Məhkəmə qərarları › İş №2(102)-2542/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2542/2020

29.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2542/2020 29.06.2020 ALİ MƏHKƏMƏ İddiaçı: x3 Cavabdehlər: Azərbaycan Respublikasının Dövlət XXX Komitəsi və h XXX İdarəsi İddia tələbi: yükün itirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi (Açar sözlər: cavabdehin sübutetmə yükü, hüquqi həqiqət prinsipi, ekspertiza barədə vəsatət, əsaslandırılmış qərardad) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh Dövlət XXX Komitəsinin nümayəndəsi x4 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11644/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu i l tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət XXX Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Cantemirova Mərcan (Marjan) Usmanovna (bundan sonra – iddiaçı) içərisində qadın xəz şubaları olan üç ədəd çanta ilə 23 sentyabr 2014-cü il tarixdə XXX XXX İdarəsinin Samur XXX postuna daxil olmuş, həmin bağlamalar XXX XXX İdarəsinin Samur XXX postuna müvəqqəti saxlanca verilmişdir. Qeyd edilən malların müvəqqəti saxlanca verilməsi ilə əlaqədar Samur XXX postunun əməkdaşları tərəfindən 23 sentyabr 2014-cü il tarixli 216 saylı protokol tərtib edilməklə imzalanmışdır. İddiaçı 29 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət XX X Komitəsinin sədrinə ünvanladığı ərizəsində kommersiya fəaliyyəti ilə məşğul olduğundan, Çindən xəz şubaları gətirərək Azərbaycandan tranzit yolu ilə Dağıstana apardığını qeyd etmişdir. Gətirilən şubalardan 52 ədədi qüsurlu olduğundan həmin malların Çinə qaytarılması üçün Samur XXX postunda saxlanca verildiyini, sonradan həmin malların qaytarılmadığını qeyd edərək, həmin malların qaytarılmasında köməklik olunmasını xahiş etmişdir. XXX Rayon Məhkəməsinin 28 iyun 2016-ci il tarixli qətnaməsi ilə iddiaçının XXX XXX İdarəsinə qarşı hər birində 21 ədəd qadın xəz şubası olmaqla üç bağlama yükün itirilməsi nəticəsində ona dəymiş 95000 ABŞ dolları məbləğində ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya məxsus 63 ədəd qadın xəz şuba və ya onların dəyəri olan 95000 ABŞ dolların ın ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət XXX Komitəsinin apellyasiya şikayəti təmin edilmiş, XXX Rayon Məhkəməsinin 28 iyun 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, həmin işdə cavabdeh qismində göstərilən XXX XXX İdarəsi iddiaya cavab verməli olan şəxs deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instans iyası məhkəməsində icraat: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXX XXX İdarəsinin Samur postuna daxil olmuş, hər birində 21 ədəd qadın xəz şubası olmaqla üç bağlama yükün itirilməsi nəticəsində iddiaçıya dəymiş 93950 ABŞ dolları həcmində ziyanın Dövlət XXX Komitəsindən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı 23 sentyabr 2014-cü ildə XXX XXX İdarəsində əşyalarının götürülməsinə dair 216 saylı protokolla saxlama kamerasına müvəqqəti olaraq yük yerləşdirmişdir. Həmin mallar tranzit olaraq Çin Xalq Respublikasına qaytarılmalı idi. Yükü başqa sürücü oradan almalı idi. Yükün içində ümumi qiyməti 93950 ABŞ dolları həcmində xəz şubalar olmuşdur. Bir müddət sonra o, həmin malları geri almaq üçün məntəqəyə müraciət etmişdir. 2014-cü ilin sonlarında malların məntəqədə olmaması barədə ona məlumat vermişlər. 2015-ci ilin yanvarında onun müraciətinə mənfi cavab verilmişdir. Bununla əlaqədar müraciət etdiyi bütün instansiyalar ona həmin mal barədə hər hansı məlumat verməmişlər. XXX XXX İdarəsində müvafiq sənədləri təqdim edərək ya malı, ya da onun dəyərini tələb etmişdir. Hesab edilir ki, iddiaçıya dəymiş 93950 ABŞ dolları həcmində ziyanı Azərbaycan Dövlət XXX Komitəsi ödəməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1193/2018 nömrəli iş üzrə 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.Məhərrəmova) iddia təmin edilməmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, id dia tələbinin məzmunu formal olaraq delikt tələbi kimi qoyulsa da, iş üzrə dövlət orqanları tərəfindən hər hansı mülki hüquq pozuntusunun qeydə alınması müəyyən edilməmişdir. Cavabdehin əşyaların saxlanca verilməsi protokolu ilə müəyyən edilmiş müddəti həddən artıq çox ötürməsi və əşyaların aqibətinə xeyli vaxt ərzində etinasız yanaşması həmin əşyaların müsadirə edilməsinə səbəb olmuşdur. İddiaçı mübahisələndirilən malların sayı, dəyəri və malların götürülməsi ilə bağlı orqanlara vaxtında müraciət etməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, hazırkı iddia tələbi əvvəllər də XXX XXX İdarəsinə qarşı qaldırılmış, lakin iddia tələbində göstərilmiş dəlillər həmin işdə də öz təsdiqini tapmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-6020/2018 nömrəli iş üzrə 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Hacıyev (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin müsadirənin qanuni olması ilə bağlı gəldiyi qənaətlə razılaşmasa da, iddianın sübuta yetrilməməsi əsası ilə rədd olunmasını qanuni hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5437/2019 nömrəli iş üzrə 18 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, ap elyasiya instansiyası məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki prosessual qanunvericilikdə subutetmə yükünün bölüşdürülməsinin ümumi qaydası ilə bərabər, sübutetmə baxımından imkanları məhdud olan tərəfi müəyyən faktın mövcudluğunu sübut etmək vəzifəsindən azad edən və digər tərəf əksini sübut edənədək bu faktın mövcudluğunu ehtimal edilən xüsusi qayda da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin iddianı rədd edən məhkəmələr iş üzrə sübutemə vəzifəsini düzgün bölüşdürməmişlər. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-11644/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət XXX Komitəsindən tutularaq x1 ödənilməsi qət olunmuşdur. Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, iddiaçıya məxsus bağlamaların “Əşyaların götürülməsinə dair” 23 sentyabr 2014-cü il tarixli, 216 saylı protokolla rəsmiləşdirilməklə XXX XXX İdarəsinin Samur XXX postunda saxlanca verilməsi işin mübahisələndirilməyən halıdır. Həmin protokolda isə iddiaçıdan 3 çantada ümumi dəyəri 95000 ABŞ dolları olan şubaların götürüldüyü qeyd edilmişdir. İddiaçı həmin malların cavabdeh orqan tərəfindən heç bir səbəb olmadan qaytarılmamasına istinad edərək, şubaların dəyəri kimi 93950 ABŞ dolları məbləğində pulun cavabdeh orqandan tutulmasını tələb etmişdir. Cavabdeh b irinci instansiya məhkəməsinə təqdim edilmiş yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutlar təqdim etməmiş, ziddiyyətli izahatlar (məlumatlar) vermişdir. İddiaçı 2014-cü ilin sentyabr ayından sonra yalnız 13 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının XXX sərhədindən keçməsinə baxmayaraq, bu müddətlərdə malları ilə maraqlanmaması şübhə doğurur. Apelyasiya instansiyası məhkəməsi MPM-in 77.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş protokolla malların sayı və dəyərinin düzgün göstərilməməsi əsası ilə razılaşmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, əşyaların götürülməsi barədə protokol əşyanın adı, əşyanın gətirildiyi ölkə, miqdarı, çəkisi, faktura dəyəri qrafalarına bölünməklə əşyanı təhvil alan həmin qrafaların dəqiq doldurulmasını təmin etməlidir. İddiaçının təqdim etdiyi protokolda malların dəyərinin göstərilməsi, cavabdeh orqanda saxlanılan surətində isə malların dəyərinin göstərilməməsi iddiaçının iddiasının əsası kimi istinad etdiyi halları sübut etmədiyi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, cavabdeh malların sayının və dəyərinin iddiaçının göstərdiyi miqdarda və məbləğdə olmadığını bildirsə də, həmin malların əslində hansı miqdarda olduğu və faktura dəyərinin nə qədər təşkil etdiyi barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş 29 dekabr 2014-cü il tarixli, 75 saylı aktdan görünür ki, 2 bağlama şuba “Azərterminalkompleks” Birliyinin Xırdalan şəhərində yerləşən anbarına təhvil verilmişdir. Beləliklə, cavabdeh orqanın iddiaçıdan qadın xəz şubalarını təhvil alaraq saxlanca qəbul etməsi işin mübahisəsiz halı olmaqla, iş üzrə mübahisəli hal yalnız malların sayı və dəyəridir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə, hazırkı mübahisə üzrə iddiaçı təqdim etdiyi protokolun həqiqiliyini sübut etmək vəzifəsi daşımamaqla, həmin sənədin faktiki təhvil götürülən əşyaların sayı və miqdarına uyğun olmadığını sübut etmək və saxlanca götürülmüş malların sayı və dəyərinin dəqiq göstərildiyi sənədi təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. Digər tərəfdən, apellyasiya məhkəməsi tərəfindən birinci baxış zamanı Azərbaycan Respublikası Dövlət XXX Komitəsi “Azərterminalkompleks” Birliyinə sorğu göndərilərək Xirdalan şəhərində yerləşən anbarına təhvil verilmiş 2 bağlama şubanın satılıb-satılmaması barədə məlumatın, satıldığı təqdirdə hərracın keçirilməsinə dair protokolun və digər sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmiş, lakin verilən sorğu Birlik tərəfindən ümumiyyətlə cavablandırılmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus əmlakların cavabdehə təhvil verilməsi öz təsdiqini tapdığından, lakin həmin orqan əşyaların sonrakı taleyi barədə məhkəmələrə hər-hansı ağlabatan məlumat vermədiyindən və sübutları təqdim etmədiyindən, sonuncu iddiaçıya vurulmuş ziyana görə öhdəlik daşıyır və iddiaçının tələbi əsaslı hesab edilməlidir. Cavabdehdən tutulan məbləği müəyyən edərkən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya vurulan ziyan sonuncu tərəfindən təqdim o lunmuş qaimələrlə təsdiq olunduğundan və həmin sübutların qeyri-mötəbərliyinə dair hər hansı əsas məhkəməyə təqdim olunmadığından, 93950 ABŞ dolları məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət XXX Komitəsindən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425.1, 152, 21.1, 21.2, 1096.1, 1097.1 maddələrini tətbiq edərək apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəf lərin iştirakı və izahatları: Cavabdeh Dövlət XXX Komitəsi (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəməni tələbini nəzərə almayan apelyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin 18.07.2019-cu il tarixli qətnaməsində qeyd olunan halları araşdırmadan, cavabdeh tərəfin verdiyi vəsatətləri nəzərə almadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi yekun nəticəyə gələrkən şübhə doğuran halları aydınlaşdırmamışdır. Halbuki, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilm əsindən ötrü iddiaçıda olan protokol ilə cavabdehdə olan protokol arasındakı fərqin aydınlaşdırılması, iddia olunan əmlakın dəyərinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq və məhkəmə- xətşünaslıq ekspertizası keçirilməli idi. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verilməmiş, iddia tələbinə qarşı verilmiş etiraz və vəsatətdə göstərilən xüsusatları nəzərə almamış, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, gəldiyi nəticə üzrə hüquqi müəyyənlik prinsipini pozmuşdur. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilməməklə ləğv edilməli və mülki iş üzrə ədalətli məhkəmə araşdırılmasın ın təmin edilməsi və obyektiv nəticəyə gəlinməsi üçün yenidən apellyasiya baxışına qaytarılmalıdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət XXX Komitəsinin nümayəndəsi x6 və vəkili Vəkil ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı, eləcə də digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının və di gər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh Dövlət XXX Komitəsi tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

152. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz is tədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə MPM-in 77.2-ci maddəsinə və kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apelyasiya instansiyası məhkəməsi iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükünün cavabdehin üzərində olduğu barədə qanuni nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, etirazın əsasl arını sübut etmək yükü cavabdeh tərəfin üzərində olduğu halda həmin hallarla bağlı iddiaçının sübut etmə vəzifəsini yerinə yetirmədiyinə, yaxud onun sübutlarının qeyri-mötəbər olduğuna istinadla iddianın rədd olunması prosessual qanunvericiliyin istinad olunan norması baxımından əsassızdır. Eyni zamanda belə halda məhkəmənin üzərinə öz təşəbbüsü ilə iş üzrə şübhə doğuran halları araşdırmaq və ya onlara aydınlıq gətirmək vəzifəsi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Be lə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hans ı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır....hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Kollegiya nəzərə alır ki, hazırkı mübahisə üzrə cavabdeh dövlət orqanıdır və həmin orqan məhkəmələrdə peşəkar hüquqşünas vasitəsilə təmsil olunmuşdur. Cavabdeh kassasiya şikayətində iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəməxətşünaslıq ekspertizalaının təyin olunması barədə vəsatətlərinin əsassız olaraq təmin edilmədiyini bildirsə də, iş materiallarında cavabdehin sonuncu məhkəmə iclasında yalnız məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verdiyi müəyyən olunur (bununla bağlı cavabdehin məhkəmə iclas protokoluna verdiyi qeydin düzgünlüyü təsdiq edilmişdir). Apelyasiya instansiya məhkəməsi tərəfindən həmin vəsatətə baxılmış və əsaslandırılmış qərardadla təmin olunmamışdır. Eyni zamanda iş üzrə cavabdehin, həmçinin yazılı və ya şifahi qaydada məhkəməxətşünaslıq ekspertizasının keçirildiyi barədə vəsatət verdiyi müəyyən edilmir (bununla bağlı cavabdehin məhkəmə iclas protokoluna verdiyi qeydin düzgünlüyü təsdiq edilməmişdir). Bununla yanaşı, cavabdeh kassasiya şikayətində istinad olunan vəsatətlərin işin tam, obyektiv və hərtərəfli araşdırılması üçün zəruri olduğunu və bu vəsatətlərin təmin olunmamasının prosessual hüquq normalarının pozulmasına səbəb olduğunu əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət XXX Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-11644/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar