Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2539/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və məcburi işburaxma müddəti üçün orta əmək haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün orta əməkhaqqı" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1242/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ndən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı Şimal-Qərb RETSİ-nin Zaqatala EŞ-də balans şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. 2. "xxxx" ASC-nin k/22-00801 №-li, 09 mart 2022-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrinə əsasən əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına və əvvəllər verilmiş intizam tənbehlərindən heç bir nəticə çıxarmayaraq, təkrarən əmək funksiyasını yerinə yetirmədiyinə görə ŞimalQərb RETSİ X1 Enerji Satış şöbəsinin nə zarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinin ləğv olunması barədə 09 mart 2022-ci il tarixli, k/22-00801 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma üçün orta əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 15 aprel 2015-ci il tarixdə əmək müqaviləsi bağlanaraq, iddiaçı B.X6 RETSİ-nin X2 balans şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. 09 mart 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair k/22-00801 saylı əmr verilmişdir. Əmrdə qeyd olunur - Şimal-Qərb RETSİ X1 Enerji satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı xidmət ərazisi üzrə ödənişə cəlb etmənin təşkilində, istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsinin tam təmin edilməsində ciddi nöqsanlara yol verdiyi, qeyri balansın həcminin artmasına şərait yaratdığı və əmək müqaviləsi ilə öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı müəyyənləşdirilmişdir. Belə ki, 2022-ci il yanvar ayının yığım nəticələrini təşkil edərkən nəzarətçi mühəndis İddiaçı Xidməti ərazisində mövcud məişət abonentlərində istifadə olunan elektrik enerjisinə görə 21.041 manat oxunma apardığı, ərazisində mövcud debitoru (9505 manat) nəzərə alaraq o xunmadan əlavə 400 manat olmaqla ay ərzində mütləq yığım tapşırığı 21441 manat öhdəlik qoyulmasına baxmayaraq, 1677 manat plandan, 1277 manat isə oxunmadan az vəsait topladığı aşkar edilmişdir. Əmək funksiyası əvvəllər də pozduğuna görə nəzarətçi mühəndis İddiaçı xx.xx.2021-ci il tarixli töhmət intizam tənbehi verilməsinə baxmayaraq, əmək fəaliyyətində heç bir dönüş yaratmamışdır. Göstərilənlərə əsasən tutduğu vəzifə üzrə əmək funksiyasının icrasına səhlənkar yanaşdığına, əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, təkrarən əmək funksiyasını pozduğuna görə X1 nəzarətçi mühəndisi İddiaçı barəsində intizam tənbehinin görülməsinə hüquqi əsas vardır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində əmək vəzifələrini keyfiyyətsiz yerinə yeti rən, müəssisədaxili əmək və intizam qaydalarını pozan işçilər barəsində işəgötürənin intizam tənbehi tətbiq etmək hüququnun olduğunu nəzərə alaraq, habelə gələcəkdə belə nöqsanların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə bağlanmış 15 aprel 2015-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndində işçinin əmək funksiyaları təsbit olunur. İşçinin əmək funksiyasında əmək müqaviləsinə xitam verilməsinin ləğv olunmasına əsas olan hallar əmrdə qeyd olunan İddiaçı xidmət ərazisi üzrə ödənişə cəlb etmənin təşkilində, istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsinin tam təmin edilməsində ciddi nöqsanlara yol verdiyi, qeyri-balans ın həcminin artmasına şərait yaratdığı və əmək müqaviləsi ilə öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı müəyyənləşdirilməsi barədə hər hansı bir bəndə rast gəlinmir. Eyni zamanda, İddiaçı Xidməti ərazisində mövcud məişət abonentlərində istifadə olunan elektrik enerjisinin aylıq yığımı ilə bağlı hər hansı bir öhdəlik daşıması müqavilədə nəzərdə tutulmur. Belə olan təqdirdə işçinin əmək funksiyasında nəzərdə tutulmayan işlərə cəlb olunaraq, onunla əmək müqaviləsinin xitam olunması qanunvericiliyə ziddir. xx.xx.2021-ci il tarixli “töhmət” intizam tənbehi verilməsinə dair qərarın surəti, işçinin izahatı və töhmət verilməsinə dair digər zəruri sənədlərin surəti İddiaçı ilə bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti göndərilsə də, digər zəru ri sənədlərin surəti göndərilməmişdir.
5. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: R.Ə.Səmədov) 2(006)4558/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 mart 2022-ci il tarixli, k/22-00801 saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal-Qərb RETSİ X1 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və iş materiallarında ol an sənədlərə əsasən mövqeyini onunla əsaslandırmışdır ki, üzərində nə imza, nə də ki möhür olmayan, rəsmi sənəd hesab edilməyən, barəsində iddiaçının məlumatı olmayan vəzifə təlimatına əsasən iddiaçının vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı əsası ilə əmək müqaviləsinə xitam verilməsi qanunaziddir.
8. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə, Əmək Məcəlləsinin 11-ci maddəsinin c, 12-ci maddəsinin c bəndlərinə, 68-ci maddəsinin 1 və 2-ci hissələrinə, 7-ci maddəsinin c bəndinə, 71-ci maddəsinin 2 və 3-cü bəndələrinə, 70, 71.3, 74.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə istinad etmişdir. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71.2, 72, 186 Mülki Prosessual Məcəllənin 88, istinadən onunla əsaslandırılmışdır ki, 2022-ci il yanvar ayının yığım nəticələrini təşkil edərkən nəzarətçi mühəndis İddiaçı Xidməti ərazisində mövcud məişət abonentlərində istifadə olunan elektrik enerjisinə görə 21041 manat oxunma apardığı, ərazisində mövcud debitoru (9505 manat) nəzərə alaraq oxunmadan əlavə 400 manat olmaqla ay ərzində mütləq yığım tapşırığı 21441 manat öhdəlik qoyulmasına baxmayaraq, 1677 manat plandan, 1277 manat isə oxunmadan az vəsait topladığı aşkar edilmişdir. Əmək funksiyası əvvəllər də pozduğuna görə nəzarətçi mühəndis İddiaçı xx.xx.2021-ci il tarixli töhmət intizam tənbehi verilməsinə baxmayaraq, əmək fəaliyyətində heç dönüş yaratmamışdır. İddiaçı 15 aprel 2015-ci il tarixdən qeyd olunan vəzifədə işləyir. Nəzərə alsaq ki, o qeyd olunan vəzifədə əmək funksiyasını uzun müddətdir ki, icra eliyir, onun nəzarətçi mühəndisin vəzifə təlimatı ilə tanış olmasa belə əmək müqaviləsi üzrə əmək funksiyalarının konkret olaraq nədən ibarət olduğunu bilməməsi heç də real görünmür. Bundan əlavə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin 3-cü bəndində işçinin əmək funksiyasının onun vəzifə təlimatında qeyd olunan öhdəliklərinin yerinə yetrilməsindən ibarət olduğu konkret olaraq qeyd edilmişdir. Bu hal onlara bir daha onu deməyə əsas verir ki, tər əflər arasında əmək müqaviləsi bağlanan zaman müqavilə tərəfi kimi işçi bilavasitə vəzifə təlimatında qeyd olunan öhdəliklərinin yerinə yetirilməsinə görə işəgötürən qarşısında öhdəlik götürmüş olur. Belə ki, iş materiallarında olan balans şöbəsinin aparıcı mühəndisinin vəzifə təlimatının 19 və 27-ci bəndlərində nəzarətçi mühəndisin əsas vəzifələri sırasına debitor borcların yaranma səbəbini araşdırılması və ödənilməsini təmin etmək, həmçinin elektrik enerjisinə olan borcların ödənişini təşkil etmək daxil edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) 2(103)-1242/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiyanın dəlilləri sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilməlidir ki, əmrin verilməsinə əsas yığımın kifayət qədər olmaması əsası olmuşdur ki, bunun da iddiaçının işdən azad olunması üçün hüquqi əsasları müəyyən edilməmiş, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması halları müəyyən edilməsi üzrə əmr əsaslandırılmamışdır. Belə ki, işəgötürən tərəfindən abonentlərdən istehlak e dilmiş enerjiyə görə yığımın məbləğinə dair tərtib edilmiş öhdəliyin müəyyən edilməsi üzrə əsaslarına, əmək müqaviləsinə müvafiq işçinin fəaliyyəti (fəaliyyətsizliyi) nəticəsində nöqsanların təsdiq edilməsi və ya öz vəsifələrinə rəğmən işçi tərəfindən onların yerinə yetirilməməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 70, 71, 72, 83 və 186-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə tam uyğun olaraq xitam verilmişdir. Belə ki, iddiaçıya əmək funksiyasını əvvəllər də pozduğuna görə nəzarətçi mühəndis İddiaçı xx.xx.2021-ci il tarixli töhmət intizam tənbehi verilməsinə baxmayaraq, əmək fəaliyyətində heç dönüş yaratmamışdır. Göstərilənlərə əsasən tutduğu vəzifə üzrə əmək funksiyasının icrasına səhlənkar yanaşdığına, əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, təkrarən əmək funksiyasını pozduğuna görə X1 nəzarətçi mühəndisi İddiaçı barəsində intizam tənbehinin görülməsinə hüquqi əsas vardır. Tərəflər arasında əmək müqaviləsi bağlanan zaman müqavilə tərəfi kimi işçi bilavasitə vəzifə təlimatında qeyd olunan öhdəliklərinin yerinə yetirilməsinə görə işəgötürən qarşısında öhdəlik götürmüşdür. Belə ki, iş materiallarında olan balans şöbəsinin aparıcı mühəndisinin vəzifə təlimatının 19 və 27-ci bəndlərində nəzarətçi mühəndisin əsas vəzifələri sırasına debitor borcların yaranma səbəbini araşdırılması və ödənilməsini təmin etmək, həmçinin elektrik enerjisinə olan borcların ödənişini təşkil etmək daxil edilmişdir. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixdə verdiyi izahatında öhdəliklərinin tam icra etməməsini etiraf etmiş və gələcək aylarda ona verilmiş tapşırıqların tam şəkildə icra edəcəyinə çalışacağını bildirmişdir. Lakin apellyasiya məhkəməsi "xxxx" ASC-nin mübahisələndirən əmrinin verilməsinə əsas olan yığımın kifayət qədər olmaması faktının iddiaçının işdən azad olunması üçün hüquqi əsaslarının olmadığı qənaətinə gəlsə də, iş materiallarında olan əmək müqaviləsi, işçinin vəzifə təlimatı və yığımın təmin ediləcəyinə dair iddiaçının yazılı öhdəliyinə, həmçinin iddiaçının yığımın təmin edilməsinə dair götürdüyü öhdəliklərdən və onları yerinə yetirmədiyindın məlumat olması və bunu etiraf etməsi, o cümlədən qarşıdakı aylarda bu çatışmaqzlıqları aradan götürəcəyi barədə izahatına heç bir hüquqi qiymət verməmiş və yuxarıda sadaladığımız bu dəlillərin hansı səbəbdən işçinin işdən azad olunması üçün hüquqi əsasının olmamasını öz qətnaməsində əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
17. Maddə 68, 1-ci hissə Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. Maddə 71, 3-cü bənd İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hans ı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
19. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya on ların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
20. Maddə 83, 1-ci hissə Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli ola n başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
21. Maddə 186, 1-ci hissə İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
22. Maddə 186, 2-ci hissə İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, y axud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
23. Maddə 186, 3-cü hissəİşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunm adan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
24. Maddə 186, 4-cü hissə İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzə rdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiy ası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1242/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.