Məhkəmə qərarları › İş №2(102)-2544/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2544/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2544/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh «xxxx» ASC-nin nümayəndələri X5 və X2 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən cavabdeh «xxxx» ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia qaldıraraq (sonradan iddia ərizəsinə əlavə edilmişdir), bank tərəfindən ****** ************** saylı depozit hesabından 70.122,68 ABŞ dolları məbləğində vəsaitin akseptsiz qaydada silinməsinin əsassız hesab edilməsi, «xxxx» ASC-dən xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70.000 ABŞ dolları məbləğində əsas, 45.220 ABŞ dolları məbləğində faizin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC tərəfindən ******************** saylı depozit hesabından 70.122.68 ABŞ dolları məbləğində vəsaitinin akseptsiz qaydada silinməsinin əsassız hesab edilməsi və "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70.000 ABŞ dolları məbləğində əsas, 36.226.19 ABŞ dolları məbləğində faiz pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh «xxxx» ASC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv, iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qüvvədə olan xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 9.3 və 1-ci bəndlərinə əsasən bo rc verən borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)- 36/2018 saylı qətnaməsi ilə xx xxxx 2013-cü il tarixli depozit müqaviləsinə əlavə etibarsız hesab olunmuş, xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi isə qüvvədə saxlanmışdır). Bank iddiaçı ilə bağlanmış kredit müqaviləsinin şərtlərinə tam şəkildə əməl edərək, 5 (beş) iş günü ərzində iddiaçnın kredit müqaviləsinə görə Bank qarşısında mövcud olan 77 033.09 ABŞ dolları məbləğində borc öhdəliyi barədə ona məlumat vermiş və müəyyən edilmiş müddət ərzində borclu tərəfindən öhdəlik yerinə yetirilmədiyindən, Kredit müqaviləsinin 9.3 və 12.1-ci bənd lərinə əsasən ödənilməli borc məbləğini iddiaçının depozit hesabından akseptsiz qaydada silməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən işin vacib halına əhəmiyyət vermədən, Bank tərəfindən iddiaçının depozit hesabından 70.122.68 ABŞ dolları məbləğində pul vəsaitinin akseptsiz qaydada silinməsinin əsassız olmasının nədən ibarət olmasını öz qətnaməsində əsaslandıra bilməməsini apelyasiya instansiyası məhkəməsi də araşdırmamış, işin qeyd edilən halını yoxlamadan qanuni kredit müqaviləsinin bəndlərini əsassız hesab etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyiş dirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndələri və vəkili isə kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. İşin faktiki halları: Mübahisəsiz hallar: Tərəflər arasında bağlanmış "Klassik əmanət (depozit) hesabı haqqında" xx.xx.2013-cü il tarixli müqavilə əsasında İddiaçı, "xxxx" ASC-nin "Sahil" filialında olan hesabına illik 11,4 faizlə 60 ay müddətinə 70.000 (yetmiş min) ABŞ dolları məbləğində depozit qoymuşdur. Eyni tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 065 saylı kredit müqaviləsinə görə "xxxx" ASC-nin "Sahil" filialı İddiaçı illik 16 % dərəcəsilə, 12 ay müddətinə 55.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış vax tda geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləni İddiaçı tərəfdən onun etibarnamə üzrə nümayəndəsi X4 imzalamışdır. Müqavilənin 4.1, 9.3 və 12.1-ci bəndləri ilə tərəflər razıalşdırmışlar ki, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu İddiaçı ilə xxxx arasındakı xx.xx.2013-cü il tarixli depozit müqaviləsinə əsasən ABB-də 60 ay müddətinə yerləşdirilmiş 70.000 ABŞ dolları məbləğində depozit çıxış edir. İddiaçı öhdəsinə götürür ki, borcalan kredit müqaviləsinə əsasən öhdəliklərini tam icra etməyincə Bankın razılığı olmadan depozitdən istifadə edilməyəcəkdir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər Borcalan tərəfindən ödənilmədiyi təqdirdə depozit hesabında olan vəsait akseptsiz qayadada silinsin. Borcverənə hüquq verilir ki, borc alanın sərəncamı olmadan ona yazılı bildiriş göndərilməklə gecikdirilmiş borcun məbləğini Borcalanın hesablaşma hesabından akseptsiz qaydada silsin (debetə yazsın). Bu halda yazılı bildirişin göndərilməsini poçt qəbzi təsdiqləyəcək. Borc verən Borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. Bundan əlavə, tərəflər xx.xx.2013-cü il tarixdə depozit müqaviləsinə əlavə rəsmiləşdirmişlər. Həmin sənəddə qeyd olunmuşdur ki, yuxarıda qeyd olunan 70.000 ABŞ dolları məbləğindəki depozit 55.000 ABŞ dolları məbləğində kreditin girovudur, kredit qaytarılmadıqda Banka qeyri-şərtsiz ixtiyar verilir ki, kredit üzrə öhdəliklərin ödənilməsi üçün Əmanətçinin depozit hesabında olan vəsaitini akseptsiz qaydada kre ditin ödənilməsinə silsin. Bank, müqavilə öhdəliyini icra edərək, kredit məbləğini iddiaçının nümayəndəsinə vermişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrasını gecikdirərək borcunu vaxtında qaytarmamışdır. "xxxx" ASC xx.xx.2019-cu il tarixdə İddiaçı bildiriş göndərərək həmin kredit müqaviləsi üzrə 52.300 ABŞ dolları əsas, 24.733,09 ABŞ dolları faiz olmaqla, cəmi 77.033,09 ABŞ dolları borc öhdəliyinin mövcud olduğunu, həmin borcun 5 iş günü ərizndə ödənilməyəcəyi təqdirdə razılaşmanın 9.3-cü bəndinə istinadən borcun icrasını təmin etmək üçün sonuncunun bankda olan hesabından müvafiq məbləğin akseptsiz qaydada silinəcəyini bildirilmişdir. Kredit borcu ödənilmədiyi üçün qeyd edilən silinmə akseptsiz qaydada aparılmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq nümayəndəsi X4 tərəfindən al dadıldığını, 70.000 ABŞ dolları əmanətin bankdan götürülməsindən məlumatsız olduğu 55.000 ABŞ dolları kreditin təminatı olaraq girov qoyulduğunu bildirmiş və "xxxx" ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin və depozit müqaviləsinə əlavənin etibarsız sayılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon məhkəməsinin qətnaməsi “xx.xx.2013-cü il tarixli depozit müqaviləsinə əlavənin etibarsız hesab edilməsi” hissəsinin təmin olunmaması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunaraq qeyd edilən əlavə etibarsız sayılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli hallar: İddiaçı xx.x x.2013-cü il tarixli depozit müqaviləsinə əlavənin etibarsız sayılmasına istinadən depozit hesabında olan vəsaitin akseptsiz qaydada silinməsinin qanunsuz və əsassız olduğunu bildirərək hazırkı tələblərini irəli sürür. Cavabdeh isə xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin etibarsız sayılmadığını və akseptsiz qayadada silinməni məhz həmin müqavilənin 9.3 və 12.1-ci maddələrinə əsasən qanuni şəkildə apardıqlarını bildirir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlayarkən mövqeyini belə əsaslandırmışdır ki, depozit müqaviləsinə əlavənin etibarsız sayılması ilə kredit müqaviləsinin 4-cü bəndi də əhəmiyyətsiz hala gəlmiş və tərəflər üçün öhdəlik doğurmamışdır. Bundan əlavə, kredit müqaviləsi müddətinin xx.xx.2014-cü ildə bitməsinə görə kreditin qaytarılması öhdəliyi istisna olmaqla, tərəflər üçün vəzifə yaratmır və onun hər hansı bəndinə istinad əsassızdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası bildirir ki, işin mübahisəli halına tətbiq edilməli olan hüquq öhdəliyin təmin edilməsinə dair normalardır. Belə ki, iddiaçı depozit müqaviləsinə əlavənin etibarsız sayılmasına görə kredit öhdəliyinin təminatının (akseptsiz qaydada silinmə imkanının) aradan qalxdığını, iddiaçı isə bu imkana kredit müqaviləsinin özündə ol an razılaşmalara əsasən sahib olduqlarını bildirir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Baxılan işdə tərəflər arasında iki müqavilədən - depozit və kredit müqavilələrindən irəli gələn öhdəliklər olmuşdur. Hər iki müqavilə etibarlı olmaqla tərəflər üçün qarşılıqlı hüquq və vəzifələr doğurmuşdur. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Koll egiya bildirir ki, mülki hüquq münasibətlərində təminat razılaşmaları bir qayda olaraq mümkün risklərin önlənməsi və ya azaldılması üçün istifadə olunur. Təhlükə (risk) isə, gerçəklşməməsi arzu edilən zərərli bir hadisənin gerçəkləşməsi və ya gerçəkləşməsi umulan iqtisadi baxımdan yararlı bir hadisənin gerçəkləşməməsi ehtimalıdır. Bu baxımdan təminat müqavilələrində borclu başqasının qarşısında olan bir zərər təhlükəsini üzərinə götürmüş olur. Borclunun öhdəliyinin (kreditorun isə tələb hüququnun) təmin edilməsinin müxtəlif üsulları vardır. Onlardan bəziləri qanunda konkret sadalanmış, tərəflərin razılaşması ilə digər təminat üsullarının mümkünlüyü isə istisna edilməmişdir. Mülki Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, za minlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Baxılan işin hallarından görünür ki, tərəflər kredit borcunun ödənilməməsi riskinin təminatını depozit hesabında olan vəsaitin bankın akseptsiz qayadada silmək hüququnu iki ayrı formada razılaşdırmışlar: 1) kredit müqaviləsinin 4.1, 9.3 və 12.1-ci bəndlərində; 2) depozitdəki vəsaitin girov olduğunu qeyd edən depozit müqaviləsinə əlavədə. Depozit müqaviləsinə əlavə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız sayıldığı üçün həmin razılaşma hüquqi nəticə yaratmır və hüquqi müstəvidə yoxmuş kimi qəbul edilir (etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. MM, maddə 337.4). Belə olan halda, digər təminat üsulu kimi kre dit müqaviləsinin qeyd olunan bəndləri əsasında aparılmış silinmənin əsaslılığı ilə bağlı Kollegiya aşağıdakıları qeyd etməyi zəruri sayır. Əvvəla, depozit müqaviləsinə əlavənin etibarsız sayılması ilə kredit müqaviləsinin 4-cü bəndinin də əhəmiyyətsiz hala gəlməsi və tərəflər üçün öhdəlik doğurmaması barədə məhkəmələrin mövqeyi əsaslı deyil. Ona görə ki, həmin şərtlər müstəqil əqd olan kredit müqaviləsində ayrıca bəndlərlə MM-in 460.1-ci maddəsində sadalanan müqavilələrdən fərqli olaraq “təminatın digər üsulu” kimi razılaşdırılmışdır. Bu şərtlərin qüvvəyə minməsi və nəticə doğura bilməsi üçün başqa bir razılaşmaya (o cümlədən girov məzmununda əlavəyə) hüquqi baxımdan zərurət olmamışdır. Təminatın bu üsulu müqavilə azadlığı çərçivəsində bağlanmış əqdlər əsasında bank təcrübəsində geniş yay ılmış və tez-tez tətbiq edilən qaydadır. Mülki Məcəllənin 6.1 və 6.2-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-inn 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını nəzərdə tutur. Bu baxımdan nəzərə alınmalıdır ki, MM-nin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Kollegiya onu da vurğ ulayır ki, apelyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin 4-cü bəndini “əhəmiyyətsiz şərt” kimi qeyd etsə də, nəzərə almamışdır ki, həmin müqavilənin etibarlılığı depozit müqaviləsinə əlavə ilə birlikdə iddiaçı tərəfindən daha əvvəl mübahisələndirilmişdir. Həmin mübahisəyə yuxarıda qeyd olunan məhkəmə aktları ilə baxılaraq, əlavə etibarsız sayılsa da, iddia kredit müqaviləsinə aid hissədə rədd edilmişdir. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə depozit müqaviləsinə əlavəni etibarsız sayarkən bu nəticənin kredit müqaviləsini, yaxud onun 4-cü və silinməyə dair digər bəndlərini də əhəmiyyətsiz hala gətirməsi nəticəsinə gəlməmiş, kredit müqaviləsinin nə tamamını, nə də silinməyə aid bəndlərini qismən etibarsız saymamışdır. Beləliklə, eyni tərəflər in iştirak etdiyi həmin mülki işdə kredit müqaviləsinin (o cümlədən 4.1, 9.3 və 12.1-ci bəndlərinin) etibarlı olması hazırkı işdə hüquqi baxımdan müzakirə predmeti ola bilməz və əvvəlki qətnamə tərəflər üçün preyudisialdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Hazırkı işə baxm ış məhkəmələr nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə x x xxxxxx 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2016-cı il tarixli qərarları). Beləliklə, yuxarıda göstərilənlərə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarlı olduğundan onun akseptsiz silinməyə dair 4.1, 9.3 və 12.1-ci bəndləri hüquqi nəticə doğurur. Yəni həmin təminat şərtləri borc öhdəliyinin icrası gecikdirildiyi (kreditin qaytarılmasının təhlükə (risk) altına düşdüyü) halda banka kredit borcunu iddiaçının hesabındakı depozitdən silmək hüququ verir. İddiaçı kredit müqaviləsi bağlayarkən həmin şərtlərlə razılaşdığı üçün “anlaşma qanundur (conventio est lex)” qaydasına uyğun olaraq ona qatlanmaq öhdəliyi daşıyır. Odur ki, cavabdehin akseptsiz silinmə ilə bağlı hərəkərləri tərəflərin bağladıqları müqaviləyə (iddiaçının verdiyi müqavilə təminatına) və qanunvericiliyə zidd deyil. Belə ki, Mülki Məcəllənin 964.2-ci maddəsinə görə, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin xx.xx.2014-cü ildə bitməsinə görə kreditin qaytarılması öhdəliyi istisna olmaqla, tərəflər üçün vəzifə yaratmaması və onun hər hansı bəndinə istinadın əsassız olmasına dair mövqeyi ilə də razılaşmır. Bu işə baxan məhkəmələr həmin mövqeyi “müqavilənin xitamı əsaslarından biri də müqavilənin qüvvədə olma müddətinin başa çatmasıdır” qaydası ilə izah etməyə çalışmış, hətta MM-in 399.3-cü maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Azər baycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli qərarına istinad edərkən sözügedən qaydanın tətbiqi üçün “müqavilədə nəzərdə tutula bilər ki” şərtini nəzərə almamışlar. Kollegiya bildirir ki, müqavilə (iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları) tərəflər üçün icrası məcburi olan öhdəliklər (hüquq və vəzifələr) meydana gətirir. Etibarlı bir əqd əsasında yaranmış öhdəliklərin aradan qalxması həmin müqavilənin müddətinin bitməsinə deyil, öhdəliyə xitam verilməsinin əsaslarına bağlıdır (Mülki Məcəllənin 527-559-cü maddələr). Başqa sözlə, müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq müqavilə üzrə yaranmış öhdəliklərin icrası gecikdirildikdə hə min razılaşmanın şərtlərinə uyğun olaraq kreditorun öz səlahiyyətlərindən istifadə etmək hüququ, borclunun isə öhdəliyini yerinə yetirmək vəzifəsi vardır. Təsadüfi deyil ki, Konstitusiya Məhkəməsinin Plenumu müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığının davam etdiyini və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmədiyini vurğulamışdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı). Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qü vvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Baxılan iş üzrə tərəflər bağladıqları kredit müqaviləsində nəinki müqavilənin qüvvədə olma müddətinin qurtarmasını öhdəliklərə xitam verilməsinin əsası kimi razılaşdırmamış, əksinə 16-cı bənddə şərtləşdirmişlər ki, “bu müqavilə bağlandığı andan qüvvəyə minir, borc alanaın öz üzərinə götürdüyü öhdəliklər borc alan və ya üçüncü şəxs tərəfindən vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə xitam olunur.” Həmin müqavilə üzrə borc öhdəliyinin akseptsiz silinməsinədək icra edilməsinə dair sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, sözügedən mü qavilənin müddətinin bitməsi ondan irəli gələn və icra edilməmiş öhdəlikləri, o cümlədən bankın kredit borcunu depozit hesabından akseptsiz qaydada silmək hüququnu aradan qaldırmır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək bu nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarına hüququn tətbiqində səhv nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilə r. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar