Məhkəmə qərarları › İş №2(102)-2539/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2539/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2539/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, hüquqdan sui-istifadə, estoppel prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-457/24 nömrəli 6 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayətinə 30 iyul 2024-cü il tarixdə Ali Məhk əmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 nömrəli qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0.08 hektar torpaq sahəsi Goranboy şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. 2. xx.xx.2022-ci il tarixli çıxarışa əsasən torpaq sahəsi və 104.70 kv.m fərdi yaşayış evi İddiaçı adına mülk kimi qeydə alınmışdır.

3. Cavabdeh1 İddiaçı qardaşı X1 qızı, Cavabdeh2 isə Cavabdeh1 əridir.

4. X6 12 oktyabr 2021-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde hlərin uşaqları X2, X3 və X4 ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vəfat etmiş böyük qardaşı 1951-ci il təvəllüdlü X6 1980-ci ildə evləndikdən sonra hal-hazırda onun mülkü olan ev təsərrüfatından rəsmi qaydada ayrılaraq Goranboy şəhərinin 36-cı kvartal deyilən ərazisindən 0,6 ha torpaq sahəsi almışdır. Lakin, maddi imkanı olmadığından ev tikdirə bilməmiş və müvəqqəti olaraq onun tərəfindən öz sahəsində sənədsiz inşa etdiyi əlavə otaqlarında ailəsi ilə birlikdə qonaq olaraq yaşamışdır. Cavabdeh1 2005-ci ildə Goranboy rayonunun Abbasqulular kənd sakini Cavabdeh2 ərə getmişdir. Cavabdehlər həmin Abbasqulular kəndində özlərinə məx sus torpaq sahəsində hər şəraiti olan yaşayış evi tikdirmiş və orada yaşamışlar. Həmin kənddə yaşadıqları dövr ərzində onların birgə nikahdan 2006-cı il təvəllüdlü Feyzullayeva Fəridə, 2013-cü il təvəllüdlü Feyzullayeva Kəmalə və 2015-ci il təvəllüdlü Feyzullayeva Həmayə adlı 3 övladı doğulmuş və onlar uşaqları ilə birlikdə daimi olaraq Abbasqulular kəndindəki evlərində yaşamışlar. Qardaşı və onun arvadı 2021-ci ilin oktyabr ayına kimi Bakı şəhərində kiçik qızlarının evində yaşamışlar. Qardaşı vəfat etdikdən sonra onun dul arvadı Goranboya gələrək müvəqqəti olaraq onun evində yaşamışdır. Bundan istifadə edən Cavabdeh1 anasına kömək etmək adı ilə onun evinə gəlib-getmiş, qardaşının 40 mərasiminin səhərsi günü isə əri Cavabdeh2 və 3 uşağını da özü ilə gətirərək onun icazəsi olmadan zorla evi nə soxulub orada qalmışlar. Nə evinə, nə də torpaq sahəsinə heç bir hüquqlarının olmadığına baxmayaraq hər iki cavabdeh özbaşına əmlakına sahiblik etmiş və onun icazəsi və razılığı olmadan 4 otaqdan ibarət olan 124,3 m2 yaşayış evinə həyətdən girişi hördürüb və evin arxasını sökərək çöldən qapı açdırmışlar. 2021-ci ilin oktyabr ayından başlayaraq onun mülkiyyəti olan ünvan 3 ünvandakı fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyində olmuşdur. Cavabdehlərdən dəfələrlə tələb etdiyinə baxmayaraq onlar hal-hazıra kimi evinə qanunsuz sahiblik etmiş və evindən çıxmamışlar.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, yaşadığı ev onun valideynlərinə məxsus olmuşdur. Anası bankda işləmiş, atası ilə birlikdə özlərinə ayrı ev tikdirmişlər. Onlar həmin evdə a nadan olmuş və uşaqlıqdan orada yaşamışlar. Evin kommunal xidmətləri də atasının adına olmuşdur. Atası vəfat etdikdən sonra evin boş qalmamağı səbəbindən və ev şəhərin mərkəzində yerləşdiyi üçün ora köçmüşdür. Atasının sağlığında heç vaxt belə söhbət olmamışdır. Atası vəfat etdikdən sonra iddiaçı evin ona məxsus olduğunu bildirmişdir. Valideynləri vəfat etdiyi və onların oğlu olmadığı üçün iddiaçı atasına məxsus evə sahiblənmək niyyətində olmuşdur.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, iddiaçının bacısı, cavabdehin bibisidir. Mübahisəli evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, hazırda mövcud olan tikililərin yerində onların ata evi olmuş, həmin evdə birlikdə yaşamışlar. Atası 1965-ci ildə ata evini yenidən tikdirmişdir. Cav abdehin atası 1980ci ildə, iddiaçı isə 1994-cü ildə ailə qurmuşdur. İddiaçı ata evində yaşamış, cavabdehin atası üçün isə ailə qurduqdan sonra atası ayrı ev tikdirmişdir. Cavabdehin anası bankda işləmiş, evin tikintisinə cavabdehin valideynləri də köməklik etmişlər. İddiaçı mübahisəli evin tikintisinə qəpik də pul xərcləməmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçının bacısı, cavabdehin bibisidir. Cavabdehin atası və anası 1980-ci ildə ailə qurmuş, onların qız övladları anadan olmuşdur. Anası hər iki qardaşını çox istədiyindən oğlanlarının eyni həyətdə yaşamasını istəmişdir. Bu səbəbdən ata evləri iddiaçıya verilmiş, cavabdehin atasına isə həmin torpaq sahəsində ayrı ev tikdirmişlər. Mübahisəli evi iddiaçı deyil, cavabdehin valideynləri və atası tikdirmişlər. 10. 18.10.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, iddiaçının arvadının dayısıdır. İddiaçı ilə əvvəldən dostluq münasibətləri olmuşdur. Evi iddiaçı tikdirmişdir. 1994-1995-ci illərdə evin tikintisi üçün taxta almışlar.

11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə uşaqlıq dostu olmuşdur. İddiaçı evi qardaşı üçün tikdirmişdir. O, iddiaçının evin tikintisi üçün sement, daş, qum almasına şahid olmuş, iddiaçı ilə birlikdə 3 dəfə gedib dam örtüyü almışlar. O, daim Bakı şəhərində yaşamış, sadəcə material alanda gələrək bazadan gedib birlikdə almışlar.

12. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində d indirilmiş X10 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə iş yoldaşı olmuşdur. Onun VAZ 2106 markalı minik avtomobili olmuş, iddiaçı onunla Kürəkçay tikinti bazasına getmişdir. Bazadan alınan taxta şalmanın yük maşınına yüklənib gətirilməsini görmüş, lakin materialın pulunun iddiaçı tərəfindən verilməsinin şahidi olmamışdır.

13. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(045)-1596/2023 nömrəli mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsini qeyd etmişdir ki, iddiaçı cavabdehlərin onun mülkiyyətini mənimsəməsi nəticəsində mülkiyyət hüququnun pozulmasına dəlil olaraq istinad etsə də məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi ya şayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və hüquqi statusu etibarilə özbaşına tikilidir.

15. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehlərin istifadəsində olan həmin tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Mübahisəli ev fiziki obyekt kimi daşınmaz əşyadır və həmin evin özbaşına tikili statusuna malik olması həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Lakin, bu halda hüquq müəyyənedici sənədi olmasa da həmin tikilinin iddiaçıya məxsusluğu öz təsdiqini tapmalı idi. Sübutetmənin bölüşdürülməsi qaydalarına uyğun olaraq iddiaçı ilkin olaraq tikili nin ona məxsus olmasını sübut etməli idi. Onun sübutları ağlabatan göründüyü təqdirdə cavabdehin etirazları araşdırılmalı idi. Lakin nə qədər ki, iddiaçı tikilinin ona məxsus olması halını sübuta yetirə bilməmiş, cavabdeh tərəfin etirazının araşdırılmasına zərurət aradan qalxmışdır. Çünki iddia tələbi cavabdehin etirazları araşdırılmadan özü-özlüyündə təmin olunmayan iddia hesab olunmuşdur.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamışdır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğun u iddia etdiyi tikiliyə bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən tikilinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış halları ilə tikilinin hər hansı hüquq müəyyənedici sənədi mövcud olmamaqla yanaşı, həmin tikilinin məhz iddiaçının faktiki sahibliyi və istifadəsində olması işin halları ilə təsdiqini tapmamışdır. Hər hansı əmlakın şəxsin mülkiyyətində olması faktı dövlət reyestrindən verilmiş çıxarışla təsdiq olunur. Belə bir çıxarış məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş çıxarış isə hazırda cavabdehlərin çıxarılmasını tələb etdiyi evin deyil, iddiaçının özünün yaşadığı evin mülkiyyət sənədidir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə iddiaçını n müvafiq subyektiv hüquqa malik ola bilməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı idi. Həmçinin, qeyd olunmuşdur ki, cavabdeh həmin evdə doğulmuş, yaşamış, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır və daşınmaz əmlakdan istifadədən irəli gələn bütün sənədlər, o cümlədən, ödənişlər cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh həmin ünvanda daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadır, həmin ünvan üzrə qazla bağlı ödəniş qəbzləri sağ olduğu dövrdə cavabdehin atası X1, hazırda isə cavabdehin adına qeydə alınmışdır.

18. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da tikili 1980-ci illərdə tikilmiş, torpaq sahəsi isə 1999-cu ildə iddiaçının mülkiyyətinə verilmişdir. Həmçinin evin cavabdeh tərəfi ndən tikilməsi sübuta yetirilməmişdir. Başqa sözlə, iddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ yoxdur. Belə olan halda iddiaçının həmin əmlaka dair subyektiv hüququndan söhbət gedə bilməz.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 152.2, 157.8, 158.1.2, 158.2, 158.4, 159, 163.1, 164.1, 164.2, 165.1, 178.1, 180.1, 180.4-ci, Mənzil Məcəlləsinin 30.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia nın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, ünvan 4 ünvanda yerləşən 104.7 kv.m sahədən ibarət fərdi yaşayış evi və 0.8 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa, **********55-10301 nömrəli texniki pasporta və JN-902A kod 50901004 saylı şəhadətnaməyə əsasən iddiaçıya məxsusdur. Cavabdehlər həmin əmlakları zəbt etmişlər. Məhkəmə qeyd edilən halları araşdırmadan iddia tələbini rədd edərək, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-457/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, cavabdehlərin onlarla birlikdə yaşayan uşaqları ilə birlikdə iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli evin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış əsasında iddiaçının adına mülk kimi qeydə alınmış torpaq sahəsinin üzərində yerləşməsi fakt kimi təsdiq olunduğundan və həmin t orpaq sahəsi barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli çıxarış barəsində hər hansı bir məhkəmə mübahisəsi olmadığından, həmin qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan mübahisəli ev barəsində iddiaçının mülkiyyət hüquqlarının olmadığı barədə birinci instansiya məhkəməsinin qənaətləri ilə razılaşmaq olmaz. Belə olan halda həmin ev yalnız iddiaçının adına mülk kimi DƏDRX-də qeydə alına bilər.

24. Apellyasiya instansiyası məhkəməsi ona görə də hesab etmişdir ki, həmin evin Cavabdeh1 valideynləri və yaxud da ki, babası tərəfindən inşa edilməsi barədə cavabdeh tərəfin dəlillərinin araşdırılması hazırki iddianın mahiyyətcə həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarına istinad etməklə bu qənaətdə olmuşdu r ki, iddiaçı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququnun olduğu fərdi yaşayış evindən cavabdehlərin çıxarılması tələbi barədə hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisəli ev üzərində istifadə hüquqlarının olduğu barədə cavabdeh tərəfin dəlilləri əsassız olmuşdur. Çünki, işin mübahisəsiz faktiki halları kimi müəyyən olunur ki, mübahisəli ev barəsində cavabdeh tərəfin hər hansı bir hüququ qanunun tələb etdiyi qaydada DƏDRX-də qeydə alınmamışdır. Cavabdeh tərəf iddiaçının ailə üzvü olmamışdır. Bundan başqa, cavabdeh tərəfin özünün hüquqlarının olduğu Goranboy rayonunun Abbasqulular kəndinə yerləşən fərdi yaşayış evi vardır və Cavabdeh2 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatdadır.

26. Koll egiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh1 yaşayış yeri üzrə iddiaçının mülkiyyətində olan ünvanda qeydiyyatda olması onun mübahisəli evdən istifadə hüququnun olması demək deyildir.

27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, işin araşdırılması nəticəsində hazırkı işin müəyyən edilən faktiki hallarına maddi hüquq normalarının tətbiqindən belə nəticə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində olan və əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququnun olduğu fərdi yaşayış evindən cavabdehlərin heç bir hüquqa əsaslanmayan istifadəsi iddiaçının həmin mülkdən sərbəst istifadə hüquqlarını pozmuşdur.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.1, 152.5, 157.2 və MPM-in 49.3, 76.1, 76.2, 77.1, 81, 88, 217.3, 384.0.2, 385.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

29. Cavabdehlər (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti Mülki Məcəllənin 157.2, 180.3-cü, MPM-in 77.1, 88, 386 və 390cu maddələrinə istinad edilmiş və onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da tikili 1980-ci illərdə tikilmiş, torpaq sahəsi isə xx.xx.2022-ci il tarixdə iddiaç ının mülkiyyətinə verilmişdir. Yəni, torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməzdən 40 il öncədən mübahisəli tikili artıq mövcud olmuşdur. Həmçinin, evin cavabdeh tərəfindən tikilməsi sübuta yetirilməmiş və kim tərəfindən tikilməsi işin mübahisəli halıdır. Başqa sözlə, iddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ olmamışdır. Belə olan halda iddiaçının həmin əmlaka dair subyektiv hüququndan söhbət gedə bilməz. Qeyd edilən mübahisəli tikilinin iddiaçıya məxsusluğu sübut olunmadığı halda yalnız mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması əsası ilə iddia təmin edilə bilməz. Tikili özbaşına olsa da yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə olmasına əsaslanaraq iddia o halda əsaslı hesab edilə bilərdi ki, tikilinin iddiaçıya məxsusluğu işin m übahisəsiz halı olsun. Belə ki, həmin tikilinin kimin tərəfindən inşa edilmiş olması mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hallardan olmuşdur. Tikilinin hazırda iddiaçının istifadəsində və sahibliyində olması da müəyyən edilməmiş, ümumiyyətlə iddiaçıya məxsusluğu sübut olunmamışdır. Məhkəmə qətnaməsi tamamilə əsassız olmuş, iddiaçının həmin tələbi irəli sürməyə müvafiq subyektiv hüququ mövcud olmamışdır. Tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması torpaq sahəsində yerləşən tikilinin də onun mülkiyyətində olması demək deyildir. Çünki torpaq sahəsi və tikili hər biri ayrıca daşınmaz əmlaklar olmuş və onların hər birinin özlərinə məxsus hüquqmüəyyənedici sənədləri olmalı idi. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı mün asibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərilən dəlillər işin hallarına uyğun olmamış, sübutlara obyektiv, hərtərəfli və tam baxmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutları(şahid ifadələri, çıxarış və s.) lazımı şəkildə araşdırmamış və həmin sübutlara lazımı hüquqi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə 13 (birinci hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə 29 (birinci hissə). Hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəl ləsi

34. Maddə 152.1. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb ed ə bilər.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

38. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

39. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

40. Maddə 159 Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

41. Maddə

162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.

42. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin ir adəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

43. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

44. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

45. Maddə 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz s ahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.

46. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılırö

47. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

48. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onu n mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

49. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

52. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 56 0.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün baz ar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

53. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. İddiaçının iddia tələbinin əsasını cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşən özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılmaları təşkil edir.

65. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 66. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

67. Yəni, qanunverici tərəfindən iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.

68. İddiaçı hazırda cavabdehin çıxarılmasını tələb etdiyi evin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, yəni fərdi yaşayış evi üzərində hüququn ona aid olmasını bildirir.

69. Bununla bərabər cavabdehlərin hər hansı hüquqi əsas olmadan ona aid evdə yaşadığını göstərir və onların sahibliyinin qanunsuz olmasını iddia edir.

70. Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinin tələblərinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

71. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.

72. Həmin maddənin məzmunundan göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır.

73. Deməli, özbaşına tiki liyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblik hüququna olan hər cür pozuntu qadağan edilir.

74. Qanunvericiliklə özbaşına tikiliyə sahiblik hüququ tanınmaqla həmin hüquqa malik olan şəxsin öz sahibliyini hər cür qanunsuz pozuntudan müdafiə etmək hüququ təsbit edilir.

75. Bu halda ilk əvvəl iddiaçının özbaşına tikili üzərində sahiblik hüququna malik olubolmaması müəyyən edilməlidir.

76. İddiaçı özbaşına tikili üzərində sahiblik hüququnun yaranması əsası kimi torpaq sahəsinin ona məxsus olması, tikilinin onun tərəfindən tikilməsi, müvəqqəti yaşamaq üçün cavabdehin atası və anasının istifadəsinə verdiyini gö stərir. Hazırda cavabdehin atasının vəfat etməsi səbəbindən evin ona qaytarılmalı olmasını, cavabdehlərin özlərinə aid yaşayış yerinin olmasını, onların mübahisəli evə ehtiyaclarının olmamasını göstərir.

77. Cavabdeh tərəfin mövqeyinə görə isə mübahisəli evlərin yerləşdiyi torpaq sahəsi babasına (Əhməd Hüseynova) məxsus olmuş, babasının tikmiş olduğu fərdi yaşayış evində hazırda iddiaçı yaşayır, eyni torpaq sahəsində atası tərəfindən mübahisəli fərdi yaşayış evi tikilmiş, atası vəfatınadək orada yaşamış, onun vəfatından sonra oğul övladı olmadığına görə 2021-ci ilin oktyabr ayından ailəsi ilə birlikdə anasının yanına köçmüş, anasının vəfatından sonra evə ailəsi ilə sahiblik etdiyini, həmin evdə atasına məxsus olan evi kimi yaşadığını, evin iddiaya heç bir aidiyyətinin olmadığını, X12 tərəf indən torpaq sahəsi iddiaçının adına rəsmləşdirilərkən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən fərdi evinin mövcud olduğunu göstərərək fərdi yaşayış evində yaşamasının və sahibliyinin qanuni əsaslarla olmasını, atasının malik olduğu sahibliyin ona keçməsini göstərmişdir.

78. Baxılan iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, tikili 1980-ci ildən tikilmiş, torpaq sahəsi isə 1999-cu ildə iddiaçının mülkiyyətinə verilmişdir. Evin iddiaçı tərəfindən tikilməsini təsdiq edən sübutlar olmamışdır. İddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ yoxdur.

79. Həmin qətnaməni ləğv edərək yeni qətnamə qəbul edən apellyasiya instansiya məhkəməsinin mövqeyi isə ondan ibarət olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır, həmin torpaq sahəsinin mülkiyyətçisi kimi fərdi yaşayış evinə münasibətdə mülkiyyətçi kimi gözləntiyə malikdir.

80. İşin hallarından görünür ki, Göranboy şəhəri İsmət Qayıbov küçəsi 27 ünvan üzrə təsərrüfatbaşına kitabda iki ailə təsərrüfatı, yəni birinci təsərrüfat başçısı X11, 6 nəfər (o cümlədən iddiaçı) ailə üzvü ilə, 2-ci təsərrüfat başçısı X6 4 nəfər ailə üzvü ilə qeyd edilmişdir. Həmin ünvanda Əhməd İsmayılov tərəfindən tikilmiş fərdi yaşayış evində o(babası), baxılan iş üzrə iddiaçı yaşamış, həmin torpaq sahəsində 1980-ci ildə baxılan iş üzrə mübahisəli ev tikilmiş, cavabdeh öz valideynləri ilə birlikdə yaşamışdır. X11 xx.xx.1989cu ildə vəfat etmişdir. Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999 -cu il tarixli 35 saylı qərarı ilə mübahisəli evin yerləşdiyi 0,08 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququ əsasında şəhadətnamə verilmişdir. 2005-ci ildə iddiaçı ailə həyat quraraq başqa ünvana köçmüşdür. xx.xx.2021-ci ildə cavabdehin atası vəfat etmiş və o ailəsi ilə anası ilə birlikdə yaşamaq üçün həmin ünvana köçmüş, anasının vəfatından sonra isə öz ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşamaqda davam edir. İddiaçının istifadəsində olan 104.70 kv.m olan yaşayış evi və hər iki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci ildə onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

81. Beləliklə müəyyən edilir ki, iddiaçının üzərində sahiblik hüquqlarını pozulduğunu iddia etdiyi ev 1980-ci ildə inşa edilmişdir. Həmin vaxt iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. Torpaq sahəsi onun mülkiyyətinə keçən zaman isə mübahisəli fərdi yaşayış evi mövcud olmuş, orada cavabdehin valideynləri sonra isə onlarla birlikdə Cavabdeh1 yaşamışdır.

82. Bu halda, məhkəmələr tərəfindən aydınlaşdırılmalı məqamlardan biri tikiliyə sahiblik hüququnu kimin və necə əldə etməsi, ümumiyyətlə iddiaçının həmin əşya üzərində belə bir hüquqa (sahiblik hüququna) malik olub-olmamasıdır.

83. İddiaçının özbaşına tikili üzərində sahiblik hüququnun olması müəyyən edilmədən, yalnız torpaq sahəsinin iddiaçının mülkiyyətində olması faktına əsaslanmaqla iddianın təmin edilməsi barədə gəlinən qənaət qanuni və əsaslı sayıla bilməz.

84. İddiaçı mübahisəli tikilinin onun tərəfindən tikilməsi və müvəqqəti yaşamaq üçün iddiaçının atasına v erməsini göstərməsinə baxmayaraq bununla bağlı heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh tərəf məhkəməyə iki şahid təqdim edilmiş, həmin şahidlər iddiaçının bacıları və cavabdehin isə bibiləri olmuşlar. Həmin şahidlərin ifadəsi ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Həmin ev cavabdehin valideynləri və babası (Əhməd Hüseynov) tərəfindən tikilmiş, istifadəyə verilən vaxtdan isə cavabdehin valideynləri, cavabdeh və digər ailə üzvləri yaşamışlar. Lakin apellyasiya instansiya məhkəməsi həmin sübutları hansı səbəbdən qəbul etmədiyi ilə bağlı hər hansı mövqe bildirməmişdir. 85. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tar ixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 23 iyun 2021-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

86. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

87. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur.

88. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X13rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).

89. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar).

90. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahi səli tikili üzərində həyata keçirilən sahibliyin qanuni olub-olmamasını, həmin tikiliyə əmlak hüquqlarının mövcud olduğunu araşdırmadan və gəldiyi nəticəni əsaslandırmadan, yalnız iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmasına istinad etməklə cavabdehlərin həmin mənzildən çıxarılması ədalətli hesab edilə bilməz.

91. Bununla yanaşı mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri).

92. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiy i və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir.

93. Məhz bu səbəbdən baxılan iş üzrə cavabdehin əmlaka sahibliyinin mövcud olubolmamasını müəyyən etmədən onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasının tələb edilməsi sui-istifadə olduğu müəyyən edilərsə, belə tələbin irəli sürülməsinin vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşıb-uzlaşmaması yoxlanmalıdır.

94. Nəzərə alınmalıdır ki, haqdan (subyektiv hüquqdan) bu cür, onun məqsədi və təyinatı ilə bağlı olmayan şəkildə istifadə edilməsi haqdan sui-istifadə və estoppel prinsipinin pozulması kimi qiymətləndirilə bilər.

95. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.

96. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

97. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğ u qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

98. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır

99. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-457/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar