Məhkəmə qərarları › İş №2(102)-2549/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2549/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2549/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı, sübutetmə yükü, borclunun icranı gecikdirməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)-271/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü il tarixədək cavabdehə icarəyə vermişdir. Müqavilə ilə icarə haqqı 35.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manat məbləğində pulun, ödənilmiş 135 manat dövlət rüsumunun və hüquqi yardımın əvəzi olaraq 400 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqa viləyə əsasən öhdəliyini tam olaraq icarə etməmiş, 35.000 manatdan hazırkı vaxtadək 20.000 manat ödəmiş, qalan 15.000 manat pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə cavabdehə icarə müqaviləsinin ləğvi və pulun ödənilməsi üçün bildiriş ünvanlanmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icarə etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş 35.000 manat icarə haqqının 20.000 manatını ödəsə də, qalan 15.000 manatı ödəmədiyindən məcbur olub Şəmkir Rayon 1 saylı Notariat ofisinə müraciət etmiş və 31 may 2023-cü il tarixdə müqavilənin müddətinin bi tmiş hesab edilməsini xahiş etmişdir. Bundan sonra da dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, o, müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmiş və onu əlverişsiz vəziyyətə salmışdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyək izahatında bildirmişdir ki, həqiqətən iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü il tarixədək ona icarəyə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra o, icarə haqqı olan 35.000 manat pulu tam şəkildə iddiaçıya ödəmişdir. Buna baxmayaraq, iddiaçı əsassız şəkildə təkrar ondan pul tələb etmişdir. Həmçinin, qeyd etmişdir ki, iddiaçı m üqavilənin müddətini uzatmaq istəmədiyindən notariat orqanına müraciət etmiş və 31 may 2023-cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)-2130/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən icarə haqqının tam şəkildə ödənilməməsini, bu səbəbdən notariat orqanına müraciət edərək müqaviləni ləğv etdirməsini bildirsə də, iş materialları ilə həmin hal təkzib edilmişdir. Belə ki, iddiaçı notariat orqanına müraciət edərək xx.xx.2022-ci il tarixli, 3M– 419 reyestr nömrəli icarə müqaviləsi nin 3-cü bəndinə əsasən müqavilənin müddətini uzatmaq niyyətində olmadığını bildirmiş və bu səbəbdən 31 may 2023-cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmiş, lakin həmin vaxt müqavilənin xitam verilməsinə səbəb kimi icarə haqqının ödənilməməsinə dair heç bir məlumat verməmişdir.

8. Göründüyü kimi müqavilənin ləğvi ilə bağlı iddiaçının notariat orqanına müraciət etməsinə səbəb cavabdeh tərəfindən icarə haqqının ödənilməməsi deyil, iddiaçının müqavilənin müddətini uzatmaq niyyətinin olmaması olmuşdur.

9. Məhkəmə həm də onu qeyd etmişdir ki, müqavilənin 5-ci bəndində 35.000 manat icarə haqqının ödənilməsi nəzərdə tutulsa da, iddiaçı tərəfindən müqaviləyə xitam verilənədək icarə haqqının ödənilməsinə dair cavabdehə pretenziya bildirişi göndərməsi müəyyən edilməmişd ir.

10. Həmçinin, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş 35.000 manat icarə haqqının 15.000 manatının cavabdeh tərəfindən ödənilməməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmişdir.

11. Cavabdeh isə iddianı qəbul etməmiş və müqavilə bağlandıqdan sonra icarə haqqı olan 35.000 manat pulu tam şəkildə iddiaçıya ödəməsini bildirmişdir.

12. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla da cavabdehin 15.000 manat icarə haqqını iddiaçıya ödəməməsi iş materialları ilə təkzib edilmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 700.1, 710.1, 719.3-c ü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prossesual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdehə onun tərəfindən göndərilmiş bildiriş bilərəkdən gizlədilmişdir. Belə ki, qətnamədə onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş cavabdehə onun tərəfindən ünvanlanmış bildirişə istinad edilməmişdir. Bir daha qeyd etmişdir ki, nümayəndəsi tərəfindən cavabdehə x x.xx.2023-cü il tarixdə pulun ödənilməsi barədə bildiriş məhkəmə hazırlıq iclasında təqdim edilmişdir. Göründüyü kimi onun iddia tələbi tam əsaslıdır. O, vicdanlılıq göstərərək müqavilədə qeyd olunan pulun hamısını tələb etməmişdir. Sadəcə cavabdehin üzərinə götürdüyü və ödəmədiyi 15000 manat pulu tələb etmişdir. O, məhkəməyə müraciət etməmişdən əvvəl üzərinə düşən öhdəlikləri tam olaraq icra etmişdir. Belə ki, cavabdehə müqavilə üzrə üzərinə götürdüyü öhədliyi icra etməyi, əks halda müqavilənin ləğv olunacağını və pul tələbinə dair məhkəməyə iddia tələbi ilə bağlı müraciət edəcəyi barədə bildiriş göndərmişdir. Bundan başqa cavabdeh pulu ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə isə ondan pulun ödənilməməsi barədə sübut təqdim etməyini tələb etmişdir. Bununla da məh kəmə işə sübutlara obyektiv yanaşmamış, sadəcə cavabdehin maraqlarına uyğun hərəkət etmişdir. Hesab etmişdir ki, məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. Sübutlar düzgün qiymətləndirilməmiş və maddi hüquq normaları pozulmuşdur. Belə ki, onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli hazırlıq iclasında notariat orqanına verdiyi sorğunun cavabını və həmçinin cavabdehə xx.xx.2023-cü il tarixdə göndərdiyi bildirişin (təklifin) göndərilməsini təsdiq edən sənədləri təqdim etmişdir. Lakin məhkəmə həmin sübutu gizlədərək həmin sübuta qiymət verməmişdir. Hesab etmişdir ki, həmin sübut iş üçün əhəmiyyətlidir və yenidən qiymətləndirilməlidir.

16. Gəncə A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ədil Məmmədov sədrlik edən və məruzəçi, Rəhman Muradov və Fikrət Mehtiyev) 13 fevral 2024-cü il tarixli, 2(104)-271/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)2130/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müqavilə üzrə ödənilməmiş qalan 15000 manat məbləğində pulun ödənilməsi barədə cavabdehə bildiriş göndərdiyini iddia ərizəsində göstərsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında həmin bildirişin surətinin əlavə edildiyi göstərilməmiş və əlavə edilməmişdir. Həmçi nin iddiaçı apellyasiya şikayətində iddia etmişdir ki, həmin bildiriş məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim edilmişdir. Lakin, mülki işin materiallarında olan məhkəmənin 01 avqust 2023-cü il tarixli hazırlıq iclasının protokolundan müəyyən edilmişdir ki, həmin iclasda iddiaçının nümayəndəsi və vəkili qismində iştirak etmiş Vəkil məhkəməyə hansısa əlavə bir sübut təqdim etməsi barədə protokolda qeyd olmamışdır. Həmin tarixdə də işin məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təyin edilmiş və xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edilmiş və məhkəmə iclasından sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən qanunla müəyyən edilmiş müddətlər ərzində protokol barədə yazılı qeydlər təqdim edilməmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə əlav ə edilmiş, müqavilə üzrə ödənilməmiş qalan 15000 manat məbləğində pulun ödənilməsi tələbi barədə cavabdehə ünvanlandığı iddia edilən xx.xx.2023-cü il tarixli bildiriş irəli sürülən iddianın təmin edilməsinə əsas verən sübut növü kimi qəbuledilən deyildir.

19. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 448.2, 406.1, 329.2, 700.1, 710.1, 710.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51 və 55-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 10-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88 və 106.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək q ətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinm əlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

27. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.

28. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

29. Maddə 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında torpaq icarəsi müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli notarial müqavilə ilə İddiaçı özünə məxsus olan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü iləd ək Cavabdeh icarəyə vermiş və icarə haqqı 35.000 manat razılaşdırılmışdır.

41. İcarə müddəti bitdikdə iddiaçı müqaviləni uzatmadığını xx.xx.2023-cü ildə notarial qaydada bəyan etmiş, ödənilməmiş qalan 15.000 manat pulun cavabdehdən tutulması barədə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır.

42. Cavabdeh isə icarə haqqını tam şəkildə ödədiyini bildirərək iddianın təmin olunmasına etiraz etmişdir.

43. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş 35.000 manat icarə haqqının 15.000 manatının cavabdeh tərəfindən ödənilməməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmişdir. İddiaçı tərəfindən müqaviləyə xitam verilənədək icarə haqqının ödənilməsinə dair cavabdehə pretenziya bildirişi göndərməsi müəyyən edilməmişdir (§ 9-10).

44. Bu nəticə və əsaslandırma ilə razılaşan apelyasiya məhkəməsi də qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müqavilə üzrə ödənilməmiş qalan 15000 manat məbləğində pulun ödənilməsi barədə cavabdehə bildiriş göndərdiyini sübut edə bilməmişdir (§ 17-18).

45. Göründüyü kimi, mövcud vəziyyətdə işin mübahisə olunan halı 15.000 manat icarə haqqının cavabdeh tərəfindən ödənilib-ödənilməməsi ilə bağlıdır.

46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr həmin hal üzrə sübutetmə yükünü düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər.

47. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykənd iyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 31-32).

48. Məhkəmə hansı halların süb uta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür.

49. Bununla belə, ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. O cümlədən, müqavilədən irəli gələn pul öhdəliyini icra etdiyini, yəni pul məbləğini ödədiyini (pozitiv halı) iddia edən tərəf bunu sübut etməyə borcludur. Çünki, müqavilə üzrə al acağı olan kreditor, borclunun pulu ödəmədiyini (neqativ halı) sübuta yetirməyə məcbur edilə bilməz.

50. Bu baxımdan hazırkı işdə iddiaçının tələb etdiyi 15.000 manat icarə haqqını ödədiyini sübuta yetirmək yükü cavabdehin üzərində olmuşdur.

51. Buna baxmayaraq, məhkəmələr həmin halı sübut etmək vəzifəsini iddiaçıya aid etməklə prosessual səhvə yol vermişlər.

52. Kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya verilməməsinin (bildiriş göndərilməsinin sübuta yetirilməməsinin) hansı məntiqlə cavabdehin icarə haqqını ödəməsinə dalələt etməsini məhkəmələr əsaslandırmamışlar. Ümumiyyətlə, məhkəmələrin sözügedən bildirişə belə bir məna vermələrinin səbəbi və əsası aydın deyil. Yəni, iddiaçının məhkəmədən əvvəl bildiriş göndərərək cavabdehdən 15.000 manat tələb etməsinin borcun varlığına, belə bir pretenziya irəli sürülməməsinin borcun ödənilmiş olmasına dəlalət etməsi barədə qənaət anlaşılmaz olduğu qədər, xəbərdarlıq institutunun mahiyyəti və məqsədinə də uyğun gəlmir.

53. Kassasiya məhkəməsi vurğulayır ki, mülki hüquq münasibətlərində kreditorun borcluya xəbərdarlığı müxtəlif funksiyaları yetirir: müqavilənin ləğv edilməsinə dair iradənin borcluya bildirilməsi, məhkəmədə iddia qaldırılacağına dair borclunu məlumatlandırma, icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliklərdə icra tələbinin irəli sürülməsinə görə öhdəliyin icra vaxtının və iddia müddətinin əvvəlinin müəyyənləşdirilməsi və s. Həmin xəbərdarlıqda (bildirişdə) tələb olunan pul məbləği də göstərilə bilər.

54. Bununla belə, elə hallar vardır ki, öhdəlik daşıyan şəxsin icranı gecikdi rən borclu sayılması və bu səbəbdən kreditorun məhkəmədə pul tələbinə dair iddia qaldırmağa haqq qazanması üçün kreditorun borcluya xəbərdarlıq etməsinə gərək olmur. Məsələn, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır (§ 27).

55. Buna müvafiq olaraq MM-in 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirmiş sayılması üçün əsasdır (§ 26).

56. Baxılan işdə icarə müqaviləsinin 31 may 2023-cü ilədək bağlanması və bu tarixədək iddiaçının icarə münasibətini davam etdirmək istəməməsi barədə iradəsini bəyan etməsi işin mübahisə olunmayan hallarıdır. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2023cü ildə daxil olmuşdur.

57. Belə olan təqdirdə işin müəyyən edilmiş faktiki halları və yuxarıda göstərilən normalar çərçivəsində iddiaçının ümumiyyətlə cavabdehə bildiriş göndərmək vəzifəsinin olub-olmaması, iddia qaldırılan vaxt cavabdehin icranı gecikdirmiş borclu sayılıbsayılmaması, başqa sözlə, iddiaçının cavabdehə bildiriş göndərmədən də hazırkı tələbi irəli sürməklə ödənilməmiş borcu tələb etmək hüququnun olub-olmamasına mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən qiymət verilməlidir.

58. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, sübutetmə yükü düzgün müəyyən edilməmiş, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır (§ 30, 33-36).

59. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyas ı Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)-271/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar