Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2534/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Zaqatala Rayon 2 Saylı Notariat Ofisinə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2534/21 (Açar sözlər: məcburi pay hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Üçüncü şəxs: Qurbanov Mehdi Əhməd oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(107)1885/2020 saylı qətnaməsindən üçüncü şəxs Qurbano v Mehdi Əhməd oğlunun kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, mərhum anası Rəhimə Məmmədovadan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 2/6 hissəsi üzərində məcburi paya vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə ( sədrlik edən, hakim T.H.Həsənov) iddia təmin edilərək, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 2 ünvanda yerləşən 0,04 torpaq sahəsi və fərdi yaşayış evinin ¼ hissəsinin və 0,1159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin 2/6 hissəsinə iddiaçının vərəsəlik hüququnun tanınması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli əmlaklar iddiaçının anası Rəhimə Məmmədovaya məxsus olub və o, öz sağlığından bütün əmlakını oğlu Mehdi Qurbanova vəsiyyət edib. Rəhimə Məmmədovanın ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açılıb. Miras qoyan Rəhimə Məmmədovanın beş vərəsəsi olub və onlardan ikisi, yəni İddiaçı və Səidə Tagibova notariat orqanına müraciət edərə k miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş ediblər. Mehdi Qurbanov isə mərhum anası Rəhimə Məmmədovadan miras qalmış əmlakları faktiki idarə etməklə qəbul edib. Ona görə də iddia təmin edilərək, miras əmlakın 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1246-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Üçüncü şəxs Mehdi Qurbanov apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T. Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1246, 1255-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Üçüncü şəxs Meh di Qurbanov kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Üçüncü şəxs Mehdi Qurbanov məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməd i. İddiaçı, üçüncü şəxs Mehdi Qurbanovun vəkili Vəkil1 və cavabdeh Zaqatala rayon 02 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə, mir asa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin mənasına görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsində göstərilir ki, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətn amə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsində göstərilir ki, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Üçüncü şəxs Mehdi Qurbanovun kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarıda tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və proses sual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 3,06 ha; 4,04 ha torpaq sahələri tam, 4,16 ha torpaq sahəsinin ¼ hissəsi; habelə 0,04 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi Rəhimə Məmmədovanın mülkiyyətində olub. Eyni zamanda, Zaqatala rayon ZDS-nin İcraiyyə Komitəsinin 11 may 1959-cu il tarixli, 01 saylı protokol-qərarı ilə Rəhimə Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılıb. 1961-ci ildə Rəhimə Məmmədova tərəfindən ünvan 3 ünvanda fərdi yaşayış evi tikilib və həmin evə dair onun adına 27 iyul 1962-ci il tarixli “Texniki pasport” tərtib edilib verilib. Reyestr Xidməti tərəfindən həmin fərdi yaşayış evi 01 saylı reyestr kitabının 41-ci səhifəsində inventar uçotuna alını b, lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmayıb. 16 noyabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Rəhimə Məmmədova ölən günədək ona məxsus olan bütün əmlaklarını oğlu Mehdi Qurabanova vəsiyyət edib və 24 dekabr 2018-cü ildə ölüb. X1 Zina, Səidət, Mehdi Müslüm və Muxtar adlı beş övladı olub. Bundan sonra, 04 fevral 2019-cu il tarixli ərizə ilə İddiaçı notariat orqanına müraciət edərək, 24 dekabr 2018-ci ildə ölmüş anası Rəhimə Məmmədovadan miras qalmış bütün əmlaka dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini xahiş edib. Eyni zamanda, 26 fevral 2019-cu il tarixli ərizə ilə Səidət Tagibova notariat orqanına müraciət edərək, 24 dekabr 2018-cü il tarixdə ölmüş anası Rəhim ə Məmmədovdan miras qalmış əmlaka dair ona düşən paydan bacısı İddiaçı xeyrinə imtina etdiyini bildirib. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 29 avqust 2019-cu il tarixli məktubu ilə isə vərəsələr X2 Poladova arasında miras əmlakla bağlı mübahisə yarandığı sonuncunun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib. Hazırda, İddiaçı mərhumə anası Rəhimə Məmmədovdan miras qalmış əmlakların 2/6 hissəsi üzərində məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsini iddia edir. Mehdi Qurbanov isə bacısı İddiaçı anası Rəhimə Məmmədovaya baxmadığını, sonuncunun bütün əmlakını ona vəsiyyət etdiyini və bacısı İddiaçı miras əmlakda məcburi payının olmadığını göstərib, iddiaya etiraz edir. İlk öncə qeyd edilməlidir ki, mülkiyyət hüququ kimi, vəsiyyət etmə və v aris olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbəli vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay- sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ- ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qru pların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən birləşdirilməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə də cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi, mərhumə Rəhimə Məmmədovadan miras qalmış əmlakların 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququnu (məcburi pay hüququnu) tanıyarkən gəldiyi nəticəni Mülki Məcəllənin 1193 və 1196-cı maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, həmin maddələrin mənasına görə, yalnız vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır, lakin bu zaman vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Hazırki halda, mərhumə Rəhimə Məmmədovanın 24 dekabr 2018-cü il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaklara vərəsəlik açılıb və o, öz sağlığında bütün əmlakını oğlu Mehdi Qurbanova vəsiyyət etdiyindən, digər vərəsələrin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras əmlakda məcburi pay hüquqları əmələ gəlmiş olur. Lakin, apelyasiya instansiyası məhkəməsi, miras əmlakdan İddiaçı çatası məcburi payı müəyyən edərkən, mirasdan pay almağa çağırıla biləcək qanun üzrə vərə sələrin hamısını nəzərə almayıb, əksinə vəsiyyət üzrə vərəsə Mehdi Qurbanovu da nəzərə alıb və miras əmlakdan İddiaçı çatası məcburi payı hansı qadada müəyyən etməsini qətnamədə əsaslandırmayıb. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, mərhumə Rəhimə Məmmədovanın birinci növbəli beş vərəsəsindən yalnız İddiaçı və Səidət Tagibovanın notariat ofisinə mirası qəbul etmələri barədə ərizələr verməklə, Mehdi Qurbanovun isə miras əmlaka sahiblik etməyə və miras əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etmələri və Səidət Tagibovanın öz payından bacısı İddiaçı xerinə imtina etdiyi üçün sonuncunun miras əmlakdakı məcburi payının artaraq 2/6 hissədə olması qənaətinə gələrkən də, gəldiyi nəticəni Mülki Məcəllənin 1202.1-ci maddəsinin tələbləri baxımından əsaslandırmayıb. Halbuki, həmin maddənin mənasına görə, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi Mehdi Qurbanovun kasasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edili bedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Üçüncü şəxs Qurbanov Mehdi Əhməd oğlunun kasasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(107)-1885/2020 saylı qətnaməsi ləğv edilsin, mü lki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2534/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2534/2021
25.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver