Məhkəmə qərarları › İş №2(102)-2535/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2535/2019

10.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2535/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli 2(103)12389/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev, iş № 2(005)-3408/2018) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası təmin edilərək cavabdehlərin əşya ları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 142-də yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, Ş.E.Şamayev və Ş.Ə.Məhərrəmova) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov rayon məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, küçəsində yerləşən 142 saylı ev 08 noyabr 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı məxsusdur. Həmin evdə İddiaçı və oğlu Cavabdeh1 qeydiyyatda olmaqla, digər Cavabdeh2 isə Cavabdeh1lə nikaha daxil olması ilə əlaqədar qeydiyyatsız yaşayır. İddiaçı Nlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərinin vəfatından sonra Cavabdeh2 onu döyüb təhqir etməsini və mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsindən istədiyi kimi istifadə etməsinə mane olmasını əsas göstərməklə cavabdehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayəti verərək 2005-ci ildən mübahisəli mənzildə yaşamaqla ora istifadə hüququ əldə etməsini, başqa yaşayış yerinin olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul ed ilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə kollegiyası tərəfindən onların izahatları dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 yaşayış sahəsindən çıxarılmasını qanuni hesab edərkən onunla mübahisəli evin mülkiyyətçisi arasında mənzildən istifadə hüququnu müəyyən edən notariatda təsdiq olunmuş yazılı razılaşmanın olmamasına əsaslanmış və gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tə rkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, Cavabdeh2 isə qanuni əsaslar olmadan orada yaşadığından İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏR ARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar