Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-255/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1nə, Goranboy rayon notariat ofisinə qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-255/2025 (Açar sözlər: bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, pis niyyətlə razılığa gəlmə səbəbindən iradə ifadəsinin zədələnməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1nə, Goranboy rayon notariat ofisinə qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1448/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı tərəfindən Cavabdeh2 etibarnamənin verilməsi barədə “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, İddiaçı – həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza hüququ ilə onun bütün əml aklarını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı,...onları təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduqları daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat kontorunda onu təmsil etməyi və digər saləhiyyətləri doğma qızı Cavabdeh2 etibar etmişdir. Etibarnamənin m üddəti xx.xx.2030-cu il tarixə kimi müəyyən edilmişdir.
2. İddiaçı həyat yoldaşı X5 16 noyabr 2020-ci il tarixdə vəfat etmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat №-li çıxarışa əsasən, Naftalan şəhəri, H.Əliyev küçəsi, 29 saylı evin, ümumi sahəsi 86,40 kv.m. olan 48 saylı mənzili paylı mülkiyyət hüququ əsasında 5/8 hissədə İddiaçı, 1/8 hissədə X3, 1/8 hissədə Cavabdeh3 və 1/8 hissədə Cavabdeh2 xüsusi mülkiyyətindədir.
4. Goranboy rayon Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə” əsasən, ünvan 1 ün vanında yerləşən ümumi sahəsi 86,40 kv.m., yaşayış sahəsi 62 kv.m. olan 4 otaqlı mənzil paylı mülkiyyət üzrə on(lar)a məxsus hissədən - İddiaçı (etibarnamə əsasında qızı Cavabdeh2 onun əvəzinə) ona məxsus 5/8 hissəni - oğlu olan Cavabdeh3, Cavabdeh2 məxsus 1/8 hissəni - qardaşı olan Cavabdeh3 bağışlanmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** və ********** qeydiyyat №-li çıxarışa əsasən, Naftalan şəhəri, H.Əliyev küçəsi, ev 29, mənzil 48 paylı mülkiyyət üzrə 7/8 hissədə Cavabdeh3 və 1/8 hissədə X3 xüsusi mülkiyyətindədir.
6. İddiaçı Tərtər rayon notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəs inə əsasən, o, xx.xx.2020-ci il tarixdə qızı Cavabdeh2 verdiyi etibarnaməyə xitam verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, qızı Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında onun adından Cavabdeh3 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payının ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı Cavabdeh2 ondan aldığı xx.xx.2020-ci il tarixli etibarnamə əsasında onun adından Cavabdeh3 ilə bağladığı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlanma müqaviləsi əsasında DƏDRX–nin 7 saylı Bərdə Ərəzi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48 iddiaçının həyat yoldaşı İsmayıl Qurbanovun adına xüsusi mülkiyyət kimi DƏDRX-də qeydiyyatdan keçmişdir. Ev 4 otaqdan ibarətdir. İddiaçı həyat yoldaşı İsmayıl ilə həmin evi birgə nikah dövründə əldə etmişdir. İddiaçının həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaç ının həyat yoldaşının vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak iddiaçı ilə miras qoyanın birgə nikahı dövründə alındığından əmlakın 1/2 hissəsi iddiaçıya verilmiş, qalan 1/2 hissə isə iddiaçı ilə iki nəfər oğlu Cavabdeh3, Rövşən Qurbanov və qızı Cavabdeh2 arasında bölünmüş, buna dair onlara şəhadətnamələr verilmişdir. İddiaçı xəstə olduğundan və hərəkət edə bilmədiyindən qızı Cavabdeh2 ondan xahiş etmişdir ki, adına çıxarış alınması üçün ona etibarnamə versin. İddiaçı da, qızına həddindən artıq inandığından ona etibarnamə vermişdir. Daha sonra iddiaçı dəfələrlə qızından çıxarışı ona verməsini tələb etmiş, lakin qızı hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonda isə iddiaçıya məlum olmuşdur ki, qızı Sevda onun payına göz dikmiş, onu aldadaraq etibarnamə almış və həmin etibarnamə əsasında ona məxsus miras payı oğlu Cavabdeh3 bağışlamışdır. Beləliklə, iddiaçının yeganə yaşayış yeri olan Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48-i doğma qızı onu aldadaraq oğlu Cavabdeh3 bağışlamış və xx.xx.2021-ci il tarixdə iddiaçının adından Cavabdeh3 ilə bağışlama müqaviləsi bağlamışdır. Cavabdeh3 isə hər dəfə iddiaçını evdən qovacağı ilə hədələmiş və mübahisəli evin onun özünə məxsus olduğunu bildirmişdir. İddiaçı qızının adına vermiş olduğu etibarnaməni artıq ləğv etdirmişdir. Beləliklə iddiaçı miras payını heç kimə bağışlamamışdır. Sadəcə olaraq qızı Sevda onu aldadaraq yaşlı olduğunu, əziyyət çəkəçəyini bildirərək öz adına etibarnamə almış və iddiaçının payını qardaşı Cavabdeh3 bağışlamışdır.
10. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə ic lasında izahat verərək bildirmişdir ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsində iddianın təmin olunması üçün orada maddi norma kimi yalnız Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edilmişdir. Qeyd edilən maddədən başqa əsaslandırmada heç bir maddi normaya istinad olunmamışdır. Halbuki Mülki Məcəllədə əqdin etibarsızlığı üçün konkret əsaslar qeyd edilmişdir. Birincisi əqdin formasına riayət olunması məsələsidir ki, hazırda bu barədə heç bir mübahisə yoxdur. İkincisi əgər müqavilədəki imzaların tərəflərə məxsus olmaması və ya digər hər hansı formada saxtakarlığın olması məsələsidir. Həmçinin qeyd edilən hal ilə bağlı da, hər hansı mübahisə yoxdur. Yeganə mübahisəli hal kimi üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-e tməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Nəinki ölkəmizdə, bütün dünyada notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının aldadılmışam deməsinin heç bir əsası yoxdur. Bundan başqa bütün notariat ofislərində hər hansı əqd bağlanan zaman notarius və ya işçilər tərəfindən bağladıqları əqdin mətni açıq şəkildə tərəflərə oxunur. Odur ki, iddiaçı tərəfindən qızı Sevdaya etibarnamə verilən zaman etibarnamənin mətni ona oxunmuşdur. Bu isə o deməkdir ki, notarial qaydada bağlanmış ə qdin etibarsızlığı ilə Mülki Məcəllənin 339.2-ci maddəsinin hər hansı əlaqəsi yoxdur. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh3 bu məsələnin məhkəməyə gəlib çıxmasından çox narahatdır, bununla bağlı stress yaşayır və məsələnin bu yerə gəlib çıxmasının əsl səbəbi ona hələ də qaranlıq qalmaqdadır. Mülki Məcəllənin 228-ci maddəsinə istinadən iddiaçının mübahisəli evə dair istifadə hüququ vardır. Əgər bununla bağlı hər hansı problem və ya narahatçılığı varsa, Cavabdeh3 iddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırkı məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddia qaldılımış ola bilər. Əslində hər kəsə məlumdur ki, əqd vaxtı ilə razılıq əsasında bağlanmışdır. Aradan uzun müddət keçdikdən sonra isə əqdin mübahisələndirilməsi bunu sübut edir ki, əslində iddiaçının əqdin bağlanmasından məlumatı olmuşdur.
11. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, anası hər zaman ona inanmış, bu səbəbdən anasının hər bir işinin arxası ilə o, getmişdir. Buna səbəb oğlanlarının bu günə kimi anasının işlərinə köməklik göstərməməsi olmuşdur. Hətta anası pandemiya vaxtı xəstələnmiş, bu səbəbdən bütün işlərinin görülməsi üçün ona etibarnamə vermi şdir. Həmin etibarnamə ilə o, ilk olaraq hətta Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə iclaslarında anasının nümayəndəsi qismində iştirak etmişdir. Anası etibarnaməni onun adına məhz çıxarış almaq üçün deyil, ümumiyyətlə gələcəkdə bütün işlərinin görülməsi üçün vermişdir. Həmçinin qeyd edilən etibarnamə ilə o, anasına məxsus vaxtı keçmiş bank kartını da, banka müraciət edərək yenisi ilə dəyişmişdir. Əmlaka dair anasının adına çıxarış aldıqdan sonra çıxarışı anasına təqdim etməmiş, gizli saxlamışdır. Çünki qardaşı Kamil çıxarışın anasına verilməsinə icazə verməmişdir. Daha sonra həmin etibarnamədən istifadə edərək anasının evdəki payını anasından xəbərsiz qardaşı Kamilə bağışlamışdır. Dəfələrlə Kamilə bu barədə anasına demək lazım olduğunu bildirsə də, Kamil anasına deməy ə icazə verməmiş və anasının buna razı olmayacağını ona bildirmişdir. Hətta o, həmin əmlakdakı öz payını da Kamilə bağışlamışdır. Anasının evin Kamilə bağışlanmasıdan xəbəri olmamışdır. Kamil hər bir halda gələcəkdə anasının onunla birlikdə yaşayacağını, onun himayəsində qalacağını və anasına yaxşı baxacağını dediyindən, o, da bu addımı ataraq payları Kamilin adına keçirmişdir. Həmçinin o, gələcəkdə belə bir vəziyyətin yaranacağını düşünməmişdir. Belə ki, onun həmin evdə ümumiyyətlə gözü olmamışdır. Hətta öz payını belə Kamilə təmənnasız olaraq bağışlamışdır. Hazırda həmin addımı nə səbəbdən atdığının dəqiq izahını verə bilmir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
12. Məhkəmə hazırlıq iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, iddiaçı onun doğma anasıdır. Vax tı ilə anası öz şəxsi istəyi ilə onu yaşadığı evə dəvət etmiş və birlikdə yaşamağı təklif etmiş, o, da ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Daha sonra evi şəxsi vəsaiti ilə təmir etdirmişdir. Bağışlama müqaviləsi bağlanarkən anası notariusda şəxsən iştirak etməmiş, lakin bacısının evi ona bağışlamasından xəbəri olmuşdur. Bu səbəbdən iddianı əsassız hesab edir.
13. Naftalan Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(052)-48/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrəsi ilə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh3 bağışlanması hissədə etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia üzrə ilk növbədə bağışlama müqaviləsinin onun tərəflərinin qarşılıqlı iradə ifadəsinin nəticəsi olub-olmaması müəyyən edilməlidir. Belə ki, iddiaçı müqavilənin onun həqiqi iradə ifadəsinə uyğun olmadığını iddia edir və bunu onunla əsaslandırır ki, müqavilənin mövcudluğundan məlumatsız olmuş, müqavilə onun tərəfindən deyil, qızı Cavabdeh2 tərəfindən ona verilmiş etibarnamə əsasında, onun razılığı olmadan bağlanmışdır. Cavabdeh3 isə iddiaçının dedikləri ilə razılaşmasa da, əqdi imzalayan təmsilçi Cavabdeh2 iddiaçının dediklərini təsdiq edir. Cavabdeh2 mübahisəli əqdi bağlayarkən istifadə etdiyi etibarnamənin 17 avqust 2020-ci il tarixdə qeydiyyata alınması, bağışlama müqaviləsinin isə 19 iyun 2021-ci il tarixdə rəsmiləşdirilmiş olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının həyat yoldaşı 16 noyabr 2020-ci il tarixdə ölmüş, ondan miras qalmış əmlaka dair isə 20 may 2021-ci il tarixdə müvafiq olaraq “Ərarvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” və “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. Bu isə onu deməyə əsas verir ki, 17 avqust 2020-ci il tarixdə etibarnamə verilərkən, həmin vaxt gələcəkdə bağlanacağı məlum olmayan hər hansı müqaviləyə dair iradə ifadəsinin mövcud olması mümkün deyildir. Bundan başqa Cavabdeh2 məhkəmə iclasında iz ahat verərkən anasının ona etibarnaməni məhz çıxarış almaq və ya əqd bağlamaq məqsədi ilə deyil, ümumilikdə işlərinin görülməsi üçün verdiyini, həmçinin bağışlama müqaviləsini anasının iradə ifadəsi olmadan, ondan gizli bağladığını bildirmişdir.
15. Məhkəmə yekun olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli əmlakda ona məxsus payın oğluna bağışlanmasına münasibətdə iradə ifadəsi olmamışdır. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilməli və xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrə ilə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması” müqaviləsi mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh3 bağışlanması hissədə etibarsız hesab edilməlidir. Mübahisəli “daşınmaz əmlakın bağışlanması” müqaviləsi qismən etibarsız hesab edildiyindən, öz növbəsində daşınmaz əmlakın dövlət reyestrində çı xarış üzrə xx.xx.2021ci il tarixdə ********** nömrə ilə aparılmış qeyd ləğv edilməlidir.
16. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 3, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 404.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilmiş hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsinin də qiqləşdirilməsi barədə ərizəsinə baxılsa iddianın təmin olunması üçün orada maddi norma kimi yalnız Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edilmişdir. Qeyd edilən maddədən başqa əsaslandırmada heç bir maddi normaya istinad olunmamışdır. Halbuki Mülki Məcəllədə əqdin etibarsızlığı üçün konkret əsaslar qeyd edilmişdir. Birincisi əqdin formasına riayət olunması məsələsidir ki, hazırda bu barədə heç bir mübahisə yoxdur. İkincisi əgər müqavilədəki imzaların tərəflərə məxsus olmaması və ya digər hər hansı formada saxtakarlığın olması məsələsidir. Həmçinin qeyd edilən hal ilə bağlı da, hər hansı mübahisə yoxdur. Yeganə mübahisəli hal kimi üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-etməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının aldadılmışdır deməsinin heç bir əsası yoxdur. Üstəlik də nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün vermişdir. Halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırkı vərəsəlik işi açılmamış və mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməsi ehtiyacı da yaranmamışdır. Bu halı iş üzrə Cavabdeh2 özü də, məhkəmə prosesi zamanı izahatında təs diqləmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən bu halın həqiqəti əks etdirmədiyi açıq şəkildə görünmüş olur. Bundan başqa bütün notariat ofislərində hər hansı əqd bağlanan zaman notaris və ya işçilər tərəfindən bağladıqları əqdin mətni açıq şəkildə tərəflərə oxunur. Odur ki, iddiaçı tərəfindən qızı Sevdaya etibarnamə verilən zaman etibarnamənin mətni ona oxunmuşdur. Beləliklə də, iddiaçı qeyd edilən etibarnamə ilə ona məxsus olan istənilən əmlak üzərində qızının sərəncam verə biləcəyini anlamış və bu şərtlə razılaşaraq etibarnaməni vermişdir. Bu isə o deməkdir ki, notarial qaydada bağlanmış əqdin etibarsızlığı ilə Mülki Məcəlləsinin 339.2-ci maddəsinin hər hansı əlaqəsi yoxdur. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh3 bu məsələnin məhkəməyə gəlib çıxmasından çox narahatdır, bununla ba ğlı stress yaşayır və məsələnin bu yerə gəlib çıxmasının əsl səbəbi ona hələ də, qaranlıq qalmaqdadır. Mülki Məcəllənin 228-ci maddəsinə istinadən İddiaçı mübahisəli evə dair istifadə hüququ vardır. Əgər bununla bağlı hər hansı problem və ya narahatçılığı varsa, Cavabdeh3 iddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırkı məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi il ə hazırkı iddia qaldılımış ola bilər. Əslində hər kəsə məlumdur ki, əqd vaxtı ilə razılıq əsasında bağlanmışdır. Aradan uzun müddət keçdikdən sonra isə əqdin mübahisələndirilməsi bunu sübut edir ki, əslində iddiaçının əqdin bağlanmasından məlumatı olmuşdur. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İndiki halda məhkəmə guya ki, Cavabdeh2 etibarnamə üzrə öz anasından almış olduğu səlahiyyətlər çərçivəsində öz doğma qardaşı Cavabdeh3 xeyrinə bağlamış olduğu əqdə dair iddiaçının iradəsinin olmadığına istinad etmişdir. Lakin iş materialları ilə tanış olan zaman bunu təsdiql əyici hər hansı bir sübutun olmadığı görünür. Beləliklə də, məhkəmə MPM-in prosessual tələblərini pozaraq heç bir sübut olmadan qanunvericiliyin tələblərini iddiaçının mülahizədən o yana keçə bilməyən şəxsi arzularına qurban vermiş və əsaslandırılmamış iddia tələbini təmin etmişdir. Halbuki MPM 77.1-ci maddəsinə görə “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. İndiki halda iddiaçı öz iddiasını (aldadıldığını) sübuta yetirə bilmədiyi kimi məhkəmə də sübuta yetirilə bilinməmiş iddia tələbini təmin etməklə prosessual pozuntuya yol vermişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndi rilən etibarnamə Cavabdeh2 2020-ci ilin avqust ayında, yəni iddiaçının həyat yoldaşı vəfat etməmişdən əvvəl verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh2 qardaşı Cavabdeh3 anasının 5/8 payını bağışlamışdır. Həmçinin Sevda özünün 1/8 payını da, qardaşı Kamilə bağışlamışdır. Hazırda cavabdeh İddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırkı məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alı nması məqsədi ilə hazırkı iddia qaldılımış ola bilər. İddiaçı ilə oğlu Kamilin münasibətləri yaxşı olmuş, bir müddət əvvələ qədər birlikdə yaşamışlar.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48 iddiaçının həyat yoldaşı İsmayıl Qurbanovun adına xüsusi mülkiyyət kimi DƏDRX-də qeydiyyatdan keçmişdir. İddiaçı xəstə olduğundan və hərəkət edə bilmədiyindən xx.xx.2020-ci il tarixdə qızı Cavabdeh2 onun pensiya işi ilə bağlı işlərini həll etməsi üçün ona etibarnamə vermişdir. İddiaçının həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, həyat yoldaşının vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak onunla miras qoyanın birgə nikahı dövründə alındığından əmlakın 1/2 hissəsi ona veril miş, qalan 1/2 hissə isə onunla iki nəfər oğlu Cavabdeh3, Rövşən Qurbanov və qızı Cavabdeh2 arasında bölünmüş, buna dair onlara şəhadətnamələr verilmişdir. İddiaçı xəstə olduğundan evin sənədləşməsi ilə bağlı işləri də qızı həll etmişdir. Daha sonra qızı Cavabdeh2 həmin etibarnamə ilə anasına məxsus 5/8 payı və özünun 1/8 payını qardaşı Cavabdeh3 vermişdir. O, dəfələrlə qızından çıxarışı ona verməsini tələb etmiş, lakin qızı hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonda isə ona məlum olmuşdur ki, qızı Sevda onu aldadaraq etibarnamə almış və həmin etibarnamə əsasında ona məxsus miras payı oğlu Cavabdeh3 bağışlamışdır.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, oğlu Kamilin ailəsi ilə bir yerdə yaşaya bilmir, uzun müddət, iki ilə yaxındır ki, küsülü yaşayır. Qızı Sevda boşanandan sonra onu mənzildən çıxarıblar. Hazırda qalmağa yeri yoxdur, qızlarının və qardaşının evində qalmağa məcburdur. Onun bağışlama müqaviləsindən xəbəri olmamışdır. Bir ilə yaxın müddətdir ki, onun həmin bağışlama müqaviləsindən məlumatı olmuşdur. Bu işin həll olunmasını istəyir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, etibarnamə ilə anasının 5/8 hissədə payını qardaşı Cavabdeh3 bağışlamasından anasının xəbəri olmamışdır. Anası etibarnaməni ona pensiya işlərini yerinə yetirməsi ilə bağlı vermişdir. O, bağışlama müqaviləsini qardaşının təsiri ilə bağlamışdır. Belə ki, qardaşı ona anasına baxacağını, anasına bildirsə anasının onsuz da, razı olmayacacağını bildirərək bağışlama barədə anasına bildirməməsini demişdir. Onun əri qardaşının qaynı olduğundan o, məcbur qalıb razılaşmışdır. O, anasının verdiyi etibarnamədən yalnız bağışlama müqaviləsinin tərtib edilməsi zamanı istifadə etmişdir. Cavabdeh3 vəkilinin “iddiaçının Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola biləcəyi” ilə bağlı qeyd etmişdir ki, onun özünün iki otaqlı mənzilinin vardır.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-1448/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehdiyev və Rəhman Muradov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının aldadılmışdır deməsinin heç bir əsası yoxdur. Üstəlik də nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, o, etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün vermişdir. Halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırkı vərəsəlik işi açılmamış və mübahisəli m ənzilə dair hər hansı bir çıxarış əldə edilməsinə ehtiyac yaranmamışdır. Bu halı iş üzrə Cavabdeh2 özü də məhkəmə iclası zamanı izahatı ilə təsdiq etmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən bu halın həqiqəti əks etdirməməsi açıq şəkildə görünür.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərlə əlaqədar qeyd etmişdir ki, cavabdehin bağlanmış əqdin notariat qaydasında təsdiqlənməsinin əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsinin mümkünlüyünün əsası kimi qeyd etmişdir. Lakin cavabdeh bu cür yanaşma ortaya qoyarkən işin hallarını nəzərə almamışdır. Belə ki, əqdi iddiaçı özü bağlamamışdır. Mübahisələndirilən əqd cavabdehin nümayəndəsi qismində qızı tərəfindən bağlanmışdır və əqdin bağlanması üçün verilmiş etibarnamə bağışlama müqaviləsinin predmeti olan əmlakın hələ iddiaçının mərhum ərinin mülkiyyətində olarkən verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq etibarnamə verilərkən iddiaçının mülkiyyətində mübahisəli əmlakın olmadığını qeyd etmiş və həmin etibarnamə verərkən iddiaçının gələcəkdə iddiaçının mülkiyyətinə keçməsi güman edilməyən əmlakın bağışlanması ilə bağlı iradə ifadəsinin mövcudluğunun inkar olunduğu nəticəsinə gəlmişdir.
26. Məhkəmə kollegiyası iddiaçı tərəfindən qızı Cavabdeh2 etbarnaməni məhz əri İsmayıl Qurbanovun ölümündən əvvəl verməsi, həmçinin Cavabdeh2 tərəfindən bu halın etiraf edilməsini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının qızı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə etibarnamə verməsində iradə ifadəsi məhz iddiaçıya məxsus digər məsələlərlə bağlı işlərinin aparılması ilə bağlı olmuşdur. İddiaçının q ızı Cavabdeh2 isə qardaşı Cavabdeh3 ilə pis niyyətlə razılığa gələrək fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan hissəsini onun iradəsi əleyhinə Cavabdeh3 bağışlanmasına və onun mülkiyyətinə verilməsinə nail olmuşlar.
27. Göründüyü kimi mübahisələndirilən bağışlama müqaviləsinin mülkiyyətçinin iradə ifadəsinin pozulması ilə bağlanması ilə əqdin etibarlılıq şərtləri pozulmuşdur. Bu halda isə həmin müqavilə etibarsızdır və birinci instansiya məhkəməsi haqlı olaraq onun etibarsızlığını təsdiq etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 339.1, 339.6, 359.1, 362.1, 666.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 217.3, 217.3, 384.0.1, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya ş ikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə diqqət yetirilsə, iddianın təmin olunması üçün orada maddi norma kimi yalnız Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edilmişdir. Qeyd edilən maddədən başqa əsaslandırmada heç bir maddi normaya istinad olunmamışdır. Halbuki Mülki Məcəllədə əqdin etibarsızlığı üçün konkret əsaslar qeyd edilmişdir. Birincisi əqdin formasına riayət olunması məsələsi dir ki, hazırda bu barədə heç bir mübahisə yoxdur. İkincisi əgər müqavilədəki imzaların tərəflərə məxsus olmaması və ya digər hər hansı formada saxtakarlığın olması məsələsidir. Həmçinin qeyd edilən hal ilə bağlı da, hər hansı mübahisə yoxdur. Yeganə mübahisəli hal kimi üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-etməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Nəinki ölkəmizdə, bütün dünyada notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının “aldadılmışam” deməsinin heç bir əsası yoxdur. Üstəlik də nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, o, etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün vermişdir. Halbuki iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırkı vərəsəlik işi açılmamış və mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməsi ehtiyacı da yaranmamışdı. Bu halı iş üzrə Cavabdeh2 özü də məhkəmə prosesi zamanı izahatında təsdiqləmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən bu halın həqiqəti əks etdirmədiyi açıq şəkildə görünmüş olur. Bundan başqa, bütün notariat ofislərində hər hansı əqd bağlanan zaman notaris və ya işçilər tərəfindən bağladıqları əqdin mətni açıq şəkildə tərəflərə oxunur. Odur ki, iddiaçı tərəfindən qızı Sevdaya etibarnamə verilən zaman et ibarnamənin mətni ona oxunmuşdur. Beləliklə də iddiaçı qeyd edilən etibarnamə ilə ona məxsus olan istənilən əmlak üzərində qızının sərəncam verə biləcəyini anlamış və bu şərtlə razılaşaraq etibarnaməni vermişdir. Bu isə o deməkdir ki, notarial qaydada bağlanmış əqdin etibarsızlığı ilə Mülki Məcəllənin 339.2-ci maddəsinin hər hansı əlaqəsi yoxdur. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh3 bu məsələnin məhkəməyə gəlib çıxmasından çox narahatdır, bununla bağlı stress yaşayır və məsələnin bu yerə gəlib çıxmasının əsl səbəbi ona hələ də qaranlıq qalmaqdadır. Mülki Məcəllənin 228-ci maddəsinə istinadən iddiaçının mübahisəli evə dair istifadə hüququ vardır. Əgər bununla bağlı hər hansı problem və ya narahatçılığı varsa, Cavabdeh3 iddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırd ır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırkı məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin aradan uzun müddət keçdikdən qarşısının alınması məqsədi ilə hazırkı iddia qaldırılmış ola bilər. Əslində hər kəsə məlumdur ki, əqd vaxtı ilə razılıq əsasında bağlanmışdır. Aradan uzun müddət keçdikdən sonra isə əqdin mübahisələndirilməsi bunu sübut edir ki, əslində iddiaçının əqdin bağlanmasından məlumatı olmuşdur.
31. İndiki halda məhkəmə guya ki, Cavabdeh2 etibarna mə üzrə öz anasından almış olduğu səlahiyyətlər çərçivəsində öz doğma qardaşı Cavabdeh3 xeyrinə bağlamış olduğu əqdə dair iddiaçının iradəsinin olmadığına istinad etmişdir. Lakin iş materialları ilə tanış olduğumuz zaman bunu təsdiqləyici hər hansı bir sübutun olmadığı görünür. Beləliklə də məhkəmə MPM-in prosessual tələblərini pozaraq heç bir sübut olmadan qanunvericiliyin tələblərini iddiaçının mülahizədən o yana keçə bilməyən şəxsi arzularına qurban vermiş və əsaslandırılmamış iddia tələbini təmin etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
32. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, Cavabdeh3 kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
35. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xe yrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
39. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
40. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
42. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digə r tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
43. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
44. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
45. Maddə 339.2. Şəxs ə qd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
46. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağ lanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
47. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
48. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
49. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mül ki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
50. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
51. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
52. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
53. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
54. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
55. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şə xs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
56. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
57. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 217.4. Məhkəmə öz qətn aməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdırin bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh3 iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
72. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
73. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına çıxarış alınması üçün qızı Cavabdeh2 etibarnamə verdiyini, həmin etibarnaməyə əsasən qızının mənzilin ona aid hissəsini, onun razılığı və məlumatı olmadan, oğlu Cavabdeh3 bağışladığını, verdiyi etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin onun aldadılması ilə bağlan masını qeyd etmiş, Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edərək, qızı Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında onun adından Cavabdeh3 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payının ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
74. Cavabdeh2 iddianı qəbul edərək, iddiaçının mənafeyinə uyğun izahat vermiş, pandemiya vaxtı anası xəstələnərkən onun bütün işlərinin görülməsi üçün anasının ona etibarnamə verdiyini, daha sonra isə anasının etibarnaməni ona pensiya işlərinin görülməsi üçün verdiyini, həmin etibarnamə ilə əmlaka dair anasının adına çıxarış aldıqdan sonra çıxarışı anasına təqdim etmədiyini, gizli saxladığını, etibarnamədən istifadə edərək anasının evdəki payı nı anasından xəbərsiz qardaşı Kamilə bağışladığını, qardaşının ona bağışlama barədə anasına bildirməməsini deməsini, ərinin qardaşının qaynı olduğundan məcbur qalıb razılaşmasını, anasının evin Kamilə bağışlanmasıdan xəbəri olmadığını, özünün iki otaqlı mənzilinin olduğunu, etibarnamədən yalnız bağışlama müqaviləsinin tərtib edilməsi zamanı istifadə etdiyini qeyd edərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
75. Cavabdeh3 isə iddianı qəbul etməmiş, iddiaya qarşı etiraz edərək, vaxtı ilə anasının öz şəxsi istəyi ilə onu yaşadığı mənzilə dəvət edərək birlikdə yaşamağı təklif etməsini, onun da ailəsi ilə birlikdə həmin mənzilə köçməsini, bağışlama müqaviləsi bağlanarkən anasının notariusda şəxsən iştirak etmədiyini, lakin bacısının mənzili ona bağışlamasından xəbərinin ol masını, anası tərəfindən qızına etibarnamənin notarius vasitəsilə verildiyini, bu səbəbdən iddiaçının “aldadılmışam” deməsinin heç bir əsasının olmadığını, iddia ərizəsində iddiaçının guya etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün verdiyini, halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırkı vərəsəlik işinin açılmadığını, mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməsi ehtiyacının da yaranmadığını, hadisələrin hazırkı məqama gəlib çatmasına səbəbin onun bacısı Sevdanın ailəsinin dağılması ilə bağlı olduğunu, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola bildiyini qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
76. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmasının əsası kimi Mülki Məcəllənin 339.1 və 339.6-cı maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən qızı Cavabdeh2 etbarnaməni məhz əri İsmayıl Qurbanovun ölümündən əvvəl verməsi, həmçinin Cavabdeh2 tərəfindən bu halın etiraf edilməsi nəzərə alınarsa, iddiaçının qızı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə etibarnamə verməsində iradə ifadəsi məhz iddiaçıya məxsus digər məsələlərlə bağlı işlərinin aparılması ilə bağlı olmuşdur. İddiaçının qızı Cavabdeh2 isə qardaşı Cavabdeh3 ilə pis niyyətlə razılığa gələrək fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan hissəsini onun iradəsi əleyhinə Cavabdeh3 bağışlanmasına və onun mülki yyətinə verilməsinə nail olmuş, bununla da mübahisələndirilən bağışlama müqaviləsi mülkiyyətçinin iradə ifadəsinin pozulması ilə bağlandığından əqdin etibarlılıq şərtləri pozulmuşdur.
77. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tə ləblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
78. Konstitusiya M əhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021ci il tarixli Qərarında isə qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər... Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəməl ər formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mü lki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.
79. Göstərilənlərə əsasən kassasiya məhkəməsinin kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən görünür ki, məhkəmə bağışlama müqaviləsini - Cavabdeh2 qardaşı Cavabdeh3 ilə pis niyyətlə razılığa gələrək mənzilin iddiaçının mülkiyyətində olan hissəsini onun iradəsi əleyhinə Cavabdeh3 bağışlamasını, bununla da iddiaçının iradə ifadəsinin pozulması ilə bağlanması əsası ilə etibarsız saymışdır. Bu zaman apellyasiya məhkəməsi iddiada irəli sürülmüş əsasa, yəni iradəsinə zidd olaraq mənzili Cavabdeh3 bağışlamaq barədə müqavilə bağlamaqla etibarnamə ilə onu tə msil edən qızı Cavabdeh2 tərəfindən aldadılmasının real olub-olmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, əslində işin hallarına görə iddiaçı ilə Cavabdeh2 eyni mövqedən çıxış etmələrinə, bu halda bağışlama müqaviləsindən uzun müddət ərzində məlumatsız olmasını sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşməsinə, belə olan halda isə Cavabdeh2 iddianı etiraf etməsinin iddia tələbinin həlli üçün əhəmiyyət kəsb etmədiyinə, həmçinin müqavilənin iddiaçının aldadılması ilə bağlanması barədə iddia ərizəsində qeyd olunan halların hər hansı mötəbər sübutla təsdiq edilməməsinə düzgün hüquqi qiymət verməmişdir.
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 339.1, 339.2-ci maddələrini hazırki iddiaya düzgün tətbiq etməmişdir.
81. Məhkəmə kollegiyası eyni z amanda, apellyasiya instansiya məhkəməsinin - iddia tələbində göstərilən, iddiaçının bağışlanma müqaviləsinin bağlanmasından xəbərinin olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlanmasına dair dəlillərinə düzgün hüquqi qiymət verməməsi ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri hesab edir: Belə ki, iddiaçının qızı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə 10 il müddətinə verdiyi etibarnamədən görünür ki, etibarnamədə digər səlahiyyətlərlə bərabər Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza hüququ ilə iddiaçıya məxsus bütün əmlakları idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı,...onları təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduqları daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat kontorunda onu təmsil etməyi və digər səlahiyyətləri etibar edilmişdir. Göründüyü kimi xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi iddiaçının xx.xx.2020-ci il tarixdə, yəni müqavilə bağlanmazdan əvvəl verdiyi və 10 il müddətində qüvvədə olan etibarnamə əsasında bağlanmışdır. İddiaçı həmin müqavilənin bağlanması ilə bağlı iradə ifadəsinin olmadığını bildirsə də, etibarnaməni hansı məqsədlə verməsindən asılı olmayaraq, qeyd olunan iradə ifadəsinin hələ müqavilə bağlanmamışdan on aya yaxın müddət əvvəl, iddiaçı tərəfindən Cavabdeh2 bütün əmlakları üzərində sərbəst sərəncam verməyi özündə ehtiva edən etibarnamənin verilməsi ilə həyata keçirilsə də, işin qeyd olunan halına apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.
82. Mülki qanunvericiliyə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq hər hansı əlavə iradə bəyan etməsinə zərurət yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir (Mülki məcəllənin 359.1, 360.2-ci maddələri).
83. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı bağışlama müqaviləsinin bağlanmasından xəbərdar olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlandığını qeyd etsə də, iş materialları və tərəflərin izahatları ilə bu halın təkzib olunmasına, iddiaçı tərəfindən etibarnamənin Cavabdeh2 verilməsinin əsl məqsədinin sonuncu və iddiaçı tərəfindən gizlədilməyə çalışılmasına, iddiaçı və Cavabdeh2 izahatlarının həqiqəti əks etdiri b-etdirməməsinə, həmin izahatların ziddiyyətli olmasına da apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qızı Cavabdeh2 etibarnaməni çıxarışın alınması üçün verdiyini qeyd etsə də, sonradan apellyasiya məhkəməsində etibarnaməni pensiya işlərini həll etməsi üçün verdiyini bildirmiş, Cavabdeh2 isə iddiaçı tərəfindən etibarnamənin ona bütün işlərinin görülməsi üçün, daha sonra isə anasının pensiya işlərini həll etməsi üçün verdiyini, həmin etibarnamə ilə ilk olaraq hətta Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə iclaslarında anasının nümayəndəsi qismində iştirak etməsini, anasına məxsus vaxtı keçmiş bank kartını banka müraciət edərək yenisi ilə dəyişməsini qeyd etsə də, apellyasiya məhkəməsində verdiyi izahat ında etibarnamədən yalnız mənzili qardaşına bağışlaması barədə bağışlama müqaviləsinin tərtib edilməsi zamanı istifadə etdiyini bildirmişdir.
84. Lakin bu halda apellyasiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli etibarnamədə iddiaçının Cavabdeh2 onu məhkəmələrdə təmsil etmək səlahiyyəti verməməsinə, həmçinin Cavabdeh2 izahatında qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsinə hüquqi qiymət verilməmiş, iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsində nə kimi mübahisəsinin olmasını, həmin mübahisənin hazırkı işlə bağlılığının olub-olmamasını aydınlaşdırmamışdır.
85. Həmçinin Cavabdeh3 iddiaya qarşı etiraszında, vaxtı ilə anasının öz şəxsi istəyi ilə onu yaşadığı mənzilə dəvət edərək birlikdə yaşamağı təklif etməsini, onun da ailəsi ilə birlikdə həmin mənzil ə köçməsini, hadisələrin hazırkı məqama gəlib çatmasına səbəbin onun bacısı Sevdanın ailəsinin dağılması ilə bağlı olduğunu, bacısı Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola bildiyini qeyd etsə də, apellyasiya instansiya məhkəməsi həmin halları, o cümlədən Cavabdeh3 mənzilə hansı tarixdən köçməsini, iddiaçının məhz Cavabdeh3la münasibətlərinin yaxşı olduğu həmin vaxt bağışlama müqaviləsindən məlumatlı olubolmamasını aydınlaşdırmamışdır.
86. Eyni zamanda, Cavabdeh2 keçmiş əri, onun qardaşı Cavabdeh3 qaynı olduğuna görə, ərindən hansı tarixdə boşanması, qardaşı Cavabdeh3la Cavabdeh2 və iddiaçının münasibətlərinin hansı vaxtdan pozulması hazırkı iddia tələbinin həlli və müddətlərin müəyyən edilməsi baxımından əhəmiyyə t kəsb etsə də, həm də belə olan halda Cavabdeh2 bağışlama müqaviləsi barədə anasına məlumat verməməsi ağlabatan olmadığından, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılaraq hüquqi qiymət verilməli idi.
87. Həmçinin Cavabdeh2 “boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola biləcəyi” ilə bağlı Cavabdeh3 fikrini təkzib edərək, onun özünün iki otaqlı mənzilinin olduğunu bildirsə də, həmin hala dair məhkəməyə hər hansı sübut təqdim etməməsinə məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir.
88. Bundan başq iddiaçı apellyasiya məhkəməsində verdiyi izahatında oğlu Kamilin ailəsi ilə bir yerdə yaşaya bilmədiyini, uzun müddət, iki ilə yaxın küsülü yaşadığını, qızı Sevda boşanandan sonra onu mənzildən çıxardıqları nı bildirsə də, iddiaçının uzun müddət Cavabdeh3 və onun ailəsi ilə birlikdə yaşadığı halda bağışlama müqaviləsindən xəbərsiz olmasını bildirməsinin real və inandırıcı olub-olmamasına, bu halda kəsici müddətin keçibkeçməməsinə məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında da göstərilən hüquqi mövqeyə görə burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məh kəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: a) həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; b) müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına ba xmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
90. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığına dair işi n hallarına, bağışlanma müqaviləsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməklə bağlanmasına baxmayaraq, həmin müqavilənin etibarsızlığı üçün iradə ifadəsinin zədələnməsi ilə bağlı hallara məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.
91. Məhkəmə kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
92. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması eh timal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
93. Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 12 mart 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququn u itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyatakeçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
94. Oxşar hü quqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında da əks etdirilmişdir. Həmin qərarda göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulm adığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
95. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin bağlanmasından məlumatsız olduğunu bildirsə də, oğlu Cavabdeh3 və ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamasını, lakin qızı Sevda boşanandan sonra onlarla bir yerdə yaşaya bilmədiyini, uzun müddət, iki ilə yaxın küsülü yaşamasını, qızı Sevda boşanandan sonra onu mənzildən çıxarmalarını öz izahatında bildirsə də, nə səbəbdən öz mülkiyyəti kimi qəbul etdiyi mənzilindən oğlu Cavabdeh3 ailə üzvləri ilə birlikdə çıxarılmağa cəhd göstərmədiyini açıqlamamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan halların mü əyyən edilməsi əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddətinin ötürülüb-ötürülməməsinin müəyyən edilməsi baxımından da əhəmiyyət kəsb edir.
96. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir.
97. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
98. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
99. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
100. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
101. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
102. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən q əbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
103. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
104. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş qeyd olunan h issədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
105. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməli, qəbul edilən yekun qərardan asılı olaraq tərəflərə bundan sonraki hərəkətləri ilə bağlı hüquqları izah edilməlidir.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1448/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.