Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2535/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2535/22 Açar sözlər: mənzildən çıxarılma barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(106)208/2022 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına gö rə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehin onun mülkiyyətində olan Şirvan şəhəri, Leytenant M.İbrahimov küçəsi 22 saylı evin 55 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, Cavabdeh məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq, sonuncudan sözügedən mənzilin satın alınması üçün ödədiyi 12.500 ABŞ dolları, mənzilin təmirinə görə ödədiyi 6.970 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.F.Qurbanova) ilk iddia tam təmin, qarşılıqlı iddia qismən təmin edilərək, cavabdehin Şirvan şəhəri, Le ytenant M.İbrahimov küçəsi 22 saylı evin 55 saylı mənzilindən çıxarılması və İddiaçı 3.506,80 manat pulun tutulub Cavabdeh verilməsi və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ yoxdur. Belə ki, cavabdehin Şirvan şəhəri, Leytenant M.İbrahimov küçəsi 22 saylı evin 55 saylı mənzilinə istifadə hüququ Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən və “istifadə etmək hüququ” 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranmayıb. Həmçinin iddiaçı sözügedən mənzilin mülkiyyətçisidir. Cavabdehin sahibliyinin qanuniliyi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı cavabdehdən mənzilini geri tələb etməkdə haqlı olub. İddiaçı mü lkiyyətində olan sözügedən mənzilə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin mənzili cavabdehin sahibliyinə yol verməmək, onun qanunsuz sahibliyindən mənzilini geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, cavabdeh iddiaçıya məxsus olan mübahisəli mənzildən çıxarılmalıdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29 iyun 2021-ci il tarixli ekspert rəyinə görə, cavabdeh tərəfindən iddiaçıya məxsus olan mənzildə orta bazar qiymətlərinə uyğun olaraq 3.506,80 manat məbləğində təmir işləri aparılıb. Ona görə də ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.5, 157.2, 1091.1-ci maddələrinin maddələrin in və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, qarşılıqlı iddianın tam təmin edilməsi, təmin edilmədiyi halda ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, qarşılıqlı iddianın rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, S.İ.Mayılov və N.F.Mirzəyev) apellyasiya şika yətləri təmin edilmədən, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı tam təmin, qarşılıqlı iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.5, 157.2, 1091.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbi q edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həm in Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarş ılıqlı iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qarşılıqlı iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 09 dekabr 2020-ci il tarixli Çıxarışa əsasən, Şirvan şəhəri, X2 küçəsi 22 saylı evin 55 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda cavabdeh, iddiaçıdan sözügedən mənzilin satın alınmasına görə ödədiyi 12.500 ABŞ dollarının, mənzilin təmirinə görə ödədiyi 6.970 manat pulun tutulub ona ödənilməsini iddia edir və tələbini belə əsaslandırıb ki, İddiaçı, əmisi Mehdi Atamoğlanovun arvadıdır. 2014-cü ildən sözügedən mənzildə yaşayır. Mərhum X1 20092013-cü illə rdə sözügedən mənzili satın almaq üçün iddiaçıya hissə-hissə 12.500 ABŞ dolları pul ödəyib. İddiaçı həmin vaxt Rusiya Federasiyasında yaşadığı üçün verilən pul ABŞ dolları ilə olub. İddiaçı əri ilə birlikdə kiçik kommersiya fəaliyyəti ilə məşğul olub və işlərində ziyan olduğu üçün X1 onlara maddi yardım göstərib. X1 mübahisə predmeti olan mənzilin bazar qiymətindən artıq məbləğdə, yəni cəmi 12.500 ABŞ dolları məbləğində iddiaçıya pul verib. 2013-cü ildə iddiaçı mərhum X1un verdiyi pulun müqabilində mübahisə predmeti olan mənzili əlavə ödəniş olmadan onlara verib. Lakin həmin vaxt iddiaçı Rusiya Federasiyasında yaşadığından mənzilin alqı-satqısının rəsmiləşdirilməsi mümkün olmayıb. Həm də, yaxın qohum olaraq həmin vaxt münasibətlərinin olduqca səmimi olması səbəbindən də mənzilin alqı-satqı sının rəsmiləşdirilməməsi onlar üçün heç bir narahatçılıq yaratmayıb. 2014-cü ildə ailəvi olaraq mənzilə köçərkən orada təmir işlərinə görə 6.970 manat pul xərcləyib. Hazırda mənzildən çıxarılmağı tələb olunduğu üçün o, da həmin mənzilin alınmasına mərhum X1 tərəfindən verilmiş 12.500 ABŞ dolları və mənzilin təmirinə xərcləmiş olduğu 6.970 manat pulun ona ödənilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin tələbinin qanuni əsasını 1091-1092-ci maddələr təşkil edir. Həmin Məc əllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İddiaçı isə cavabdehin qarşılıqlı iddia ərizəsi ilə razılışmayıb etiraz ərizəsində göstərib cavabdeh tərəfindən sözügedən mənzildə hər hansı təmir işləri aparılmayıb və həmin mənzildə təmir işləri əvvəldən görülüb. Apellyasiya instansiyası məhk əməsi apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Təranə Əzizova və Nizam Fətiyevin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdeh sözügedən mənzilə köçdükdən sonra orada müəyyən təmir işləri görüb. Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində, qarşılıqlı iddia ərizəsində mənzildə apardığı təmir xərclərinin 6.970 manat təşkil etdiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29 iyun 2021-ci il tarixli ekspert rəyinə görə, mənzilə baxış zamanı təqdim ol unmuş təmir işlərinin aparılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 3.506,80 manat olduğu müəyyən olunub və işdə, bunun əksini təsdiq edən başqa sübut yoxdur. Ona görə də kassasiya instansiyası məhkəməsi bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qarşılıqlı iddianı bu hissədə qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Qarşılıqlı iddianın digər hissəsi isə, yəni sözügedən mənzilin satın alınması üçün cavabdehin X1un vasitəsi ilə iddiaçıya 12.500 ABŞ dolları pul ödəməsi mülki iş materialları il ə müəyyən edilmir və cavabdeh tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aidd ir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi digər dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti t əmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(106)-208/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2535/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2535/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver