Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2543/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-4966/2018, hakim F.F.Babayev) İddiaçı Ca vabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9232/2018, hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 27 iyun 2018ci il tarixli qətnaməsiapellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 14 may 2018-ci il tarixdə Ağayeva X1 Elman Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşağının Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov k üçəsi, döngə 5, bina 7, mənzil 116-da istifadə hüquqlarının tanınmaqla həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 15 mart 2013-cü ildə ailə qurmuşdur. Onların birgə nikahlarından 25 yanvar 2013-cü ildə Akif adlı uşaqları doğulmuşdur. Tərəflər birgə yaşadıqları dövrdə aralarında daima söz-söhbət mövcud olmuşdur. İddiaçı cavabdehlə tamamilə ayrılmaq niyyətindədir. İddiaçının və himayəsinə verilmiş uşağın istifadə hüquqlarına heç bir məhkəmə qərarı və ya digər normativ aktla xitam verilməmişdir. Onun mübahisə predmeti olan mənzildən istifadə hüququ məhkəmə tərəfindən tanınmalıdır və uşağı ilə birlikdə uzun müddət yaşadıqları ünvana köçürülməlidirlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilə gəlin köçmüş, cehiz əmlakını həmin mənzilə yerləşdirmiş və o, hazırda da həmin mənzildə yaşayır. Həmin dövrdə ona mənzilin cavabdehə məxsus olduğunu bildirmişlər və X2 adına müqavilənin olmasından məlumatsız olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən hallar nəzərə alınmamış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının tələbinin əsasını mənzilə istifadə hüququ tanınmaqla mənzilə köçürülməsi təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh ilə faktiki nikah münasibətlərində olmuş, onların birgə nikahlarından 25 yanvar 2013-cü ildə Akif adlı uşaqları doğulmuş, tərəflər 15 ma rt 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddiaçının hazırda istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasında blok-2, mərtəbə-8, 116 nömrəli mənzil X2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Apellyasiya məhkəməsi hesab etm işdir ki, cavabdehin mübahisəli mənzilə heç bir hüququ olmadığından, o iddiaya cavab verməli şəxs olmadığından, eyni zamanda iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, hazırki iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2543/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2543/2019
04.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver