Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-255/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və 3-cü şəxs Salyan rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2378/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən v erilmiş kasasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə (Salyan rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və X2 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş 14.03.2017-ci il tairxli 16/02 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və Respublika Xammal və X2 Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ona məxsus Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən xüsusi mülkiyyətdə olan 0.01599 ha torpaq sahəsi üzərində yerləşən 58 saylı ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracının yenidən keçrilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iki dəfə hərrac keçirilmiş və heç birindən məlumatı olmamışdır. Evin və torpaq sahəsinin mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda keçrilən hərraclar barədə hərracın təşkilatçısı tərəfindən yalnız ona birinci hərrac barədə bildiriş göndərilmiş, amma iddiaçıya şəxsən təqdim edilməmişdir. Amma evin ipoteka qoyulmasını və hərracda satılmağa çıxarılmasını Salyan rayon İcra və probasiya şöbəsi tərəfindən icra hərəkətləri aparılarkən tam anlayışı olub və tam məlumatlı olmadığından hərracda iştirak etmək hüququndan məhrum olub və hərrac keçirilərkən onun evini almaq hü ququ məhdudlaşdırılmış və xüsusi mülkiyyəti əlindən alınaraq iddiaçı "xxxx" ASC-yə satılmışdır. Əgər o hərracda iştirak etmiş olsaydı evinin dəyərini ödəməklə azyaşlı övladlarını küçədə yaşamağa qoymazdı. Hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır və onun həmin evdən başqa yaşayış evi yoxdur. Evə ona qaytarılmazasa yaşamağa heç bir yeri yoxdur və küçələrə atılmış olacaq. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən İddiaçı, Salyan Rayon İcra və Probasiya Şöbəsinə və Salyan rayon vəkil bürosuna ünvanlanmış 23.12.2016-cı il tarixli № 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-839/2016 saylı 12.07.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X4 prospekti, 58 ünva nda yerləşən 0.01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 23.01.2017-ci il saat 12:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Salyan Rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" ASC-yə, "xxxx" MMC-yə və İddiaçı ünvanlanmış 27.01.2017-ci il tarixli № 02 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-839/2016 saylı 12.07.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X4 prospekti, 58 ünvanda yerləşən 0.01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 27.02.2017-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş mate riallarında olan №011163 nömrəli mədaxil qəbz talonun surətindən görünür ki, 23.12.2016-cı il tarixli № 01 nömrəli bildiriş 10.01.2017-ci il tarixində "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş və 12.01.2017-ci il tarixində İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən İddiaçı, Salyan Rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" ASCyə ünvanlanmış 03 mart 2017-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, 01/873 saylı, 03.03.2017-ci il tarixli məktubun surətinə əsasən ipoteka ilə yüklənmiş Salyan şəhəri, X4 prospekti 58 ünvanda yerləşən 0,01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracı n baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 03.03.2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka saxlayandan ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış etmək xahiş olunmuşdur. İş materiallarında olan 23-29 dekabr 2016-cı il tarixli, 10-16 fevral 2017-ci il, tarixli “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, Salyan şəhəri, X4 prospekti 58 ünvanda yerləşən 0,01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 16/02 nömrəli, 14 mart 2017-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X4 prospekti 58 ünvanında yerləşən 0.01599 ha torpaq sahəsində y erləşən ümumi sahəsi 126,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-839/2016 saylı, 12.07.2016cı il tarixli icra vərəqəsinə və Salyan rayon İcra və Probasiya Şöbəsinin 3718/3683/1 saylı, 02.12.2016-cı il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 38.000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 32.300 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 24.225 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1116/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC İddiaçı, Salyan Rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" ASC-yə və "xxxx" MMC-yə ünvanlanmış 23.12.2016-cı il tarixli № 01 nömrəli bildirişlə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-839/2016 saylı 12.07.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X4 prospekti 58 ünvanda 0,01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 23.01.2017-ci il saat 12:00-da keçiriləcəyi bildirilmişdir. Həmin bildiriş 12.01.2017-ci il tarixində İddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Bunu nla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçıya rəsmi qaydada təqdim olunmuş, beləliklə iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Beləliklə, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbərdar olduğundan, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının № 16/02 nömrəli, 14 mart 2017-ci il tarixli hərracın yekunları barədə protokolu etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.2, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 42.5, 42.6-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmış dır. Qətnamədən narazı qalan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 2(103)-2378/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sübutlara əsasən qanunvericiliyin tələblərin ə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Birja Yenilikləri qəzetində elanlar vermişdir. İpoteka predmeti olan daşınmaz əmlaklar hərracda alıcı olmadığından satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakları qəbul edərək balansına götürmüşdür. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya hesab etmişdir ki, şikayətdə göstərilən hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçıya rəsmi qaydada təqdim olunmuş, iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Beləliklə, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izaha tları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili X1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2 maddələrinin tələbləri pozulmuşdur. Hərrac təşkilatı hərracın keçirilməsinə ən azı 30 gün qalmış məlumat verməlidir. Bildirişdə hərracın keçirilmə qaydası göstərilməmiş, hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmamışdır. Onun yaşadığı ünvanına son hərrac barədə bildiriş göndərilməmişdir. Göründüyü kimi hərrac qanunvericil iyin tələbləri pozulmaqla keçirilmiş və onun mülkiyyət hüququ və onu müdafiə etmək hüququ pozulmuşdur. Ona görə də həmin hərrac protokolu etibarsız hesab edilməli və onun mülkiyyət və digər konstitusion hüquqları qorunmaqla yenidən keçirilməsi təmin edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, vəkili X1, cavabdeh Respublika Xammal Əmtəə Birjasının "xxxx" MMC-nin və 3-cü şəxs Salyan rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təş kilatçısına) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ö dəməlidir. Maddə 42.3. Hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri v ə forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də iddiaçı onun mülkiyyət hüququnun pozulması, onun hərracın keçirilməsi barədə məlumatlandırılmaması, hərracın keçirilməsi ilə bağlı onun məlumatlandırılmalı olmasına dair qanunvericiliklə müəyyən edilmiş müddətin pozulması ilə əsaslandırmışdır. Kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, hər iki hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının ünvanına göndərilmiş, iddiaçı birinci hərrac barədə biliriş göndərilsə də, onu şəxsən almadığını, ikinci hərrac barədə bildiriş isə göndərilmədiyini bildirir, lakin icra hərəkətlərinin aparılmasından tam məlumatlı olduğunu bildirir. İddiaçının qeydiyyatda olduğu ünvana hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı ilə bağlı müvafiq bildiriş göndərilmişdir, iddiaçı həmin ünvanda yaşamaması, ünvanını dəyişməsi barədə məhkəməyə heç bir sübut verməmişdir. Hazırki iş üzrə də iddia ərizəsində həmin ünvanı göstərmişdir. Bu isə həmin ünvana göndərilmiş bildirişin çatdırılması hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin hərrac barədə bildiriş a lan və həmin əmlakın əldə edilməsi üçün hərracda iştirak etməyən iddiaçı əmlakının hərraca çıxarılmasından məlumatlı olmuş, lakin həmin əmlakı əldə etməyə cəhdlər etməmişdir. Buna görə də, onun son hərrac barədə bildirişin ona göndərilməməsi və bunun nəticəsində əmlakını hərracdan əldə etmək imkanınından məhrum olması barədə dəlilləri keçiirlən hərracın etibarsız hesab edilməsinə əsas vermir. Beləliklə, hərracın təşkili, keçirilməsi qaydası və proseduru ilə bağlı hərrac təşkilatı tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. İddiaçının hərracın keçirilməsi proseduru barədə ümumiyyətlə məlumatlandırılmaması iş materialları ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etd ikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2378/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.