Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2539/2021 10.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə ödənişlərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7657/2020 nömrəli iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı MMC 23.01.2019-cu il tarixdə Cavabdeh1 ilə 12 ay müddətinə daxili lizinq müqaviləsi bağlamış, həmin lizinq müqaviləsinə əsasən iddiaçı lizinq müqaviləsinə edilmiş Əlavə 1-də göstərilən lizinq obyektini ( “X” markalı frontal yükləyici) cavabdehin əvəzli istifadəsinə verməyi, cavabdeh isə iddiaçının hesabına müqaviləyə edilmiş Əlavə 2-də göstərilən ödəniş cədvəlinə uyğun ödəniş (müqavilənin bitmə tarixinə qədər cəmi 60.000 manat) etməyi öhdəsinə götürmüşdür.
2. Həmçinin iş materiallarından görünür ki, cavabdehlə bağlanan Müqavilə ilə yanaşı, lizinqverən müqavilə üzrə lizinqalanın öhdəliyini təmin etmək məqsədilə 23.0 1.2019-cu il tarixdə Cavabdeh2 ilə Zaminlik müqaviləsi bağlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1-dən, 19/1006 saylı daxili lizinq müqaviləsinə əlavə edilmiş əlavə 1-də göstərilən "X” markalı frontal yükləyicinin (Şassi: xxxxx; şassi: xxxx; mühərrik: xxxx; buraxılış ili: xxxx) təhvil alınaraq "İddiaçı” MMC-yə geri qaytarılması və 15.000 manat məbləğində ödənilməmiş lizinq ödənişinin və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC bir qayda olaraq m ülki dövriyyədə lizinq münasibətlərinin iştirakçısı kimi lizinq verən qismində fəaliyyət göstərir. İddiaçı 23.01.2019-cu il tarixdə Cavabdeh1 ilə 19/1006 saylı daxili lizinq müqaviləsi bağlamış, həmin lizinq müqaviləsinə əsasən iddiaçı lizinq müqaviləsinə edilmiş Əlavə 1-də göstərilən lizinq obyektini cavabdehin əvəzli istifadəsinə verməyi, cavabdeh isə iddiaçının hesabına müqaviləyə edilmiş Əlavə 2-də göstərilən ödəniş cədvəlinə uyğun ödəniş etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan lizinq obyekti “X” markalı frontal yükləyicidir. Həmin frontal yükləyici tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlə bağlanan Müqavilə ilə yanaşı, lizinqverən müqavilə üzrə lizinqalanın öhdəliyini təmin etmək məqsədilə 23.01.2019-cu il tarixdə Cavabdeh2 ilə 19/1006 saylı Zaminlik müqaviləsi ba ğlamışdır. Zaminlik müqaviləsinə əsasən Zamin lizinqalanın öhdəliklərinin tamamilə icrası üçün zaminlik müqaviləsində nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinqverən qarşısında məsuliyyət daşıyır. Zaminlik müqaviləsi müqavilənin qüvvədə olduğu müddət ərzində qüvvədə olur. 19/1006 saylı daxili lizinq müqaviləsi 12 ay müddətinə bağlanmış və müqavilənin bitmə tarixinə qədər cavabdeh iddiaçının hesabına cəmi 60.000 manatödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqaviləyə edilmiş Əlavə 2-yə əsasən cavabdeh bu məbləğin hər növbəti ayın 23-ü 5.000 manat sabit olmaqla hissə-hissə iddiaçının hesabına ödənilməsinə razılıq vermiş, lizinq obyekti cavabdehə təhvil verilmiş, təhviltəslimlə bağlı tərəflər arasında heç bir narazılıq yaranmamış və o, iddiaçının nümayəndələrinin iştirakı ilə təhvi l-təslim protokolunu (müqaviləyə edilmiş əlavə 3) imzalamışdır. Qeyd edək ki, cavabdeh sadəcə fevral ayı üçün nəzərdə tutulmuş lizinq ödənişini həyata keçirmiş (07.03.2019-cu il tarixdə), növbəti aylar üçün isə heç bir ödəniş etməmişdir. Belə olan halda cavabdeh öhdəliklərini ardıcıl olaraq üç (mart, aprel və may) ay icra etməmiş hesab olunur. Cavabdeh 2019-cu ilin may ayınadək iddiaçının hesabına cəmi 20.000 manat ödəməli olduğu halda cəmi 5.000 manat məbləğində ödəniş etmişdir. Yəni, cavabdeh 31.05.2019-cu il tarixə qədər sonuncu ödəniş tarixi 23.05.2019-cu il nəzərə alınmaqla)iddiaçının hesabına 15.000 manat ödəməlidir. İddiaçı Müqavilə öhdəliklərini icra etməsi üçün dəfələrlə cavabdehlə əlaqə yaratmış. Cavabdehə bildiriş göndərmişdir. Lakin qarşı tərəf heç bir müsbət addım atmadığından, İddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4530/2020 saylı, 29 avqust 2020ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddianın təmin edilməsi, Cavabdeh1-dən, 19/1006 saylı lizinq müqaviləsinə edilmiş əlavə 1-də göstərilən “X” markalı frontal yükləyicinin (Şassi: Xxxxx; şassi: xxxxx; mühərrik: xxxx; buraxılış ili: xxx) təhvil alınaraq İddiaçı MMC-yə geri qaytarılması, 15 000 (on beş min) mant məbləğində ödənilməmiş lizinq ödənişinin və iddia ərizənin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, lizinq verən lizinq obyekti o lan “X” markalı frontal avtomobili lizinq alan Cavabdeh1-nin istifadəsinə vermiş, eyni zamanda Cavabdeh1 daxili lizinq müqaviləsinə uyğun öhdəlikləri icra etməsini üzərinə götürmüşdür. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən məlum olduğu kimi, Cavabdeh1 müqavilə ilə nəzərdə tutulan öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni lizinq ödənişlərini həyata keçirməmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə öhdəliklərin icra edilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 427.3, 443.1, 445.2, 472, 747-2, 748-1.1, 748-1.12.4, 748-2.5, 748-7.1, Mülki Prossesual Məcəllənin 216-220 və 222-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qə tnamədən cavabdehlər apellyasiya şikayətləri vermişlər.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasını və 55.000 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7657/2020 nömrəli iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4530/2020 saylı, 29 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və mübahisələndirilən hissələrdə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.
12. Əvvəla, cavabdehlərin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən mövcud olan ünvanına və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan ünvanına sifarişli məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvandan köçdüyündən ona göndərilmiş bildirişlər geri qaytarılmışdır. Cavabdeh də faktiki yaşadığı ünvan barədə iddiaçıya və məhkəməyə məlumat verməmişdir.Cavabdeh1-nin də ünvanına məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Bu dəlillərin əsassız olması həm də onunla təsdiq olunur ki, cavabdehlər birinci instansiya məhkəməsində iştirak etmək imkanından məhrum olmuşdurlarsa, ən azından apellyasiya baxışında iştirak edib, şikayətlərini müdafiə edə bilərdilər. Lakin hər iki cavabdeh üzrlü səbəb olmadan apellyasiya baxışında iştirak edib, şikayətlərini müdafiə etmək istəmədilər. Bu hal da onların şikayətdəki dəlilləri(məhkəmə iclasında iştirak etsəydilər iddianın əsassız olmasına dair sübut təqdim edərdilər, lizinq obyektinin yararsız olduğunu sübut edərdilər, tələb edilən borcun düzgün olmadığını sübut edə rdilər və.s) yalnız şikayət xatirinə bildirdiklərinə dəlalət edir.
13. İkincisi, əgər həqiqətən də lizinq obyekti cavabdehə saz və işlək vəziyyətdə təqdim edilməmişdirsə, bunu qəbul etməyə bilərdi yaxud lizinq müqaviləsi bağlandığı tarixdən 2 ilə, müqavilənin müddətinin bitdiyi tarixdən isə 1 ilə yaxın müddət keçməsinə baxmayaraq bu günə qədər lizinq obyektini geri qaytara bilərdi. Lakin bunların heç biri edilməmişdir. Bu hallar qeyd olunan dəlillərin əsassızlığını bilavasitə təsdiq edir və cavabdehlərin hüquqdan pis niyyətlə sui-istifadə etmələrinə dəlalət edir.
14. Üçüncüsü, işdən görünür ki, idddiaçı 31 may 2019-cu il tarixə qədər olan lizinq borcunu cavabdehlərdən tələb etmişdir. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə a pellyasiya instansiyası məhkəməsinə müraciət edərək 55000 manat ödənilməmiş lizinq ödənişi qaldığına görə həmin məbləği də tələb etdiklərini bildirmişdir. Yəni, lizinq müqaviləsi 12 ay müddətinə bağlanmasına baxmayaraq cavbdehələr bu günə qədər nə lizinq obyektini, nədəki müqavilə üzrə ödəməli olduqları məbləği qaytarırlar. Bu məbləğin müəyyən edilməsi üçün hansısa ekspertiza təyin edilməsinə zərurət və əsas yoxdur. Çünki, tərəflər arasında bağlanmış müqaviləyə Əlavə 1-də cavabdehlərin müqavilənin bağlandığı vaxtdan, növbəti aydan başlayaraq hər ay 5000 manat, 12 ay ərzində cəmi 60000 manat ödəməli olduqları dəqiq və aydın göstərilmişdir.
15. Dördüncüsü, apellyasiya şikayətlərindəki qəribəlilik həm də ondan ibarətdir ki, cavabdehlər iddiaçı ilə lizinq müqailəsi bağladıqlarını və öhədliklər inin olduğunu sanki unutmuş, yalnız icra məmuru tərəfindən dəvət olunarkən lizinq obyektinin yararsız olduğu və yalnız yararlı lizinq obyektinə zamin durduğu birdən-birə yadına düşmüşdür. Əlbətdə ki, bu dəlillər qətiyyən əsaslı olmadığından iddianın da hansısa hissədə rədd olunması üçün əsas ola bilməzdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçının nümayəndəsi və vəkili izahat verərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədlə ri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
25. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. (maddə 747.1)
26. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. (maddə 747-2)
27. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ö dəmirsə, lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir.. (maddə 748-1.12.4)
28. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (maddə 748-2.5)
29. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anında n lizinq alan daşıyır. (maddə 748-7.1) 30. lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.).
31. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). 32. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1.).
33. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (maddə 470.2.).
34. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əg ər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Mülki Prossesual Məcəllə
35. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
38. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7657/2020 nömrəli iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.