Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2541/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi 19.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu,(çəzurəm) Həsənov Vüqar Təvəkkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2(103)258/2025 saylı qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Cəmiyyət” qismində Cavabdeh MMC ilə “Mülkiyyətçi” qismində X (etibarnamə əsasında qanuni nümayəndəsi Nümayəndə təmsil etmiş) arasında bağlanılmış “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, müqavilə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhəri, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı Xəzər rayonlarının ərizəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazinin yenidən qurulması məqsədi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 117 saylı sərəncamı əsasında və Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2016-c ı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 76 saylı evin, 18 saylı mənzilinin istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 76 saylı evin ümumi sahəsi 104,8 kv.metr olan 18 saylı mənzilini tikinti məqsədilə “Cəmiyyət”ə təhvil verir. “Cəmiyyət” isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20%-ə qədər əlavə sahəni (Zirvə Residence tikinti kompleksinin Qurban Abbasov ünvanındakı binadan) yaşayışın birinci mərtəbəsindən, təmirli olmaq şərti ilə “mülkiyyətçi”yə təhvil verir. Cəmiyyət mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası aşağıdakı şərtlərdə kompensasiya verir: kirayə xərclərinin kompensasiya məbləği 1 ay üçün 570 manat müəyyən edilir. Həmin məbləğdən 14% 70 manat vergiyə, qalan 500 manat mülkiyyətçiyə ödənilir. Yeni mənzilin təhvil verilməli olduğu tarix 24-36 ay müəyyən edilir.
2. Cavabdeh MTK ilə “mülkiyyətçi” qismində İddiaçı arasında bağlanılmış 06 sentyabr 2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqaviləyə dəyişiklik edilməsinə dair” xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “mülkiyyətçi” İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 76 saylı ünvanda yerləşən, Çıxarışa əsasən sahəsi 104,8 kv.m, sənədsiz sahəsi 131 kv.m olan 18 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədilə “Kooperativ”ə təhvil verir. “Kooperativ” isə həmin mənzilin əvəzində “ZX” tikinti kompleksinin X2 küçəsi 76 saylı ünvanda inşa ediləcək binanın 3-cü mərtəbəsində tikinti işləri başa çatdıqdan sonra 200 kv.m olan təmirsiz mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə təhvil verir. Kooperativ Mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərini aşağıdakı şərtlərlə kompensasiya edir: mənzilin 1 aylıq kirayə xərci 500 manat müəyyən edilir. Yeni mənzilin sahəsi 200 kv.metrdən az olmamalıdır. Yeni mənzilin təhvil verilməli olduğu tarix 12 ay müəyyən edilir. MTK mülkiyyətçiyə sahəsi 200 kv.m olan təmirsiz mənzil verməyi öhdəsinə götürür, mülkiyyətçi isə yeni mənzili qəbul etməyi öhdəsinə götürür. (tərəflər mülkiyyətçiyə veriləcək razılaşdırılmış 189 kv.m. sahəni yeni mənzilin təmir xərci əvəzinə əlavə olaraq 11 kv.m sahə ilə razılaşırlar). Tərəflər xx.xx.2018-ci il tarixli müqavilənin icrası ilə bağlı xx.xx.2021ci il tarixədək mənzil mülkiyyətçisinə ödənilməmiş 6.500 manat kirayə məbləğinin, eləcə də gələcəkdə ödəniləcək kirayə kompensasiyasının əlavə mənzil sahəsi ilə əvəzləşdirilməsinə dair ilkin razılığa gəlirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MTK-nə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kirayə haqqına görə yaranmış bo rc müqabilində əlavə sahə verilməsinə dair hissədə xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinə xitam verilməsi, 46 ay ərzində ödənilməmiş 23.000 manat kirayə haqqı, xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək, yəni 15 ay ərzində əldən çıxan faydaya görə 30.000 manat, ona verilməli olan mənzilin sahəsində aşkar edilmiş 1,11 kv.m əskikliyə görə 3.000 manat, yəni 56.000 manat maddi ziyan, 4.000 manat mənəvi ziyan olmaqla, cəmi 60.000 manatın MTK-dən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsi 76 saylı binada yerləşən 18 nömrəli mənzilin mülkiyyətçisidir. Dəniz görüntüsü olan həmin mənzil Səbail rayon Məhkəməsinin arxasında yerləşən 4 mərtəbəli binanı n 2-ci mərtəbəsində yerləşirdi. Həmin mənzil eyni binada yerləşmiş 3 mənzilin birləşməsindən yaranmışdır. O, ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmiş və əvvəllər mənzili hər ay SOCAR-da çalışan xarici vətəndaşlara 1000 ABŞ dollarına kirayəyə verirdi. Mənzilin cəmi sahəsi 235 kv.m. idi. Hazırda həmin ərazidə bu ölçülərdə olan mənzillərin aylıq kirayəsi 2000 manatdan 4000 manata qədərdir. 2018-ci ilin yayında Cavabdeh MTK mənzilin yerləşdiyi binaya dair Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilməsi haqqında” xx.xx.2016cı il tarixli sərəncamı olduğunu və mülkiyyətçi ilə razılığa gələrək müqavilə bağlanmasını təklif etmişdir. Sərəncamın 2- ci bəndinə əsasən ərazidə olan mövcud binanın sökülməsi yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına keçirilməli idi. Yeni layihənin həyata keçirilməsinə etiraz olaraq bəzi sakinlərin şikayətlərlə məhkəmələrə müraciət etdiyini bilsələrdə tikintinin Bakı şəhərinin yenidən qurulması və abadlaşdırılması işinə xidmət etdiyini anlayaraq müqavilə bağlanılmasına razılıq vermişlər. xx.xx.2018-ci il tarixdə onun etibarnaməsi əsasında nümayəndəsi Nümayəndə və Cavabdeh MTK arasında (həmin vaxt Cavabdeh MMC adlanırdı) “Mənzilə dai r hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi” haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh MTK 24-36 ay ərzində ona məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsində yerləşən 76 saylı binanın 18 nömrəli mənzil yeni binanın inşası ilə bağlı MTK-nə təhvil verilmiş, MTK tərəfindən isə yeni bina tikiləcək mənzil ona təhvil verilənədək hər ay kirayə haqqı üçün 500 manat kompensasiya ödənilməsi öhdəliyi götürülmüşdür. 2020-ci ilin iyun ayından sonra MTK tərəfindən kompensasiyanın ödənilməsi heç bir xəbərdarlıq edilmədən birtərəfli qaydada dayandırılmışdır və artıq 3 ilə yaxındır ki, həyata keçirilmir. Ona görə də xx.xx.2018- ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi ” haqqında müqavilənin icra müddəti başa çatsa da, MTK tərəfindən yeni inşa edilmiş binada mənzilin təhvil verilməsinə dair əsas öhdəlikdə icra edilmədiyindən aralarındakı yeni razılığa əsasən həmin müqavilənin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixdə yeni müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli yeni müqaviləyə əsasən binanın inşası 12 ay ərzində başa çatdırılmalı, xx.xx.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 500 manat kompensasiyanın ödənilməsi davam etdirilməli idi. Müqavilənin 4.1.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixədək ödənilməmiş 6.500 manat kirayə məbləğinin, eləcə də gələcəkdə ödəniləcək kirayə haqqının əlavə “mənzil sahəsi” ilə əvəzləşdirilməsinə dair saziş bağlayacaqlarına dair ilkin razılığa gəlsələrdə, artıq ödənilməmiş kompensasiya məbləği müqavilə öhdəliklərinin icrasının başa çatmalı olduğu xx.xx.2022-ci il tarixədək 13.000 manat, bu günədək isə 18.000 manata çatsada, onlara əlavə mənzil sahəsi verməkdən imtina edilmişdir. MTK müqavilə öhdəliklərinə əməl etdiyi halda mənzil onlara xx.xx.2022-ci il tarixdən gec olmayaraq təhvil verilməli idi. Ona görə də o, təzə mənzilin müvafiq bazar qiyməti nəzərə alınmaqla kirayə verilməsini planlaşdırılmışdır. Mənzilən azı aylıq 2500 manata kirayəyə verilməli idi. Beləliklə müqavilə öhdəliyinin pozulması və mənzilin vaxtında təhvil verilməməsi ilə mülkiyyətçiyə əldən çıxan faydaya görə ən azı əlavə olaraq 25.000 manat ziyan dəymişdir. Qeyd edilməlidir ki, müqavilə bağlanarkən onlara mənzilin dəniz görüntülü olacağı və binanın 3-cü mərtəbəsində iddiaçıya onun mənzilinin əvəzində 200 kv.m. sahəsi olan mənzil ayrılması MTK tərəfindən öhdəlik kimi göstərilsə də, ayrılmış mənzil yaşayış mənzilləri olan 1-ci mərtəbədə yerləşir. Mənzilin pəncərəsi həyətlə eyni səviyyədədir. MTK-dan tikintinin layihəsinin təqdim edilməsindən imtina olunur. Layihə üzrə mənzildəki arakəsmələrdə nəzərə alındıqda faktiki sahəsi 195,2 kv.m., yəni müqavilədə göstəriləndən 4,8 kv.m. azdır. Hazırda MTK tərəfindən tikilməkdə olan binada mənzillər hər kv.metrə görə 2500-3000 manata satılır. Bu sahədən 4,8 kv.m. çatışmayan sahəni 14.000 manat dəyərləndirirlər. Hazırda RF-də müharibə vəziyyəti ilə bağlı qonşu ölkədə Azərbaycana pənah gətirənlərin sayı çox olduğu üçün, mənzillərin kirayə götürənlərin sayı çox olduğu üçün mənzillərin kirayə haqları xeyli artmışdır. O, köçüb ailəsi ilə birlikdə vətəni olan Azərbaycana gəlmək istəsə də, Cavabdeh MTK-nın təqsirindən bunu da edə bilmir. Bu ona və ailə üzvlərinə nigarançılıq, ruhi sarsıntı və iztirab gətirir. Cavabdehin hərəkətləri üzündən onlar məyusluq, ədalətsizlik hissi və uzun müddətli qeyrimüəyyənliklə üzləşmişlər.
5. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd edilmişdir ki, 2020-ci ilin iyulundan 2023-cü ilin may ayınadək kirayə haqqlarına görə yaranmış borca görə 18.000 manat, iddiaçıya verilməli olan mənzilin sahəsində aşkar edilmiş 4,8 kv.m əskikliyə görə 14.000 manat, əldən çıxan faydaya görə 20.000 manat, yəni 52.000 manat maddi ziyana və 8.000 manat mənəvi zərərə görə olmaqla, cəmi 60.000 manat pul məbləğinin Cavabdeh MTK-dən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin gedişində keçirilmiş ekspertiza nın xx.xx.2024-cü il tarixli rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya ayrılmış mənzilin sahəsinin 198,89 kv.m., yəni müqavilədə nəzərdə tutulduğundan 1,11 kv.m.az təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa mülki işicraatda olduğu müddətdə də iddiaçının hüquqlarının pozulmasının davam etdiyini və vurulmuş maddi ziyanın artdığını nəzərə alaraq iddia ərizəsinin aşağıdakı kimi dəqiqləşdirilməsini məqsədəuyğun hesab edir. Belə ki, iddia 2023-cü ilin may ayında təqdim edilərkən kirayə haqqına görə cavabdehin borcu 18.000 manat idisə, hazırda bu məbləğ 46 ay (xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) ərzində 23.000 manata çatmışdır. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli yeni müqaviləyə əsasən binanın inşası 12 ay ərzində başa çatdırılmalı, xx.xx.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 500 manat kompensasiyanın ödənilməsi davam etdirilməli idi. Müqavilənin 4.1.4.cü bəndinə əsasən xx.xx.2021-ci il tarixədək ödənilməmiş 6.500 manat kirayə məbləğinin, eləcə də gələcəkdə ödəniləcək kirayə haqqının əlavə “mənzil sahəsi” ilə əvəzləşdirilməsinə dair saziş bağlayacaqlarına dair ilkin razılığa gəlsələr də, artıq ödənilməmiş kompensasiya məbləği 23.000 manata çatsa da, cavabdeh onlara əlavə mənzil sahəsi verilməsi ilə bağlı təklif göndərməmiş və belə bir təklifi göndərməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin ilkin razılaşma ilə bağlı iddiaçıya təklif göndərməməsi və razılaşmaya əməl etməməsindən dolayı nəzərə alınmalıdır ki, gələcəkdə bağlanacaq müqavilənin mühüm şərtləri, yəni yaranmış borca görə alınacaq sahənin həcmi, hər kv.metrə görə qiyməti, hansı mərtəbədə yerləşməsi, həcmi (ayrıca mənzil, yoxsa bitişik sahə kimi) və əsas müqavilənin bağlanma vaxtı ilkin razılaşma ilə müəyyənləşdirilməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən müqavilənin qeyd edilən bəndinə xitam verilməlidir. MTK müqavilə öhdəliklərinə əməl etdiyi halda mənzil onlara xx.xx.2022- ci il tarixdən gec olmayaraq təhvil verilməli idi. Ona görə də iddiaçı təzə mənzilin müvafiq bazar qiyməti nəzərə alınmaqla kirayə verilməsini planlaşdırılmışdı. Mənzil ən azı aylıq 2000 manata kirayəyə verilməli idi. Bina təhvil verildikdən sonra mənzilin təmirinə görə orta hesabla 4 ay tələb olunduğunu da nəzərə alsalar, müqavilə öhdəliyinin pozulması və mənzilin vaxtında təhvil verilməməsi ilə xx.xx.2023-cü il t arixdən xx.xx.2024-cü il tarixədək mülkiyyətçiyə əldən çıxan faydaya görə ən azı əlavə olaraq 30.000 manat ziyan dəymişdir.
6. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən, 1-ci və 2-ci suallar üzrə: mülki iş materiallarında tədqiq olunan mənzilin yerləşdiyi binaya dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri olmadığından, sözügedən mənzilin yerləşdiyi binanın ilkin və bu günki layihələri arasında fərqin olub-olmamasını müəyyən etmək mümkün olmadı; 3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Z.Yusifzadə küçəsində inşa edilmiş hündür mərtəbəli yaşayış kompleksində yerləşən mənzilin ümumi sahəsinin 221,0 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. İş üzrə “Rehouse” Daşınmaz Əmlak Agentliyi tərəfindən “MBM” ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində, X2 küçəsi, 78 saylı ünvanda Cavabdeh MTK tərəfindən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında mənzillər əmlak bazarında yerləşməsindən asılı olaraq hər kv.metrə görə 2.500-3.000 manata təklif edilir.
7. İş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iddiaçıya ayrılmış mənzilin ümumi sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 198,89 kv.m təşkil edir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-54/2024 nömrəli, 3 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış “06” sentyabr 2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqaviləyə dəyişiklik edilməsinə dair” xx.xx.2021-ci il tarixli müqavilənin şərtinə uyğun olaraq İddiaçı verilməli olan 200 kv.m mənzilin sahəsində aşkar edilmiş əskik sahənin- 1,11 kv.m sahənin İddiaçı verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinin ilkin müqavilə şərti kimi qeyd etsə də, faktiki olaraq həmin bənd tərəflərin qarşılıqlı razılığı əsasında əsas müqavilənin şərti kimi müəyyənləşdirilmişdir. Yəni həmin bənd ilkin müqavilə kimi qiymətləndirilə bilməz.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlə iddiaçı arasında ödənilməmiş və gələcəkdə ödənilməli olan kirayə haqlarının əvəzinə iddiaçının mənzil sahəsi ilə təmin olunması barədə qarşılıqlı razılığa gəlindiyindən, bununla da tərəflər arasında kirayə haqqının mənzil sahəsi ilə əvəzləşdirilməsi barədə tərəflərin iradə ifadəsi müqavilə şərti kimi nəzərdə tutulduğundan, məhkəmə qeyd etmişdir ki, iddia tələbi 23.000 manat kirayə haqqının ödənilməsi hissəsində təmin edilməməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayd a kimi 30.000 manat maddi ziyanın vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək, yəni 15 ay ərzində əldən çıxan faydaya görə 30.000 manat pul məbləğinin ödənilməsi hissəsində tələb əsassız və təmin edilməməlidir.
12. İddiaçıya verilən mənzil sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən 1,11 kv.m əskik verilməsi müəyyən edilmişdir. Məhkəmə bu hissədə qeyd etmişdir ki, əskik verilmiş sahəyə görə iddiaçı pul kompensasiyasının verilməsi barədə tələb irəli sürsə də, cavabdeh tərəfindən inşa edilən binada mənzilin 1 kv.m dəyərinin məhz 3.000 manat həddində olması barədə sübut təqdim edilmədiyindən, eyni zamanda tərəflər arasında gələcəkdə 200 kv.m-dən artıq sahənin verilməsi öhdəliyini (ödənilməmiş kirayə haqqının kompensasiyas ı kimi) cavabdeh üzərinə götürdüyündən, məhkəmə qeyd etmişdir ki, cavabdeh üzərinə eyni zamanda əskik verilmiş 1,11 kv.m. sahənin də iddiaçıya verilməsi öhdəliyi qoyulmalıdır.
13. Məhkəmə vurulmuş mənəvi ziyana görə 4.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 386.1, 389.1, 390.1, 402.1, 402.2, 405.1, 417.1, 442, 443.1, 443.5-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216-220-cı maddələrinə istina d etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin tam təmin edilərək kirayə haqlarına görə yaranmış borc müqabilində əlavə sahə verilməsinə dair ilkin razılaşmaya aid hissədə xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4.-cü bəndinə xitam verilməsi, 46 ay ərzində ödənilməmiş 23.000 manat kirayə haqqı, xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək, yəni 15 ay ərzində əldən çıxan faydaya görə 30.000 manat, verilməli olan mənzilin sahəsində aşkar edilmiş 1,11 kv.m əskik sahəyə görə 3.000 manat, yəni 56.000 manat maddi ziyana və 4.000 manat mənəvi zərərə görə olmaqla, cəmi 60.000 manat pul məbləğinin Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barəd ə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili ərizə verərək, cavabdeh tərəfindən aylıq ödənilən kirayə haqqının qətnamənin icrası gününə olan borc nəzərə alınmaqla hər aya görə 500 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildimişdir ki, binanın inşası davam etdiyindən, mənzil bu günədək onlara təhvil verilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2(103)258/2025 saylı qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova və Cavid Hüseyn) apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-54/2024 nömrəli, 3 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış kirayə haqlarına görə yaranmış borc müqabilində əlavə sahə verilməsinə dair hissədə xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinə xitam verilməsi, xx.xx.2021-ci il tarixədək iddiaçıya ödənilməmiş 6.500 manat, eləcə də həmin tarixdən hazırki iş üzrə qətnamənin icrası gününədək aylıq 500 manat olmaqla kirayə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, mənzilin sahəsində aşkar edilmiş 1,11 kv.m əskik sahəyə görə 2.958,11 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təm in edilməməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk növbədə müəyyən olunmalıdır ki, tərəflər arasında bağlanılmış “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçı mülkiyyət hüququ ilə ona məxsus ümumi sahəsi 104,8 kv.m olan 18 saylı mənzilini sökülmək üçün cavabdehə təhvil verməsi, cavabdeh isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və əlavə olaraq onun 20% artıq sahəsini təmirli olmaq şərti ilə iddiaçının mülkiyyətinə verməsi, həmçinin yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdıqdan sonra 24-36 ay m üddətində həmin ərazidə inşa olunacaq yaşayış binasında mənzili iddiaçıya təhvil verməsi, iddiaçının, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşamaları üçün onun kirayə xərclərini 1 aylıq 500 manat olmaqla ödəməsi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin müvafiq şərtlərinə əsasən tərəflər iddiaçının mülkiyyətində olan Çıxarış üzrə sahəsi 104,8 kv.m, sənədsiz sahəsi 131 kv.m olan 18 saylı mənzilin yaşayış kompleksinin tikintisi məqsədi ilə cavabdehə təhvil verilməsi, cavabdeh isə həmin mənzilin əvəzində inşa ediləcək binanın 3-cü mərtəbəsində tikinti işləri başa çatdıqdan sonra 200 kv.m olan təmirsiz mənzilin iddiaçının mülkiyyətinə təhvil verilməsi, aylıq 500 m anat kirayə haqqı ödənilməsi və yeni mənzilin 12 ay müddətində təhvil verilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 4.1.3-cü bəndinə əsasən MTK cavabdehə sahəsi 200 kv.m olan təmirsiz mənzil verilməsini öhdəsinə götürmüş, cavabdehə isə yeni mənzil qəbul etməyi öhdəsinə götürmüşdür (tərəflər cavabdehə veriləcək razılaşdırılmış 189 kv.m sahə götürəcək yeni mənzilin təmir xərci əvəzinə əlavə olaraq 11 kv.m sahə ilə razılaşmışlar). Müqavilənin 4.1.4-cü bəndinə əsasən tərəflər xx.xx.2018-ci il tarixli müqavilənin icrası ilə bağlı xx.xx.2021-ci il tarixədək mənzil mülkiyyətçisinə ödənilməmiş 6.500 manat kirayə kompensasiya məbləğinin, eləcədə gələcəkdə ödəniləcək kirayə kompensasiyasının əlavə mənzil sahəsi ilə əvəzləşdirilməsinə dair ilkin razılığa gəlmişlər.
19. Məhkəmə kollegiyası işin müə yyən olunmuş halları ilə bağlı daha sonra qeyd etmişdir ki, mənzil iddiaçı tərəfindən cavabdehə təhvil verilsə də, xx.xx.2021-ci ildə, yəni müqaviləyə dəyişiklik edilən tarixə cavabdeh kirayə pulunu ödəməmiş və nəticədə 6.500 manat borc yarandığı müqavilədə təsbit olunmuşdur.
20. Məhkəmə kollegiyası ilkin olaraq xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinə xitam verilməsinə münasibətdə isə qeyd etmişdir ki, müqavilənin şərtindən göründüyü kimi tərəflər həmin hissədə ilkin razılığa gəlmişlər. Müvafiq razılığın özündə də birbaşa qeyd olunmuşdur ki, “ilkin razılığa gəlirlər (və ya bəyan edirlər)”. Ona görə də həmin razılaşmanı müqavilənin mühüm şərti kimi qəbul etmək olmaz. Göstərilən bənddə gələcəkdə əvəzləşirilməli olan kirayə haqqının ümumi məbləği ilə mənzil sahəsinin ölçüsü və s. Mühüm şərtlər barədə heç bir qeyd yoxdur.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən hissədə tərəflər ilkin müqavilə bağlamış, lakin sonradan cavabdeh əsas müqavilənin bağlanması ilə bağlı real heç bir hərəkət eməmişdir.
22. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, kirayə pulunun mənzil sahəsi ilə əvəzləşdirilməsi barədə əsas müqavilə xx.xx.2022-ci il tarixinədək bağlanmalı idi.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hissədə iddia tələbi təmin edilməli və xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinə xitam verilməlidir.
24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həmin müqavilə şərti müddətin keçməsinə görə qanunla xitam olunduğundan, hazırkı qətnamə təsbit xarakteri daşıyır.
25. İddianın “46 ay ərzində ödənilməmiş 23.000 manat kirayə haqqı tələbinə aid” hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hissədə iddiaçının tələbi haqlıdır.
26. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi-vəkili məhkəmə iclasında təqdim etdiyi cavabdeh tərəfindən aylıq ödənilən kirayə haqqının qətnamənin icrası gününə olan borc nəzərə alınmaqla hər aya görə 500 manat tutulmasına dair təqdim etdiyi ərizəni qəbul edərək, qeyd etmişdir ki, müqavilənin 4.1.4-cü bəndinə xitam verildiyi təqdirdə əlavə mənzil sahəsi əvəzinə cavabdeh tərəfindən kirayə pulunun ödənilməsi labüddür.
27. Bununla belə məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizədə göstərilən məsələ yeni mübahisə predmeti kimi qəbul edilə bilməz, mübahisə predmeti kirayə kompensasiyasının məbləği deyil, onun ümumiyyətlə tutulmasıdır. Hazırki halda isə davam edən müqavilə münasibətləri çərçivəsində hər icra edilməmiş ay üçün cavabdeh 500 manat kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə olduğu təqdirdə iddiaçı kirayə pulunun tutulması üçün hər ay məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi onun hüquqlarının mütəmadi pozulması ilə nəticələnəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2021-ci il tarixədək mənzil mülkiyyətçisinə ödənilməmiş 6.500 manat və həmin münasibətlərin davamı kimi əlavə olaraq qətnamənin icrası gününədək hər ay 500 manat kirayə haqqı hesablanaraq tutulması əsaslıdır. xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək, yəni 15 ay ərzində əldən çıxan faydaya görə 30.000 manat kompensasiya ödənilməsinə münasibətdə iddiaçı qeyd etmişdir ki, MTK müqavilə öhdəliklərinə əməl etdiyi halda mənzil onlara xx.xx.2022-ci il tarixdən gec olmayaraq təhvil verilm əli idi. Ona görə də iddiaçı təzə mənzilin müvafiq bazar qiyməti nəzərə alınmaqla kirayə verilməsini planlaşdırmışdır. Mənzil ən azı aylıq 2.000 manata kirayəyə verilməli idi. Bina təhvil verildikdən sonra mənzilin təmirinə görə orta hesabla 4 ay tələb olunduğunu da nəzərə alsalar, müqavilə öhdəliyinin pozulması və mənzilin vaxtında təhvil verilməməsi ilə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək mülkiyyətçiyə əldən çıxan faydaya görə ən azı əlavə olaraq 30.000 manat ziyan dəymişdir.
28. Məhkəmə kollegiyası iddia tələbinin bu hissəsini əsassız hesab etmiş və qeyd etmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (Mülki Məcəllənin 443.4). Hazırkı halda isə iddiaçı təhvil veriləcək mənzildən istifadə ilə bağlı götürəcəyi faydanı müəyyən edən hər hansı mötəbər sübut– ilkin müqavilə, niyyət razılaşması, protokolu və s. təqdim etməmişdir. İddiaçıya verilməli olan mənzilin sahəsində aşkar edilmiş 1,11 kv.m əskik sahəyə görə 3.000 manat tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır. Birinci instansiya məhkəməsində təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/210/9979 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iddiaçıya ayrılmış mənzilin ümumi sahəsinin Azərbaycan Respublikasının Şəhərsalmavə Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 198,89 kv.m təşkil edir.
29. Bununla bağlı məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş 200 kv.m-dən az olmaqla, 198,89 kv.m təşkil edir. Fərq 1,11 kv.m-dir. Cavabdeh göstərilən qaydada hesablama və 1,11 kv.m əskik sahənin əvəzləşirilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və qətnamədən şikayət verməmişdir. İddiaçı məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsində yerləşən 76 saylı binanın (hazırda sökülmüşdür) əvəzində Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında və yaxın ərazilərdə yerləşən yeni binalarda mənzilin (təmirli və təmirsiz) 1 kv.m-nin dəyərinin və Bakı şəhəri, Səbail rayonu, Bay ıl qəsəbəsi, X2 küçəsində yerləşən yeni binalarda sahəsi 200 kv.m olan təmirli mənzilin hazırda kirayə dəyərini müəyyən etmək məqsədi ilə məhkəmə kollegiyasının 16 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsində yerləşən 76 saylı binanın (hazırda sökülmüşdür) əvəzində Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında və yaxın ərazilərdə yerləşən yeni təmirli mənzillərin 1 kv.m-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 3865,00 manat, təmirsiz mənzillərin 1 kv-nin hazırda mövcud olan orta bazar qiyməti isə təqribən 2665,00 manat məbləği ndə müəyyən edilir. Yaxın ərazilərdə olan 200 kv.m təmirli mənzillərin kirayə dəyəri barədə məlumat olmadığından kirayə dəyərini müəyyən etmək mümkün olmamışdır.
30. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, həmin ərazidə təmirsiz mənzillərin (cavabdeh iddiaçıya təmirsiz mənzil təhvil verməlidir) 1 kv.m-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2665,00 manat təşkil edir. Belə olduqda isə iddiaçıya 1,11 kv.m əskik sahəyə görə 2958,11 manat kompensasiya ödənilməli, bundan başqa iddiaçı mənəvi zərərə görə 4.000 manat tələb etmişdir. Məhkəmə kollegiyası mənəvi zərərə aid hissədə məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti ilə razılaşmamış və qeyd etmişdir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir.
31. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin hüquqa zidd əməli, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan faktiki məhrum olması, vurulmuş ziyanın aradan qaldırılması və onun öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə qeyd etmişbdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 2.000 manat həddində qiymətləndirilməlidir. İddiaçı mənəvi zərərə görə 4.000 manat tələb etsə də, məhkəmə kollegiyası nəzərə almışdır ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirablar ın təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
32. Beləliklə məhkəmə kollegiyası qeyd etmişdir ki, mənəvi zərərə aid hissədə iddia tələbi qismən təmin edilməklə, mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pulvəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
33. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385, 405.1, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.2.3, 422.2.4, 427.3, 448.1, 448.2, 752.1, 759.1 və 762.1-ci, habelə Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 80,88, 106.1, 217.1, 217.2, 217.3, 218.1, 384.0.2 və 405-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
34. C avabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, mübahisələndirilən qətnamənin “İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış kirayə haqlarına görə yaranmış borc müqabilində əlavə sahə verilməsinə dair hissədə xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4cü bəndinə xitam verilsin”; “xx.xx.2021-ci il tarixədək iddiaçıya ödənilməmiş 6.500 manat, eləcədə həmin tarixdən hazırkı iş üzrə qətnamənin icrası gününədək aylıq 500 manat olmaqla kirayə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilsin”; “vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilsin” hisələrində ləğv edilərək, iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi” haqqında müqaviləyə dəyişiklik edilməsi haqqında 17 avqust 2021-ci ildə bağlanmış müqaviləni əsassız olaraq, “ilkin müqavilə” kimi qiymətləndirərək, mübahisəyə Mülki Məcəllənin 402-ci maddəsinin normalarını tətbiq etməklə, tətbiq edilməli olmayan maddi hüquq normasını hazırkı işə tətbiq etməklə, səhv nəticəyə gəlmiş, düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı da iddia ərizəsinin məzmununda bildirmişdir ki, 06 sentyabr 2018-ci ildə bağlanmış müqaviləyə dəyişikliklər edilərək, 17 avqust 2021-ci ildə tərəflər arasında yeni müqavilə bağlanmış və həmin müqavilə üzrə tərəflər öhdəliklər götürmüşlər. Apellyasiya instansiyası məhkəməsi isə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi “ilkin müqavilə” ilə bağlı dəlillər işin hallarına uyğun deyil. Tərəflər arasında bağlanmış 17 avqust 2021-ci iltarixli müqavilə “ilkin müqavilə” deyil, tərəflər arasında 06 sentyabr 2018-ci ildə bağlanmış “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqaviləyə dəyişiklik edilməsi haqqında müqavilədir. Ona görə də, həmin müqaviləyə Mülki Məcəllənin 402-ci maddəsinin tətbiq edilərək, ilkin müqavilə kimi qiymətləndirilməsi, “tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilmişdir” maddi hüquq normasının pozuntusu kimi qiymətləndirilməli dir. İş materiallarında olan, tərəflər arasında bağlanılmış “06 sentyabr 2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqaviləyə dəyişiklik edilməsinə dair” xx.xx.2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, müqavilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərizəsində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərba ycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh MMC Azərbaycan Respublikası Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 117 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı il ə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 76, üvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. “Mülkiyyətçi” mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 76 saylı ünvanda yerləşən, çıxarış sahəsi 104,8 kv.m., sənədsiz sahəsi 131 kv.m. olan 18 saylı mənzili İddiaçı yaşayış kompleksinin tikintisi məqsədi ilə “Kooperativ”ə təhvil verir. “Kooperativ” isə həmin mənzilin əvəzində “Zirvə Residence” tikinti kompleksinin X2 76 küçəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində tikinti işləri başa çatdıqdan sonra 200 kv.m. olan təmirsiz mənzil “Mülkiyyətçi”nin mülkiyyətinə təhvil verir. Kooperativ Mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin Müvə qqəti yaşayış sahəsində yaşaması üçün Mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası aşağıdakı şərtlərdə kompensasiya verir: 6 saylı mənzilin kirayə xərclərinin kompensasiya məbləği 1 aylıq: 500 manat müəyyən edilir. Yeni mənzilin sahəsi 200 kv.metrdən az olmamalıdır. Yeni mənzilin təhvil verilməli olduğu tarix: 12 ay. MTK sakinə sahəsi 200 kv.m. olan təmirsiz mənzil verilməsini öhdəsinə götürür. Sakin isə yeni mənzil qəbul etməyi öhdəsinə götürür (tərəflər sakinə veriləcək razılaşdırılmış 189 kv.m. sahəli götürəcəyi yeni mənzilin təmir xərci əvəzinə əlavə olaraq 11 kv.m. sahə ilə razılaşırlar). Tərəflər xx.xx.2018-ci il tarixli müqavilənin icrası ilə bağlı xx.xx.2021-ci il tarixədək mənzil mülkiyyətçisinə ödənilməmiş 6.500 manat kirayə kompensasiya məbləğinin, eləcədə gələcəkdə ödəniləc ək kirayə kompensasiyasının əlavə mənzil sahəsi ilə əvəzləşdirilməsinə dair ilkin razılığa gəlirlər (və ya bəyan edirlər). Göründüyü kimi, 17 avqust 2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndi “ilkin müqavilə” kimi deyil, xx.xx.2018-ci il tarixli müqaviləyə edilmiş dəyişiklik kimi qiymətləndirilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinin ilkin müqavilə şərti kimi qeyd etsə də, faktiki olaraq həmin bənd tərəflərin qarşılıqlı razılığı əsasında əsas müqavilənin şərti kimi müəyyənləşdirilmişdir. Yəni həmin bəndi ilkin müqavilə kimi qiymətləndirilə bilməz. Bu səbəbdən qeyd edilən bəndin xitam edilməsi hissəsində iddia əsaslı hesab edilə bilməz. İddia tələbi 23.000 manat kirayə haqqının tutulması hissəsi üzrə də təmin olunmamalıdır. 06 sentyabr 2018-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi haqqında tərəflər arasında 21 avqust 2021-ci il tarixdə bağlanmış müqavilədə iddiaçı və cavabdeh arasında ödənilməmiş və gələcəkdə ödənilməli olan kirayə haqlarının əvəzinə iddiaçının mənzil sahəsi ilət əmin olunması barədə qarşılıqlı razılığa gəlindiyindən, bununla da tərəflər arasında kirayə haqqının mənzil sahəsi ilə əvəzləşdirilməsi barədə tərəflərin iradə ifadəsi müqavilə şərti kimi nəzərdə tutulduğundan, iddia tələbi 23.000 manat kirayə haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi vurulmuş mənəvi zərərin əvəzi olaraq, 2.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşıetiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur
42. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidm ətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
43. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
44. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
45. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
46. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
47. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
48. Maddə 421.2. Tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətl i pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
49. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
50. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyət li dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur
51. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər.
52. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
53. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
65. Cavabdehin kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi, iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
66. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
67. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, mübahisələndirilən hissədə iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.
68. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arası nda bağlanılmış “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus ümumi sahəsi 104,8 kv.m olan 18 saylı mənzilini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin mənzilin əvəzində yeni inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və əlavə olaraq 20% artıq təmirli sahə olmaq şərti ilə iddiaçının mülkiyyətinə verməyi, həmçinin yaşayış binasının yerləşdiyi ünvanda bütün yaşayış sahələri tam söküldükdən sonra 24-36 ay müddətində həmin ərazidə inşa olunacaq yaşayış binasından iddiaçıya mənzil təhvil verməyi, habalə iddiaçının, ailə üzvlərinin və onların himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşamaları üçün hər ay 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, tərəflər iddiaçının mülkiyyətində olan Çıxarış üzrə sahəsi 104,8 kv.m, sənədsiz sahəsi 131 kv.m olan 18 saylı mənzili yaşayış kompleksinin tikintisi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin mənzilin əvəzində inşa ediləcək binanın 3cü mərtəbəsində tikinti işləri başa çatdıqdan sonra sahəsi 200 kv.m olan təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi, hər ay 500 manat kirayə haqqı ödəməyi və yeni tikiləcək mənzili 12 ay müddətində təhvil verməyi öhdəsinə götürmüşdür.
69. Tərəflər həmçinin cavabdehə veriləcək razılaşdırılmış 189 kv.m sahə ilə yanaşı, yeni mənzilin təmir xərci əvəzinə əlavə o laraq 11 kv.m sahə verməyi razılaşmışlar. Müqavilənin 4.1.4-cü bəndinə əsasən, tərəflər xx.xx.2018-ci il tarixli müqavilənin icrası ilə bağlı xx.xx.2021-ci il tarixədək mənzilin mülkiyyətçisinə ödənilməmiş 6.500 manat kirayə haqqı və gələcəkdə ödəniləcək kirayə haqqının əlavə mənzil sahəsi ilə əvəzləşdirilməsi barədə ilkin razılığa gəlmişlər.
70. Apellyasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş halları ilə bağlı qeyd etmişdir ki, mənzil iddiaçı tərəfindən cavabdehə təhvil verilsə də, xx.xx.2021-ci il tarixdə, yəni müqaviləyə dəyişiklik edilən tarixə cavabdeh kirayə haqqını ödəməmiş və nəticədə 6.500 manat borcu yaranmışdır.
71. Apellyasiya instansiyası məhkəməsi, ilkin olaraq xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinə xitam verilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, müqavilənin şərtlərindən göründüyü kimi tərəflər həmin hissədə ilkin razılığa gəlmişlər. Müvafiq razılığın özündə də birbaşa qeyd olunmuşdur ki, “ilkin razılığa gəlirlər (və ya bəyan edirlər)”. Ona görə də həmin razılaşmanı müqavilənin mühüm şərti kimi qəbul etmək olmaz. Göstərilən bənddə gələcəkdə əvəzləşirilməli olan kirayə haqqının ümumi məbləği ilə mənzil sahəsinin ölçüsü və s. mühüm şərtləri barədə heç bir qeyd yoxdur.
72. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, göstərilən hissədə tərəflər ilkin müqavilə bağlamış, lakin sonradan cavabdeh əsas müqavilənin bağlanması ilə bağlı real heç bir hərəkət eməmişdir. Belə ki, kirayə haqqının mənzil sahəsi ilə əvəzləşdirilməsi barədə əsas müqavilə xx.xx.2022-ci il tarixədək bağlanmalı idi.
73. Apellyasiya instan siyası məhkəməsi qeyd etmişdir ki, bu hissədə iddia tələbi təmin edilməli və xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinə xitam verilməlidir. Həmçinin həmin müqavilə şərti müddətin keçməsinə görə qanunla xitam olunduğundan, hazırkı qətnamə təsbit xarakteri daşıyır.
74. İddianın “46 ay ərzində ödənilməmiş 23.000 manat kirayə haqqı tələbinə aid” hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hissədə iddiaçının tələbi haqlıdır.
75. Belə ki, müqavilənin 4.1.4-cü bəndinə xitam verildiyi təqdirdə əlavə mənzil sahəsi əvəzinə cavabdeh tərəfindən kirayə pulunun ödənilməsi labüddür. Bununla belə ərizədə göstərilən məsələ yeni mübahisə predmeti kimi qəbul edilə bilməz, çünki mübahisə predmeti kirayə haqqının məbləği deyil, onun ümumiyyətlə tutulmasıdır. Haz ırkı halda davam edən müqavilə münasibətləri çərçivəsində hər icra edilməmiş ay üçün cavabdeh 500 manat kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə olduğu təqdirdə iddiaçı kirayə pulunun tutulması üçün hər ay məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi onun hüquqlarının mütəmadi pozulması ilə nəticələnəcəkdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixədək mənzil mülkiyyətçisinə ödənilməmiş 6.500 manat və həmin münasibətlərin davamı kimi əlavə olaraq qətnamənin icrası gününədək hər ay 500 manat kirayə haqqı hesablanaraq tutulması əsaslıdır.
76. İddiaçı, xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək, yəni 15 ay ərzində əldən çıxan faydaya görə 30.000 manat kompensasiya tələb edir, yəni MTK müqavilə öhdəliklərinə əməl etdiyi halda mənzil ona xx.xx.2022-ci il tarixd ən gec olmayaraq təhvil verilməli idi, o isə yeni mənzili hər ay 2.000 manata kirayəyə verməklə qazanc əldə edə bilərdi. Bina təhvil verildikdən sonra mənzilin təmirinə orta hesabla 4 ay tələb olunduğu nəzərə alınsa, müqavilə öhdəliyinin pozulması və mənzilin vaxtında təhvil verilməməsi ilə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək ona əldən çıxmış fayda kimi ən azından 30.000 manat məbləğində maddi ziyan dəymişdir.
77. Apellyasiya instansiyası məhkəməsi, iddia tələbinin bu hissəsini əsassız hesab edərək, qeyd etmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (Mülki Məcəllənin 443.4). Hazırkı halda iddiaçı təhvil veriləcək mənzildən istifadə ilə bağlı götürəcəyi faydanı müəyyən ed ən hər hansı mötəbər sübutları, məsələn ilkin müqaviləni, niyyət razılaşmasını, protokolu və sair təqdim etməmişdir.
78. İddiaçıya verilməli olan mənzilin sahəsində aşkar edilmiş 1,11 kv.m əskik sahəyə görə 3.000 manatın tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, iddiaçıya ayrılmış mənzilin ümumi sahəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində, habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına əsasən 198,89 kv.mektr təşkil edir. Yəni, yeni mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş 200 kv.m az olmaqla, 198,89 kv.m təşkil edir və fərq 1,11 kv.m-dir. Cavabdeh göstərilən qaydada hesablama və 1,11 kv.m əskik sahənin əvəzləşirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qətnamədən apellyasiya şikayəti verməmişdir.
79. İddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsində yerləşən 76 saylı binanın (hazırda sökülmüşdür) əvəzində cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında və yaxın ərazilərdə yerləşən yeni binalarda mənzilin (təmirli və təmirsiz) 1 kv.m dəyərinin və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X2 küçəsində yerləşən yeni binalarda sahəsi 200 kv.m olan təmirli mənzilin hazırda kirayə dəyərini müəyyən etmək üçün Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli rəydən görünü r ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsində yerləşən 76 saylı binanın (hazırda sökülmüşdür) əvəzində cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında və yaxın ərazilərdə yerləşən yeni təmirli mənzillərin 1 kv.m hazırda mövcud olan orta bazar qiyməti təqribən 3.865,00 manat, təmirsiz mənzillərin 1 kv.m orta bazar qiyməti təqribən 2665,00 manat təşkil edir.
80. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin ərazidə təmirsiz mənzillərin (cavabdeh iddiaçıya təmirsiz mənzil təhvil verməlidir) 1 kv.m hazırda mövcud olan orta bazar qiyməti təqribən 2.665,00 manat təşkil edir. Belə olan halda iddiaçıya 1,11 kv.m əskik sahəyə görə 2.958,11 manat kompensasiya ödənilməlidir.
81. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının cavabdehdən 4.000 manat mənəvi zərər tələbinə münasibətdə qeyd etmişdir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehin hüquqa zidd əməli, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan faktiki məhrum olması, vurulmuş ziyanın aradan qaldırılması və onun öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan sarsıntıya gətirib çıxarmışdır.
82. Belə olan halda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 2.000 manat məbləğdə qiymətləndirilməlidir.
83. İddiaçı mənəvi zərərə görə 4.000 manat tələb etsə də, a pellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ona görə də mənəvi zərərə aid hissədə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xerinə mənəvi zərərə görə 2.000 manat kompensasiya tutulmalıdır.
84. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: Cavabdeh Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2(103)-258/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.