Məhkəmə qərarları › İş №2(102)-2542/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2542/2021

17.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2542/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti) qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, işdən kənarlaşdırma, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-8871/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 16.12.2017-ci tarixindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Bank) “4 saylı” filialının müdiri vəzifəsinə təyin edilmiş, tərəflər arasında 22 dekabr 2017-ci il tarixli tam məsuliyyət haqqında müqavilə imzalanmışdır. 2018-ci ilin ortalarında X8 sədr müavini X3 barəsində cinayət işi başlanmış və Bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr üzrə araşdırmalar aparılmışdır. İddiaçı X4 sədrinə ünvanla nmış 05 iyun 2018-ci il tarixli izahatında X8 sədr müavini X3 göstərişi ilə 25 may 2018-ci il tarixindən etibarən bir neçə dəfə filialın kassasından müxtəlif valyutalar üzrə mübadilə məqsədilə xxxxadlı şəxsə pul verildiyini təsdiq etmişdir. Cavabdehin 12.06.2018-ci il tarixli, 112 nömrəli əmri ilə və Bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə, törədilmiş əməlin araşdırılması məqsədilə iddiaçı həmin tarixdən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Həmin tarixdə filialın kassası təhvil-təslim edilmiş, yoxlama nəticəsində artıq və əskik müəyyən edilməmişdir. İddiaçı 01.06.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tut duğu vəzifədən azad edilmişdir. Əmrin verilməsinə əsas iddiaçının 05.06.2018-ci il tarixli izahat ərizəsi göstərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.06.2020-ci il tarixli, 1(101)-171/2020 nömrəli hökmünə əsasən, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 3 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bankın 97/3 nömrəli, 01 iyun 2020-ci il tarixli əmri ilə iddiaçıya 01.06.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar olaraq axırıncı haqq-hesab edilməsi və 2016-2017-ci iş ili üzrə istifadə etmədiyi 30 gün müddətində, 2017-2018-ci iş ili üzrə istifadə etmədiyi 20 gün müddətində əmək məzuniyyətlərinə görə kompensasiya hesablanması və ödənilməsi Maliyyə departamentinə tapşırılmışdır. 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək iddiaçının kart hesabına 1414,04 manat pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunması barədə Bankın 97/3 nömrəli, 01.06.2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun Bankın 4 saylı filialının müdiri vəzifəsinə bərpa olunması və müdir kimi vəzifələrinin icrasına buraxılmadığı 12. 06.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi daxil olmaqla) hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə yanaşı, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc və mənəvi ziyanın (10000 manat məbləğində) ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi müddət ərzində heç vaxt barəsində intizam tənbehi tətbiq edilməmişdir. Bankın rəhbərliyinin 12.06.2018-ci il tarixli, 112 saylı əmri ilə Bankın kassalarında müəyyən m əbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə o və bankın bəzi əməkdaşları törədilmiş əməlin araşdırılması məqsədilə müvəqqəti işdən kənarlaşdırılmışlar. 12.06.2018-ci il tarixli 112 saylı əmrin 3-cü bəndinə əsasən filialın kassasında olan pul vəsaitləri təhvil-təslim aktı ilə heç bir əskiklik olunmadan müdir müavininə təhvil verilmişdir. Bundan sonra, o, dəfələrlə işə başlamağı barədə Bankın rəhbərliyinə müraciət etməsinə baxmayaraq, X4 sədri xxxxxxxxona şifahi qaydada əvvəlcə cinayət işi üzrə ibtidai istintaqın, daha sonra isə məhkəmənin bitməsini gözlədiklərini, məhkəmə bitdikdən sonra, yənixxxxxxx barəsində olan cinayət işi üzrə onun təqsirinin müəyyən olunmayacağı təqdirdə onun işdən kənarlaşdırılması barədə əmrin ləğv olunacağını və işə başlayaca ğını bildirmişdir. X8 sədr müavini X3 barəsində olan cinayət işinin araşdırılması 20.06.2018-ci il tarixdən 17.06.2020-ci il tarixədək davam etmiş və 17.06.2020-ci il tarixdə hökm çıxarılmışdır. Həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Bankın kassalarında çatışmamazlıq aşkar edilməsi və yaxud onun əməlində hər hansı bir hüquq pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Bundan sonra Banka müraciət etdikdə, əvvəlcə ona şifahi olaraq bildirilmişdir ki, o, işdən çıxarılmışdır. O, Banka ərizə ilə müraciət etdikdən sonra 15.07.2020-ci il tarixdə ona işdən çıxarılmağı barədə 01.06.2020ci il tarixli, 97/3 nömrəli əmrdən çıxarış təqdim olunmuşdur. Qeyd edilən əmr kökündən tamamilə səhv və qanunsuz olduğundan ləğv edilməlidir. Əmrdə konkret olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin hansı bəndinə istinad olunması göstərilməmiş və əsaslandırılmamışdır. Ümumiyyətlə onun əmək fəaliyyəti ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır və belə olan halda işəgötürən tərəfindən onun işdən azad olunması barədə əmr verilməsi tamamilə qanunsuzdur. Bundan əlavə, işdən azad olunmağı barədə 01.06.2020-ci il tarixli əmr ərizə ilə müraciət etdikdən 1 ay 15 gün sonra ona verilmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələrin heç biri ödənilməmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1658/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilərək, Bank ın 97/3 nömrəli, 01.06.2020-ci il tarixli əmri ləğv edilməklə iddiaçının Bankın 4 saylı filialının müdiri vəzifəsinə bərpa olunması, iddiaçıya 01.06.2020-ci il tarixdən işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı barəsində verdiyi 01 iyun 2020-ci il tarixli əmrdə Əmək Məcəlləsinin müvafiq normalarına düzgün riayət etməmiş, əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin əsaslarından bəhs edən müvafiq normaya istinad etməmiş, Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərin dən birini qanun pozuntusunun aşkar edildiyi gündən bir ay keçənədək tətbiq etmək hüququna malik olduğu halda, qanunun tələbini nəzərə almadan işçiyə əmək intizamının pozulduğu aşkar edildiyi gündən 24 aya yaxın vaxt keçdikdən sonra intizam tənbehi (işçinin işdən azad edilməsi barədə əmr) vermişdir. Bununla belə, məhkəmə hesab etmişdir ki, iddiaçının müdir kimi vəzifələrinin icrasına buraxılmadığı 12.06.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, eləcə də hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi barədə iddia tələbləri əsassız olmaqla təmin edilə bilməz. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, məhkəmə iddiaçının qanunsuz işdən azad edildiyi tarixdən, yəni 01.06.2020-ci il tarixdən işə bə rpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi nəticəsinə gəlir. Bu halda isə əmək haqqının gecikdirilməsi ilə bağlı əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin, iddiaçının işdən kənarlaşdırılması ilə bağlı cavabdeh tərəfindən verilmiş 12.06.2018-ci tarixli 112 saylı əmrin onun tərəfindən mübahisələndirilmədiyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, həmin tarixdən 01.06.2020-ci il tarixədək əmək haqqının ödənilməsi tələbinə hüquqi qiymət vermək məqsədəmüvafiq deyildir. Birinci instansiya məhkəməsi istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməməsinə dair, habelə iddiaçının işdən kənarlaşdırılması ilə bağlı psixoloji sarsıntı keçirməklə ona mənəvi ziyan vurulmasına dair sübutlar təqdim edilmədiyinə görə, iddia tələblərini həmin hissələrdə də əsassız hesab etmişdir. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 62, 68, 69, 70, 72, 76, 83, 84, 172, 186, 187, 300.1, 311-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən tərəflər apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8871/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qət naməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilərək, 12.06.2018-ci il tarixindən 01.06.2020-ci il tarixədək işçiyə vurduğu ziyana görə iddiaçıya məcburi iş buraxma dövrü üzrə əmək haqqı məbləğində maddi ziyan qismində təzminat, 12.06.2018ci il tarixdən 01.01.2020-ci il tarixinədək istifadə olunmamış məzuniyyətə görə kompensasiya və 01.06.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma üçün son aylıq əmək haqqı həcmində aylıq əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qət edilmiş, iddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 01.06.2020-ci il tarixli əmrin ləğv edilməsi hissəsinə münasibət də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh (işəgötürən) əmək müqaviləsinə Əmək Məcəlləsinin 68 (2)-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) istinad etməklə xitam vermişdir ki, bu da əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə hansı əsasla xitam verildiyini müəyyən etməyə imkan vermir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları təsbit olunmasına baxmayaraq, cavabdeh (işəgötürən) onlardan heç birinə istinad etməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdeh (işəgötürən) 112 saylı, 12.06.2018-ci il tarixli əmrdə əsas kimi Bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə törədilmiş əməlin araşdırılması halını göstərmişdir. Lakin Əmək Məcəlləsinin işçinin işdən kənarlaşdırılması ilə bağlı 62-ci maddəsinə əsasən, işçinin işdən kənar edilməsi 2 illik bir kənarlaşdırmanı nəzərdə tutmur və işçinin yalnız həmin maddədə sadalanan hallarla bağlı işdən müvəqqəti olaraq kənarlaşdırılmasını özündə ehtiva edir. Belə olan halda, işəgötürən işçini işdən azad etməməklə, vahid portaldan Bankın işçisi kimi əmək müqaviləsinə xitam verməməklə, yalnız işdən kənarlaşdırmaqla, nəticədə uzun müddət əmək haqqını ödəməməklə həm işçinin yeni iş əldə etmə imkanlarını məhdudlaşdırmış, həm də əmək haqqı verməməklə ona 12.06.2018-ci il tarixdən 01.06.2020-ci il tarixədək əmək haqqı məbləğində və 2 illik məzuniyyət pulu həddində maddi ziyan vurmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının işdən kənarlaşdırıldığı 12.06.2018ci il tarixindən 01.06.2020-ci il tarixədək məcburi iş buraxma dövrü üzrə işçiyə vurduğu əmək haqqı məbləğində ziyan məbləğinə görə maddi məsuliyyət daşıyır və bu məbləğdə işçiyə maddi ziyan qismində təzminat ödəməlidir. Eyni zamanda, 01.06.2020-ci il tarixdən işə bərpa olunduğu günədək işçiyə son aylıq əmək haqqı həcmində əmək haqqı məbləği ödənilməlidir. Məhkəmə iddia tələbinin məzuniyyət haqqının ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının işdən kənarlaşdırıldığı 12.06.2018-ci il tarixindən 01.01.2020-ci il tarixinədək 18 ay 18 gün üçün istifadə edilməmiş məzuniyyətlərə görə məzuniyyət haqqı cavabdeh (işəgötürən) tərəfindən ödənilməlidir. 01.01.2020-ci il tarixindən 01.09.2020-ci il tarixinədək olan məzuniyyət haqqının 141 4.04 manat olmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi iş materiallarında olan hesabdan çıxarışla müəyyən edildiyindən iddiaçıya məzuniyyət haqqının ödənilməsi işdən kənarlaşdırıldığı 12.06.2018-ci il tarixindən 01.01.2020-ci il tarixinədək, yəni 18 ay 18 gün üçün ödənilməlidir. İddiaçıya 01.01.2020-ci il tarixinədək məzuniyyət haqqının ödənilməsini təsdiq edən hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən kənarlaşdırıldığı 12.06.2018-ci il tarixindən əmək mübahisəsi yaranan tarixədək, yəni 01.06.2020-ci il tarixinədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc verilməli deyil. Belə ki, işçi iddia ərizəsində həmin dövr üzrə əmək haqqı verilməməsini mübahisələndirdiyinə görə Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən 1 faiz ödənc məbləği cavabdeh tərəfindən verilməməlidir. Birinci instansiya məhkəməsi göstərilən hissədə düzgün qənaətə gəlmişdir. İddia tələbinin 10.000 manat məbləğində mənəvi zərər tələbi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 62, 68, 70, 71.2, 72, 135.2, 144.2, 144.3, 144.4, 172.5, 195, 300.1-cü, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli halları araşdırmamış, sübutları hərtərəfli tədqiq etməmiş, işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Kassator qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla, bu barədə tələb olmadığı halda işçiyə dəymiş zərərin ödənilməsi qən aətinə gəlmişdir. Məhkəmə maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən iddiaçının 05.06.2018-ci il tarixli izahatında göstərdiyi Filialın kassasında olan nağd pulun əmək funksiyasının ziddinə olaraq qorunmasını təmin etməməsi və onlara təhlükə yaradan hallar barədə işəgötürənə dərhal məlumat verməməsi kimi pozuntulara yol verdiyi üçün xitam verilmişdir. Əmr qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş, Əmək Məcəlləsinin 84-cü maddəsində təsbit edilmiş bütün məlumatlar əmrdə öz əksini tapmışdır. Ona görə də həmin əmr əmək qanunvericiliyinin tələblərini pozmaqla verilməsi əsası ilə etibarsız sayıla bilməz. Bundan başqa, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ona 01.01.2000-ci il tarixdən 01.09.2020-ci il tarixədək olan müddət üçün pul, 2017-2018-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilmişdir. Ona görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə də qanuni sayılmamalıdır. Kassator həmçinin qeyd etmişdir ki, iddiaçı 12.06.2018-ci il tarixində müvəqqəti işdən kənarlaşdırılmışdır. Bu barədə əmrin surəti iddiaçıya təqdim edilsə də, o, əmri əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 ay müddətində mübahisələndirməmiş, bu barədə Bankın rəhbərliyinə nə şifahi, nə də yazılı müraciət etməmişdir. Mübahisə üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edilmişdir, lakin məhkəmələr ərizəyə münasibət bildirməmişlər. Hesab edir ki, iddi a tələbi əsassız olduğu üçün, habelə iddia müddəti üzrsüz səbəbdən ötürüldüyünə və iddia müddətinin bərpası barədə ərizə verilmədiyinə görə rədd olunmalıdır. Kassasiya şikayətinin əsası kimi MPM-nin 8.1, 9.1, 88, 218.3, Əmək Məcəlləsinin 62, 68.2, 70, 76, 84, 186, 200, 296.2, 296.4, 300.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2, 377.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsində iddiaçı kassasiya şikayətinin əsassız olduğunu qeyd edərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı qeyd etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin hər hansı bəndinə is tinad edilmədən xitam verilmişdir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan heç biri mövcud olmamış, onun işdən azad olunması barədə əmr tamamilə qanunsuzdur. Həm yazılı, həm də şifahi müraciətlərinə baxmayaraq, işə birinci istansiya məhkəməsində baxılarkən ona yalnız 2017-2018-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya 01.09.2020-ci il tarixdə kart hesabına ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələblərinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndə si hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən, məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi...1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmi ş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.

2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı veril mir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər (maddə 62). Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda (maddə 70). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olu nmuş qaydada və məbləğdə kompensasiya ödənilir (maddə 135.2). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (maddə 144.2). İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır (maddə 195, “d” bəndi)....2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bi lər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir (maddə 296). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş lə ğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər (maddə 300.1). MPM Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (maddə 218.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddianın təmin olunmuş hissəsi ilə bağlı kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən əsasən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır. Kollegiya, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 62-ci maddəsi işçinin işdən kənarla şdırılmasının konkret hallarını və əsaslarını sadalamışdır. İşçi iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətaları və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməlləri törətmək əsası ilə o halda işdən kənarlaşdırıla bilər ki, belə halların mövcudluğu müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənmiş olsun. İşdən kənar edilmə hər bir konkret halda müvafiq sübutlar toplanılaraq sənədləşdirilməlidir. Bu baxımdan həmin maddənin 3-cü hissəsində təsbit olunmuş işdən kənarlaşdırılmış işçiyə əmək haqqının verilmədiyi barədə qayda Məcəllənin 62-ci maddəsinin tələblərinə uyğun olaraq işdən kənarlaşdırılmış şəxslərə münasibətdə tətbiq oluna bilər. Əmək qanunvericiliyi məhz bu əsasdan çıxış edərək işdən kənar edilməsini qanunsuz və əsassız hesab edən işçinin pozulmuş hüquqlarının bərpa edilm əsi üçün məhkəməyə müraciət etmək hüququnu ayrıca normada təsbit etmişdir (62-ci maddənin 5ci hissəsi). Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsnin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq, işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq etmək hüqununu özündə saxlayır. Bu baxımdan işəgötürən bu hüququndan istifadə etmədiyi halda işçinin üzərinə işdən kənarlaşdırma barədə əmri müəyyən olunmuş müddətlərdə mübahisələndirmək vəzifəsi qoyula və ya mübahisələndirmədiyi halda həmin münasibətə iddia müddəti tətbiq edilə bilməz. Çünki Əmək Məcəlləsinin iddia müddətləri ilə bağlı münasibətləri tənzimləyən 296-cı maddəsinə əsasən əmək mübahis ələri ilə bağlı işçinin iddia qaldırması üçün müddətlər (iddia müddətləri) onun hüququnun pozulduğunu aşkar etdiyi gündən başlanır. İşçinin hüququnun pozulmasının aşkar edildiyi gün isə ona müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu baxımdan işdən müvəqqəti kənarlaşdırılmış, lakin işəgötürən tərəfindən barəsində Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən hər hansı biri tətbiq edilməmiş işçinin tələbləri üzrə iddia müddətlərinin onun işdən kənarlaşdırıldığı tarixdən başlanması barədə mövqe qanuni sayıla bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddiaçı cavabdehə qarşı 12.06.2018-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqının hesablanaraq ödənilməsini tələb etdiyi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən 12.06.2018ci il tarixindən 01.06.2020-ci il tarixədək əmək haqqı məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması iddia tələbindən kənara çıxma – MPM-in 218-cü maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Bununla bağlı, həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əmək mübahisəsini həll edən məhkəmə işçinin işə bərpa tələbini əsaslı hesab etdiyi halda, belə bir tələbin irəli sürülüb-sürülmədiyindən asılı olmayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə məsələni həll etməlidir. Kassasiya şi kayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8871/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəd ə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar