Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-254/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı)sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1178/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçiyə xx.xx.2015-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya təyinatı verilsə də, 2022-ci ilin avqust ayından həmin pensiyanın verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Buna səbəb kimi isə Ərizəçi pensiya təyin ed ilərkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda xx.xx.1980-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində onun kolxozda elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə əmrlər kitabında adının aşkarlanmaması, yəni adıçəkilən kolxozda Ərizəçi işləməsinin öz təsdiqini tapmaması, həmçinin bu uyğunsuzluğa baxmayaraq Ərizəçi xx.xx.2015-ci il tarixdən DSMF-nin Saatlı rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması göstərilmişdir. Müvafiq dövrlərə aid “Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında “Ərizəçi” deyil, “X4” aşkar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizə və tələbinin dəqiqləşməsi barədə ərizə ilə m əhkəməyə müraciət edərək 1980-1999-cu illərdə Nizami adına kolxozda elektrik qaynaqçısı işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən X2 adına verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 noyabr 2015-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, 2022-ci ilin avqust ayından həmin pensiya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Buna səbəb kimi Ərizəçi pensiya təyin edilərkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda xx.xx.1980- xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində onun kolxozda elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə əmrlər kitabında adının aşkarlanmaması, yəni adıçəkilən kolxozda Ərizəçi işləməsinin öz təsdiqini tapmaması, həmçinin bu uyğunsuzluğa baxmayaraq Ərizəçi xx.xx.2015-ci il tarixdən DSMF-nin Saatlı rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması göstərilmişdir.
3. Ərizəçi göstərmişdir ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Saatlı rayonunun Nizami adına kolxozunda elektrik qaynaqçısı vəzifəsində işləmiş, lakin pensiya təyinatı üçün DSMF-nin Saatlı rayon Şöbəsinə təqdim edilmiş arxiv arayışında və kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı səhvən “X4” k imi qeyd edilmişdir. Nizami adına kolxozda işlədiyi 1980-1999-cu illər ərzində nə adıçəkilən kolxozda, nə də həmin dövrdən indiyə qədər Ərizəçi qeydiyyatda olduğu və yaşadığı kənddə “X4” adında şəxs yaşamamış, Ərizəçi adı yuxarıda qeyd edilən kolxoza aid kitablarda texniki səhv olaraq “Vahid” əvəzinə “Zahid” kimi yazılmışdır. Odur ki, Ərizəçi pensiya ilə təmin edilməsi üçün Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması zərurəti yaranmışdır.
4. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizəsində yazılanları müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir.
5. Şahid X7 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndlisidir.Özü “Nizami” kolxozunda baş mühəndis işl əmişdir.Ərizəçi ilə iş yoldaşı olmuşdur. Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi “X4” kimi qeyd edilmişdir.
6. X1 ifadəsiondə göstərmişdir ki, Ərizəçi həmkəndlisidir.Özü “Nizami ” kolxozunda əvvəlcə yanacaq dispetçeri, daha sonra əmək haqqı üzrə mühasib işləmişdir.Ərizəçi ilə iş yoldaşı olmuşdur.Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi “X4” kimi qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 21 dekabr 2022-ci il tarixli 723 saylı arayışından görünür ki, “Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı aşkarlanmamış, “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı” Fond № 33, saxlama vahidi № 275, vərəq № 2036 Ərizəçi deyil, X4 olaraq aşkar e dilmişdir.
8. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işləmişdir. Kitabda adı səhvən “Zahid” yazılmışdır.
9. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərmişdir ki, Ərizəçi X4 adında qohumu olmamış, belə bir şəxs Saatlı rayonu, Orta Muğan kəndində yaşamamış, “Nizami” kolxozunda işləməmişdir.
10. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim M. Sadıqov) 2(055)-335/2023 saylı iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək Saatlı rayonunun “Nizami” adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”larında (Fond № 33, saxlama vahidi № 275) 1980-1999-cu illərdə elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının xx xxxxxx 1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ərizənin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində göstərilən şərtlər mövcuddur. Belə ki, ərizəçinin sənəddə göstərilən adı ilə şəxsiyyətini təsdiq edən sənəddəki adı üst-üstə düşmür.İkincisi, arxiv arayışı hüquqmüəyyənedici sənədlər sırasındadır. Üçüncüsü, kolxozlar ləğ v edildiyindən kolxoz tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq sənəddəki səhvlərin düzəldilməsi mümkün deyil.Ərizəçiyə xx.xx.2015-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya təyinatı verilsə də, 2022-ci ilin avqust ayından həmin pensiyanın verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Buna səbəb kimi isə Ərizəçi pensiya təyin edilərkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda xx.xx.1980-xx.xx.1999cu il tarixləri arasındakı dövrlər ərzində onun kolxozda elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə əmrlər kitabında adının aşkarlanmaması, yəni adıçəkilən kolxozda Ərizəçi işləməsinin öz təsdiqini tapmaması, həm çinin bu uyğunsuzluğa baxmayaraq Ərizəçi xx.xx.2015-ci il tarixdən DSMF-nin Saatlı rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması göstərilmişdir. Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi “X4” kimi qeyd edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.5, 308-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Maraqlı şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsi ndən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus o lması faktının müəyyən edilməsi barədə işlərə baxılır. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər.
15. Ərizəçinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, kolxoz ləğv olunduğundan, ha zırda sənəddə düzəliş edilməsi mümkün olmadığından, ona görə MPM-in 307-ci maddəsinin tələbləri qaydasında ərizə verilmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1178/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əsədov (sədrlik edən və məruzəçi), A.Mayılov və T.Heydərov) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(055)-335/2023 saylı qətnaməsinin ləğv edilməsi, Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair Ərizəçi ərizəsinin təmin ed ilməməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 21 dekabr 2022-ci il tarixli 723 saylı arayışından görünür ki, “Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı aşkarlanmamışdır; “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nın Fond № 33, saxlama vahidi № 275, vərəq № 2036-da Ərizəçi deyil, X2 adı aşkar edilmişdir.
18. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işləmişdir. Kitabda adı səhvən “Zahid” yazılmışdır.
19. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərmişdir ki, Ərizəçi X4 adında qohumu olmamış, belə bir şəxs Saatlı rayonu, Orta Muğan kəndində yaşamamış, “Nizami” kolxozunda işləməmişdir.
20. Kollegiya hesab etmişdir ki, ərizəçi öz tələbini əsaslandıra bilməmişdir.
21. Kollegiya qeyd etmişdir ki, ərizəçinin ona məxsus olduğunu iddia etdiyi arayış şəxsin 1974-cü ildən 1999-cu ilədək kolxozda işlədiyi barədə məlumatı özündə əks etdirir. Həmin arayış bir sənəd əsasında deyil, 1974-cü ildən 1999-cu ilədək mövcud olmuş digər kolxoz sənədləri- gündəlik tabellər, gündəlik və aylıq əməkgünləri, əmək haqqı cədvəlləri, illik hesabat və s. sənədləri əsasında tərtib edilir. Həmin arayışdan belə çıxır ki, 25 il ərzində yığılmış ayrı-ayrı sənədlərin- gündəlik və aylıq əmək günləri, əmək haqqı cədvəlləri və s. sənədlər Ərizəçi deyil, X8 adına tərtib edilmişdir.
22. Ərizəçi iddia edilən arayışın verilməsinə əsas olmuş ilkin sənədləri təqdim etməmişdir. Eləcə də iddia etdiyi müddətlərdə onun işlədiyini dolayı yolla təsdiq edən hərhansı sənəd təqdim etməmişdir.
23. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialı da yalnız X8 adına tərtib edilmiş, sözügedən arayışı təqdim edə bilmiş, həmin arayışın verilməsinə əsas olmuş sənədləri təqdim edə bilməmişdir.
24. Bundan başqa, ərizəçinin əvvəllər mövcud olmuş pensiya işinin materiallarında ərizəçiyə məxsus və iddia edilən illərdə (yaxud arayışda göstərilən 25 il ərzində) onun işlədiyini təsdiq edən digər sənəd yoxdur. Pensiya işinə, eləcə də hazırki işin materiallarına əlavə edilmiş əmək kitabçası da ərizəçinin deyil, X8 adına tərtib edilmiş əmək kitabçasıdır. Həmin əmək kitabçasının ərizəçiyə məxsus olması da müəyyən edilmir.
25. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən şahid ifadələrinə əsaslanmışdır.
26. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X7 və X3 ifadələrində mübahisəli arayışda Ərizəçi adı ilə bağlı texniki səhvə yol verildiyi və kolxoza aid müvafiq kitablarda Ərizəçi “X4” kimi qeyd edildiyini bildirmişdir.
27. Kollegiya hesab etmişdir ki, göstərilən şahid ifadələri Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının ərizəçiyə məxsusluğunu təsdiq edən sübut olaraq qəbul edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən əsassız qənaətə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 2
8. Ərizəçi (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1178/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsasalandırılarkən Mülki Prosessual Məcəllənin 9, 217ci maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin çıxarmış olduğu qətnamə bu prosessual normanın tələblərinə əməl olunmadan qəbul edilmişdir. Mülki Prosessual Məcəllədə məhkəmə qətnaməsi üçün ən əsas tələb onun qanuni və əsaslı olmasıdır. Lakin qeyd etdiyikləri maddi və prosessual hüquq normallarının tələblərinin pozulmasına aid dəlillərə əsasən mübahisələdirilən qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Belə ki məhkəmə iş üzrə qətnamə qəbul edərkən bir çox prosessual pozuntulara yol verib ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan RespublikasıKonstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığımüzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) ist iqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Yenə həmin qərara görə mülki məhkəmə icraatında Azərbaycan RespublikasıKonstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəasıKonstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Məhkəmə sübutları düzgün tədqiq etməmiş, işə bir tərəfli yanaş mış, hər tərəfli, qərəzsiz və obyektiv araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Maraqlı şəxs kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
32. Maddə
38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarak terindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
40. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və y a əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
41. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən bvaxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
48. Belə ki, apelyasiya instansiyası məhkəməsi şahid ifadələrinin Saatlı rayon Dövl ət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının ərizəçiyə məxsusluğunu təsdiq edən sübut olaraq qəbul edilə bilməyəcəyini qeyd etsə də bu mövqeyini əsaslandırmamışdır ki nəyə görə şahid ifadələri arxiv arayışının ərizəçiyə məxsusluğunu təsdiq edən sübut olaraq qəbul edilə bilməz.
49. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işlədiyi, kitabda adının səhvən “Zahid” yazıldığı barədə Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışını, Ərizəçi X4 adında qohumu olmadığı, belə bir şəxsin Saatlı rayonu, Orta Muğan kəndində yaşamadığı, “Nizami” kolxozunda işləmədiyi barədə Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-c ü il tarixli arayışını sadalasa da həmin sənədlərə ümumiyyətlə hüquqi qiymət verməmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialı da yalnız X8 adına tərtib edilmiş, sözügedən arayışı təqdim edə bilmiş, həmin arayışın verilməsinə əsas olmuş sənədləri təqdim edə bilməmişdir.Kassasiya kollegiyası göstərilənlə də razılaşmır.Belə ki, apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2 (106)-1178/2023 nömrəli sorğusuna müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialı filialda mühafizə olunan saatlı rayon “Nizami” kolxozuna aid “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nda vətəndaş X2 adı aşkarlanan vərəqin müvafiq qaydada təsdiq ol unmuş surətini 04 sentyabr 2023-cü il tarixli məktubla məhkəməyə təqdim etmişdir və həmin sənəd iş materiallarında mövcuddur (iş vərəqi 145147)
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi MPM-in 9.3, 14.1 və 88-ci maddəsinin tələblərinə cavab vermir.
52. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzr ə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
54. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
55. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallar ını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 31 may 2006-cı il tarixli qərarı).
56. Yuxarıda şərh edilənlərə əsasən də kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(106)1178/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Şirva n Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə cavab verən əsaslandırılmış yekun məhkəmə aktı qəbul edilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(106)-1178/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.