Məhkəmə qərarları › İş №2(102)-2546/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2546/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2546/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(105)-2847/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbay can Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. X7 və İddiaçı 09 sentyabr 2015-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 31 may 2016-cı il təvəllüdlü X5 və 19 iyun 2017-ci təvəllüdlü X6 adlı övladları anadan olmuşlar.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, uşaqlar ana ilə saxlanılmışlar. 3. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının, azyaşlı övladları 31 may 2016-cı il t əvəllüdlü X2 və 19 iyun 2017-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə ailə qurarkən, 2015-ci ildən sonuncunun valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmiş və həmin evdə ailə üzvü kimi qəbul edilərək yaşamağa başlamışdır. Sonralar, münasibətləri pozulduğundan azyaşlı övladları ilə birgə valideynlərinin yanında yaşamağa məcbur qalmışdır. Necə müddətdir ki, bu halın düzələcəyinə ümid etsə də, cavabdehlər onun yaşayış evinə daxil olmağına icazə verməmişlər.

6. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-449/2021 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X2, 19 iyun 2017-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, iddia tələbinin İddiaçı və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X2 və 19 iyun 2017-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ev tərəflərin rəsmi nikahda olduğu müddətdə tikilmiş və İddiaçı 2015-ci ildən Cavabdeh1 ilə ailə qurarkən sonuncunun valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmiş və iki övladı ilə birlikdə həmin evdə yaşamışdır.

8. Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 43-cü maddələri, Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3, 56.1, 59.1, 60.1, 60.2-ci maddələri, Mülki Məcəllənin 11.2, 16, 164.1, 164.2, 560.3.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlərlə birlikdə ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüququ olmuşdur. Hazırki halda qeyd olunan fərdi yaşayış evi özbaşına tikili olsa belə, cavabdehlərin hüquqdan sui-istifadə etmələri iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququnun həyata keçirilməsi kimi qiymətləndirilməlidir.

9. Ona görə də, məhkəmə işin müəyyən edilmiş hallarını məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasının nəzərə alınmasını təmin edir, başqa sözlə mübahisəli ev özbaşına tikili olsa da, cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir.

10. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin f aktiki hallarına istinad edərək hesab etmişdir ki, mübahisəli sənədsiz fərdi yaşayış evi özbaşına tikili olmasına baxmayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən normasının hazırki iddia tələbinə tətbiq olunması üçün əsas verir.

11. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçının və azyaşlı övladlarının ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilməlidir. Belə ki, sözügedən fərdi yaşayış evinin sənədsiz olması səbəbindən iddiaçının və azyaşlı övladlarının həmin fərdi yaşayış evindən istifadə qaydalarını müəyyən etmək mümk ün deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-449/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(105)-2847/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-449/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və həmin məhkəmənin mövqeyini təkrarlamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(105)-2847/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələri, Mülki Prosessual Məcəlləsinin 354.1.4, 387.2.4, 418-ci maddələri pozulmuşdur.

17. Belə ki, məhkəmə mübahisəli evin cavabdehlərə deyil, X1 məxsus olmasını, həmin evin heç bir hüquqmüəyyənedici sənədinin olmamasını nəzərə almamış, evin faktiki sahibi işə cəlb edilməmidir. Həmçinin, rayon məhkəməsinin qətnaməsində mübahisəli evin ünvanı düzgün göstərilməmiş, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin səhvini aradan qaldırmamışdır. Daha sonra mübahisələndirilən qətnamədə evin tərəflərin birgə nikahları dövründə tikilməsi qeyd olunsa da, məhkəmə bu fikrini əsaslandırmamışdır. Nəhayət, iddiaçı ayrı icraatda cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyalarının və cehizlərinin qaytarılmasını xahiş etmiş, məhkəmə isə həmin işə baxılması ilə əlaqədar hazırki iş üzrə icraatı dayandırmamışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qay dasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunmas ı ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. İddia birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən təmin edilsə də, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdehlər vermiş və apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırda da, cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsi eyni dəlillərlə mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktlar ı rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının Ali 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların v ə qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

26. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiyası məhkəməsi işin faktiki hallarını tam müəyyən etməmiş və müvafiq olaraq bu hallara uyğun maddi hüquq normanın tətbiqində pozuntuya yol vermişdir.

27. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi bir tərəfdən müəyyən etmişdir ki, “mübahisəli ev tərəflərin rəsmi nikahda olduğu müddətdə tikilmişdir”. Burada tərəflər kimi iddiaçı və cavabdehlər qəbul edilsə - onlar nikahda olmamışlar. İddiaçı cavabdehlərin oğlu ilə nikah a daxil olmuşdur. Belə olan halda, məhkəmənin mübahisəli evin iddiaçı ilə cavabdehlərin oğlunun birgə nikahları olduğu müddətdə tikilməsi kimi müəyyən etdiyini qəbul etmək olar. Lakin məhkəmə həmin halı hansı sübutlara əsasən müəyyən etdiyini göstərməmişdir.

28. Digər tərəfdən birinci instansiya məhkəməsi həmin cümlənin davamında göstərmişdir ki, “İddiaçı 2015-ci ildən Cavabdeh1 ilə ailə qurarkən sonuncunun valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmiş və iki övladı ilə birlikdə həmin evdə yaşamışdır.” Yəni məhkəmə müəyyən etmişdir ki, cavabdeh artıq hazır olan evə gəlin köçmüşdür.

29. Beləliklə, müəyyən olunur ki, birinci instansiya məhkəməsi i şin hallarını ziddiyyətli olaraq müəyyən etmiş və apellyasiya məhkəməsi də, həmin ziddiyyəti aradan qaldırmamış, qətnaməni olduğu kimi köçürməklə, MPM-in 218.1 və 392.1.5-ci maddələrinin tələblərini pozmuşdur.

30. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı cavabdeh qismində keçmiş həyat yoldaşını deyil, sonuncunun valideynlərini göstərmişdir. Yəni belə nəticəyə gəlmək olar ki, iddiaçı mübahisəli mənzilin özbaşına tikili olsa da, məhz sonuncuların sahibliyində olmasını qəbul edir.

31. İddianı təmin edən məhkəmələr isə işin bu halını nəzərə almamış və qətnaməni əsaslandırarkən iddiaçının da bu fərdi yaşayış evinin sahibi olması və “qanuni gözlənti” hüququna malik olmasını göstərmişdir. Lakin məhkəmə həmin hüquqların hansı əsaslarla yaranmasını qətnamədə ümumiyyətlə əsaslandırmamışdır.

32. M əhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə praktikasına əsasən özbaşına tikililərə köçürülmə tələbinə dair işlərə baxılarkən, yalnız köçürülməsi xahiş edilən şəxsin əvvəllər həmin sahədə müəyyən müddətdə yaşaması onun köçürülməsi üçün əsas kimi qəbul edilməməlidir. Məhkəmələr tikilinin kim tərəfindən inşa edilməsini, kimin faktiki sahibliyində olmasını, iddiaçının hansı əsasla ora köçməsini, tərəflər arasında hüquq münasibətlərinin nə vaxt yaranmasını müəyyən etməli və bu hallara uyğun analogiya üzrə maddi hüquq normalarını tətbiq etməklə, yekun nəticəyə gəlməlidirlər.

33. Lakin hazırki işdə müəyyən olunmuş faktiki hallara ziddiyyətli olması ilə yanaşı, məhkəmə iddiaçının fərdi yaşayış evinə köçürülməsinə əsas verən hər hansı maddi hüquq normasına istinad etməmiş, yalnız qanunv ericiliyin ümumi prinsiplərini qeyd etməklə iddianı mübahisələndirilən hissədə təmin etmişdir.

34. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

36. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüqu q normalarının tələblərinə cavab vermir.

37. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

38. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının mübahisəli yaşayış sahəsinə köçdüyü dövrdə, həmin sahənin faktiki sahiblik və istifadə, o cümlədən “gözlənilən” hüquq üzrə kimə (kimlərə) məxsus olması araşdırılmalı, bundan asılı olaraq iddiaçının ora köçürülməsi üçün əsasların yaranması məsələsi müəyyən edilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri yar anan zaman qüvvədə olmuş maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(105)-2847/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar