraq anaya verilməsi tələbinin əsasında onun iradəsi əlehinə olaraq uşaqların atanın himayəsinə verilməsi barədə sazişin bağlanması dəlili durur.
40. Kollegiya hesab etmişdir ki, nə qədər ki, iddiaçı yeni yaranmış hallara istinad etməyərək, ancaq sazişin etibarsızlığından irəli gələrək uşaqların ananın himayəsinə verilməsini tələb edir və nə qədər ki, iddiaçının barışıq sazişinin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir, uşaqların atadan alınıb ananın himayəsinə verilməsi tələbinə məhkəmədə baxıla bilməz.
41. Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir. Mediasiyanın məqsədi, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş, bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması tə sbit edilmişdir.
42. Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti, ər-arvadın məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir.
43. Belə ki, “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
44. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
45. Buna görə də Ailə Məcəlləsində nikah pozularkən ar-arvadın uşaqlar barədə məsələləri saziş əsasında həll etmək hüququna üstünlük verilmiş və bir qayda olaraq, bu cür saziş olmadığı halda (eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda) məhkəmənin boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların val ideynlərindən hansının yanında qaldığını müəyyən etməli olduğu təsbit edilmişdir (Ailə Məcəlləsinin 21.2, 22.1 və 22.2-ci maddələri).
46. Qeyd olunanlara əsasən, nikah pozulduqdan sonra uşaqların yaşayış yeri barədə mediasiya prosesində barışıq sazişi bağlandığına və həmin barışıq sazişinin etibarlılığı məhkəmə tərəfindən tanındığına görə, iddiaçının hazırkı iş üzrə uşaqların yanında saxlanması barədə tələbinə baxılması üçün prosessual əsaslar olmamışdır. Bu halda məhkəmə tərəfindən ya barışıq sazişinin etibarsızlığı tanındıqdan sonra “20 avqust 2017-ci il təvəllüdlü X7 və 21 iyul 2019-cu il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılması” tələbi üzrə hüquqi qiymətləndirmə aparılmalı, ya da barışıq sazişi etibralı hesab ediləcəkdisə həmin tələb üzrə icraata xitam verilməli idi. Çünki idd iaçının uşaq tələbi sazişin etibarsızlığına dayanmışdır, yeni yaranmış hallarla əlaqələndirilməmişdir. Lakin məhkəmə barışıq sazişi mövcud ola-ola və etibarlılığı tanına-tanına həmin tələbə də mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur. cümlədən qeyd olunmalıdır ki, hazırkı iş üzrə aliment tələbi müstəqil tələb deyil, uşaqların atadan alınıb anaya verilməsi tələbinə bağlıdır, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi qismən, uşağın alınıb verilməsi və aliment hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.
47. Məhkəmə kollegiyası gəldiyi nəticənin əsası Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə; Ailə Məcəlləsinin 22.1, 22.2 və 61.3-cü; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanun un 1.0.7, 33.1, 33.2, 33.4 və 34.1ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 261.0.1 və 387.2.8-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. Apellyasiya instansiyası məhkəməsinin qərardaddan iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2828/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğundan, habelə maddi və prosessual normaların tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən tamamilə ləğv edilməsini, mülk işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə tələbə hansı orqanda baxılmalıdır? məhkəmə yeni hal dedikdə nəyi nəzərədə tutur? birinci instansiya məhəməsində məhkəmə baxışı zamanı müəyyən edilmiş hallar məgər yeni hal deyilmi? psixoloqun iştiriakı ilə ilə uşaqların dedikləri, habelə Bakı şəhəri Yasamal rayon və Siyəzən rayon qəyyumluq orqanlarının rəyləri və mülahizələri yeni hal deyilmi? fəaliyyəti dayandırılmış vəkil tərəfindən apellyasiya şikayəti necə verilə bilərdi və həmin Vəkil mantiyasını geyib apellyasiya instansiya məhkəməsində hüququ olmaya olmaya cavabdeh tərəfi necə müdafiə edə bilər?
50. Həmçinin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, apellyasiya şikayətini vermiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəkillik fəaliyyəti müəyyən müddətə dayandırılmışdır. Buna baxmayara fəailiyyəti dayandırılmış Vəkil2 cavabdehin ad ından apellyasiya şikayətini imzalamış, məhkəmə iclas zalında cavabdehin adında izaht vermişdir. Məhkəmə baxışı zamanı hakim tərkibinə daxil olan Məhəmməd Rüstəmli vəkilin fəaliyyətinin dayandırıldığnı müəyyən edərək vəkili məhkəmə araşdırmsından uzaqlaşdırmış və onda bizə məlum olmuşdur ki, Vəkil2 vəkillik fəaliyyəti müəyyən müddətə dayandırılmışdır.
51. Bu kimi qanunsuzluqlara hələ Siyəzən rayon məhkəməsinin icraatında olan mülki iş üzrə icraat zamanı da həmin iş üzrə iddiaçı Cavabdeh1 qanunsuz təsirləri nəticəsində hüqularını təmsi etdiyim şəxsin adından 6 vəkilə etibarnamə verilmiş və həmin vəkillər sırasında hazırkı mülki iş üzrə Vəkil2 adı da vardır.Bu minvalla saxtakarlıqlar yol verilərək Siyəzən rayon məhkəməsində də hüquqlarını təmsil etdiyim şəxs qanuna müvafiq qaydada məhkəməd ə hüquqları müdafiə edilməmiş, onun hüquqlarını iddiaçı Cavabdeh1 mənafeyini qoruyan vəkillər tərəfindən pozulmuş məhkəmələr isə həmin pozuntulara hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
53. Maddə 1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
54. Maddə 2.2. Ailə münasibətlə rinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
55. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
56. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci m addəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:
57. Maddə 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;
58. Maxddə 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
59. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
60. Maddə 1.0. Bu Qanunda istifadə olunan ə sas anlayışlar aşağıdakı mənaları ifadə edir:
61. Maddə 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma;
62. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.
63. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.
64. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.
65. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
66. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
67. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada m əhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
68. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
69. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 70. 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...
71. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
72. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
73. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsa slar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
74. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:... 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında.
75. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
76. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq saziş inin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
77. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
78. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
82. Maddə 417.1.5 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
83. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa Kassasiya baxışının hədləri
84. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən süb ut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
85. Hazırda apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qərardadının q anuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
87. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşk il etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
88. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib icraata xitam verməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhk əməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadına ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
89. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
90. Məhkəmə kollegiyası baxılan iş üzrə qəbul ediləcək qərardadın məhkəməyə müraciət etmə hüququ ilə bağlılığını nəzərə alıb, ilk növbədə hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. 9
1. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
92. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
93. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdu dlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
94. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
95. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən bəziləri MPM-nin 261-ci maddəsində nəzərdə tutulmuşdur.
96. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.
97. Apelyasiya instansiyası məhkəməsi mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd etdiyi kimi, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həl l olunur. Lakin “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir. Mediasiyanın məqsədi, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş və bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması təsbit edilmişdir. 98. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığ ı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
99. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
100. Buna görə də Ailə Məcəlləsində nikah pozularkən ar-arvadın uşaqlar barədə məsələləri saziş əsasında həll etmək hüququna üstünlük verilmiş və bir qayda olaraq, bu cür saziş olmadığı halda (eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda) məhkəmənin boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli olduğu təsbit edilmişdir (Ailə Məcəlləsinin 21.2, 2 2.1 və 22.2-ci maddələri).
101. Qeyd olunanlara əsasən, nikah pozulduqdan sonra uşaqların yaşayış yeri barədə mediasiya prosesində barışıq sazişi bağlandığına görə, habelə sazişin etibarsız sayılması barədə iddia tələbi rədd edildiyinə görə, hazırkı iş üzrə iddiaçının uşaqların yanında saxlanması barədə iddia tələbinə baxılması üçün prosessual əsaslar olmamışdır.
102. Xüsusilə nəzərə alımalıdır ki, uşaqların yaşayış yerinin müəyyən olunması üzrə valideynlər arasında olan münasibətlər, uşaqların yetkinlik yaşına çatanadək davam edən münasibətlərdir. 103. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 7.8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir.
104. Anal oji olaraq, tərəflər arasında uşaqların yaşayış yeri barışıq sazişi əsasında müəyyən edildikdən sonra, əvvəl mövcud olmuş vəziyyət dəyişməmişsə, barışıq sazişindən fərqli qaydalar müəyyən edilməsi üçün əsaslar olmayacaq. Baxılan işdən də görünür ki, iddiaçı uşaqların yaşayış yerinin onun yanında müəyyən edilməsi tələbinin faktik əsası kimi barışıq sazişi bağlanan zaman mövcud olmuş vəziyyətin uşaqların mənafeyinə uyğun olmayan dərəcədə dəyişməsinə istinad etməmiş, bu tələbini yalnız barışıq sazişinin iradəsinə zidd, fiziki və psixoloji məcburiyyət təsiri altında bağlandığına görə etibarsız olması ilə əsaslandırmışdır. Lakin barışıq sazişinin etibarsız sayılması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçı birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq, biri nci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirməmişdir.
105. Həmçinin nəzərə alınmalıdır ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın faktiki əsasını göstərməklə y anaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. İddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Lakin iddianın faktiki əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir və məhkəmə tərəfindən dəyişdirilə bilməz. Buna görə də iddiaçı uşaqların cavabdehdən alının ona verilməsi tələbinin faktik əsası kimi aralarında bağlanmış barışıq sazişinin etibarsız sayılmasına istinad etdiyi halda, məhkəmə gəldiyi nəticəni başqa faktik əsaslara istinad etməklə əsaslandıra bilməz.
106. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 iyun tarixli 2(103)2828/2025 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.