Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2547/2022 03.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-nin X1rşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: işəgötürən kimi iddia tələbinə cavab verməli olan şəxsin müəyyən olunması) Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-nin X1rşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(106)-3632/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı 2013-cü ildən "xxxx" QSC-nin X2 müxtəlif vəzifələrdə çalışmış, 01 saylı, 16 mart 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilmə barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, işlədiyi müddət ərzində qüsursu z işləmiş və barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. 15 mart 2021-ci il tarixdə ona rəhbərlik tərəfindən ərizə yazıb işdən çıxması bildirilmişdir. Səbəbini soruşduqda bunun müvəqqəti olduğu, sonradan işə bərpa olunacağı bildirilmiş və ona məzmunu ilə tanış olmadığı kağız-blanka imza etdirilsə də, hazırkı vaxtadək öz işinə qaytarılmamışdır. Ona əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti və əmək kitabçası vaxtında verilməmiş, əmrin surətini 10 may 2021-ci il tarixdə təsadüfən əldə etmişdir. Onun işdən çıxmaq niyyəti olmamış, əmək hüquqları ciddi şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən işə bərpa edilməsi və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İmişli Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(036) -1469/2021 nömrəli qətnaməsi ilə (hakim T.Nüsrətov) iddia təmin edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsində işdən çıxmanın tarixini göstərməmiş, işəgötürən isə bir aylıq xəbərdarlıq müddətini gözləmədən və həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam vermişdir.
6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 42, 68, 69 və 300.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Qətnamədən Azərbaycan Dəmir Yolları” QSC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən yol verilmiş ciddi prosessual pozuntu bundan ibarət olmuşdur ki, iddia tələbində cavabdeh qoyulmuş X3 hüquqi şəxs olub-olmaması xüsusatı araşdırılmamışdır. X5 hüquqi şəxs deyil, "xxxx" QSC-nin Yük daşımaları departamentinin tabeliyində fəaliyyət göstərən idarədir. Həmin idarənin hazırkı iddia tələbi üzrə cavabdeh qismində çıxış etməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. İş materiallarında olan əmək müqavilələrinin elektron sistemindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən iş əgötürən qismində "xxxx" QSC çıxış etmişdir. Göründüyü kimi işəgötürən "xxxx" QSC olduğu halda, məhkəmə hüquqi şəxs olmayan bir qurumu məhkəmə baxışının subyekti kimi tanımış və qurumun işçisindən də nümayəndə qismində izahat almışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddətin hansı hallarda gözlənilməsi həmin maddənin 5-ci hissəsində dəqiq tənzimlənmişdir. Həmin maddəyə əsasən işçi ərizəsində əmək münasibtlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bundan başqa, iddiaçı işə bərpa barədə ərizə verərkən, qanunla müəyyən olunmuş iddia müddətini ötürmüş, onlar tərəfindən İmişli Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemi vasitəs ilə ərizə göndərilməsinə baxmayaraq, məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov) 14 dekabr 2021-ci il tarixli, 2(106)-3632/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizə və bunun əsasında işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin tələblərinə uyğun olmuş, iddiaçı işdən azad olunma barədə xx.xx.2021-ci il tarixli 1 saylı əmrin ləğv edilməsi və işə bərpa barədə məhkəməyə ünvanladığı iddia ərizəsi iddia müddəti ötürülməklə, yəni əmrin verildiyi tarixi bildiyi vaxtdan iki ay sonra verdiyi tam sübuta yetirilir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr isə işin faktiki hallarına uyğun olmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296, 2.1, 42.1, 68.1, 68.2, 69.3. 69.5-ci maddələrinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunub, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki işə baxarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 350, 354.2-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddianın əmrin ləğvi haqqında deyil, etibarsız hesab edilməsi haqqında olduğuna diqqət yetirməmiş və iddia vermək müddətini Əmək Məcəlləsinə əsasən müəyyənləşdirmişdir. Halbuki, bu münasibətin Mülki Məcəllə ilə tənzimləndiyini nəzərə alaraq, əmri mübahisələndirmək üçün müddət 1 ay yox, 1 ildir. Bundan əlavə, məhkəmə əmri imzalayan şəxsin səlahiyyətli şəxs olub-olmamasını araşdırmamışdır. Habelə Əmək Məcəlləsinin 69 və 296-cı maddələrinin tələbləri də düzgün tətbiq edilməyərək, mübahisələndirilən əmrin iddiaçıya təqdim edilməsi barədə işdə hər hansı sənədin olub-olmaması araşdırılmadan qətnamə qəbul olunmuşdur. Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, mübahisələndirilən əmrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə hansı tarixdə işlənməsinə əhəmiyyət verilməmişdir. Məhkəmə icraatı zamanı Mülki Prosessual Məcəllənin 357, 54 və 77-ci maddəsinin tələblərinə düzgün riayət olunmamışdır. Belə ki, iddia ərizəsində "xxxx" QSC iş üzrə cavabdeh kimi göstərilməsə də, apellyasiya şikayəti vermiş, məhkəmə isə X3 əsl olmayan tərəf olduğu halda, onu əvəz etmək imkanından istifadə etməmişdir. Eyni zamanda cavabdehin sübutları birinci instansiya məhkəməsinə təqdim etməməsinin səbəblərini araşdırmamışdır. Qeyd edilənlərə əlavə olaraq, qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5851/2020 və 2(102)-5479/2021 saylı qərarlarının mövqeyi ilə uyğunlaşmadığından məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Prosessual məsələlər
15. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
16. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. Maddə
69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan i şəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barəd ə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tu tulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadı nın ləğv edilməsi üçün əsasdır. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə; Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
22. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsində görə əmək müqavilələrini ləğv etmək hüququ işəgötürənin hüququ kimi müəyyən olunmuşdur.
23. Mülki işin 4-cü vərəqində olan, İddiaçı oğli ilə əmək müqaviləsinin ləğv edilməsi barədə 16 mart 2021-ci il tarixli 1 saylı əmrdən görünür ki, həmin əmr "xxxx" QSC-nin X3 rəisi tərəfindən imzalanmışdır.
24. Lakin mülki işin 5-ci səhifəsində olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində iddiaçının işəgötürəni kimi "xxxx" QSC qeyd olunmuşşdur.
25. İş üzrə apelyasiya şikayətini birinci instansiya məhkəməsində cavabdeh kimi tanınmış X5 deyil, "xxxx" QSC vermişdir və apelyasiya instansiyası məhkəməsi hər hansı əsaslandırıcı izah olmadan apelyasiya şikayətini icraata qəbul etməklə işə baxmışdır. Məhkəmə tərəfindən bu ziddiyyətli hallar araşdırılmamamışdır.
26. Qeyd olunmalıdır ki, işəgötürən dedikdə - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin üçüncü hissəsi).
27. İşəgötürən məfhumunun qanunla müəyyən olunan bu legal anlayış, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız sayılması barədə işlərə baxılanda, əmri vermiş şəxsin səlahiyyətinin yoxlanması zəruriliyini ortaya çıxarır. Bu zaman nəzərə alınmalıdır ki, əmri verən şəxs mülkiyyətçi və ya hüquqi şəxsin rəhbəri olmaya bilər.
28. Əmək Məcəlləsinin 188-ci maddəsində intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsi müəyyən edilərək göstərilir ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək sə lahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
29. Daha sonda həmin normada qeyd olunur ki, müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
30. Həmin normanın 3-cü hissəsində deyilir ki, bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksi nə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hüquq normaları bilavasitə işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi məsələlərini tənzimləməsə də, işəgötürənin səlahiyyətlərinin ötürülməsi qaydalarına işıq tutmaq baxımından əhəmiyyətlidir. Bu normalardan o nəticə hasil olur ki, işəgötürənin səlahiyyətləri nizamnamə ilə tənzimlənir və həmin səlahiyyətlər müvafiq əmrlə (sərəncam və ya qərarla) işəgötürənin müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Məhkəmələr əmri imzalamış şəxsin səlahiyyətini yoxlamaq üçün bu cür sübutları tələb etməmişdir. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə 16 mart 2021-ci il tarixli 1 saylı əmri verən X3 rəisinə bu cür səlahiyyətin verilməsi barədə sübut işdə yoxdur.
32. Buna görə də kassasiya şikayətində irəli sürülmüş “əmri imzalamış şəxsin iddiaya cavab verməli olan tərəf olmaması” barədə dəlil üzrə qəti nəticəyə gəlmək mümkün deyil. İşin bu halı, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılmasına şərait yaradır ki, bu da məhkəmə qətnaməsinin ləğv olunması üçün MPM-nin 418.4.6-cı maddəsində nəzərdə tutulmuş əsasdır.
33. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəf indən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
34. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirmə yə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
35. İşin yuxarıda qeyd olunan vəziyyətində kassasiya şikayətinin digər dəlillərinin qiymətləndirilməsinə zərurət yoxdur.
36. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(106)-3632/2021 nömrəli ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.