Məhkəmə qərarları › İş №2(102)-2546/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2546/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2546/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə öhdəliyi, borcun etirafı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)-6248/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə A zərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli borcun etirafına dair sazişə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə İddiaçı 45.100 manat məbləğində borc aldığını etiraf etmiş və borcu bir ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 həmin sazişi şahid qismində imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 45.100 manat borcun, 10.000 manat əldən çıxmış faydanın əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 256 manat məbləğində pulun onun xeyrinə tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərə 2020-ci ildən tanışdır. Belə ki, özünə mənzil almaq məqsədilə Xətai rayonu ərazisində yerləşən “Ağ Şəhər” yaşayış kompleksinə gedərək orada tikilən mənzillərlə maraqlanmağa başlamışdır. Təsadüfən cavabdehlərlə tanış olmuşdur. Onlar ona orada tikinti işləri aparan MTK-ya tikinti materialları verərək, əvəzinə MTK rəhbərliyi tərəfindən mənzillər aldıqlarını, hazırda isə qeyd edilən mənzilləri dəyərindən ucuz qiymətə satmaq istədiklərini bildirmişlər. Cavabdehlərlə mənzillərin birinə baxış keçirdikdən sonra həmin mənzili almaq barədə razılığa gəlmişlər. Bundan təxminən 6 ay sonra Cavabdeh1 onunla əlaqə saxlayaraq "xxxx" MTK-dan tikinti materiallarının əvəzinə onlara verilmiş 250 m² sahəsi olan mənzili 296000 manata satmaq istədiklərini bildirdilər. Onlara hal-hazırda nağd qaydada ödəniş edə bilməyəcəyini dedikdə, sonuncular həmin mənzili hissə-hissə ödəmək şərti ilə ona sata biləcəklərini təklif etmişlər. 19 may 2020-ci il ildə aralarında olan razılaşmaya əsasən həmin mənzilin dəyərindən 59.500 manat ödəniş etməklə MTK tərəfindən adına müqavilə və ilkin ödəniş qəbzi təqdim edilmişdir. Bundan sonra cavabdehlər mənzilin dəyərinin bir hissənin də ödənilməsini ondan xahiş etmişlər. O da etiraz etməyərək ayrı-ayrı vaxtlarda ümumilikdə 45.100 manat məbləğində pulu işlədiyi məkanda cavabdehlərə vermişdir. Bir müddət sonra cavabdehlər mənzili aldıqları MTK ilə münasibətlərinin pisləşdiyini və ondan aldıqları ödənişləri MTK-ya ödəmədiklərini, qısa müddətdə onlara ödədiyi pulları qay taracaqlarını bildirmişlər. Sübut olaraq 31 oktyabr 2020-ci il tarixdə cavabdehlər ondan aldıqları 45.100 manat məbləğində borcun etirafı barədə saziş yazmış və öz imzaları ilə təsdiq etmişlər. Dəfələrlə cavabdehlərə borcun ödənilməsi üçün müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələr gətirməklə cavabdehlər borcu ödəməkdən yayınmışlar. Məcburiyyət qarşısında qalaraq cavabdehlərin hərəkətlərindən Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis tərəfindən müvafiq araşdırma aparılmaqla cavabdehlərin izahatları alınmış, izahatlarında borcu tam etiraf etməklə qısa müddətdə borcu ödəyəcəklərini bildirmişlər. Aparılmış araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işin in başlanması rədd edilmiş, baş vermiş mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

4. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh2 izahat verərək bildirmişdir ki, onun iddiaçı ilə ticarəti və iş birliyi olmuşdur. O, həmin 45.000 manat dəyərində borcun etirafı barədə müqaviləni sadəcə şahid kimi imzalamışdır. Buna görə də hazırki iş üzrə cavabdeh deyil, şahid kimi tanınmasını xahiş edir. 55.000 manat məbləğində pulun tutulmasını qəbul etmir. Əslində aralarında 45.000 manat məbləğində borc olmuşdur, lakin Daxili İşlər Nazirliyində hazırki mübahisə ilə bağlı araşdırma aparılmış və borcun 30-35 min manat olması sübut olunmuşdur. Onun xatırladığı qədəriylə, ümumiyyətlə aralarında 104.000 manat məbləğində borc olmuş, həmin borcdan təxminən 68.900 m anatı ödəmişdir. Geriyə qalan məbləğin nəzərə alınmasını xahiş etmişdir.

5. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də verməmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Günay Axundova) 2(004)1941/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 45.100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 226 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, Cavabdeh1 iddiaçı qarşısında həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yet irməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya borclu olan şəxs Cavabdeh1 olduğuna görə 45100 manat pul ondan alınıb iddiaçıya verilməlidir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçi əldən çıxmış fayda olaraq 10.000 manat tələb etmişdir. Lakin bu tələbin təmin edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz.

10. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələb inin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə qalan borcuna münasibətdə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, "xxxx" MTK-da binaların üzlüyünün çəkilməsi işlərini görmüşdür. Dəfələrlə işbirliyi olan iddiaçı ilə əvvəlki qaydada razılıq əldə etmiş və tikinti materiallarının alınması üçün iddiaçıdan hissə-hissə cəmi 104.000 manat pul almışdır. Belə ki, bundan əvvəl də iddiaçı ona nağd pul vermiş və o həmin pulla tikinti malları alıb işlərini görmüş, görülən iş müqabilində ona verilən evlərdən iddiaçıya alınan pulun dəyərində mənzil vermişdir. Lakin bir müddət işləyəndən sonra işlədikləri "xxxx" MTK-da tikinti işlərini onlardan alıb başqa şirkətə vermişlər və həmin binada pullarının əvəzi olaraq MTK-da onlar a verilmiş olacaq 250 m² sahəsi olan mənzili 296.000 manata iddiaçıya satmaq istədiyini bildirmiş və qalıq pulu da ödəməyi təklif etmişdir. Lakin sonradan işləri alınmadığı üçün mənzildə olan payı 68.900 manat olmaqla iddiaçıya satılacaq mənzillə bağlı əvəzləşdirmişlər və həmin mənzil MTK tərəfindən iddiaçıya satılmışdır. Onun isə iddiaçıya cəmi 35.100 manat borcu qalmışdır. İddiaçı ilə aralarında formal olaraq borcun etirafı müqaviləsi bağlanmış, lakin borcu olan 35.100 manat pulu gecikdirdiyi təqdirdə 10.000 manat əlavə, yəni 45.100 manat ödəyəcəyinə imza etmişdir. Bu müqavilədən dərhal sonra iddiaçıya borclu olduğu 35.100 manat pulu təklif etsə də, iddiaçı qəbul etməyərək etiraf müqaviləsindən istifadə edərək 45.100 manat pulu tam verməli olduğunu bildirmişdir.

13. Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 2(103)-6248/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X1) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıya borclu olmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılarkən də etiraf etmişdir. Araşdırma zamanı Cavabdeh1 etiraf etdiyi borcun məbləği 41100 manat olsa da, iddiaçının izahatından görünür ki, bundan əlavə, o, cavabdehə 4000 manat da pul vermişdir. Cavabdeh1 iddiaçıya 35.100 manat məbləğində borcunun olduğunu bildirsə də, iddiaya etirazın əsasları kimi istinad etdiyi hallara dair məh kəməyə heç bir sübut təqdim etməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 iddiaçıya olan borcunun məbləğinin 45100 manat olması barədə düzgün nəticəyə gəlmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna və birinci instansiya məhkəməsi tərəfindən mahiyyətcə düzgün qərar qəbul olunduğuna görə apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 882.1, AR MPM-nin 77.1, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apel lyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində cavabdeh iddiaçıya 35100 manat məbləğində borcunun olduğunu bildirsə də, məhkəmədə iştirakı təmin olunmadığı üçün qeyd edilənləri rəsmi olaraq sübut etməsi mümkün olmamışdır və bu səbəbdən də əsassız olaraq apellyasiya məhkəməsi iddiaya etirazın əsasları kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməməsi qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası yalnız iddiaçının təqdim etdiyi müqaviləyə və iddiaçının izahatına əsasən hesab etmişdir ki, cavabdehin iddiaçıya olan borcunun məbləğinin 45100 manat olmas ı barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh isə məhkəmə prosesinin vaxtı barədə xəbərdar edilməmişdir, bu barədə yalnız məhkəmə prosesindən sonra xəbərdar olmuşdur. Bundan sonra asan imza nömrəsi itdiyindən qətnaməni apellyasiya instansiya məhkəməsinə gedərək xx.xx.2023-cü il tarixində məhkəmənin inzibati binasında qəbul şöbəsindən almışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərind ən əmələ gəlir.

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

27. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sür ülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.

32. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

35. Maddə 418.3.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apel lyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, iddiaçının əsaslandırmasna görə Cavabdeh1 ona tikinti materialları almaq və əvəzində mənzil vermək barədə razılığa əsasən aldığı puldan 45.100 manat məbləğində pulu qaytarmamış, cavabdeh bu barədə borcun etirafı barədə saziş imzalamışdır.

40. Qeyd olunan saziş Mülki Məcəllənin 882-ci maddəsində müəyyən olunmuş forma və məzmun tələblərinə cavab verir.

41. Kassatorun dəlilləri, əsasən onun məhkəmədə iştirakı təmin olunmaması səbəbindən iddia tələbinə qarşı sübutlar təqdim olunması mümkün olmadığına görə məhkəmənin səhv nəticəyə gəlməsi barədədir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər qətnamənin ləğvinə əsas vermir. Çünki cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə elektron vasitələrlə lazımi qaydada məlumat verilmiş (mülki işin 83-84-cü səhifələri), lakin heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir.

43. Bundan başqa, baxılan işdə birinci instansiya məhkəməsi iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etm iş, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir.

44. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

45. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır.

46. Bundan başqa, Azərbaycan Respublik ası MPM-nin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

47. Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulması na, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

48. Bundan başqa, Mülki Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(103)-6248/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar