Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-255/2019 14.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının QƏRARİ AzərbaycanRespublikasıAliMəhkəməsininMülkiKollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı ŞəkiApellyasiyaMəhkəməsiMülki Kollegiyasının 2(107)1459/2018 saylı25 iyul 2018-ciiltarixliqətnaməsindənverdiyikassasiyaşikayətiüzrəişəbaxaraq MÜƏY YƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.N.Abbasov, iş № 2(025)-186/2018) ilkin iddia tələb ləri təmin edilmiş, İddiaçı mülkiyyətində olan və Qəbələ rayonu Kiçik Əmili kəndində yerləşən 0.1 ha torpaq sahəsində Cavabdeh tərəfindən quraşdırılmış vaqon tikilisinin və əlavə tikililərin onun öz vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması qət edilmiş, Cavabdeh İddiaçı qarşı maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Ə.T.Məcidov, hakimlər M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)1459/2018) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli, 2(025)-186/20 18 nömrəli qətnaməsi qismən- Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə ləğv olunan hissə ilə bağlı yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı 1720 (bir min yeddi yüz iyirmi) manatın alınaraq Cavabdeh verilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göstərilən qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Kiçik Əmili kəndində mülkiyyətinə verilmiş 0.1 ha torpaq sahəsində Cavabdeh tərəfindən qoyulmuş vaqonun onun öz vəsaiti hesabına oradan götürülməsi, həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbləri belə əsaslandırılmışdır ki, Qəbələ rayonu Kiçik Əmili kəndində xüsusi mülkiyyətində 0.1 ha torpaq sahəsi mövcuddur. Torpaq sahəsi iddiaçının mülkiyyətindədir (qeydiyyat tarixi 16.12.2008-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06). Torpağa dair iddiaçıya 15.12.2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq təqdim olunmuşdur. Buna baxmayaraq Cavabdeh iddiaçının xüsusi mülkiyyətindəki torpaq sahəsində vaqon qoyaraq torpaqdan istifadə olunmasına iddiaçıya maneələr yaradır. İddiaçının dəfələrlə vaqonun torpaqdan çıxarılmaqla boşaldılmasını və mülkiyyətindən istifadə olunmasına törədilən maneələrə son qoyulmasını ca vabdehdən tələb etməyinin isə heç bir faydası olmamışdır. Çünki, cavabdeh, hər dəfə müxtəlif bəhanələr gətirərək torpaq sahəsini boşaltmır və vaqonu iddiaçının torpağından götürmür. Bundan başqa, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 1720 (bir min yeddi yüz iyirmi) manat maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı onun qohumudur. 2008-ci il tarixdə İddiaçı onunla əlaqə saxlayaraq Kiçik Əmili kəndində bir şəhadətnamə üzərində ümumi sahəsi 0,20 ha olan satlıq torpaq sahəsinin olmasını bildirmiş və təklif etmişdir ki, bu torpaq sahəsinin 0.10 ha hissəsini o, 0.10 ha hissəsini isə özü alsın. Onlar bununla bağlı razılığa gələrək həmin torpaq sahəs ini almışlar və DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən hərə öz adına, yəni 0.10 ha torpaq sahəsinə dair rəsmi sənəd, çıxarış almışlar. Bundan sonra o, İddiaçı ilə razılığa gəlmişdir ki, yanaşı olan torpaq sahəsinə hər ikisinin gediş-gəlişi rahat olması üçün torpaq sahələrinin plan və ölçüsündən kənara çıxaraq hər biri İddiaçı məxsus 0.10 ha torpaq sahəsindən istifadə etsinlər. Razılıq əldə olunduqdan sonra o, da həmin torpaq sahəsində vaqon evi və əlavə tikililər tikməyə başlamış, eləcə də meyvə ağacları əkmişdir. Hazırda İddiaçı onu aldatdığı və aralarındakı şifahi razılaşmanı pozduğu üçün çəkdiyi xərcləri tələb edir. O, vaqonun qoyulması üçün 80 sm hündürlüyündə mişar daşından hörülməsinə və bünövrəsinin tökülməsinə görə 450 manat, vaqonun içərisinin oboyuna görə 250 manat, seyf qapı 300 ma nat, içəri köbə 80 manat, pəncərənin şüşələri üçün 140 manat, dam örtüyünə görə 170 manat, mişar daşdan olan tualetə görə 150 manat və vaqonun ön tərəfindən artırma yardımçı tikiliyə görə 180 manat xərc çəkmişdir. Hesab edir ki, vaqon sökülərsə istənilən materiallar təkrarən istifadə olunması mümkün olmadığından, ona ümumilikdə dəymiş 1720 manat pul İddiaçı alınaraq ona ödənilməlidir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1459/2018 saylı 25 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, ap ellyasiyainstansiyasıməhkəməsininqətnaməsiqarşılıqlı iddia tələbinə dair hissədə maddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallara düzgün qiymətverilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən illər boyu və davamlı olaraq kobud surətdə pozulduğuna əhəmiyyət verməmiş, heç bir mötəbər sübut olmadığı halda təqdim olunmuş qiymətləndirməni sübut hesab edib cavabdehə maddi zərər vurulduğu qənaətinə gəlmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən İddiaçı və onun vəkili Vəkil ayrıayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Şəki Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(107)-1459/2018 saylı 25 iyul 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPMnin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkə məsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Kassasiya şikayətindən göründüyü kimi, kassator qətnaməni yalnız qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində mübahisələndirmişdir. Odur ki, kassasiya qaydasında araşdırma yalnız həmin hissəyə dair aparılır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş material larında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçını və onun vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. İşin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh 2008-ci ildə Qəbələ rayonunun, Kiçik Əmili kəndində hər biri ayrı-ayrılıqda 0.10 ha torpaq sahəsi almışlar. İddiaçı adına 15.12.2008-ci ildə reyestr nömrəsi **********05 olan torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Həmin tarix də Cavabdeh adına reyestr nömrəsi **********06 olan torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Cavabdeh İddiaçı məxsus torpaq sahəsində vaqon tikili inşa etdirmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə qarşılıqlı razılaşma əsasında yəni, Cavabdeh məxsus torpaq sahəsi gediş gəliş və bağ üçün saxlanılmış, İddiaçı məxsus torpaq sahəsi isə yaşamaq üçün ev tikməyə və vaqon ev qoymaq üçün nəzərdə tutulmuşdur. İddiaçı razılığı ilə Cavabdeh birinciyə məxsus torpaq sahəsinə vaqon qoyaraq onun üzərində vaqon ev inşa etdirmişdir. Tərəflər 2017-ci ilin ortalarına qədər mehriban münasibətdə olaraq həmin vaqon evindən istifadə etmişlər və vaqon evi ilə yanaşı olan torpaq sahəsində iddiaçı özünə məxsus, hazırda tikintisi başa çatmamış evi tikməyə başlamış dır. Tərəflər arasında münasibətlər pozulmuş, iddiaçı cavabdehə məxsus vaqon evin sökülərək ona məxsus torpaq sahəsindən götürülməsini tələb etmişdir. Cavabdeh həmin vaqon evinin iddiaçının razılığı ilə tikildiyini, onun söküləcəyi təqdirdə tikintində istifadə edilmiş materialların təyinatını itirəcəyini, nəticədə cavabdehə 1720 manat ziyan dəyəcəyini və həmin ziyanı iddiaçının ödəməli olduğunu bildirsə də, iddiaçı cavabdehlə razılaşmamışdır. İddiaçı 2008-ci ildən ötən 9 il ərzində ona məxsus torpaq sahəsində cavabdehin vaqon ev tikməsinə və həmin vaqon evdən istifadə etməsinə etiraz etməmiş, həmin özbaşına tikilinin tikintisinin dayandırılması və ya istifadəsinin qadağan olunması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət etməmiş, mübahisəli torpağın qanunsuz zəbt edilməsini mübahisə ləndirməmişdir. Cavabdehin vəkilinin məhkəmə kollegiyasına təqdim etdiyi qiymətləndirmədə tikintiyə və təmir-bərpa işlərinə 2171,5 manat xərc çəkilməsi göstərilsə də, cavabdeh qarşılıqlı iddiasında ona tikintinin söküləcəyi təqdirdə dəyəcək ziyana görə 1720 manat tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi qənaəti ilə razılaşmaq mümkün deyildir. Çünki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə işin faktiki halları, cavabdehin apellyasiya məhkəməsində bildirdikləri-sonradan müəyyən edilmiş hallar arasında ziddiyətlər vardır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh apellyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun gəldiyindən və həqiqəti özün də əks etdirdiyindən inandırıcı qəbul etmiş, hesab etmişdir ki, apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instasiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2ci maddəsi). Mülki Məcəllənin 1096-cı ma ddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (Mülki Məcəllənin 1097.1-ci maddəsi). Beləliklə, yuxarıda qeyd olunmuş normaya əsasən delikt məsuliyyətinin yaranması üçün vurulmuş zərərlə ziyan vurmuş şəxsin hüquqazidd hərəkəti arasında səbəbli əlaqə olmalı və onun təqsiri müəyyən olunmalıdır. Sadala nan əsaslar hər bir delikt öhdəliyinin yaranması üçün mütləq xarakter daşıyır. İşə baxan apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin apellyasiya şikayətində göstərdiklərini və cavabdeh tərəfin apellyasiya baxışında verdiyi izahatını əsas götürmüş, hər hansı başqa sübut olmadığı halda cavabdehin apellyasiya baxışındakı mövqeyini işin müəyyən olunmuş halı hesab etmiş, iddiaçının gətirdiyi dəlilləri lazımi qaydada araşdırmamış, ən əsası cavabdehin özünün birinci instansiya məhkəməsində verdiyi izahatında göstərdiklərinə əhəmiyyət verməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə işin faktiki halları, yəni cavabdehin apellyasiya məhkəməsində bildirdiklərinə əsasən sonradan müəyyən edilmiş hallar arasında ziddiyətlər olduğunu müəyyən edərkən cavabdehin birinci instansiya məh kəməsinin iclas protokoluna hər hansı qeyd vermədiyini nəzərə almamış, bununla da mübahisənin tam, hərtərəfli və obyektiv tədqiqinə şərait yaratmayaraq MPM-nin 14.1-ci maddəsinin tələblərinə zidd qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 16 fevral 2018-ci il tarixli məhkəmə iclas protokolundan (protokola dair cavabdeh tərəfindən hər hansı qeyd verilməmişdir) məlum olur ki, Cavabdeh ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, qarşılıqlı razılaşma əsasında özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirib başa çatdıranadək ilk iddiaçıya məxsus torpaq sahəsində hələlik müvəqqəti yaşamaq üçün vaqon evi quraşdırmışdır. Həmin vaqon evinin hansı müddətədək ilk iddiaçıya məxsus torpaq sahəsində qalacağı barədə aralarında heç bir əlavə razılaşma olmamışdı r, ancaq danışıqları o, olmuşdur ki, o, özünə məxsus torpaq sahəsində ev inşa etdirib başa çatdıranadək həmin vaqon evdən istifadə etməli idi (iş v. 52). Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında baxan məhkəmə prosessual qanunvericiliyin normalarını pozmuş, belə ki, qeyd edilən bu halları işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Halbuki, qeyd edilənlər müəyyən edildiyi və qarşılıqlı iddia tələbinin əsaslı olduğunu təsdiq edən başqa sübut olmadığı halda, cavabdehin müvəqqəti olaraq iddiaçıya məxsus torpaq sahəsində vaqon tikilisi inşa etdiyi, bununla da iddiaçının mülkiyyətindəki torpaq sahəsinin boşaldılıb həmin vaqonun götürülməsi nəticəsində cavabdehə iddiaçı tərəfindən hər hansı ziyanın vurulmadığı aydın olar və bu mübahisənin həllinə əhəmiyyətli təsir edən haldır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən sözügedən vaqon tikilisinin özbaşına tikili olduğunu müəyyən etmiş, digər tərəfdən iddiaçının onun dayandırılması və ya istifadəsinin qadağan olunması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət etməməsinə istinad edib özbaşına tikilini qanuni tikili saymağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki ilkin iddia tələbinin predmetin i də məhz həmin tikilinin sökülməsi təşkil edir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.3-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə qətnaməsinin qanuniliyi- işə baxan və onu həll edən məhkəmə tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normalarına dəqiq və dönmədən əməl olunmasıdır. Məhkəmənin vəzifəsi ondan ibarətdir ki, tətbiq edilməli olan hüquq normasını seçib tətbiq etsin və həmin normanı dəqiq mənasına və məzmununa uyğun təfsir etsin. Qanunun yalnış təfsir olunması – hüquq normasının dispozisiyasının yalnış anlaşılmasıdır. Bunun nəticəs ində tərəflərin hüquq və vəzifələrinə hüquqi cəhətdən düzgün qiymət verilmir. Beləliklə, konkret iş üzrə məhkəmə qətnaməsi məhkəmənin ehtimallarına və işin hallarının yalnış təfsirinə əsaslana bilməz. Qətnamə o halda əsaslı hesab olunur ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış işin bütün halları, baxılan iş üzrə, habelə tərəflərin hüquq və vəzifələri barədə qənaətə gəlməyə əsas verən sübutar əks etdirilmiş olsun. Barəsində şikayət verilmiş qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində prosessual qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinə uyğun deyildir, apellyasiya instansiyası məhkəməsinin həmin hissədə gəldiyi nəticə konkret olmayan, işin vacib hallarına münasibətdə ehtimal xarakteri daşıyan qənaətlərə əsaslanmışdır. Bu baxımdan da, hazırki qətnamə əsaslı və qanuni hesab oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq oluna n faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). İşin yeni apellyas iya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, qarşılıqlı iddia tələbi üzrə başqa sübutların olub-olmaması məsələsini və cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatını müzakirə etməli, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1459/2018 s aylı 25 iyul 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-255/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-255/2019
14.02.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver