Məhkəmə qərarları › İş №2(102)-2546/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2546/2025

18.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2546/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər Naxçıvan MR Babək rayonu Cəhri Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti cəlb edilməklə), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X150 və digərlərinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: öhdəlik münasibətlərindən irəli gələn mübahisə, tapşırıq müqaviləsinin icrası nəticəsində əldə edilənlərin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əziz ağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2594/2025 nömrəli, 7 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı3 kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cəhri kənd ağsaqqalarının xx.xx.2012-ci il tarixli iclasının nəticəsinə əsasən qərara alınmışdır: Məmmədli kəndində 2,5 ha qəbiristanlığın alınsın; qəbiristanlıq üçün vəsaitlərin yığılması və qəbiristanlıqla bağlı məsələlər məsələlər Cavabdeh başda olmaqla X5 həvalə olunsun; vəsaitin yığılması 100 manatdan başlasın, kimin imkanı varsa artıq da verə bilər; ailədə neçə oğul varsa ayrı təsərrüfatdırsa, yəni evlidirsə imkan dərəcəsində vəsait yığımında iştirak etməsi vacibdir; qəbiristanlıqla bağlı vəsaitin yığılması ancaq Cəhri və Gülşənabad kəndinə aiddir; başqa rayondan olan kürəkənlər öz təsərrüfatı üçün qəbiristanlıq məsələlərində iştirak edə bilərlər, yəni yer ala bilərlər. Bundan sonra hüzrü düşən şəxslər məclislərində vəsaitin yığılmasını vacib saymalıdırlar və vəsaitin miqdarı 510 manatdan başlasın, kimin imkanı olarsa artıq da verə bilər.

2. X92 (əvəzinə X141) ilə Cavabdeh arasında xx.xx.2012-ci tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı müqaviləyə əsasən X4 rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsini Cavabdeh 60.000 manata sataraq sonuncunun mülkiyyətinə vermişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların da iştirakı ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin puluyla, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin bütün sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh a dına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2.5 ha, yəni 25000 kvadrat metr torpaq sahəsinin tapşırıq verənlərə, yəni onların tələbinə uyğun olaraq, Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh (bundan sonra “cavabdeh”) üzərinə qoyulması, məhkəmə xərclərinin cavabdehdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar da daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri və Gülşənabad kəndlərindən olan 500-dən çox sakinin pul toplaması ilə, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan kənd camaatının qəbiristanlıq ehtiyaclarını ödəmək üçün 18 noyabr 2012-ci ildə torpaq sahəsi almaq qərarına gəliblər və bu işi şifahi tapşırıq müqaviləsi ilə cavabdehə və başqa bir kənd sakini X5 həvalə ediblər. Onlar həmin torpaq sahəsinin alınması üçün pul qoyublar. X17 və cavabdeh qəbiristanlıq üçün yararlı torpaq sahəsi tapmalı, onu abadlaşdırmalı və yas mərasimləri üçün uyğun hala salmalı idilər. Bir müddət sonra cavabdeh onlara bildirib ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsindən torpaq sahəsi alınıb və orada dəfn mərasimlərinə başlamaq olar. 2023-cü ilin mayında onlara məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsini Məmmədli Bələdiyyəsindən yox, X141 adlı şəxsdən (ünvan: ünvan 1inatlı pay torpağı olub və cavabdeh bu torpağı öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirib və bu torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Halbuki, 2012-ci ildə ağsaqqalların iştirakı ilə keçirilən iclas zamanı torpağın cavabdehin şəxsi mülkiyyətinə keçirilməsi barədə ona tapşı rıq verilməyib. Cavabdeh həmin torpaq sahəsini öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirəndə də onlardan və kənd camaatından razılıq almayıb bütün bunları onlardan xəbərsiz edib. Bu isə o deməkdir ki, 2016-cı ildən başlayaraq, orada dəfn edilən yaxınlarının qəbirləri üçün hər an problemlər yarana bilər. Çünki Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 522 saylı Qərarı ilə təsdiq edilmiş “Qəbirstanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, yeni qəbirstanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir və şəxsi mülkiyyətdə olan torpaq sahələrində, kənd təsərrüfatı təyinatlı torpaqlarda qəbiristanlıq salına bilməz. Həmin “Qaydalar” fiziki şəxslərin, istər fərdi mülkiyyətçi, istərsə də birgə mülkiyyətçilər olsun, ictimai təşkilatlara qəbiristanlıq salmasını qadağan edir. Göründüyü kimi, bu gün qüvvədə olan qanunlar qəbiristanlıq yerlərinin şəxsi mülkiyyətdə olmasını birmənalı olaraq qadağan edir və qəbirstanlıqların idarəçiliyi yalnız bələdiyyələrə aiddir. Bundan başqa, cavabdehin ölümündən sonra onun vərəsələri tərəfindən də bu torpaq sahəsi üçün problemlərin yaranacağı qaçılmazdır. Mövcud qanunların tələblərini və gələcəkdə yarana biləcək problemləri nəzərə alaraq, Cəhri qəsəbəsinin bir qrup sakini cavabdehə təklif etmişlər ki, həmin torpaq sahəsini təcili öz şəxsi mülkiyyətindən çıxarsın, kənd camaatına qaytarsın. Bu vaxt, həmin torpaq sahəsinin alınmasında iştirak edən şəxslər arasında, torpağın cavabdehin adından kimin adına və necə keçirilməsi haqqında fikir ayrılığı yaranıb. Bir qrup təklif edib ki, torpaq birgə mülkiyyət kimi pul qoy an adamların adına ümumi birgə mülkiyyət kimi qeydə alınsın. Onlar isə təklif ediblər ki, mövcud Qanunlar və Nazirlər Kabinetinin yuxarıda göstərdikləri Qərarı, mülkiyyətçilərin sayından asılı olmayaraq, qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən yaradılmasını nəzərdə tutduğuna görə, bu torpaq sahəsi, bağışlama müqaviləsi ilə, əvəzsiz və qeyd-şərtsiz olaraq Cəhri Bələdiyyəsinin mülkiyyətinə keçirilməlidir. Belə olan halda, cavabdeh və bir qrup şəxs torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsinin əleyhinə çıxıblar və torpağın ümumi birgə mülkiyyət kimi qeydə alınmasında israr ediblər. İddiaçılar isə hesab edirlər ki, əvvəla, 2012-ci ildə bu torpaq sahəsi alınanda, pul qoyubqoymamasından asılı olmayaraq, bu torpaq sahəsi Cəhri və Gülşənabad kənd sakinlərinin hamısının və gələcək nəsillərin qəbiristanlıq ehtiyacları üçün alınıb və bir şəxsin, yaxud da qarşı tərəfin iddia etdiyi kimi, 354 şəxsin xüsusi mülkiyyəti kimi qeydə alına bilməz. İkincisi, neçə adamın mülkiyyətində olmasından asılı olmayaraq, mövcud qanunlar qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən salınmasını nəzərdə tutduğu üçün, bu torpaq sahəsi doğma kəndləri Cəhri bələdiyyəsinin mülkiyyətinə verilməlidir ki, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi və qanuna uyğun formada qəbiristanlıq kimi istifadə edilməsi mümkün olsun. Hətta, Mülki Məcəllənin 194.1-ci maddəsinə uyğun olaraq, Cəhri qəsəbə sakinlərindən bir qrupu (147 nəfər) cavabdehə müraciət edərək, tələb etmişlər ki, onların payına düşən torpaq sahəsini Cəhri bələdiyyəsinin mülkiyyətinə keçirsin. Həmin 147 şəxslə Cəhri qəsəbə bələdiy yə arasında bu barədə razılıq əldə edilib və Cəhri qəsəbə bələdiyyəsi həmin torpaq sahəsini mülkiyyətinə qəbul etməyə hazır olduğu barədə rəsmi məktub yazdı. Torpağın ümumi sahəsi 2.5 ha, yəni 25000 kvadrat metrdir. Cavabdeh təklif edir ki, həmin sahə pul qoyan 354 adam arasında bölünsün, hər kəs öz payı üzərində istədiyi kimi sərəncam versin. Bu isə faktiki olaraq, qəbiristanlığın dağılması deməkdir. Onlar 2012-ci ildə pul qoyanda Cəhri və Gülşənabad kənd sakinlərinin hamısının qəbiristanlıq ehtiyacları üçün torpaq alınması məqsədilə pul qoyublar. Bilsəydilər ki, nə vaxtsa bu torpaq sahəsi şəxslərin mülkiyyətinə veriləcək, heç vaxt pul qoymazdılar. Həmin torpaq sahəsinin kənd sakinlərinə, onların yeganə rəsmi təmsilçisi olan Cəhri bələdiyyəsinə verilməsi ilə bağlı təkliflərini qəbul etməd iyinə görə, Cəhri kənd sakini, həmin torpaq sahəsinin alınmasında ilk təşəbbüsün sahibi və ən çox pul qoyanlardan (10000 manat pul qoyub) biri kimi X72 14 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsində hazırkı iş üzrə cavabdehə və X110 qarşı iddia qaldırıb. Bir çox həmkəndliləri də müstəqil tələb irəli sürən və sürməyən şəxslər kimi həmin işə qoşulublar. Həmin işə baxılarkən, 5 mart 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə verərək bildirib ki, o, Cəhri kənd sakinlərinin pulu ilə alınmış torpaq sahəsindən 147 nəfərin payına düşən hissəni geri qaytarmağa etiraz etmir. Ona görə də, iddiaçı X72 həmin iclasda iddianın baxılmamış saxlanması barədə ərizə verib və hakim də bunu qəbul edib. Həmin məhkəmə iclasından sonra cavabdeh yenə də torpaq sahəsini öz adından çıxarmaqdan, Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə yayınıb. Aralarında yaranmış mübahisəni sülh yolu ilə danışıqlarla həll edə bilməmişlər. Buna görə də, bu iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar da cavabdehdən tələb edirlər ki, onların da pulu ilə alınmış torpaq sahəsini bağışlama müqaviləsi ilə, əvəzsiz və şərtsiz olaraq Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirsin. Cəhri qəsəbə bələdiyyəsi isə həmin torpaq sahəsini qəbul etməyə hazır olduğunu, Abşeron Rayon Məhkəməsinə ünvanlandığı rəsmi məktubla artıq bildirmişdir. Torpağın ümumi sahəsi 2.5 ha, yəni 25000 kvadrat metrdir. Bu torpaq sahəsi bölünəcəyi halda, o, özünün əsas funksiyasını, yəni qəbiristanlıq kimi istifadə edilə bilmək təy inatını itirəcək. Onların fikrincə, torpaq sahəsi bölünə bilməz, bələdiyyə mülkiyyətindən başqa, hər hansı fiziki və ya hüquqi şəxs(lər)in mülkiyyətinə verilə bilməz. Onlar qəbiristanlıq üçün alınmış torpaq sahəsindən, paylarını tələb edən şəxslərin paylarına uyğun, onlara haqq ödəməyə hazırdırlar. Təki Cəhri qəsəbəsinin və Gülşənabad kəndinin gələcək nəsilləri o torpaq sahəsindən halallıqla və mübahisəsiz olaraq təyinatı üzrə istifadə edə bilsinlər.

6. Birinci instansiya məhkəməsində İddiaçı1 nümayəndəsi və vəkili, İddiaçı3 vəkili Vəkil1 əlavə olaraq bildirmişdir ki, Bakı şəhərində yaşayan naxçıvanlılar, Cəhri və Gülşənabad kəndinin sakinləri vəfat edən ailə üzvlərini, qohumlarını Naxçıvan Muxtar Respublikasına aparıb dəfn etməkdə çətinlik çəkdikləri üçün qəbiristanlıq salmaq məqsədi ilə 2012-ci ildə torpaq sahəsi almaq üçün cavabdehə və Siyasət Niftəliyevə tapşırıq vermişlər. Həmin tapşırıq əsasında 2.5 hektar torpaq sahəsi alınıb. Ola bilər ki, cavabdeh o vaxt həmin torpaq sahəsini qəbiristanlıq kimi qeydiyyatdan keçirməsinə səlahiyyətinin olmadığını bilməyib. Sonradan cavabdeh torpaq sahəsini aldığını, ona tapşırıq verildiyini, həmin torpaq sahəsini şəxsi mülkiyyətinə keçirdiyini etiraf edib. Amma torpaq sahəsini şəxsi mülkiyyəti kimi qeydiyyata aldıranda cavabdeh bunu heç bir kənd sakininə bildirməyib. Cavabdehin həmin torpaq sahəsini qəbiristanlıq kimi qeydiyyata aldırması mümkün deyil. Cavabdehə torpaq sahəsini öz adına rəsmiləşdirməsi barədə kənd sakinləri tərəfindən tapşırıq verilməyib. O vaxt düşünmüşlər ki, bir cəmiyyət yaratsınlar. Torpaq sahəsi də həmin Cəmiyyə tin adına qeydiyyatdan keçirilsin. Belə bir sənəd də var və məhkəməyə təqdim olunub. Amma cavabdeh torpaq sahəsini öz adına qeydiyyatdan keçirib və bu barədə də heç kimə məlumat verməyib. Bir müddətdən sonra da qəbiristanlığın hazır olması və vəfat edən şəxslərin həmin qəbiristanlıqda dəfn oluna bilməsi bütün kənd sakinlərinə elan olunub. Kənd sakinləri də ölülərini qəbiristanlıqda dəfn etməyə başlamışlar. Artıq 67 nəfər vəfat etmiş şəxs həmin qəbiristanlıqda dəfn olunub. Qəbiristanlıq şəxsi mülkiyyətdə ola bilməz. Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən tapşırıq alan tapşırıq verənlərə həmin tapşırığın icrasının nəticəsində əldə olunan əmlakı qaytarmağa borcludur. Cəhri bələdiyyəsi həmin inzibati ərazidə yaşayan şəxslərdir. Ona görə Cəhri Bələdiyyəsinin adı hallanır. Burada şəxslərin s ayı çoxdur, 1 yaxud 2 nəfər deyil, yüzlərlə insan var ki, hamısı pul veriblər. Qəbiristanlıq alınması üçün torpaq sahəsi alınıb, tapşırıq ona görə verilib. Tapşırıq ona görə verilməyib ki, cavabdeh mülkiyyətinə hər hansı əmlak əldə etsin. Bu gün cavabdeh həmin torpaq sahəsini Cəhri Bələdiyyəsinə bağışlaya bilər. Bələdiyyə istənilən yerdə torpaq sahəsi, əmlak ala bilər. Sonrakı mərhələlərdə Məmmədli Bələdiyyəsi özü Cəhri Bələdiyyəsi ilə razılaşdıraraq qəbiristanlıqla bağlı Nazirlər Kabinetinə müraciət edə bilər. Bu mərhələdə isə cavabdeh həmin torpaq sahəsinə yiyələnib şəxsi mülkiyyəti kimi istifadə edə bilməz. Nə torpaq alınması üçün tapşırıq veriləndə, nə də hazırkı iddialar qaldırılanda həmin torpaq üçün kim nə qədər pul veribsə, onu da alması nəzərdə tutulmayıb. Tapşırıq verənlər torpaq sahəsinin alınması və qəbiristanlıq qurulması üçün tapşırıq veriblər. Qəbiristanlıq iki kəndin sakinləri üçün nəzərdə tutulub. Torpaq sahəsi alınıb, sadəcə sakinlər aldadılıb, cavabdehin şəxsi mülkiyyətində qeydiyyatdan keçirilib. Hazırda tapşırıq verən kənd sakinlərinin tələbləri Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən cavabdehin alıb öz şəxsi mülkiyyətinə keçirdiyi qəbiristanlıq məqsədi ilə alınmış həmin torpaq sahəsinin tapşırıq verənlərə qaytarılmasıdır. Burada puldan söhbət getmir, elə bir şey ola da bilməz. Burada heç kim pulunu tələb etmir və elə bir məqsədi yoxdur. Cavabdeh şəxsi mülkiyyətində qəbiristanlıq yarada bilməz. Qəbiristanlığın üzərində olan torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə etməyəndə mülkiyyətçinin mülki yyət hüquqlarına xitam verilir. X49 Muxtar Respublikasında, mübahisə predmeti olan torpaq sahəsi isə Abşeron yarımadasında yerləşir.

7. X150, X10, X11, X39, X54, X29, X40, X30, X55, X56, X18, X111, X125, X112, X41, X19, X20, X93, X57, X67, X31, İddiaçı7, X113, X42, X12, X32, X6, X33, X7, X43, X126, X3, X13, X94, X95, X58, X73, X8, X9, X34, X35, X21, X44, X59, X14, X96, X74, X22, X45, X127, X2, X97, X60, X114, X98, X75, X128 və X99 da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi eyni məzmunda cavabdehə iddia vermişlər.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası da iddiaçıların iddia tələbi ilə eyni məzmunda əsaslandırılıb.

9. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək göstərib ki, Cəhri qəsəbəsi və Gülşənaba d kənd sakinlərinin pulu ilə Cəhri qəsəbəsi və Gülşənabad kəndinin sakinlərinin qəbiristanlıq ehtiyacları üçün torpaq sahəsi almasını ehtimal etsə də, tərəflər arasında əldə edilən razılıq və cavabdehə verilən tapşırıq qanuna uyğun deyil. Hazırda mübahisələndirilən torpaq sahəsi xüsusi mülkiyyət kimi cavabdehin adına qeydə alınmış, kənd təsərrüfatı təyinatlı olmaqla onun təyinatı dəyişdirilməmişdir. Göründüyü kimi, qəbiristanlığı salınması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları ilə tənzimlənir. Belə ki, qəbiristanlıqlar bələdiyyələr tərəfindən onların ərazi yurisdiksiyası daxilində salına bilər. Qeyd edilməlidir ki, hazırda məhkəməyə müvafiq iddia ilə 68 nəfər iddia irəli sürsə də, həmin torpaq sahəsinin alınması üçün başqa şəxslərin də pul verdiyi və məhkəmənin icraatında eyni əsaslı başqa iddianın olduğu məlumdur. Cavabdeh artıq xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsini (hər birinə) X46, X23, X24, X36, X15, X47, X76, X48, X61, X62, X25, X100, X37, X77, X78, X79 və X1, onların mülkiyyətinə vermişdir. Yəni cavabdeh tapşırıq müqaviləsinə əsasən alınmış torpaq sahəsinin qaytarılması ilə bağlı bir çox sakin ilə razılıq əldə etmişdir. Göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən cavabdehə qəbiristanlıq alınması üçün müvafiq vəsaitinin yığılaraq verilməsi, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlər inin qəbiristanlıq ehtiyacları üçün cavabdehin xüsusi mülkiyyəti kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınması, həmin torpaq sahəsində qəbirlərin yerləşdirilməsinin təmin edilməsi qanuna uyğun deyil. Həmçinin iddia müddəti də ötüb. Bundan əlavə, mübahisələndirilən torpaq sahəsi 17 nəfərin mülkiyyətindədir. Belə ki, qeyd edilən torpaq sahəsinin paylı mülkiyyət olması barədə xx.xx.2023-cü ildə 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanıb ki, bundan iş üzrə iddiaçıların da hər biri məlumatlıdır. Bununla yanaşı, adları iddiaçı kimi qeyd edilən şəxslərin məhkəmə iclaslarında iştirak etməyənləri işdə iştirak edən şəxslərə və ya vəkilə etibarnamə belə verməməsindən də göründüyü kimi hazırki mübahisə süni şəkildə yaradılmış əsassız mübahisədir və heç bir halda təmin edilə bilməz. Qüvvədə olan alqısatqı müqaviləsindən də bəlli olduğu kimi iş üzrə 17 mülkiyyətçi (X61, X62, X25, X100, X37, X77, X78, X79, X63, X46, X26, X24, X36, X15, X47, X76, X48) olduğu halda iki nəfərin cavabdeh qoyulması da prosessual pozuntudur. Bununla yanaşı həmin şəxslər də daxil olmaqla hazırkı cavabdehin mülkiyyət hüququna qarşı əsassız iddia qaldırılmışdır ki, bu səbəbdən iddia təmin edilə bilməz. İddia o zaman əsaslı sayıla bilərdi ki, iddiaçılar yalnız torpaq sahəsinə ödəmiş olduqları pulun geri qaytarılmasını tələb edərdilər. Eyni zamanda bu iddia Abşeron Rayon Məhkəməsinə verilərkən iddianın əsassızlığı ilə bağlı məlumat vermişdir. O hətta Kəramət Məmmədova ailə daxilində yaranmış münaqişəni kənd sakinlərinin münaqişəsinə çevirməməsini demişdir. Kənd sakinləri ölülərini çətinlik lə dəfn etməmək üçün çox düzgün addım atıblar. Cəhri Bələdiyyəsi inzibati ərazisinə aid olmayan yerdə, Mehdiabad, Məhəmmədli qəsəbəsində qəbiristanlıq statusunda torpaq sahəsi olmadığı halda qəbiristanlıq idarə edə bilməz. Tapşırıq müqaviləsində tapşırıq müqaviləsi üzrə tələbləri yerinə yetirməyən şəxsin məsuliyyəti var. Cavabdeh məsuliyyətini qəbul edir. Cavabdeh tapşırıq müqaviləsini yerinə yetirməyibsə, məhkəmə buna qiymət verəcək. Cavabdeh tapşırıq müqaviləsini yerinə yetirib. Cavabdehə torpaq sahəsini alması deyilib, cavabdeh də torpaq sahəsi alıb. Qəbiristanlıq yaradılması üçün kimlərəsə təklif olunması, bunu da cavabdeh həyata keçirib. Kim cavabdehə 10 manat pul veribsə, bu gün tapşırıq müqaviləsinin yerinə yetirilmədiyini istinad edirsə, tapşırıq müqaviləsinin yerinə yetirilməməsin ə görə məhkəmədə iddia qaldıra, 10, 100 manat, kim nə qədər pul vermişsə, həmin pulu da ala bilər. 2016-cı ildə ilk dəfə qəbiristanlıqda ölü dəfn olunanda artıq kənd sakinləri torpaq sahəsinin alınmasından və ölülərin dəfn olunmasından məlumatlı olublar. İddia ərizəsində də qeyd olunub ki, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. İddia təmin olunması mümkün olmayan iddiadır. Hətta iddia təmin olunsa belə, bələdiyyə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiristanlıq sala bilməz. Bu, birmənalıdır.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1835/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçılara və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərə aid edilməsi qət edilmişdir. (hakim Qumru Əliyeva)

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh ona verilən tapşırığa əsasən kənd sakinlərinin vermiş olduğu vəsait hesabına Abşeron rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsi alınmış və tərəflərin vermiş olduğu məlumata əsasən həmin torpaq sahəsində dəfn mərasimləri keçirilmiş, qəbrlər salınmışdır.

12. Birinci instansiya məhkəməsi işin hallarına əsasən hesab etmişdir ki, cavabdeh Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin puluyla, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin sakinlərinin qəbiristanlıq ehtiyacları üçün torpaq sahəsi almasını ehtimal etsə də, tərəflər arasında əldə edilən razılıq və cavabdehə verilən tapşırıq qanuna uyğun deyil. Hazırda mübahisələndirilən torpaq sa həsi xüsusi mülkiyyət kimi cavabdehin adına qeydə alınmış, kənd təsərrüfatı təyinatlı olmaqla onun təyinatı dəyişdirilməmişdir. Qəbiristanlıq salınması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları ilə tənzimlənir. Belə ki, qəbiristanlıqlar bələdiyyələr tərəfindən onların ərazi yurisdiksiyası daxilində salına bilər.

13. Hazırda iddia ilə 68 nəfər məhkəmədə iddia irəli sürsə də, həmin torpaq sahəsinin alınması üçün başqa şəxslərin də pul verdiyi və məhkəmənin icraatında eyni əsaslı başqa iddianın olduğu məlumdur. Məhkəmə araşdırması zamanı isə məlum olmuşdur ki, cavabdeh artıq xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri ilə Abşeron rayonu, Məmmədli kəndind ə yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsini (hər birinə) X46, X23, X24, X36, X15, X64, X76, X48, X61, X62, X27, X100, X37, X77, X78, X79 və X1, onların mülkiyyətinə vermişdir. Yəni cavabdeh tapşırıq müqaviləsinə əsasən alınmış torpaq sahəsinin qaytarılması ilə bağlı bir çox sakin ilə razılıq əldə etmişdir.

14. Göstərilənlərə əsasən brinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən cavabdehə qəbiristanlığın alınması üçün müvafiq vəsaitinin yığılaraq verilməsi, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün cavabdehin xüsusi mülkiyyəti kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınması, həmin torpaq sahəsində qəbirlərin yerləşdirilməsinin təmin edilməsi qanuna uyğun deyil.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 194.1, 375.2, 777.1, 777.2, 777.4, 778.1, 778.2, 778.3, 782.1-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 7.2-ci, “Bələdiyyələrin statusu haqqında” Qanunun 2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 2.1.1, 5.1, 5.2, 6.1, 10.1-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Şikayətdə Mülki Məcəllənin 194.1, 782-ci maddələrinə istinadən qeyd edilmişdi r ki, birinci instansiya məhkəməsi, ümumiyyətlə, iddia tələbinə və iddiaçıların, öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri MM-nin bu maddələrinə qətnamədə münasibət bildirməyib. Məhkəmə iddiaya mahiyyəti üzrə baxmamış və qərarını iddianın mahiyyətinə aid olmayan arqumentlərlə əsaslandırmışdır. Sanki iddiaçılar məhkəmədən aldıqları torpaq sahəsinə qəbiristanlıq statusu verilməsini xahiş etmişlər. Halbuki, məhkəmə torpaq verən, torpağın kateqoriyasını dəyişən və ya ona qəbiristanlıq statusu verən orqan deyil. İddiaçılar konkret olaraq, onların tapşırığı ilə cavabdehin aldığı torpaq sahəsinin onlara verilməsini (qaytarılmasını) tələb edirlər. Gələcəkdə həmin torpaq sahəsinə qəbiristanlıq statusu alınacaqmı-alınmayacaq, bu, məhkəmənin səlahiyyətlərinə aid olan məsələ deyil. Məhkəmə mübahisəni həll edən orqandır, qəbiristanlıq statusu verən orqan deyil. Gələcəkdə həmin torpaq sahəsinə qəbiristanlıq statusu alına bilməyəcəksə, Cəhri qəsəbə bələdiyyəsi həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdirib öz bələdiyyə sakinlərinin xeyrinə istifadə edəcək. Bütün bunlar isə məhkəmələrin səlahiyyətlərinə aid olan məsələlər deyil. Bir sözlə, mübahisənin predmeti tapşırıq verənlərin tapşırığı ilə alınanların, nədən ibarət olmasından asılı olmayaraq, tapşırıq alan tərəfindən tapşırıq verənlərə verilməsidir. Bu isə, MM-nin 782.1-ci maddəsində açıq-aydın ifadə edilib. İddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslər MM-nin 194-cü maddəsində nəzərdə tutulan hüquqlarından istifadə etdilər. Onlar Cəhri qəsəbə bələdiyyəsi ilə bu barədə müqavilə bağlayıblar (müqavilənin s urəti iş materiallarında var) və rəsmi olaraq, poçt vasitəsilə cavabdehə müraciət etmişlər ki (bu müraciət də iş materiallarında var ), onlara verməli olduğu torpaq sahəsini, qeyd-şərtsiz, əvəzsiz olaraq, bağışlama müqaviləsi ilə Cəhri bələdiyyəsinə versin. Cavabdeh müxtəlif bəhanələrlə öz vəzifəsini icra etməkdən yayınmışdır. Məhkəmə isə öz qərarında buna heç bir münasibət bildirməmiş və iddiaya mahiyyəti üzrə baxmamışdır. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşandan sonra, iddiaçılardan İddiaçı3 və İddiaçı1 vəkili iddianın həcminin azaldılması barədə əsasların məhz hazırlıq mərhələsində ortaya çıxdığını nəzərə alaraq, məhkəmə baxışı başlamadan əvvəl “İddia tələbinin həcminin azaldılması barədə” xx.xx.2024-cü il tarixli ərizə vermiş və həmin ərizədə xahiş etmişdir ki, cavabdehin üz ərinə, sadəcə, alınmış torpaq sahəsinin tapşırıq verənlərə qaytarılması vəzifəsi qoyulsun. Yəni ilkin iddiadan torpaq sahəsinin Cəhri qəsəbə bələdiyyəsinə verilməsi tələbi çıxarılmışdır. Məhkəmə əsassız olaraq həmin ərizəni qəbul etməmişdir. Halbuki, bu ərizə məhkəmə baxışında deyil, 22 gün əvvəl verilmişdi. Məhkəmədə müəyyən edilmiş işin halları və cavabdehin özünün etirafı ilə müəyyən edildi ki: iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslər 2012-ci ildə pul yığıb cavabdehə veriblər, cavabdeh bunu özü də etiraf edir, həmin pul iddiaçıların, müstəqil tələb irəli sürən 3-cü şəxslərin və Cəhri, Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyaclarını ödəmək məqsədi ilə torpaq sahəsinin alınması üçün cavabdehə verilib, cavabdeh həmin tapşırığın icrası ilə əlaqədar olaraq ona tapşırıla n vəzifəni icra edib, Abşeron rayonu Məmmədli bələdiyyəsinin inzibati ərazisi çərçivəsində, ümumi sahəsi 25.000 kvadrat metr olan torpaq sahəsini alıb, torpağı tapşırıq verənlərin razılığı və xəbəri olmadan öz şəxsi mülkiyyəti kimi qeydə aldırıb, iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslər, eləcə də başqa şəxslər cavabdehdən MM-nin 194-cü maddəsinə uyğun olaraq, onların tapşırığı və pulu ilə alınmış torpaq sahəsinin Cəhri bələdiyyəsinin mülkiyyətinə verilməsini tələb edirlər. Cavabdeh iddiaçıların, müstəqil tələb irəli sürən 3-cü şəxslərin, eləcə də başqa şəxslərin bu tələbini icra etmir, cavabdeh iddiaçıların, müstəqil tələb irəli sürən 3-cü şəxslərin, eləcə də başqa şəxslərin bu tələbini icra etməmək üçün müxtəlif bəhanələr gətirir və problemlər yaradır, bu problemlərdən biri k imi, cavabdeh həmin torpaq sahəsini 1/200 hissə olaraq bir neçə şəxsə satıb. Halbuki, onun buna hüququ yoxdur, həmin torpaq sahəsi kimlərinsə şəxsi və ya ümumi birgə mülkiyyətində olması üçün alınmayıb, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və oradan qəbiristanlıq kimi istifadə edilə bilməz, həmin torpaq sahəsinin qəbiristanlıq kimi istifadə edilməsi üçün, mövcud qanunlara uyğun olaraq, mütləq bələdiyyə mülkiyyətində, bələdiyyə idarəçiliyində olmalıdır, nəhayət, MM-nin 194-cü maddəsinə uyğun olaraq, iddiaçıların, müstəqil tələb irəli sürən 3-cü şəxslərin hüquqları var ki, onlar cavabdehin onlara verməli olduğu istənilən şeyi, o cümlədən də hər hansı torpaq sahəsini 3-cü şəxslərə, o cümlədən də mülki dövriyyənin tam hüquqlu iştirakçısı olan istənilən bələdiyyəyə güzəşt etsinlə r və onların bu hüquqları məhdudlaşdırla bilməz. Məhkəmə işin bu hallarını nəzərə almamış, bu da qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

18. Apellyasiya baxışında İddiaçı3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən cavabdehə gələcəkdə Cəhri Cəmiyyətinin yaradılması və həmin cəmiyyətin adına Cəhri kəndinin gələcək nəsillərinin qəbiristanlıq ehtiyaclarını qarşılamaq üçün torpaq sahəsi almasını tapşırdıqlarını və bunun üçün lazımı pul vəsaitini cavabdehə verdiklərini, lakin cavabdehin öz öhdəliyini yerinə yetirmədiyini, həmin torpaq sahəsinin cavabdehin şəxsi mülkiyyəti kimi qaldığını, məhkəmədən istəklərinin cavabdehin üzərinə mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçılara qaytarılması v əzifəsinin qoyulması olduğunu, mövcud qanunvericiliyin tələblərinə əsasən qəbiristanlıqların yalnız bələdiyyə mülkiyyətində ola biləcəyini və bu səbəbdən də cavabdeh tərəfindən torpaq sahəsi onlara veriləcəyi təqdirdə onların da həmin torpaq sahəsini Cəhri Bələdiyyəsinə verəcəklərini, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2594/2025 saylı, 7 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1835/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Azad İmanov)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər məhkəmə kollegiyası verdiyi izahatlarında məhkəmədən cavabdehin üzərinə torpaq sahəsinin onlara verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişlər, lakin diqqətə alınmalıdır ki iddiaçıların iddia ərizəsində belə bir tələb yoxdur, onlar iddia ərizələrində “onların da iştirakı ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin pulu ilə, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin bütün sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2.5 ha, yəni 25000 kvadrat metr torpaq sahəsinin tapşırıq verə nlərə, yəni onların tələbinə uyğun olaraq, Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması”nı tələb etmişlər və nəzərə alınmalıdır ki, məhkəmə işə yalnız tələb çərçivəsində baxır.

21. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddia Abşeron rayonuna məxsus olan torpağı Cəhri Bələdiyyəsinə verilməsi mövcud qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir və tələbin təmin edilməsi mümkünsüzdür.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 777.1, 777.2, 777.4, 778.1, 778.2, 778.3-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 7.2-ci, “Bələdiyyələrin statusu haqqında” Qanunun 2-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 218.3-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-c i il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 2.1.1, 5.1, 5.2, 5.3, 5.4, 6.1 və 10.1-ci bəndlərinə istinadla əsaslandırmışdır. etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı3 (vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. İddiaçı kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 194-cü maddəsini düzgün təfsir etməmişdir. MM-nin 194.1-ci maddəsinə əsasən, “Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti)”. Qanunvericinin bu cümlənin mənası odur ki, kreditorun tələbi ilə borclunun ona verməli olduğu predmetin üçüncü şəxsə verilməsi predmetin elə ona verilməsi, yəni öhdəliyin icrası deməkdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia ərizəsinə əsaslı şəkildə münasibət bildirilməmişdir. Belə ki, tələbin qanuni olub-olmamasına, təmin edilməməlidirsə, hansı maddi hüquq normalarına əsasən təmin edilməməlidir hissəsinə qətnamədə münasibət bildirilməmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi iddiaçıların iddiasının hüquqi əsası kimi istinad etdikləri Mülki Məcəllənin 777-ci (Tapşırıq müqaviləsi), 782.1-ci (Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə b orcludur) maddələri barədə mövqe bildirməmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşandan sonra, iddiaçılardan İddiaçı3 və İddiaçı1 iddianın həcminin azaldılması barədə əsasların məhz bu hazırlıq mərhələsində ortaya çıxdığını nəzərə alaraq, məhkəmə baxışı başlamadan əvvəl “İddia tələbinin həcminin azaldılması barədə” xx.xx.2024-cü il tarixli ərizə vermiş və həmin ərizədə xahiş etmişlər ki, cavabdehin üzərinə sadəcə alınmış torpaq sahəsinin tapşırıq verənlərə qaytarılması vəzifəsi qoyulsun. Yəni ilkin iddiadan torpaq sahəsinin Cəhri qəsəbə Bələdiyyəsinə verilməsi tələbi çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq həmin ərizə qəbul edilməmişdir. Apellyasiya instansiya məhkəməsi isə buna münasibət bildirməmişdir. İş üzrə müəyyən edilmiş hallardan aydın olu r ki, cavabdeh özü də etiraf etmişdir ki, iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslər 2012-ci ildə torpaq sahəsinin alınması üçün ona vəsait təqdim etmişlər. Həmin vəsait konkret olaraq Cəhri və Gülşənabad kənd sakinləri üçün qəbiristanlıq sahəsinin əldə olunması məqsədilə verilmişdir. Cavabdeh isə bu tapşırığı icra etmək əvəzinə, onların razılığı və xəbəri olmadan həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Cavabdehin bu davranışı Mülki Məcəllənin 777.1 və 778.1-ci maddələrində nəzərdə tutulmuş tapşırıq müqaviləsinin əsas öhdəliklərinə ziddir. Belə ki, vəkalət alan şəxs ona verilmiş tapşırığı vicdanla və tapşırıq verənin mənafelərini qorumaqla icra etməli idi. Cavabdeh isə tapşırığın məqsədini dəyişmiş, əldə olunan torpaq sahəsini şəxsi məqsədlə istifadə etmişdir. Eyni zam anda, qanunvericiliklə qəbiristanlıq kimi istifadə ediləcək torpaq sahəsinin yalnız bələdiyyə mülkiyyətində olması tələb olunduğundan, torpağın cavabdeh tərəfindən öz adına rəsmiləşdirilməsi və 3-cü şəxslərə satılması bu təyinatın həyata keçirilməsini hüquqi və faktiki olaraq mümkünsüz etmişdir. Nəticə etibarilə, cavabdehin hərəkətləri həm tapşırıq müqaviləsinin mahiyyətinə zidd olmuş, həm də iddiaçıların hüquqlarını pozmuşdur. İddiaçılar Mülki Məcəllənin 194-cü maddəsinə əsaslanaraq, cavabdehdən onların adından alınmış torpaq sahəsinin geri qaytarılmasını və bu əmlakın bələdiyyəyə verilməsini tələb etmək hüququna malikdirlər. Bununla belə, onlar iddianın həcmini azaldaraq yalnız torpağın tapşırıq verənlərə qaytarılmasını istəmişlər. Bu, iddiaçıların prosessual dürüstlük nümayiş etdirdiyin i və məhkəmənin işin əsl mahiyyətini araşdırmasına şərait yaratmaq istədiyini göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstə rilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənara çıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi m ülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi ü zrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə mahiyyətcə düzgün nəticəyə gəlmişdir.

31. İddia tələbi tapşırıq müqaviləsindən irəli gəlir. İddiaçı(lar) cavabdehin tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməməsinə istinad etmişdir.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, tərəflər arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlanıb. İddiaçı(lar), eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia edirlər ki, 2012-ci ildə Babək rayonunun Cəhri və Gülşənabad kəndlərinin 500-dən çox sakin pul toplayaraq kənd cam aatının qəbiristanlıq ehtiyaclarını ödəmək məqsədi ilə torpaq sahəsi əldə edilməsi üçün cavabdehə tapşırıq vermiş, cavabdeh toplanmış vəsait hesabına 2,5 ha torpaq sahəsini öz adına almış, həmin sahə hazırda da cavabdehin xüsusi mülkiyyətində qalır. Halbuki tapşırığa görə cavabdeh həmin torpağı öz adına almalı deyildi, almışdısa da, Cəhri bələdiyyəsinə bağışlamalı idi. Cavabdeh tapşırıq müqaviləsi ilə bağlı öhdəliyini icra etməyib.

33. Mülki Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Göründüyü kimi, qanunvericilik tapşırıq müqaviləsinin şifahi bağlanmasını da istisna etmir.

34. Yazılı müqavilədə tapşırığın məzmunu müqavilənin özündə əks olunur. Şifahi bağlanmış müqavilələrdə isə tapşırığın məzmunu qanunvericilikdə göstərilən başq a qaydada müəyyən edilir. Belıə ki, Mülki Məcəllənin 778.2-ci maddəsi bunu belə təsbit edib ki, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir.

35. Şifahi qaydada bağlanmış tapşırıq müqaviləsi üzrə öhdəliyin icrasının tapşırıq alana həvalə edilməsinə dair iddia qaldırıldıqda, mübahisəyə baxan məhkəmə ilk növbədə təqdim edilmiş sübutlar və tərəflərin izahatlarına əsasən tapşırığın məzmununun nədən ibarət olduğunu müəyyən etməli, bundan sonra həmin tapşırığın icra edilib-edilmədiyini araşdırmalıdır.

36. İddia ərizəsində qeyd edilənlərə əsasən cavabdehə verilən tapşırıq qəbiristanlıq üçün torpaq sahəsi tapmaq, onu əldə etmək, abadlaşdırmaq və yaz mərasimləri üçün uyğun hala salmaq olmuşdur.

37. Cavabdeh 2012-ci ildə iddiaçılar tərəfindən ona həqiqətən qəbiristanlıq salınması məqsədi ilə torpaq əldə edilməsi barədə tapşırıq verildiyini mübahisələndirməmişdir.

38. Həmçinin o da işin mübahisəsiz halıdır ki, cavabdeh ona verilmiş tapşırıq əsasında Abşeron rayonu Məmmədli bələdiyyəsinin ərazisində 2,5 ha torpaq sahəsi əldə etmiş, torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı olduğu və təyinatı dəyişdirilmədiyi halda həmin torpaq sahəsində artıq iddiaçı(lar)nın və digər şəxslərin yaxınları dəfn edilərək qəbiristanlıq salınmışdır. İddiaçının nümayəndəsinin deməsinə görə də artıq 2016-cı ildən başlayaraq 67 nəfər orada dəfn olunmuşdur.

39. Məhkəmələr tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi 17 nəfərə satılıb və hazırda torpaq sahəsinin 183/200 hissəsi cavabdehin mülkiyyətində olma qla, qalan hissəsi ayrı-ayrı şəxslərin paylı mülkiyyətinə verilmişdir.

40. Məhkəmə kollegiyası isin müəyyən edilmiş hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı(lar) tərəfindən cavabdehə əldə edilmiş torpaq sahəsinin Cəhri qəsəbə Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə tapşırıq verildiyi məhkəmə araşdırması zamanı müəyyən edilməyib. Belə olan halda, tələbin təmin edilməsi üçün qanuni əsas olmadığı üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də düzgün olmuşdur.

41. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda göstərildiyi kimi torpaq sahəsinin 183/200 hissəsi cavabdehin mülkiyyətində, qalan 17/200 hissəsi isə 17 nəfər başqa şəxslərin mülkiyyətindədir. Torpaq sahəsinin həmin şəxslər arasında naturada böl güsü aparılmayıb.

42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olub və hər iki instansiya məhkəməsi həmin dəlillərə işdəki sübutlar əsasında qiymət verməklə, onları əsassız saymışlar.

43. Məhkəmə kollegiyası da öz növbəsində iddia tələbinin qanuni və əsaslılığının MM-nin 782.1-ci maddəsi ilə yoxlanılmalı olduğuna dair kassasiya şikayətinin dəlili ilə bağlı izah edir ki, qeyd edilən normaya əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Qeyd edilən norma o zaman tətbiq edilir ki, tapşırığın məzmununu tapşırıq alan tərəfindən hər hansı əmlakın əldə edilərək tapşırıq verənə təqdim edilməsi təşkil edir. Hazırkı halda cavabdehə bu məzmunda tapşırıq verilmədiyində n və iddiaçılar tərəfindən tapşırığın icrası nəticəsində əldə edilmiş torpaq sahəsinin onların mülkiyyətinə verilməsi barədə tələb irəli sürülmədiyindən (iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmə baxış iclasında verildiyi üçün icraata qəbul edilməmişdir) iddia tələbinin qanuniliyi və əsaslılığının bu norma üzrə yoxlanılmaması pozuntu hesab edilə bilməz.

45. Mülki Məcəllənin 194-cü maddəsinin tətbiqi ilə bağlı da kassasiya şikayətinin dəlilləri əsasızdır. Belə ki, həmin norma tələbin güzəşti adlanmaqla onu nəzərdə tutur ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın.

46. Kassasiya şikayətində istinad edil ən bu normanın mahiyyəti ondan ibarətdir ki, bir tələb olur və həmin tələbin sahibi müəyyən şərtlər daxilində tələbi üçüncü şəxsə güzəşt edir. Hazırki işdə isə belə bir hal, yəni iddiaçı(lar)nın cavabdehə qarşı hər hansı tələb hüququnun olması müəyyən edilməyib. Belə olan halda, olmayan tələbin güzəşti də istisna edilir.

47. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)2594/2025 nömrəli qətnaməsi dəyiş dirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar