Məhkəmə qərarları › İş №2(102)-2546/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2546/2020

19.05.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2546/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, vəkili Vəkil1, cavabdeh “xxxx” ASC vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13498/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-4353/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) İddiaçı cavabdeh “xxxx” ASC qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, işəgötürənin xx xxx 2019-cu il tarixli, k/19-02440 saylı əmrinin X4 Balans Şöbəsinin rəisi İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxx 2019-cu il tarixdən xitam verilməsinə dair hissədə ləğv edilib, iddiaçının cavabdeh təşkilatın X4 Balans Şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün (xx xxx 2019-cu ildən işə bərpa olunana qədər) əmək haqqının ödənilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13498/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, işəgötürənin xx xxx 2019-cu il tarixli, k/19-02440 saylı əmrinin X4 Balans Şöbəsinin rəisi kimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxx 2019-cu il tarixdən xitam verilməsinə dair hissədə ləğv edilib, cavabdeh təşkilatın X4 Balans Şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün (xx xxx 2019-cu ildən işə bərpa olunana qədər) əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Mə hkəmə iclasında cavabdeh “xxxx” ASC vəkili Vəkil2 kassasiya şikayətində göstərilinlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kasssasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasların olmamasına, iddiaçının öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin mülki iş materialları ilə öz təsdiqini tapmamasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci m addəsinin “ç” bəndinin, 187-ci maddəsinin 1-ci hissəsinin, 189-cu maddəsinin 3-cü hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci i l tarixli əmək müqaviləsinə əsasən iddiaçı, cavabdeh təşkilatın Neftçala EŞ-nin ESS-də Balans Şöbəsinin rəisi vəzifəsinə təyin edilib və işəgötürənin xx xxx 2019-cu il tarixli, k/19-02440 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə öhdəliklərini keyfiyyətsiz icra etdiyinə, xidməti vəzifəsinə səhlənkar yanaşdığına, realizə olunmuş enerji haqqının yığım səviyyəsini tam təmin etmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxx 2019cu il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi X9 Təchizatı və Satışı İdarəsi X4 xx xxx 2019-cu il tarixli təqdimatı göstərilib. Təqdimatda isə X5 üzrə yanvar, fevral, mart və aprel ayları üzrə yığılmayan 35.806 manat məbləğin səbəbi kimi Balans Şöbəsinin rəisi İddiaçı nəzarətçi mühəndislər üzərində işini düzgün təşkil etm əməsi və lazımi şəkildə qura bilməməsi qeyd edilib. Eyni zamanda işdən görünür ki, işəgötürənin xx xxxxxx 2019-cu il tarixli, k/19-00010 saylı əmri ilə mülki müqavilə ilə müəyyən edilmiş vəzifələrinin icrasına səhlənkar yanaşdığına və mülki funksiyalarını yarıtmaz yerinə yetirdiyinə görə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzə alıb, işə əlavə edilmiş sübutları tədqiq edib qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ona görə xitam verilib ki, o, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini keyfiyyətsiz icra edib, xidmət vəzifəsinə səhlənkar yanaşıb və realizasiya olunmuş enerji haqqının yığım səviyyəsini tam təmin etməyib. Həmçinin barəsində qüvvədə olan intizam tənbehindən nəticə çıxarmayıb. A zərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını səhlənkar yerinə yetirməsini onunla əlaqələndirmişdir ki, enerji haqqının yı ğımı tam təmin olunmayıb, abonentlər tərəfindən enerjidən istifadə qaydalarının pozulması halları aşkar olunub. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, işçi vəzifə səlahiyyətilərinə uyğun olaraq, enerji haqqının yığımının təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirir. Lakin bu zaman yığım səviyyəsinin aşağı olması birmənalı olaraq onun keyfiyyətsiz fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməməlidir. Belə ki, bu kimi hallar abonentlər tərəfindən istifadə qaydalarının pozulması ilə bağlı yaranır. Həmin halların olması özlüyündə işçinin təqsirli olması demək deyil. Qeyd olunan pozuntunun baş verməsində (abonent tərəfindən enerjidən qeyri-qanunu istifadə olunması) işçinin təqsiri işəgö türən tərəfindən sübuta yetirilməlidir. Hazırki halda cavabdeh tərəf bildirir ki, iddiaçı əvvəllər də belə hallara yol verib və ona şiddətli töhmət verilməsi analoji hallarla bağlı olub. İddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə dair işəgötürənin xx xxxxxx 2019-cu il tarixli, k/19-00010 saylı əmrindən görünür ki, iddiaçı vəzifələrinin icrasına səhlənkar yanaşdığı və əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün işəgötürən tərəfindən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. İddiaçı isə iddia edir ki, sonuncu tənbeh tədbirindən xəbəri olmayıb, ona bu barədə məlumat verilməyib. Cavabdeh tərəf iddiaçının bu etirazı ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməyib. Belə ki, iddiaçı israr edir ki, ona nə vaxtsa töhmət verilməsindən məlumatı olmayıb. Bununla bağlı hər-hansı iclas keçirilməyib, ona bununla bağlı izahat yazması təklif olunmayıb, həmin töhmətlərin surəti ona verilməyib. İşdən çıxandan sonra işəgötürənə yaxınlaşdıqda ona bildirilib ki, həmişə formal olaraq belə töhmətlər rəsmiləşdirilir ki, özlərini sığortalasınlar. Azərbaycan Respublikası MPM-nin 77.2. maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının etirazı qeyd olunan şiddətli töhmətin (hansıki iddiaçının işdən azad olunması əsaslarından biri həmin töhmətdir) qanunsuz olması, belə bir tənbeh tədbirinin olmaması ilə bağlıdır. Cavabdeh tərəf isə iddiaçının barəsi ndə eyni pozuntulara görə qüvvədə olan şiddətli töhmət olmasına istinad edir. Ona görə həmin şiddətli töhmətin qəbul edilməsi əsasları ilə bağlı halları, belə qərar barədə iddiaçının məlumatlı olması hallarını sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf bu halları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hansıki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Cavabdeh tərəf belə məlumatlandırmanın həyata keçirilməsi barədə sübutları təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı şiddətli töhmət verilməsi barədə qərarın surətinin iddiaçıya verilməsi, iddiaçıdan Əmək Məcəlləsinin 70-ci maddəsinən “ç” bəndi ilə işdən azad olunması ilə bağlı izahatının alınması ilə bağlı sənədləri məhkəməyə təqdim etmək üçün 1-ci iclasın təxirə salınmasını xahiş etmiş, lakin sonradan keçirilən məhkəmə iclasında bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi analoji intizam tənbehlərinin formal olaraq qəbul edilməsi barədə iddiaçının etirazını əsaslı hesab edir. Əks təqdirdə cavabdeh tərəf qeyd olunan şiddətli töhmətin verilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmiş olardı, heç olmasa həmin qərarın surətinin iddiaçıya təqdim edilməsini təsdiq edən sübutu təqdim edərdi. Bu ndan başqa, iddiaçının xidmət göstərdiyi ərazidəki abonentlərin elektik enerjisindən qanunsuz istifadə olunmasında iddiaçının təqsirinin olması ilə bağlı faktlar da birmənalı deyil. Belə ki, abonent X1 enerjidən qeyri-qanuni istifadə etməsi ilə bağlı akt tərtib olunub və iddiaçıdan izahat alınıb. İddiaçının təqdim etdiyi sənədlər isə tamamilə bunun əksini təsdiq edir. Belə ki, Neftçala rayon İHB-nın aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X2 məxsus torpaq sahəsində 2015-ci ildən hazırki vaxtadək yaşayış yoxdur. Abunəçinin ödəniş məlumatlarından görünür ki, həmin vaxtdan heç bir ödəniş aparılmayıb. Həmin faktlar bu halda da iddiaçının dediklərini təsdiq edir. Belə ki, abonentin həmin ünvanda elektrik e nerjisindən istifadə etməsi halında keçən müddət ərzində nə vaxtsa ödəniş etməsi istisnasızdır. İddiaçı tələbində qeyd edir ki, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərkən izahatı alınmayıb. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Mülki işin 41-ci səhifəsində olan xx xxx 2019-cu il tarixli izahatdan görünü r ki, işçidən izahat onun işdən çıxarılması ilə bağlı alınmayıb. İddiaçı həmin izahatında bildirib ki, tərtib olunmuş aktdan onun məlumatı olmayıb, eyni zamanda abonent E.Həziyevin evinə xidmət göstərən elektrik dayaqlarının bərbad halda olması onun vəzifə səlahiyyətlərinə aid deyil. Apellyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən izahatın alınması iddiaçının işdən azad olunması ilə bağlı olmayıb və əslində iddiaçının etirazı əsaslı olmuşdur və onun nəzarət etdiyi ərazidə tərtib olunmuş aktlar barədə iddiaçı məlumatlandırılmalı, tanış edilməli və bununla bağlı izahat işi aparılmalı idi. Eyni zamanda qeyd olunmalıdır ki, əslində abonentin elektrik dayaqlarının sıradan çıxması iddiaçının vəzifə səlahiyyətlərinə aid məsələ deyil. Kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslar olmayıb. Belə ki, həmin maddənin mənasına görə qeyd olunan əsasla əmək müqaviləsi o, vaxt ləğv edə bilər ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi mötəbər yazılı sübutlarla təsdiq edilmiş olsun və müvafıq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər han sı formada ziyan dəymiş olsun. Hazırki halda qeyd olunan hallar istisna olunur. Belə ki, iddiaçının əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi mülki iş materialları ilə təsdiq olunmur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyə tli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki,kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13498/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar