Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-254/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: evdən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1671/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətn aməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 fevral 2025-ci il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş üzrə Cavabdeh2 iddiaçının mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, digər cavabdeh isə qızıdır. 2. 15.11.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 Cahangir qızı özünə məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportuna və xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi **********24- 10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.
4. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2169/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 Cahangir qızı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 5400 manat kompensasiya verilməsi müqabilində onun mülkiyyətində olan Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində yerləşən 12 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)- 401/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin qət naməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.12 ha torpaq sahəsinin cavabdehlərdən azad edilməsi, həmin torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, həmin torpağın və evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 112.31 kv.m təşkil edən fərdi yaşayış evi vardır. Həmin daşınmaz əmlaka dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlak ona anası Cavabdeh1 tərəfindən bağışlanılmışdır. İş üzrə Cavabdeh2 onun mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, digər cavabdeh isə qızıdır. İş üzrə cavabdehlər onun ailə üzvü sayılmır və hazırda müvəqqəti olaraq mülkiyyətində qeyd olunan daşınmaz əmlakda iradəsinə zidd olaraq yaşayır və daşınmaz əmlaka heç bir hüquqları yoxdur. O, özü 1-ci Qarabağ müharibəsi veteranı, oğlu Abdulla Heydanov isə 2ci Qarabağ müharibəsi veteranıdır. Döyüş medalları ilə təltif olunmuş və döyüşlər zamanı müxtəlif dərəcəli travmalar almışdır. Ailə vəziyyətləri ilə əlaqədar oğlunun onun mülkiyyətində olan qeyd edilən daşınmaz əmlaka ailə quraraq köçürülməsi və orada yaşaması ilə bağlı evinin cavabdehlərdən boşaldılması tələb olunsa da, cavabdehlər evi tərk etməkdən boyun qaçırdır. Cavabdehlərin bu hərəkətləri onun mülkiyyətindən maneəsiz istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib göstərmişdir ki, iş üzrə Cavabdeh2 iddiaçının anasının g əlini, digər Cavabdeh1 isə Baharın qızıdır. İddia ərizəsində qeyd edilən əmlak əvvəllər İddiaçı anası Cavabdeh1 mülkiyyətində olmuş və o, gəlini Cavabdeh2 qarşı kompensasiya verilməsi ilə evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 ekspertiza rəyinə əsasən cavabdehə 6000 manat pul təklif etmiş, lakin Cavabdeh2 bu tələblə razılaşmayaraq 15000 manat tələb etmişdir. Əslində cavabdehlərin qeyd olunan daşınmaz əmlakda heç bir istifadə hüququ və ya qeydiyyatı yoxdur və onlar başqa təsərrüfatda qeydiyyatdadırlar. Bu barədə o, məhkəməyə arayış da təqdim etmişdir. Sadəcə olaraq Sənəmbər Namazova cavabdeh gəlini olduğu üçün ona bu təklifi irəli sürmüşdür. Həmin daşınmaz əmlak 2022-ci ilin sonlarında Sənəmbər Namazova tərəfindən oğlu İddiaçı bağışlanılmış və iddiaçı tərəfindən onun adına həmin daşınmaz əmlaka həmin vaxt çıxarış alınmışdır. Hal-hazırda cavabdeh iddiaçının həmin evə gəlməsinə icazə vermir. İddiaçı yenə də 6000 manat kompensasiya verməyə razıdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib iddia tələbinə etiraz ərizəsini məhkəməyə təqdim edib göstərmişdir ki, o, Sərdar Heydanovla 2001-ci ildə ailə qurmuş və nikahlarını 2004-cü ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından iki uşaqları olmuşdur. Sərdarla rəsmi nikah bağladıqdan sonra 2004-cü ildə hal-hazırda qeyd edilən evə köçmüşdür. Həyat yoldaşı Sərdar Heydanov 2014-cü il tarixdə vəfat etmiş və o, həyat yoldaşı vəfat etdikdən sonra da qızları ilə birlikdə hazırki evdə yaşayır. Həmçin in o, həmin evdə öz hesabına bir sıra təmir işləri gördürmüşdür. Qaynanası Cavabdeh1 evdən çıxarılma tələbi ilə ona qarşı Ağstafa Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən o, Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, şikayəti təmin olunaraq Ağstafa Rayon Məhkəməsinin mövcud olan qətnaməsi ləğv edilmişdir. Belə ki, ona evdən çıxması müqabilində 6000 manat kompensasiya təklif olunmuş, o, həmin məbləğin az olmasını bildirərək bir miqdar da özü pul verməsi şərtilə özünə ev almaq üçün 15000 manat verilməsini tələb etmiş, lakin qarşı tərəf bu tələblə razılaşmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Ağstafa Rayon Məhkəməsinin 2(0 15)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Natiq Abbasov) İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 və iki övladı əvvəl Cavabdeh1 Cahangir qızının, hazırda İddiaçı mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Belə ki, Cavabdeh2 iddiaçının mərhum qardaşı ilə rəsmi nikaha daxil olduqdan sonra həmin evə köçmüş və ərinin ölümündən sonra da həmin evdə yaşamışdır. Mübahisələndirilən fərdi yaşayış evi id diaçının mülkiyyətində olsa da, cavabdehin qeyd olunan yaşayış sahəsindən istifadə hüququ olmaqla onun azyaşlı uşağı ilə birlikdə yaşamağa başqa yaşayış yeri və mülkiyyətində hər hansı daşınmaz əmlak mövcud deyildir. Cavabdehlərin həmin yaşayış sahəsinə yaşayış hüququ olması məhkəmə qətnaməsi ilə tanınmışdır. “Mənzildən istifadə və yaşayış hüququ” özlüyündə ardıcıl və davam edən hüquqdur. Hazırda cavabdehin yaşayış sahəsindən istifadə hüququ ardıcıl olmuş, həmin evə köçürüldüyü andan kəsilməmişdir. Cavabdehə mütənasib şəkildə tarazlaşdırılmaqla real bazar qiymətlərinə uyğun olaraq kompensasiya verilmədən yaşayış sahəsindən çıxarılması onun və himayəsindəki şəxslərin konstitusion hüququ olan mənzil hüququnun pozulmasını ehtiva edəcəkdir. Ona görə də hazırki iddia tələbi təmin edilə bilməz.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü; Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 228.2-ci; Mənzil Məcəlləsinin 1, 3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apelyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin olunmasını və iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-100/2024- saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 112.31 kv.m təşkil edən fərdi yaşayış evi vardır. Həmin daşınmaz əmlaka dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlak on a anası Cavabdeh1 tərəfindən bağışlanılmışdır. İş üzrə Cavabdeh2 onun mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, digər cavabdeh isə qızıdır. İş üzrə cavabdehlər onun ailə üzvü sayılmır və hazırda müvəqqəti olaraq mülkiyyətində qeyd olunan daşınmaz əmlakda iradəsinə zidd olaraq yaşayır və daşınmaz əmlaka heç bir hüquqları yoxdur. Belə ki, həmin şəxslər Dağkəsəmən kəndində tamamilə başqa təsərrüfatda qeydiyyatdadırlar. Bu barədə kənd icra nümayəndəliyindən müvafiq arayışlar iş materiallarına əlavə olunmuşdur O, özü 1-ci Qarabağ müharibəsi veteranı, oğlu Abdulla Heydanov isə 2-ci Qarabağ müharibəsi veteranıdır. Döyüş medalları ilə təltif olunmuş və döyüşlər zamanı müxtəlif dərəcəli travmalar almışdır. Ailə vəziyyətləri ilə əlaqədar oğlunun onun mülkiyyətində olan qeyd edilən daşınmaz əml aka ailə quraraq köçürülməsi və orada yaşaması ilə bağlı evinin cavabdehlərdən boşaldılması tələb olunsa da, cavabdehlər evi tərk etməkdən boyun qaçırdır. Hazırda cavabdehlər mübahisəli evdə onun iradəsinə zidd olaraq yaşamağa davam edilər Cavabdehlərin bütün bu hərəkətləri yolverilməzdir və bu hərəkətləri onun mülkiyyətindən maneəsiz istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, hazıki mübahisənin məhkəmə qaydasında həll olunması üçün Ağstafa rayon Məhkəməsinə müraciət etsə də, hazırki işə məhkəmə tərəfindən baxılaraq sonda doğru olmayan hüquqi nəticəyə gəlinmişdir. Anası Cavabdeh1, gəlini olmuş iş üzrə Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istfadə hüququ olmadan ona münasibtədə kompensasiya verməklə onunla hallalaşmaq məqsədilə ona son məbləğ olaraq 6000 manat kompensa siya təklif edərək yaşayış sahəsindən çıxarmaq istəmişdir. Cavabdeh buna razı olmamış və məhkəmələr də, həmin məbləği yetərli hesab etməyərək onun anasının iddiasını rədd etmimşdir. Göründüyü kimi, həmin iş üzrə məhkəmə çəkişməsinin predmetini anasının vaxtilə gəlini və ailə üzvü olmuş Cavabdeh2 arasında "kompensasiya verməklə şəxsin yaşayış sahəsindən çıxarılması" təşkil edirdi. Hazırki mübahisə isə, onun ilə heç ailə üzvü olmayan, Cavabdeh2 və onun qızı arasında mülkiyytət hüququnun müdafiəsi ilə bağlıdır. Yəni, o mülkiyyətçi kimi, qanunla ona verilən müstəsna hüququndan istifadə edərək, ailə üzvü sayılmayan, istifadə hüququ olubolmasından asılı olmayaraq istənilən şəxsi öz mülkiyyətindən çıxarmaqla mülkiyyətindən maneəsiz istifadə etmək hüuquna malikdir. Lakin, iş üzrə birinci instansiy a məhkəmə onun bu hüquqdan əsassız və qanunsuz olaraq məhrub etmişdir. Bütün bu və digər hallar bir daha iş üzrə birinci isntansiya məhkəməsi tərəfindən işə formal və səthi yanaşmasından, habelə işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmamasından və işə qərəzli yanaşmasından xəbər verir. Nəticə etibarilə bunlar bir daha onu deməyə əsəs verir ki, qətnamə qanuni və əsaslı deyildir. Ona görə ki, hazırki mülki iş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu hal hazırki iş üzrə xx.xx.2024-ci il tarixli qətnamənin ləğvi üçün əsasdır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh2 onun mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, Cavabdeh1 isə qızıdır. Evdən çıxarışı o 2022-ci ildə almışdır. Onda n əvvəl ev anasının adına olmuşdur, anası ona evi bağışlamışdır. Cavabdeh 2004-cü ildə ailə həyatı qurmuşdur və hazırki evə gəlin gəlmişdir. O həmin evdə yaşamamışdır. Qardaşı vəfat etdikdən sonra, evdə anası və cavabdehlər yaşamışdır. O, 8000 manat kompensasiya verməyə razıdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, o, iddiaçıdan 15000 manat tələb edir. Himayəsində az yaşlı uşaq olduğunu və onların 2004cü ildən həmin evdə yaşamalarını bildirmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1671/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) apel yasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət olunmuşdur.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq qeyd etmişdir ki, tərəfərin izahatları, həmçinin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 2004-cü ildə mübahisəli fərdi yaşayış evinə gəlin gəlmişdir. Digər Cavabdeh1 isə həmin evdə anadan olmuşdur. Cavabdeh2 mübahisəli fərdi yaşayış evinə köçərkən ev mülkiyyətdə olmamış, yalnız xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Cahangir qızının adına qeydə alınmışdır. Cavabdeh2 2004-cü ildə mübahisəli fərdi yaşayış evinə köçdüyündən həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından istifadə hüququ yaranmışdır. İddiaçı özü də cavabdehlərin istifadə hüqunun yaranma sını mübahisələndirmir.
18. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, daşınmaz əmlaka dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlak ona anası Cavabdeh1 tərəfindən bağışlanılmışdır. İş üzrə Cavabdeh2 onun mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, digər cavabdeh isə qızıdır. İş üzrə cavabdehlər onun ailə üzvü sayılmır və hazırda müvəqqəti olaraq mülkiyyətində qeyd olunan daşınmaz əmlakda iradəsinə zidd olaraq yaşayır və daşınmaz əmlaka heç bir hüquqları yoxdur.
19. Hazırda iş üzrə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olduğundan, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri əsasında mümkün ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və x itamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir ki, belə bir müqavilənin bağlanması da, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
20. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlərin onun ailə üzvləri olmamasına və bu baxımdan da, onunla bərabər ona məxsus fərdi yaşayış evindən istifadə etmək hüququna malik olmamasına istinad etsə də, Cavabdeh2 2004-cü ildə mübahisəli fərdi yaşayış evinə gəlin gəlməsi, digər Cavabdeh1 isə həmin evdə anadan olması işin mübahisəsiz halıdır. Bu baxımdan cavabdehlərin həmin evdən istifadə hüququn yaranması hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə deyil, 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. İddiaçını n xx.xx.2022-ci il tarixdə mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüqunun yaranması isə cavabdehlərin həmin evdən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2, 228.4, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (08 iyul 1982ci il redaksiyasında) 53, 54-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1671/2024-saylı, 08 avqust 2024-ci il tarixli qətnaməsinin tam ləğv edilərək, işin yenidən araşdırılma aparılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən fərdi yaşayış evinin bağışlama müqaviləsi üzrə iddiaçıya məxsusluğu, iddia tələbinin cavabdehin həmin daşınmazəmlakdan çıxarılması və iddiaçıya təhvil verilməsi olmasına baxmayaraq, məhkəmələr tərəfindən cavabdehin işin halları ilə bağlı subyektiv hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddia verilməməsinə baxmayaraq, məhkəmələr digər məhkəmə aktları ilə cavabdehin guya subyektiv hüququnun tanınması hallarına istinad edərək, adı çəkilən məhkəmə aktlarını preyudisial əhəmiyyətini nəzə rə alaraq, iddia tələbini rədd etmiş, nəticədə mülkiyyət hüququnun, ədalətli məhkəmə araşdırılması, həmçinin mülkiyyətin toxunulmazlığı hüququnun pozulması ilə nəticələnmiş akt qəbul edilmişdir. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin, heç bir hüquqi əsas olmadan məhkəmə tərəfindən şəxsin subyektiv hüququnun tanınması nəticəsində, iddiaçının mülkiyyət hüququ qanunsuz və əsassız olaraq pozulmuşdur. İş materialları ilə müəyyənləşdirmək mümkündür ki, mübahisə edilən daşınmaz əmlak iddiaçının mülkiyyətinə anası Cavabdeh1 ona bağışlama yolu ilə xx/xx/2022-ci il tarixində keçmiş və xx/xx/2022-ci il tarixində isə, daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə gəlinin (cavabdehin) həmin evə köçməsi ilə artıq əvvəlki Mənzil Məcəlləsi nə əsasən cavabdehin istifadə hüququnun yarandığını qeyd edir. Lakin, əvvəlki redaksiyadakı Mənzil Məcəlləsinin müddəalarına nəzər yetirdikdə, aşağıdakıları müəyyən etmək mümkündür: Belə ki, 53-cü maddədə qeyd edilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valdeynləri hesab edilir. İcarədar ilə birlikdə yaşayan və onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yəni, gəlin qaynana ilə ailə üzvü deyildir, lakin qanunvericilik onların birgə ümumi təsərrüfat aparması halında onları ailə üzvü hesab edir. İşin hallarından və təqdim edilən sənədlərdən də aydın etmək olur ki, gəlin və qaynana arasında təsərrüfatın aparılması faktını təsdiq edən hallar mövcud deyildir. İşin hallarında yalnız qaynananın mərhum oğlu cavab dehə münasibətdə ailə üzvü hesab edilə bilərdi. Həmçinin, iddiaçı ilə cavabdeh arasında hansısa təsərrüfat aparılmasından söhbət belə gedə bilməz. Ümumiyyətlə, qaynana ilə gəlin heç vaxt bir təsərrüfat aparmamışdır. Bütün bu hallar aşağı instansiyalarda məhkəməyə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Yəni gəlinin istifadə hüququ ilə əlaqədar iddia tələbi yalnız mülkiyyət hüququ keçmiş ərinə məxsus olduğu halda, ailə hüquq münasibətlərinə kişinin ölümü ilə xitam verilmiş olsa belə, saxlanılmalı idi. Lakin, ümumiyyətlə, gəlinin qaynanaya qarşı hansısa subyektiv hüququ yaranmadığı üçün, burada ailə münasibətlərinə xitam verilsə belə, hüququn saxlanılmasından söz gedə bilməzdi. Məhkəmə haqlı olaraq qeyd edir ki, 2004-cü ildə gəlin həmin fərdi yaşayış evinə köçən zaman ev qaynananın mü lkiyyətində olmamış, yalnız xx/xx/2022-ci il tarixində hüquqlar daşınmaz əmlakın reyestrində qeydə alındıqdan sonra yaranmışdır. İşin faktiki hallarından müəyyənləşdirildiyi kimi cavabdeh 2004-cü il tarixindən etibarən nikaha daxil olaraq adıçəkilən ünvanda yaşamışdır. Hüquq münasibətinin yarandığı vaxtda qeyd edilən daşınmaz əmlak reyestrdə qayınananın mülkiyyəti kimi qeydə alınmamışdır. Yəni, həmin şəxsin subyektiv hüququ olsa belə, həmin hüququn qayınanaya münasibətdə yaranması işin mübahisəli halıdır. Belə ki, cavabdeh iddia edir ki, həmin fərdi yaşayış evinə köçüb və orda hələ də yaşamaqda davam edir. Sual olunur ki, hüququn yarandığı iddia edilən zaman mülkiyyətçisi müəyyən edilməyən daşınmaz əmlaka dair cavabdehin istifadə hüququ yarana bilərdimi? Qısacası, istifadə hüququnun tanı ndığı müəyyən edilən müvafiq məhkəmə aktında həmin şəxsin istifadə hüququnun hansı formada tanınması barədə əsaslandırılmış hissə mövcud deyildir. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə həmin şəxslərin birgə təsərrüfat aparmadığı sübuta yetirilmişdir. Lakin nədənsə, məhkəmə həmin sübutları düzgün tədqiq etməyərək səhv nəticəyə gəlmiş, qanuni və əsaslı olmayan məhkəmə aktı qəbuletmişdir. Qayınana və gəlin (cavabdeh) birgə təsərrüfat aparmaması səbəbilə, ailə üzvü hesab edilmir, ailə üzvü olmadığına görə, tərəflər arasında istifadə hüququnundan, ümumiyyətlə söhbət gedə bilməz. Həmçinin, belə münasibət olmadığı üçün, əlavə olaraq, hazırki iş üzrə iddiaçı (İddiaçı) ilə də, hansısa həmin müddət ərzində cavabdeh birgə təsərrüfat aparmadığına görə də, ailə üzvü hesab edilə bilməz lər. Hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə, qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də, onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kiray əçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldəedə bilməzlər. Beləliklə, yaşayış sahəsindən istifadə hüququyalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu. Göründüyü kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi məsələni tam və hərtərəfli araşdırmamış, iddianı rədd edərkən cavabdehin evdən istifadə hüququnun həmin dövrdə qüvvədə olan qanunvericiliyin hansı əsasları üzrə yarandığını göstərməmiş, bununla da İddiaçı mülkiyyət hüququnun pozulması ilə nəticələnən qət namə qəbul etmişdir. Bununla da, həm çəkişmə prinsipi, həm də maddi hüquq normaları düzgün şərh edilərək tətbiq edilməmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsinin 1-ci cümləsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddənin məntindən dəaçıq olaraq müəyyən edilir ki, istifadə hüququnun özünün yaranma əsası kimi notarial qaydada mülkiyyətçi ilə bağlanmış və təsdiqlənmiş bir saziş olmalıdır. Lakin, tərəflər arasında istifadə hüququnun yaranması ilə bağlı qaynana tərəfindən gəlinə verilən razılaşma heç vaxt mövcud olmamışdır. Razılaşmanın olmaması halında, istifadə hüququna xitam verilməsi barədə münasibətdən ümumiyyətlə söhbət gedə bilməz. Həmçinin, 2022-ci il tarixində həmin əmlak qaynananın adına rəsmiləşən vaxt 228.5-ci maddənin tələbləri nəzərə alınmamışdır. Belə ki, qayınana gəlinin maddi vəziyyətini nəzərə alaraq, həmin əmlakda yaşamasına verilən icazəni ailə münasibətlərinə xitam verilmiş olsa belə, notarial qaydada rəsmiləşdirərək, yüklü etməli idi. Lakin, apellyasiya məhkəməsi gəlinin 2004-cü il tarixində ora gəlməsi və orada yaşaması ilə artıq ailə üzvü olması və dolayısı ilə həmin faktın başqa məhkəmə aktında müəyyən edildiyi əsası ilə işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Diqqətinizə çatdıraq ki, evin bağışlama yolu ilə özgəninkiləşdirilməsi vaxtı əgər MM 228.5-ci maddəsinin tələbləri baxımdan istifadə hüququ notarial qaydada rəsmiləşdirilərək yüklü edilsə idi, yeni mülk iyyətçi həmin əmlakı əldə edən zaman yüklülüyü görüb onu qəbul edib-etməməsi ilə bağlı iradəsini dolayı yolla ifadə etmiş olacaqdır. Yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi (anası Cavabdeh1) ilə cavabdeh keçmişdə qohum münasibətində olması halı, həmin şəxsin ailə üzvü olması mənasını özündə ehtiva edir nəticəsinə gəlməyə əsas vermir. Hazırda mübahisəli yaşayış sahəsini mülkiyyətçisi odur, cavabdeh onun mərhum qardaşının (Sərdar Heydanov) arvadı olmuşdur. Cavabdeh ilə qeyd olunan yaşayış sahəsində yaşamamışdır və birgə təsərrüfat aparmamışdır. Qısacası, məhkəmə əvvəlki redaksiyadakı Mənzil Məcəlləsinin 53, 54- cü maddələrini işin hallarına səhv tətbiq etməklə maddi hüquq normasını düzgün şərh etməmişdir.
24. İş üzrə apellyasiya instansiya məhkəməsi xx/xx/2024-cü il tarixli qətnaməsində iddi a tələbinin təmin olunmaması ilə bağlı doğru əsaslandırma aparmayıb. Daha dəqiq desək, qətnamədə əsaslandırma kimi, təqdim olunan hallar, işin nə faktiki, nə də ki, hüquqi halları ilə uzlaşmır. Yəni, apellyasiya instansiya məhkəməsi iş üzrə qətnamənin əsaslandırıcı hissəsində - cavabdehlərin 2002-ci ildən mübahisəli daşınmaz əmlakda yaşamasını əsas bildirərək onların həmin daşınmaz əmlaka istifadə hüquqlarının yaranmış olduğunu qeyd edir. Bu səbəbdən, məhkəmə cavabdehlərə münasibətdə MM-in 228-ci maddəsinin tələbindən irəli gələrək, kompensasiya institutundan istifadə etməklə, cavabdehlərin mübahisəli daşınmaz əmlakdan çıxarmanın mümkünlüyünü qətnamədə vurğulayır. Məhkəmənin qətnamədə bu mövqedən çıxış edərək əsaslandırma aparması qanuni və əsası deyildir: Ona görə ki, iş materiallarında o lan Ağstafa rayon Dağ Kəsəmən kənd İcra Nümayəndəliyinin 1472 və 1473-saylı arayışlarından görünür ki, kəndin təsərrüfatbaşı kitabında cavabdehlər mübahisəli evə aid olmayan başqa təsərrüfatda qeydiyyatdadırlar. Bu o deməkdir ki, şəxsin eyni vaxtda iki yaşayış yeri üzrə qeydiyyatı və ayrı-ayrı yerlədə təsərrüfat apararaq ordan istifadə hüququ yarana bilməz. Yəni, iş materiallarında mövcud olan arayışlardan bəlli olur ki, cavabdehlər mülkiyyətində olan 135 nömrəli təsərrüfatda deyil, 137 nömrəli təsərrüfatda qeydiyyatdadırlar və onların istifadə hüquqları məhz 137 nömrəli təsərrüfatda mövcuddur.Bu hal, əslində işin mübahisəsiz halıdır çünki, bu faktın təsdiqinə dair mötəbər sübut vardır. Lakin, buna rəğmən aşağı məhkəmələr, yaşayış sahəsinə dair cavabdehlərin hüquqlarını təsdiq edən hüquqmü əyyənedici sənəd olmadan (yaşayış yeri haqqında arayış, şəxsin istifadə hüquqlarını müəyyən edən məhkəmə aktı və s.) yalnız öz şəxsi və subyektiv qənaətinə əsaslanaraq, cavabdehlərin istifadə hüquqlarının olması mövqeyindən çıxış edərək, qətnamədə doğru olmayan əsaslandırma aparmışlar. İş materiallarında cavabdehlərin mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edən heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Belə olan halda, aşağı məhkəmlərin yalnız subyektiv qənaətinə əsaslanan mövqeyindən irəli gələrək, bu barədə qətnamədə əsaslandırma aparması qanuni və əsaslı deyildir. Hətta cavabdehlərin mülkiyyətdə olan yaşayış sahəsinə istifadə hüquqları olmuş olsa belə, mülkiyyətçi olaraq onların istifadə hüquqlarının əvəzində MM-in 228.2-ci maddəsindən irəli gələrək, cav abdehlərə kompensasiya vermək hüququ yaranmır. Çünki, bunun üçün cavabdehlər iddiaçı ilə mübahisəli yaşayış yerində birgə təsərrüfat qurmalı, onun ailə üzvü olmalı və ya ailə üzvünə bərabər şəxs olmalıdır.
25. İş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən mövcud qanunevriciliyinin tələblərinin kobud pozulması ilə bağlı dəlilləri və digər bu kimi hallar onu deməyə əsas verir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki mülki iş ədalətli araşdırmamış, qətnamə lazımi qaydada əsaslandırılmamış və beləliklə də, məhkəmə tərəfindən qərəzli hüquqi nəticəyə gəlinmişdir, bu isə öz növbəsində Avropa İnsanHüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna gətirib çıxarır.
26. İşə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhk əməsi, MPM-in 8.1-ci maddəsinin (hər kəsin məhkəmə və qanun qarşısında bərabərlik prisipi) tələbini kobud pozmuşdur: Apellyasiya instansiya məhkəməsi, xx.xx.2024-cü il tarixə təyin olunan məhkəmə iclasında hüquqi müdafiəsini həyata keçirən vəkil ilə təmsil olunmağına rəğmən, onun məhkəmədə iştirakına və müdafiəsini həyata keçirməsinə lazımi şərait yaradılmamışdır. Belə ki, müdafiəçisi qeyd olunan tarixə təyin olunan ilk məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasını təxir edilməsi ilə bağlı elektron qaydada təqdim etdiyi vəsatətə (vəkil orderi əlavə edilməklə) apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə nədənsə, münasibət bildirilməmiş və ilk məhkəmə iclasında hərtərəfli və tam araşdırma aparılmadan tələsik qətnamə elan edilməklə, birinci instansiya məhk əməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Təkcə bu hal, yəni hüquqi müdafiəsini həyata keçirən vəkilin məhkəmədə iştirakının və beləliklə tərəflər arasında çəkişmə prinsipinin lazımı qaydada təmin edilməsinə şərait yaradılmaması, habelə işin hərtərəfli təhlil edilmədən ilk və yeganə iclasda tələsik qətnamə qəbul edilməsi, sonda məhkəmənin doğru olmayan hüquqi nəticəyə gəlməsi ilə nəticələnmişdir. Kassasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərindən məlum olduğu kimi, işə mahiyyəti üzrə baxan həm birinci, həm də ki, apellyasiya instansiya məhkəmələri işə bütünlüklə səthi yanaşmış, obyektiv və ədaləti araşdırma aparmadan yalnız cavabdehin birtrəfli mövqeyinə və heç bir mötəbər sübuta söykənməyən izahatlarına istinadən yanlış hüquqi nəticəyə gəlmişlər. Aşağı məhkəmələr öz qətnamələrində nədənsə sübut qismində tərəfindən iş materiallarına əlavə olunmuş Ağstafa rayon Dağ Kəsəmən kənd icra nümayəndəliyinin 1472 və 1473 nömrəli xx.xx.2023-cü il tarixli arayışlarına münasibət bildirməmişlər. İş materiallarında olan bu mötəbər sənədlər onu deməyə əsas verir ki, iş üzrə cavabdehlər mübahisəli yaşayış sahəsinin yerləşdiyi təsərrüfatda qeydiyyatda deyil və həmin yaşayış yeri üzrə istifadə hüquqları qanunla müəyyən edilməmişdir. Aşağı məhkəmələrin cavabdehlərə münasibətdə onların istifadə hüquqlarının mövcud olması ilə bağlı mövqeyi qanuni və əsaslı sayıla bilməz, çünki bu halın müəyyən olunmasına dair heç bir hüquqi sənəd və qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. Bu hal, heç bir mötəbər sübutla təsdiq olunmur. Yuxarıda qeyd olunan hallar bir daha onu d eməyə əsas verir ki, işə mahiyyəti üzrə baxan həm birinci, həmdə apellyasiya instansiya məhkəmələri hazırki mülki mübahisəni hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin, məhkəmələr işdə olan sübutlara obyektivvə qərəzsiz qiymət verməmiş, habelə işdə heç bir mötəbər sübut olmadan və mövcud faktlar təhrif olunmaqla yalnız cavabdehin əsaslandırımamış birtərəfli mövqeyinə istinadən, tərəflərin hüquq bərabərliyi prinsipi əsasında işə baxmadan doğru olmayan hüquqi nəticəyə gəlinmişdir.
27. İş üzrə birinci instaniya məhkəməsi tərəfindən həqiqətən sübutlara obyektiv və düzgün qiymət veririlməmişdir. Halbuki, sübutların düzgün dəyərləndirilməsi, qanunivə əsaslı qətnamə çıxarılması baxımından, mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o məhkəmə iclasınd a mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla, hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Apellyasiya isntansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yolvermiş, həmçinin tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməyərək, nəticədə iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbuledilmişdir. Apellyasiya instansiyası tamhüquqlu məhkəmə kimi işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxır. Yəni apellyasiya işə faktlar üzrə araşdırma aparmaqla baxır. Lakin hazırkı iş üzrə apellyasiya məhkəməsi apellyasiya şikayətində göstərilən dəlilləri araşdırmadan birinci instansiyanın gəldiyi nəticələri tə krarlayaraq razılaşmışdır. Belə ki, iş üzrə aşağıdakı hala istinad etmişdir:Cavabdehin 2004-cü ildə gəlin gəlməsi, cavabdehin qızının isə o evdə doğulması işin mübahisəsiz halıdır. Bu səbəblə hüquq münasibətinin yaranan zaman qüvvədə olan MənzilMəcəlləsi ilə tənzimləməli olduğu qənatinə gəlinmişdir. Lakin məhkəmə cavabdehin qızının orada doğulub və orada yaşamasını heç bir sübutla təsdiq etməmiş, həmçinin tərəflərin izahatları ilə gəlinin orada faktiki olaraq yaşamasını və istifadə hüququnun olmasını preyudisial hesab etdiyi məhkəmə aktı ilə əsaslandırmışdır. Lakin adıçəkilən həmin məhkəmə aktında məhkəmənin gəldiyi nəticə üçün öz təsdiqini tapmış faktlar mövcud olmamışdır. Sadəcə məhkəmə həmin qərara istinad etməklə, şəxsin istifadə hüququnun tanındığını bildirir, amma həmin aktda işin faktiki halları ilə bağlı hansı halların predusiyal əhəmiyyətə malik olduğunu sadalamır.
28. Göründüyü kimi, yuxarıda qeyd olunan işin bütün bu halları onu deməyə əsas verir ki, aşağı məhkəmə tərəfindən hazırki iş mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılmamış, iş üzrə sübutlara obyektiv qiymət verilməmişdir. Bütün bu və digər hallar onu deməyə bir daha əsas verir ki, həmbirinci instansiya məhkəməsinin, həmçinin apellyasiya instansiya məhkəməsinin müvafiq qətnaməsi əsaslandırılmamış məhkəmə aktı olmaqla yanaşı, həmin məhkəmə aktında, tərəfindən apellyasiya şikayətində əks olunan bütün dəlillərə münasibətdə səthi və qeyrimüfəssəl əsaslandırma aprılmaqla hüquqi qiymət verilməklə kifayətlənilmişdir.
29. Kassasiya şikayəti Azərbaycan Respu blikasının Konstitusiyasının 13, 29, 60, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,157, 228.2, 10 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 54, Azərbaycan Respublikasının MPM-in 8.1, 9.1, 14, 88, 106.1-ci maddələrinə də istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
30. Kassasiya şikayətinə qarşı Cavabdeh2 etiraz ərizəsi daxil olmuşdur.
31. Cavabdeh etirazında iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1671/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdehin etiraz dəlilləri həm birinci instansiya həm də apelyasiya instansiyası məhkə məsində məhkəmə iclaslarında verdiyi izahatlar zamanı istinad etdiyi hallarla əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 34. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağında n istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
35. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
36. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azər baycan Respublikasının Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin ba xılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
48. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
49. Maddə 417.1.4. Kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin xx.xx.2024-cü il tarixə təyin olunan məhkəmə iclasında hüquqi müdafiəsini həyata keçirən vəkil ilə təmsil olunmağına rəğmən, onun məhkəmədə iştirakına və müdafiəsini həyata keçirməsinə lazımi şərait yaradılmadığı, müdafiəçisi qeyd olunan tarixə təyin olunan ilk məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasını təxir edilməsi ilə bağlı elektron qaydada təqdim etdiy i vəsatətə (vəkil orderi əlavə edilməklə) apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə nədənsə münasibət bildirilmədiyi barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil əsassızdır.Belə ki, iş üzrə 08 avqust 2024-cü il tarixində apellyasiya məhkəməsində keçirilmiş məhkəmə iclasının “Elektron məhkəmə” informasiya sistemində olan audie-video yazısı ilə təsdiq edilir ki, iddiaçının vəkili Vəkil məhkəmə iclasının təxirə salınması barədə vəsatəti müzakirə olunmuş, İddiaçı özü də işə vəkilin iştirakı olmadan baxılmasına razı olmuş, məhkəmə kollegiyası işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını qərara almışdır.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddia çının kassasiya şikayətində göstərdiyi digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə ə sasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 avqust 2024-cü il tarixli 2(104)-1671/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.