Məhkəmə qərarları › İş №2(102)-2543/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2543/2024

30.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2543/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ilk, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 X9 qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, mülkiyyətinə qaytarılması, sənədlərin etibarsız hesab edilməsi və ümumi istifadədə olan yolun istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması) Kateqoriya: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hə sənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarş qanunsuz istifadələrində olan ona məxsus torpaq sahəsinin boşaldılması və onun mülkiyyətinə qaytarılması tələbinə dair ilk, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 X9 qarşı çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi və ümumi istifadədə olan yolun onun tərəfindən istifadəsinə yaradılmış maneələrin iddiaçının hesabına aradan qaldırılması və ümumi işlək yolun sərhədlərinin müəyyən edilərək ümumi istifadəyə qaytarılması tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-14/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh lər tərəfindən birgə verilmiş kassasiya şikayətinə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2021-ci ildə ********** saylı çıxarış ilə Tərtər rayon Hüsənli kəndindən yaşayış məntəqələri torpaqlarından İddiaçı adına 0,15 ha torpaq sahəsi sənədləşdirilmişdir.

2. Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN -216A saylı, kod 61100048 olan “Torpağın Mülkiyyət Verilməsinə Dair” Şəhadətnamə ilə Cavabdeh3 və ailə üzvlərinə 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN -218A saylı, kod 61100048 olan “Torpağın Mülkiyyət Verilməsinə Dair” Şəhadətnamə ilə Cavabdeh2 və ailə üzvlərinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN -285F saylı, kod 61100048 olan “Torpağın Mülkiyyət Verilməsinə Dair” Şəhadətnamə ilə Cavabdeh1 və ailə üzvlərinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar (bundan sonracavabdehlər) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz istifadələrində olan ona məxsus torpaq sahəsinin boşaldılması və onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə idda tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə münasibətləri normal olmuşdur. Lakin aralarında yaranmış torpaq mübahisəsi ilə əlaqədar olaraq münasibətləri pozulmuşdur. Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 11 saylı qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. 1 iyul 2004-cü ildə JN 286A, kod 61100048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 Saylı Bərdə Ərazi İdarəsi “X11 və Ölçüsü sənədinə əsasən A 653585 saylı çıxarış almışdır. Uzun müddət müxtəlif səbəblərdən başqa yerdə olduğundan həyətyanı torpaq sahəsindən istifadə etməmişdir. Torpağı sahibsiz qalıb, həmkəndliləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt edərək, istifadələrində olan torpaq sahələrini genişləndirmişlər.

7. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddiasının rədd edilməsi, İddiaçı tərəfindən əldə edilmiş xx.xx.2021-ci il tarixli RN **********06, qeydiyyat nömrəsi ********** olan çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi və ümumi istifadədə olan yolun onun tərəfindən istifadəsinə yaradılmış maneələrin öz hesabına aradan qaldırılması və ümumi işlək yolun sərhədlərinin müəyyən edilərək ümumi istifadəyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Cavabdehlər işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə idda tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı tərəflə əvvəllər heç bir ədavətləri olmamış, münasibətləri həmkəndli kimi yaxşı olmuşdur. Uzun müddətdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı münasibətləri pisləşmişdir. Belə ki, xeyli müddətdir ki, həm kəndliləri İddiaçı və ailə üzvləri əsassız olaraq onlarla torpaq sahəsi üstündə mübahisə etdiklərini bildirmişlər. Tahir özünə saxta sənəd alaraq 0,15 ha həyətyanı torpaq sahəsi əldə etmişdir. Onun torpaq sahəsi həmin ölçüdə olmamışdır. İddiaçı ümum istifadədə olan torpaq sahəsini saxta yolla əldə etdiyi torpaq sahəsinə qatıb istifadə etmişdir. Cavabdeh1 İddiaçı 64 kv.metr yerini tutmadığını qeyd etmiş, özünün isifadəsində sənədlə 0,10 ha həyətyanı torpaq sahəsi, 0,05 ha bələdiyyə t orpağı olduğunu həmin torpağı sənədləşdirmək üçün Bələdiyyəyə müraciət etdiyini bildirmişdir. İddiaçı el yolunu tutmuş, hansı ki, həmin yol kəndin baş planında nəzərdə tutulmuş və yolu bağlayıb öz həyətinə qatmışdır. Təqribən 10 il əvvəl İddiaçı ona, Hüseyn Talıbova və Ayaz Məmmədova qarşı torpaq mübahisəsi ilə bağlı iddia qaldırmış, həmin vaxt qəbul edilən qətnamədə İddiaçı 0,94 ha torpaq sahəsi ölçülüb veriməsi qət edilmişdir. Ali Məhkəmənin həmin qərarı pay torpağı ilə bağlı olmuşdur. Cavabdehlər iddiaçının torpağını tutmadıqlarını, həyətyanı torpaq sahələrinin ayrı olduqlarını, iddiaçının həyətyanı torpaq sahəsinə heç bir aidiyyatı olmadıqlarını bildirmişlər.

9. Tərtər Rayon Məhkəməsinin müvafiq qərardadı ilə rəy alınması üçün mütəxəssis cəlb edilmiş, daha sonra təkrar rəy verilməsi üç ün yenidən mütəxəssis cəlb edilmiş və həmin rəyə əsasən İddiaçı 0.15 ha torpaq sahəsi ilə Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin 64 kv.metr hissəsi ilə, Şəmir Mirzəyevin həyətyanı torpaq sahəsinin 128 kv. metr hissəsi ilə, Cavabdeh2 həyətyanı torpaq sahəsinin 22 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

10. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(061)-86/2022 nömrəli iş üzrə 7 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) ilkin iddia təmin edilmiş, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülki yyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 64 kv.metr hissəsindən, Cavabdeh2 0,15 ha torpaq sahəsinin 22 kv.metr hissəsindən və Cavabdeh3 128 kv. metr hissəsindən çıxarılmaları, qarşılıqlı iddianın qismən təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə İddiaçı adına olan “X11 və ölçüsü sənədindəki koordinatlara əsasən sənəd üzrə mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin 186 kv.metr hissəsinin ümumi istifadə yoluna düşdüyündən (iş üzrə alınmış mütəxəssis rəyinə əsasən) Hüquqların Dövlət qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli RN **********06, qeydiyyat nömrəsi ********** olan çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibar sız hesab edilməsi, ümumi istifadədə olan yolun onun tərəfindən istifadəsinə yaradılmış maneələrin öz hesabına aradan qaldırılması, ümumi işlək yolunun sərhədlərinin müəyyən edilməsi, ümumi istifadəyə qaytarılması qət edilmiş, həmçinin qarşılıqlı iddianın İddiaçı 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xeyrinə tutulmasına aid olan hissəsinin təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi sübutlara ayrı-ayrı qiymət verərək belə qənaətə gəlmişdir ki, iş üzrə alınmış mütəxəssi rəyi mötəbər sənəd hesab edilərək sübut növü kimi qəbul edilməlidir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsi cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin sahibliyi qanunsuzdur.

14. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüquqi ilə hüquqları qeydə alınmış 0, 15 torpaq sahəsinin A 653585 “X11 və Ölçüsü” sənədindəki koordinatlarına əsasən, İddiaçı mülkiyyətinə verilən 0.15 ha torpaq sahəsinin 64 kv.metr hissəsi Cavabdeh1, 22 kv.m hissəsi Cavabdeh2, 128 kv. metr hissəsi isə Cavabdeh3 qanunsuz istifadə edirlər. Bununla yanaşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********3 06 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə tərtib edilmiş A 653585 “X11 və Ölçüsü” sənədindəki koordinatlarına əsasən sənəd üzrə mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin 186 kv.metr hissəsi ümumi istifadəli yola düşür.

15. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan 64 kv.metr hissəsindən, Cavabdeh2 22 kv.m hissəsindən, Cavabdeh3 128 kv. metr hissəsindən çıxarılmalıdırlar.

16. Həmçinin məhkəmə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə tərtib edilmiş A 653585 “X11 və Ölçüsü” sənədindəki koordinatlarına əsasən sənəd üzrə mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin 186 kv. metr hissəsi ümumi istifadəli yola düşdüyündən İddiaçı adına verilmiş xx.xx.2021-ci ildə RN **********06, qeydiyyat nömrəsi ********** olan çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi, ümumi istifadədə olan yolun onun tərəfindən istifadəsinə yaradılmış maneələrin öz hesabına aradan qaldırılması, ümumi işlək yolunun sərhədlərinin müəyyən edilərək ümumi istifadəyə qaytarılmasını məqsədə müvafiq hesab etmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1, 238.1, 238.2, 238.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80, 81,84-cü maddələrinin 1-ci hissələrinə, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən cavabdehlər və üçüncü şəxs, həmçinin iddiaçı apellyasiya şikayətləri vermişlər.

19. Cavabdehlər və üçüncü şəxs X4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxaılmasını xahiş etmişlər.

20. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Onlar qeyd etmişlər ki, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehə məxsus olan sənəd DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli RN **********06, qeydiyyat nömrəsi ********** olan çıxarışdır. Hansıki, hakim özü həmin çıxarışı etibarsız hesab etmişdir. Hakim nəinki həmin çıxarışı etibarsız hesab etmiş, hə mçinin həmin çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlərin də etibarsız hesab edilməsini qət etmişdir. Belə olduqda hakimin ilkin iddianı həmin sənəd əsasında təmin etməsi qanunvericiliyə ziddir və mülki hüquq normalarının pozulması ilə çıxarılmış qətnamədir. DƏDRX-nin İddiaçı verdiyi rəsmi Çıxarış məhkəmə qaydasında etibarsız hesab olunarsa o zaman həmin sənəd üzrə hansısa mülki hüquqlar yarana bilməz və yaranmış olan əvvəlki münasibətlərə xitam verilmiş olur. Hazırki qətnamənin mahiyyətindən və doğurduğu nəticədən bəlli olur ki, İddiaçı onların zəbtində olduğu qeyd etdiyi və məhkəmənin də çıxarılmalarını müəyyən etdiyi torpaq üzərində heç bir mülkiyyəti yoxdur. Hakim Cavabdeh2 torpaq sahəsinin İddiaçı torpaq sahəsi ilə həmsərhəd olmasına dair İddiaçı ilkin iddiaçı olaraq heç bir sübu t təqdim edə bilməməsinə baxmayaraq İddiaçıla qonşu olan, bu iş üzrə maraqlı şəxs qəbul edilmiş, şəhid anası X2 torpağını götürüb İddiaçı Cavabdeh2 torpağı olaraq vermişdir. Onlar tərəfindən iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə məhkəməyə vəsatət təqdim edilsə də, məhkəmə qətnaməsində ilkin ekspertizaya qoyulmuş suallara tam və ətraflı cavab verildiyindən təkrar ekspertiza keçirilməsinə ehyitac olmadığı qeyd edilmişdir. İşdə olan mütəxəssis rəyi torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s. özündə əks etdirən sənədlərə əsaslanmır. Ümumiyyətlə məhkəmə ziddiyətli şəkildə qərar qəbul etmişdir. Ali Məhkəmənin 17 oktyabr 2011-ci il tarixli 2(102)-3117/11 saylı qərarında müəyyən edilmişdir ki, cavabdeh (ilkin iddiaçı) Tahir Məhmmədovun mülkiyyətində 0.09 ha torpaq sahəsi vardı r və onun istifadəsində 0.16 ha zəbt həyətyanı torpaq sahəsi vardır. Lakin hazırda görünür ki, İddiaçı Ali Məhkəmənin qərarında zəbt olaraq qeyd olunan 0.16 ha torpaq sahəsinə çıxarış alaraq ümumi istifadədə olan gediş yolunu öz həyətinə daxil edərək onların öz pay torpaqlarına gedib-gəlməyə maneçilik yaratmışdır. İddiaçı onlardan çıxamağı tələb etdiyi torpaq sahəsi onların qanuni sənədlərlə özlərinə ayrılmış torpaq sahələridir. Hətta Ali Məhkəmənin qeyd olunan qərarında İddiaçı atası Əli Məmmədov tərəfindən 2009-cu ildə zəbt edilmiş və bu gün İddiaçı zəbtində olan yolun açılması üçün cavabdeh İddiaçı 2010-cu ildə cavabdeh tərəfi olan X5 2009-cu ildə məhkəmə iddiası əsasında mübahisəli yol açılmışdlr. Beləliklə, İddiaçı və onun ailəsi davamlı olaraq elin ümumi istifadəsində olan yolun zəbt edilib, öz həyətlərinə qanunsuz olaraq qatılmasına səy göstərmişlər. Həmçinin qeyd edilmişdir ki, İddiaçı iddasını etdiyi torpaq sahələrindən biri şəhid anası, bu iş üzrə maraqlı şəxs olan X3 aiddir. X15 hiylə işlədərək, şəhid anasını cavabdeh qoymaqdan çəkinmişdir. X1 olduğu torpaqla heç bir əlaqəsi olmayan Fizzə xanımın qardaşı Cavabdeh2 cavabdeh qismində öz iddiasında göstərmişdir. Əslində isə həqiqət belədir ki, İddiaçı heç onlarla bir kənddə belə yaşamır, onun qardaşı Firdovsi bütün bu işləri təşkil edərək onun adından bu cür iddialar qaldırır. Ümumiyyətlə məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, işdə olan sübutlara qərəzsiz, obyektiv və hərtərəfli qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

21. İddiaçı apellyasiya şikayət ində birinci instansiya məhkəməsinin qətnamasinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə çxıarılmasını xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər qarşılıqlı iddia ərziələrində qeyd etmişlər ki, o, saxta sənəd alaraq 0.15 ha həyətyan torpaq sahəsi əldə etmiş, kəndin baş planında olan ümumişlək yolu bağlayıb öz həyətində qatmış, onlar, ona məxsus torpaq sahəsini tutmamışlar. Onun mülkiyyətinə 0.15 ha torpaq sahəsi verilsə də, naturada 0.11 ha hissəsindən istifadə edir. Lakin cavabdehlər Cavabdeh1 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilsə də faktiki 0.17 ha, Cavabdeh2 həmin ərazidə mülkiyyətinə həyətyanı torpaq verilməsə də, faktiki bələdiyyə mülkiyyəti olan 0.32 ha torpaq sahəsindən, Cavabdeh3 mülkiyyətinə 0.13 ha torpaq sahəsi verilsə də, faktiki olaraq 0.27 ha bələdiyyə mülkiyyəti olan torpaq sahəsindən istifadə edirlər. Bununla da cavabdehlər nəinki onun mülkiyyətində və istfadəsində olan torpaq sahəsini, eyni zamanda Cavabdeh2 və Cavabdeh3 ümumi istifadədə olan yolu özbaşına tutmuşlar. Çünki, ümumi istifadə yolu onun torpaq sahəsi ilə Cavabdeh2 və Cavabdeh3 istifadə etdikləri torpaq sahələrinin arasından keçir və onlar ümumi istifadə yolunu tutaraq yoldan sonra onun torpaq sahəsini də tutmuşlar. Mütəxəssis rəyinə əlavə olunmuş Torpaq sahəsinə dair tərtib olunmuş kompleks yer quruluşu layihəsinin sxemində ümumi istifadə yolunun hər bir torpaq sahələrinin sərhədləri aydın göstərilmişdir. Ona məxsus olan torpaq sahəsi sənədləşdirilərkən qeyd edilən torpaq sahəsi ölçülmüş və dig ər torpaq sahələrinin, həmçinin ümumi istifadədə olan yolun sərhədləri müəyyən edilmişdir. Məhkəmə isə yalnız mütəxəssis rəyinə əsaslanmışdır. Mütəxəssis tərəfindən verilmiş 2 rəy arasında ziddiyətlər vardır. Məhkəmə buna baxmayaraq ekspertiza təyin etməmişdir. Məhkəmə baxışı zamanı onun tərəfindən verilmiş izahatı nəzərə almamış, sübut kimi qiymətləndirməmişdir. Qeyd edilənlərdən görünür ki, məhkəmənin hazırki iş üzrə çıxardığı qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair ilkin sənədləri etibarsız hesab edilməsini qət etməklə dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozmuşdur. Ümumiyyətlə məhkəmə işin düzgün həlli üçün eksert rəyi əldə etməmiş, yerində müayinə keçirməmiş, şahidlərin ifadələrini almamış, işdə iştirak edən şəxslərin izahatlarına düzgün qiymət verməmişdir. Yalnız ekspert rəyi sübut kimi qəbul olunduğu halda məhkəmə mütəxəssis rəyini sübut kimi qəbul etmişdir. Bununla da prosessual hüquq normalarını pozmuşdur.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyin nəticə hissəsində İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********06 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilən 0.15 ha torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin qismən üst-üstə düşdüyü, Cavabdeh1 JN-285F saylı şəhadətn amə ilə mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsi ilə hazırda istifadə etdiyi torpaq sahəsinin qismən üst-üstə düşdüyü, mübahisəli ərazidə Cavabdeh2 adına heç bir hüquqmüəyyənedici sənədin olmadığı, Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən həyətyanı məqsədi üçün istifadə etdiyi və X6 JN-216A saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.13 ha həyətyanı torpaq sahəsindən əlavə istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********06 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilən 0.15 ha torpaq sahəsinin 64 kv.m hissəsindən Cavabdeh1, 128 kv.m hissəsindən X7, 22 kv.m hissəsindən Cavabdeh2 istifadə etdiyi, 186 kv.m hissəsinin isə hal-hazırda yol kimi istifadə edildiyi m üəyyən edilmişdir.

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-14/2024 nömrəli iş üzrə, 5 mart 2024-cü il tarixli qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına olan “X11 və ölçüsü sənədindəki koordinatlara əsasən sənəd üzrə mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin 186 kv.metr hissəsinin ümumi istifadə yoluna düşdüyündən (iş üzrə alınmış mütəxəssis rəyinə əsasən) Hüquqların Dövlət qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli RN **********06, qeydiyyat nömrəsi ********** olan çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi, ümumi istifadədə olan yolun onun tərəfindən istifadəsinə yaradılmış maneələrin öz hesabına aradan qaldırılması, ümumi işlək yolunun sərhədlərinin müəyyən edilməsi, ümumi istifadəyə qaytarılması, ümumi işlək yolunun sərhədlərinin müəyyən edilməsi, ümumi istifadəyə qaytarılması hissələrində ləğv edilmiş, həmin hissələr üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-14/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Ədil Məmmədov-sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və Fikrət Mehtiyev) cavabd ehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs X4 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş, Cavabdeh1 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrində **********306 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 64 kv.metr hissəsindən, Cavabdeh2 0,15 ha torpaq sahəsinin 22 kv.metr hissəsindən və Cavabdeh3 128 kv. metr hissəsindən çıxarılmaları və qarşılıqlı iddianın İddiaçı 100 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xeyrinə tutulmasına aid olan hissələrinin təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

26. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətin dədir və mübahisəli torpaq sahəsinin hissələri cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə edilir.

27. Məhkəmə kollegiyası bu qənaətə gələrkən mötəbər sübut növü kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə istinad etmişdir.

28. Belə ki, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə əsasən iş üzrə qərardadla məhkəmə mühəndis ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi alınmışdır.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin rəyin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.

30. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, cav abdehlər tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ilk iddianın təmin və qarşılıqlı iddianın təmin olunmayan hissələrdə ləğvinə və irəli sürülən ilk iddianın rədd olunmasına və qarşılıqlı idianın təmin olunmayan hissədə təmin olunmasına əsas vermir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 225.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, İddiaçı qarşı, iddiaçı tərəfindən əldə edilmiş çıxarışın və onun verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsinə və ümumi istifadədə olan işlək yolun onun tərəfindən istifadəsinə yaradılmış manelərin öz hesabına aradan qaldırlmasına və ümumi işlək yolun sərhədlərinin müəyyən edilərək cavabdehlərin ümumi istifadəsinə qaytarılmasına və həmçinin, İddiaçı cavabdehlərə qarşı ilkin iddiası əsassız olduğu üçün həmin iddianın rədd edilməsinə və iddiaçıdan 100 manat dövlət rüsumunun onların xeyrinə tutulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi, həmçinin apellyasiya şikayəti ilə eyni dəlillərlə əssaslandırılmışdır.

34. Kassatorlar şikayətini Azərbaycan R espublikası Mülki Məcəlləsinin 132.2, 135.2 135.8, 162-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

39. Maddə 1 52.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

40. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

41. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələ ri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının h ədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirilsə dəlillər iddianın təmin olunan hissəsi ilə bağlıdır. Bu baxımdan apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən alınmış mütəxəssis və ekspert rəyləri və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək cavabdehlərin müəyyən olunan ölçülərdə iddiaçının torpaq sahəsinin ayrı-ayrı hissələrini zəbt etmələrinə dair yekun nəticə yə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

52. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, cavabdeh tərəfindən müəyyən edilən ölçülərdə istifadə olunması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur.

53. Qarşılıqlı iddiada irəli sürülən tələbin əsassız olaraq təmin olunmaması ilə bağlı dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, həmin hissədə iş üzrə icraata xitam verilmiş, lakin həmin qərardad mübahisələndirilməmişdir.

54. Cavabdehlər kassasiya şikayətində iş üzrə keçirilmiş ekspertizanın rəyinin əsassız olmasını bildirsə də, bu mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

55. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normala rını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli, 2(104)-14/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar