Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2538/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X9 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-336/2023 nömrəli iş üzrə, 21 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin h alları
1. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh X18 (bundan sonra-cavabdeh) ilə 11 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahlarından iki övladları xx.xx.2010-cu il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X10 anadan olmuşdur.
2. Qubadlı Rayon Məhkəməsinin 2(028)-447/2021 saylı, 17 avqust 2021ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, İddiaçı ilə X15 arasında 11 fevral 2010-cu ildə İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏB nümayəndəliyində qeydə alınmış nikahın pozulması, xx.xx.2010-cu il tarixdə doğulmuş X19 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 Cavabdeh yanında qalması, İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentn xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2010-cu il tarixdə doğulmuş X19 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi qət edilmişdir.
3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
4. Mübahisəli evdə qaz, su, elektrik enerjisindən istifadəyə görə istehlakçı kimi cavabdeh göstərilmişdir.
5. Abşeron RİHB-nin Masazır kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən iddiaçıya verilmiş 01 avqust 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən Abşeron rayon Masazır kəndində yaşayır.
6. X3, X1 və X11 tərəfindən tərtib edilmiş və notarial qaydasında təsdiqlənmiş ərizədə göstə rilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi həqiqətən də 1952-ci il tarixdə anadan olmuş və 2013-cü il tarixdə vəfat etmiş X25 tərədindən 2000-ci ildə 0,16 ha torpaq sahəsində inşa edilmişdir. Həmin fərdi yaşayış evində adları qeyd olunan X20, X24, X21 və X15 hal-hazırda yaşamağa davam edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsində göstərmişdir ki, o, cavabdehlə aralarında olan söz-söhbət səbəbindən mübahisəli Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evdə yaşamır. Cavabdeh onu evdən qovmuşdur və evə buraxmır. Hesab edir ki, qey d edilən evdə onun da haqqı vardır. Çünki o, həmin evin inşası üçün böyük əziyyət çəkmişdir. Cavabdeh tərəfindən həmin evə buraxılmaması isə qanunsuzdur. Cavabdeh onun da zəhməti olduğu evdən onu uzaqlaşdırmaq və özü tək başına evə yiyələnmək istəyir. Mübahisəli ev nikah dövründə əldə olunsa da sənədsiz olduğu üçün o, həmin evdən payını müəyyən edə bilməmiş, ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdehin vəkili və nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, tərəflərin xx.xx.2010-cu il təvəllüdlü Mahir Hacıyev və 21 08.2012-ci il təvəllüdlü Seymur Hacızadə adlı övladları olmuşdur. İddiaçı rəsmi ailə münasibətinə daxil olduqdan sonra cavabdehin atası Abbas Abbasov tərəflərə öz evində yaşamağa icazə vermişdir. Bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, sonradan cavabdehin onkoloji xəstəliyə tutulması səbəbindən iddiaçı ilə münasibətləri pisləşməyə başlamışdır. İddiaçı həyat yoldaşına qayğı və diqqət göstərmək əvəzinə tez-tez dava-dalaş salmış və hətta fiziki zorakılıq da etmişdir. Ona görə də Qubadlı Rayon Məhkəməsinin 2(028)-447/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahları pozulmuşdur. Mübahisə predmeti olan yaşayış evi cavabdehin valideynləri X25 və X12 məxsus olmuş, 2000-ci ildə tikilmiş, həyətyanı torpaq sahəsi 16 sotdan ibarət olmuş, yaşayış sahəsinin bir giriş qapısı mövcud olmuşdur. İddiaçının tələbi hüquqa və ədalətə, eləcə də məhkəmə praktikasına tamamilə ziddi r. Mübahisəyə tətbiq ediləcək normanın müəyyən edilməsi üçün faktın törədildiyi an nəzərə alınır və hüquqi tənzimləmə bu vəziyyətə əsasən həyata keçirilir. Mövcud mübahisəyə əsas hesab ediləcək fakt iddiaçının xx.xx.2010-cu il tarixdə cavabdeh ilə ailə münasibətlərinə daxil olması ilə yaranmışdır. İddiaçının mübahisəli evdən istifadə hüququnun mövcudluğunun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin şərh edilməsinə dair" Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 20 09-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı hesab edir ki, mübahisənin predmeti olan yaşayış sahəsi və ev sənədsiz olduğundan tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3558/2021 №-li iş üzrə çıxardığı Qərarının aşağıdakı bən dləri həmin məsələnin hansı normayla həll edilməsini daha düzgün olmasını göstərir: Belə ki, məzmunundan göründüyü kimi Mənzil Məcəlləsinin 68-69-cu maddələri dövlət və ya bələdiyyə mənzil fonduna aid mənzillərdə kirayəçinin, onun ailə üzvlərinin və digər şəxslərin istifadə hüququ əldə etməsini və bununla bağlı məsələləri tənzimlədiyi halda, həmin Məcəllənin 30-cu maddəsi xüsusi mülkiyyətdə olan mənzillərdə istifadə hüququnun əldə edilməsi və bununla bağlı məsələləri tənzimləyir. Nəzərə alınmalıdır ki, özbaşına fərdi yaşayış evlərinin inşa edilməsi dövlət orqanlarının və ya bələdiyyələrin deyil, ayrı-ayrı şəxslərin öz vəsaiti hesabına aparılır, eyni zamanda son nəticədə bu tikililərə Mülki Məcəllənin 180.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ona inşa etmiş şəxsin mülkiyyət hüququ tanın a bilər. Göstərilənlərə əsasən mübahisə predmeti olan tikili qanunsuz tikili olduğundan və qanunvericilikdə qanunsuz tikiliyə istifadə hüququnu tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar mövcud olmadığından hazırkı mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir.
10. Qubadlı Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli 2(028)450/2022 saylı qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəməyə iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanması barədə hər hansı razılaşma təqdim olunmamışdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 27.1 və 180-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, aralarında olan rəsmi nikah Qubadlı Rayon Məhkəməsinin 2-(028)-447/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə aralarında olan söz-söhbət səbəbindən həmin evdə yaşamır. Cavabdeh onu evdən qovmuşdur və Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə buraxmır. Bunun üçün məcbur olub Qubadlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müra ciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyim barədə qətnamə qəbul edilməsini xahiş edir. Düşünür ki, qeyd edilən evdə onun da haqqı vardır. Çünki həmin evin inşası üçün böyük əziyyət çəkib. Cavabdeh tərəfindən həmin evə buraxılmaması qanunsuzdur. Sənədsiz olduğu üçün həmin evi yarıyarı böldürə bilmir. Ona görə də köçürülmə hüququnun təmin edilməsini və istifadə qaydalarının müəyyən edilməsini məhkəmədə xahiş edir. Çünki cavabdeh bildirir ki, ev onundur və yalnız o, yaşaya bilər. Cavabdeh onun da əziyyəti olan evdən onu uzalaşdırmaq və özü evə təkbaşına yiyələnmək istəyir. Mübahisəli ev nikah dövründə əldə olunsa da sənədsiz olduğu üçün 1/2 payını məhkəmə ilə müəyyən edə bilmir. Məcburdur ki, hazırki tələb ilə bağlı məhkəməyə müraciət e dərək, övladları ilə birlikdə həmin evə köçürülərək istifadə qaydaları müəyyən edilməlidir. Ona görə ki, Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evi inşa edilən torpaq sahəsini onun qaynatası Sahibə pul müqabilində vermişdir. Belə ki, onların arasında şifahi razılaşmaya görə həmin torpaq sahəsini Sahibə verən zaman qaynatası və qaynı toydan sonra yığılan 6000 manat pula və qaynının evini tikmək üçün aralarında razılıq əldə olunmuşdur. Fotoşəkillərdə göstərilən 3 ev, birincisi qaynatasının, sonrakı ev qaynının və sonuncu ev isə ona məxsusdur. Belə ki, həmin evi 2012-2013-cü illərdə özü tikmiş və həmin ildən də ailəsi ilə evdə yaşamağa başlamışdır. Evin işıq, su və qaz xəttləri keçmiş həyat yoldaşı X7, telefon xətti və internet xx.xx.2020-ci il tarixdən onun adınadır. Vəsatətə əlavə etdiyi arayışdan görünür ki, telefon xətti və internet xx.xx.2020-ci il tarixdən onun adına çəkilmişdir. Qaz xətti ilə əlaqədar onu qeyd edir ki, Abonentin saldosundan görünür ki, həmin evə qaz xətti 2013-cü ilin avqust ayından ailə tərkibi 3 və qaçqın sayı 1 nəfərdən ibarət olan qaz xətti çəkilmişdir. Abonentin saldosundan görünür ki, qaz Abonentin saldosu X13 adınadır. Həmin Abonentin saldosunda ailə tərkibinin 7, qaçqın sayının isə 9 olduğu göstərilmişdir. Abonentin saldosu onun evindən əvvəl 2011-ci ildə qaynatasının tikdiyi evə aiddir. Yəni onu demək istəyir ki, qaynatasının evi onun evindən əvvəl tikilmişdir. Öz əziyyəti ilə tikdiyi mübahisəli evə dair sərf olunan materialların və digər avadanlıqların bəzilərinin qaimə fakturalarını məhkəməyə təqdim etmişdir. Cavabde h və onun ailəsinin dedikləri həqiqət əks etdirmir. Onlar əziyyəti olan evə tək başına yiyələnmək istəyirlər. Evi tikmək üçün anasının və yaxın qohumlarının adına banklardan kredit götürmüşdür. Ona görə də mübahisəli evə o, köçürülməli və evdən istifadə qaydaları müəyyən olunmalıdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-336/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, şikayətin dəlilləri iddiaçı tərəfindən sübuta yetirilməmişdir və dəlill ərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir.
17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsiinn qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin göndərilməsi və ya iddianın tə min olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mühahisəli ev tərəflərin birgə nikahda olduqları müddətdə tikilmiş və sonradan həmin evə köçüb xeyli müddət yaşamışlar. Apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli evi tikməsini və orada yaşamasını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi qətnaməsini apellyasiya şikayətinin dəlillərinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinə istinad etsə də, həmin maddənin tələbinə düzgün hüquqi qiymət verməmiş və iddianı təmin etməmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddəsinə istinad etsə də, mübahisəli evin özbaşına tikili olmasını və mülkiyyət hüququ ü zrə dövlət reyestrindən qeydiyyatdan keçməməsini diqqətdən qaçırmışdır.
20. Apellyasiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş və subutları kifayət qədər araşdırmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Bu barədə olan prosessual normaların tələblərini kobut surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etirax daxil olmamışdır. c) Tətbiq edilən hüquq d) Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə 25, 1-ci hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
22. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
23. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
24. Maddə 71, İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətənda ş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 6.1 və 6.1.1. Mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsipidir.
26. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır
27. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
28. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sa hib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləş dirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olm alıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual h üquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv olumaqla iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
44. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə mübahisənin predmeti olan ünvan 1ndə yerl əşən yaşayış evi özbaşına tikili olmaqla hazırkı iş üzrə tərəflər 11 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmamışdan əvvəl Cavabdeh atası Abbas Hacıyev tərəfindən 2000-ci ildə inşa edilmiş, torpaq sahəsi cavabdehin atasına məxsus olmuşdur. İddiaçı həmin evin inşasında əməyinin olması, vəsait sərf etməsi sübuta yeirilmir, hətta bu fakt təsdiq olunsa belə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə görə cavabdehin keçmiş ailə üzvü olduğuna görə iddiaçı həmin evə köçürülə bilməz, nikahın pozulması ilə iddiaçı bu hüququ itirmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərfli baxmamış, iddiaçının verdiyi və işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən vəsatəti təmin etməmiş, iş üzrə dindirilmiş şahid i fadələrinə və sənədlərə ümumiyyətlə hüquqi qiymət verməmiş, sonda düzgün olmayan nəticəyə gəlmişdir.
46. Tərəflərin izahatları və təqldim olunmuş fotşəkillərdən görünür ki, mübahisənin predmeti olan yaşayış evi hasara alınmış 0,16 torpaq sahəsində yerləşir, torpaq sahəsi zəbt olunmuş ərazidir, hüquq müəyyənedici sənədləri yoxdur, həmin sahədə daha iki ev vardır, hər üç yaşayş evi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan inşa edilmişdir. Evlərin 0,16 həyətyanı torpaq sahəsinə bir giriş darvazası qoyulmuşdur.
47. İddiaçı evlərdən ikisinin qayınlarına, bir evin isə keçmiş arvadı ilə ona məxsus olduğunu göstərməsini, Abşeron rayon məhkəməsində işə baxılan zaman dindirilən şahidlər X22, X6 və X2 bu faktı təsdiq etmələrini, yaşayış evinə elektrik, qaz, telefon və digər kommunakasiya xətlərinin çəkilməsinin tərəflərin rəsmi nikahından sonra olması və cavabdehin və iddiaçının adına rəsmiləşdirilməsini apellyasiya instansiyası məhkəməsi nəzərə almamış, həmin sübutlara qiymət verməmiş, bu sübutlarə qəbul etməməsini əsaslandırmamış, nəhayət cavabdehin özünün izahatında da iddiaçı ilə nikah bağlanarkən evin yarımçıq tikili olması və nikahdan sonra inşasının başa çatdırıldığını göstərməsini diqqətdən qaçırmışdır.
48. Apellyasiya məhkəməsi qətnaməsində 0,16 həyətyanı torpaq sahəsində 3 ədəd yaşayış evinin olduğunu göstərsə də, əsassız olaraq həmin evlərin hamısını eyni yaşayış sahəsinə aid olduğunu, həyətyanı sahəyə qoyulmuş darvazanın isə həmin yaşayış sahəsinə giriş qapısı olduğunu qeyd etmiş, məhkəmənin özü tərəfindən müəyyən edilmiş i şin hallarına (0,16 həyətyanı torpaq sahəsində 3 ayrı-ayrılıqda yaşayış evinin olması) zidd nəticəyə gəlmişdir.
49. İddiaçının yaşayış evinin yerləşdiyi sahəyə baxış keçirilməsi haqda iddiaçının vəsatətinin birinci instansiya məhkəməsi tərəfindən təmin olunmaması ilə razılaşmış, bunun təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməsi üçün mümühm əhəmiyyət kəsb etdiyini nəzərə almamışdır.
50. İddiaçının mübahisəli yaşayış evinin inşasında pul vəsaiti qoyması və şəxsən tikinti aparması ilə iştirakı sübuta yetirildiyi halda belə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə görə iddiaçının keçmiş ailə üzvü kimi həmin evdə yaşayış sahəsinə köçürülməsinin istisna olunması barədə apellyasiya instansiyası məhkəməsi qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həlli zam anı da məhkəmə səhvə yol vermiş, nəzərə almamışdır ki, yaşayış evi özbaşına tikili olsa da, evin tikintisində iddiaçının iştirakı onun həmin əmlaka faktiki sahibliyinin əmələ gəlməsinə səbəb olur, özbaşına tikili olsa belə, cavabehlə bərabər səviyyədə həmin əmlaka sahiblik etmək hüququna malik olur. Özbaşına tikilidə yaşayan şəxs(lər)in eyni əsaslarla orada yaşayan digər şəxs(lər)i onun iradəsinə zidd olaraq yaşayış sahəsindən çıxarması və ya başqa qaydada yaşamasına mane olması Mülki Məcəllənin 164.1-cü maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq sayılır və həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən pozuntuya məruz qalan şəxs(lər)in pozucudan pozuntulara son qoymağı tələb etmək, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda isə onlara son qoyulması üçün məhkəmə iddia qaldırmaq hüququ tanınır.
51. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-336/2023 nömrəli iş üzrə, 21 fevral 2023-cü il tarixli tarixli qətnaməsi ləğv edilsin və iş yenibən baxıdması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.