Məhkəmə qərarları › İş №2(102)-2535/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2535/2025

19.08.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2535/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Ayeddinoviçə qarşı iş üzrə QƏRARI (Açar sözlər: bağışlama müqaviləsinin ləğvi) 19.08.2025 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 30 aprel tarixli 2(103)-2364/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsində hədiyyə alan Cavabdeh Rusiya Federasiyası vətəndaşı olması göstərilmişdir. Həmçinin bağışlama müqaviləsindən görünür ki, Cavabdeh müqavilənin bağlanmasında iştirak etməmiş, onu müqavilə bağlanan zamanı X6 təmsil etmişdir.

2. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 28, 25 saylı mənzil xx.xx.2019-cu il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin 25 saylı mənzilini Cavabdeh bağışlamasından imtina edilməsi, 52 saylı Notariat ofisində bağlanmış 4Ə-824 nömrə ilə reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, mənzilə mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1940-cı ildə anadan olmuşdur, hazırda 84 yaşı var. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin, 25 saylı mənzili 1995ci ildən onun xüsusi mülkiyyətində olmuşdur, yəni həmin mənzilə 29 il sahiblik etmiş, mənzil onun üçün çox dəyərli olmuşdur, demək olar ki, bütün həyatını həmin mənzildə yaşamışdır. Həmin dəyərli mə nzilini qoca və xəstə olduğundan fikirləşmişdir ki, yaşlı vaxtında yanında oğlunun oğlu, nəvəsi Cavabdeh qalacağından, ona qayğı göstərəcəyindən ona bağışlasın. Beləliklə, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin, 25 saylı mənzilini xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində aralarında bağlanmış bağışlama müqaviləsi əsasında cavabdeh, nəvəsi Cavabdeh bağışlamışdır. Mənzilini bağışlamaqda məqsədi nəvəsinin yaşlı, tənha vaxtında yardıma möhtac olduğundan yanında olması, səhhəti ilə və həyat şəraiti ilə maraqlanması, qoca yaşlı nənəsinə köməklik etməsi olmuşdur. Hazırda 84 yaşında, qoca və xəstə vəziyyətdə tənha və mənzilsiz qalmışdır. Mənzilini bağışlamağına baxmayaraq, bunun müqabilində bir dəfə də olsun cavabdeh onunla maraqlanmamışd ır, bir gün belə onun yanında qalmamışdır, ona heç bir qayğı göstərməmişdir. Bunun əksinə mənzili ona bağışlayandan sonra onunla telefonla aqressiv danışmağa başlamış, 2024-cü ildən isə ümumiyyətlə, onunla bütün əlaqələrini kəsmişdir, bununla da cavabdeh xəstə 84 yaşlı nənəsinə ailə hüquq münasibətdə üzərinə düşən vəzifələrini kobudcasına pozmuşdur. Bundan sonra o, belə qənaətə gəlmişdir ki, mənzili bağışlamaqdan imtina etsin. Cavabdehin təqsiri ucbatından qoca yaşında xəstə vəziyyətdə tənhalığa düçar olmuşdur. Halbuki, onun nəvə nəvazişinə, isti ailə münasibətinə, nənə kimi qayğıya ehtiyacı vardır. Cavabdeh nəvə kimi qoca və xəstə nənəsinə ailə hüquq münasibətdə üzərinə düşən vəzifələrini kobudcasına pozmuşdur. Hazırda çörək almağa belə gedə bilmir. Bağışlama müqaviləsinin razılıqla ləğv edilməsi ilə bağlı cavabdehə yazılı bildirişlə müraciət etmiş, lakin bir nəticə verməmişdir.

5. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli bildirişdən və eyni tarixli poçt göndəriş qəbzinə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh bildiriş verərək, bağışlama müqaviləsinin ləğv edilməsinə razılaşmasını təklif etmişdir. Bildiriş onunla əsaslanıdırlmışdır ki, mənzili nəvəsinə bağışlamaqda məqsədi nəvəsinin yaşlı, tənha vaxtında yanında olması, səhhəti və həyat şəraiti ilə maraqlanması olmuşdur. Hazırda onun 84 yaşı var və o, qoca və xəstə vəziyyətdə tənha qalmışdır. Baxmayaraq ki, nəvəsinə mənzili bağışlamışdır, bunun müqabilində bir dəfə də olsun, nəvəsi onunla maraqlanmamış, bir gün belə onun yanında qalmamış, ona qarşı heç bir qayğı göstərməmişdir. Nəvəsinin təqsiri ucbatında n qoca yaşında xəstə vəziyyətdə tənhalığa düçar olmuşdur. O, nəvə kimi qoca və xəstə nənəsinə ailə hüquq münasibətdə üzərinə düşən vəzifələri kobubcasına pozmuşdur.

6. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı şəkərli diabet, nevroloji ağırlaşmalarla essensial hipertenziya, stenokardiyanın digər formaları diaqnozları ilə ambulator qeydiyyatdadır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, iddiaçı Mərziyyə Nəbiyevanın qızıdır, Nofəl isə qardaşının oğludur. Mənzil anasının adına olmuşdur. Onlar dörd bacı, bir qardaşdır, anası mənzilini qardaşının oğluna bağışlamışdır. Anası tək olduğu üçün evi Nofələ bağışlamışdır. Nofəl Rusiya vətəndaşıdır, bağışlama vaxtı da Rusiyada yaşayırdı. Amma nənəsinə demişdir ki, gəlib ona baxacaq, qulluq edəcək, lakin bağışlamadan sonra Nofəl öz nənəsi üçün heç bir qayğı göstərməmişdir. İddiaçı inanmışdır ki, Nofəl gələcək, ona görə məhkəmədə iddia qaldırmamışdır. Əvvəllər Nofəl ilə nənəsi telefonla danışmış, 2024-cü ildən isə əlaqə kəsilmişdir, Nofəl nənəsi ilə kobud danışmış, hətta onu mənzildən çıxaracağını demişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Mərziyyə Nəbiyeva onun qaynanasıdır, o, evi 2019-cu ildə Nofələ hədiyyə etmişdir. Mərziyyə xanım yaşlıdır, qayğısına qalanı yox idi, ona görə istəmişdir ki, nəvəsi yanında olsun. Lakin, Nofəl Rusiyada yaşayır, nənəsi ilə o vaxtdan heç bir əlaqəsi yoxdur, gəlibgetmir. Bağışlamadan sonra nənəsi ilə Nofəlin əlaqəsi olmamış, o, Azərbaycana gəlməmiş, nənəsinə heç bir qulluq göstərməmiş, əlaqə də saxlamamışdır. Mərziyə xanım ona görə məhkəməyə müraciət etməmişdir ki, Nofəlin gələcəyini gözləmişdir, amma 2019cu ildən əlaqələri olmamış, Nofəl zəng etməmişdir. Daha sonra şahid X1 iddiaçının vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Nofəl iddia qaldırılana qədər nənəsi ilə əlaqə saxlamışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e2(011)1275/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. (hakim X4 qızı)

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hədiyyə alanın hədiyyə verənin yanına köçərək ona qayğı göstərməməsi ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması kimi qiymətləndirilsə belə, bağışlama müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 6 73.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülmüşdür. Belə ki, bağışlama müqaviləsi 23 sentyabr 2019-cu il tarixində bağlanmış, bağışlama müqaviləsinin ləğvi barədə bildiriş məktubu isə 25 noyabr 2024-cü il tarixində cavabdehə göndərilmişdir.

11. Beləliklə, iddiaçının özünün iddia ərizəsində və pretenziya məktubunda nəvəsinin bağışlama müqaviləsindən sonra ona heç bir qayğı göstərməməsini qeyd etməsini, ziddiyyətli şahid ifadələrini, 2024-cü ilə qədər hədiyyə alanın hədiyyə verənə telefonla zəng edərək əlaqə saxladığını təsdiq edən maddi sübutların (zəng qeydləri, mesajlar və s.) mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüş və bağışlama müqaviləsini ləğv etmək hüqu qundan istifadə etməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 666.2, 670.1, 673.1, 673.1.2, 673.3-cü maddələrinin, Mülki Prossesual Məcəllənin 14.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 30 aprel tarixli 2(103)-2364/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X13 (məruzəçi), X8 və X5 ibarət tərkibdə)

16. Mübahisə li bağışlama müqaviləsindən göründüyü kimi, iddiaçının öz mülkiyyətində olan əmlakı cavabdehə bağışlanmasına dair müqavilədə hazırda iddiaçının öz tələbində göstərdiyi hallar – bağışlamanın yalnız cavabdehin iddiaçıya qulluq etməsi halında etibarlı olması, ölkə xaricində deyil, iddiaçı ilə birlikdə yaşaması kimi xüsusi şərtlər göstərilməmiş, tərəflər arasında məhz qeyd edilən istiqamətdə razılıq olmasına dair mötəbər sübutlar təqdim olunmamışdır.

17. Birinci instansiya məhkəməsində dindirilən şahid ifadələrinə münasibətdə isə kollegiya hesab etmişdir ki, iddiaçının hazırda bağışlamadan imtinanın əsası kimi göstərdiyi hallar bu barədə real razılaşma olsa belə, öz təsdiqini müvafiq bağışlama müqaviləsində tapmalı idi, çünki həmin hallar qeyd edilən müqavilənin birbaşa mühüm şərtlərindən biri kimi çıxış edəcəkdi. Bu halda sözügedən halların yazılı müqavilə formasında deyil, şahid ifadələri ilə təsdiq edilməsi yolverilməzdir.

18. İş materiallarından görünür ki, hədiyyə alan Cavabdeh bağışlama müqaviləsi bağlanan zaman Rusiya Federasiyası vətəndaşı olmuş, Rusiya Federasiyasında yaşamış və bu fakt hədiyyə verən X2 məlum olmuşdur. Odur ki, məhkəmə bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verənin Rusiya Federasiyası vətəndaşı olması və Rusiya Federasiyasında yaşaması faktının hədiyyə alana məlum olması səbəbindən, hesab etmişdir ki, bağışlama müqaviləsi bağlanandan sonra nəvənin yaşadığı və vətəndaşı olduğu ölkəni tərk edərək nənəsinin yanına köçməməsi və onunla birlikdə yaşayaraq qayğı göstərməməsi nəvənin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri nin kobudcasına pozulması hesab edilə bilməz.

19. Beləliklə, məhkəmə kollegiyası bu baxımdan hesab etmişdir ki, iddiaçı bağışlama müqaviləsini bağlayarkən öz hərəkətlərinin mənasını başa düşmüş, təsir altında olmamış və öz iradəsini əks etdirmişdir.

20. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, hətta hədiyyə alanın hədiyyə verənin yanına köçərək ona qayğı göstərməməsi ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması kimi qiymətləndirilsə belə, bağışlama müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddət də ötürülmüşdür.

21. Belə ki, iddiaçı pozuntunu təşkil edən halların bildiriş verildiyi 2024-cü il tarixində yarandığını iddia etsə də, iş materiallarından aydın olur ki, cavabdeh m üqavilə bağlandığı 2019-cu il tarixdən cari aya qədər Rusiya Federasiyasında məskunlaşmaqda davam etmişdir ki, bununda göstərilən hallar Kollegiya tərəfindən pozuntuya əsas ola biləcək bütün faktların iddiaçıya əvvəlcədən məlum olması kimi qiymətləndirir.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallara dair nə birinci instansiya, nədə apellyasiya instansiyası məhkməsinə heç bir mötəbər və tutarlı sübutlar təqdim etməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 425.1, 442, 567, 600.1, 600.4-cü madəllərinə və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayət inin dəlilləri

24. İddiaçı (vəkil X15) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırlmışdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsi 673.1.2, 673.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2024cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 88, 195.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 16.1.5 Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

29. Maddə 324.4 Müqavil ənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

30. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

31. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

32. Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərt lər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

33. Maddə 421.2 Tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur.

34. Maddə 421.3 Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

35. Maddə 422.1 Tər əflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

36. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç b ir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur;

37. Maddə 673.1 Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

38. Maddə 673.3 İ mtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədəd ir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə iddianın rədd edilən hissəsində mübahisələndirilib. Apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissə üzrə olub. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

46. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MMin 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir:

1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,

2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya

3. Bağışlama ilə bağlı öhdəliklə rin icra olunmaması.

49. İddiaçı məhz üçüncü əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh bağışlanmış əmlakın müqabilində ona qulluq edəcəyi, onun qayğısına qalacağı, kömək göstərəcəyini vəd etmiş, lakin vədlərini tam ümumiyyətlə yerinə yetirməmişdir.

50. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müqavilə şərtlə bağlanılmamışdır. Qeyd edilməlidir ki, müqavilədə bağışlamanın şərtlə bağlanılması qeyd olunmadığı halda, bunun əksinin iddiaçının izahatı və şahid ifadələri ilə müəyyən edilməsi Azərbaycan Respublikası MPMin 81-ci maddəsinin tələblərinə ziddir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd oluna n qənaəti maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.

51. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin şərtlə bağlanması müəyyən edilmədiyindən iddiaçının onun ləğvi üçün əsasların bildirişin verildiyi 2024-cü ildən yaranmasına dair kassasiya şikayətinin dəlili ilə da razılaşmır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 673.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının göstərdiyi hallar ona daha əvvəl məlum olduğu üçün bağışlamadan imtina ilə bağlı müəyyən olunmuş 1 illik kəsici müddəti ötürmüşdür.

52. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və o byektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2364/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar