Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2550/2020 20.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili X2 iştirakı ilə, Cavabdeh Mənzil Tikinti Kooperativitərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11961/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim Gült əkin Əsədova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Mənzil Tikinti Kooperativindən 25345 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “ödənilmiş pul vəsaitinin tutulması və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia həcminin art ırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativindən 42725 manat, su, elektrik və qaz sayğaclarının quraşdırılması üçün ödənilən 1000 manat, mənəvi ziyan olaraq 10000 manat olmaqla, cəmi 53725 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə onun arasında bağlanmış xx xxxx 2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, H.Əliyev küçəsi, 945 məhəlləsində inşa edilən (inşa edilmiş) bina 1, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 130,23 kvadrat metrdən ibarət, 3 otaqlı 63 nömrəli mənzili ona təhvil verməyi, bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə mənzilin 1 kvadrat metr sahəsinin qiyməti 1500 manat olmaqla, müqavilənin qiyməti cəmi 19345 manat müəyyən edilməklə 45345 manat onun şəxsi vəsaiti hesabına, qalan 150000 manat isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə xx xxxx 2016-cı il tarixli təminatlı kredit müqaviləsi əsasında ödənilməli idi. xx xxxx 2016-cı il tarixdə 45345 manat məbləğində pul vəsaitini Cavabdeh Mənzil Tikinti Kooperativinə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə isə cəmi 17430 manat məbləğində pul ödəmişdir. Lakin sonradan onun və vali deynlərinin maddi vəziyyəti pisləşdiyinə görə banka hər ay ödəməli olduğu pulu ödəyə bilmədilər. Buna görə də, cavabdehlərdən ödədiyi pulları tələb etsələr də, Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilən 45345 manat məbləğində pulun 20000 manat hissəsini qaytarmaqla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə xx xxxx 2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən onun öhdəliklərini öz üzərinə götürmüşdür. Cavabdeh qalan 25345 manat və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilən 17380 manat məbləğində pulu geri qaytarmadığına görə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Mənzil Tikinti Kooperativikassasiya şikayəti ve rərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxsin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, tələbin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisləndirilməmişdir. Ona görə də, mübahisələndirilməyən hissələr hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi cavabdehin MTK-nın kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2016cı il tarixli müqavilənin məzmunundan və surətindən görünür ki, Bakı şəhəri, H.Əliyev küçəsi, 945 məhəlləsində inşa edilən (inşa edilmiş) bina 1, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 130,23 kvadrat metrdən ibarət, 3 otaqlı 63 nömrəli mənzili ona təhvil verməyi, bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə mənzilin 1 kvadrat metr sahəsinin qiyməti 1500 manat olmaqla, müqavilənin qiyməti cəmi 195345 manat müəyyən edilmişdir. İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsinin məzmunundan və surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün 150000 manat məbləğində kredit verilməsini borc verən, bu müqavilədə göstərilən müddətdə və qaydada kred iti, kredit üzrə hesablanacaq faizləri isə borc alan öhdələrinə götürmüşlər. xx xxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, 195345 manat müəyyən edilmiş müqavilə qiymətinin 45345 manat onun şəxsi vəsaiti hesabına ödənilmiş, qalan 150000 manat isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə xx xxxx 2016cı il tarixli təminatlı kredit müqaviləsi əsasında ödənilməli idi. xx xxxx 2016-cı il tarixdən başlayaraq xx xxxx 2017-ci il tarixədək olan müddət ərzində 12 adda mədaxil qəbzlərindən görünür ki, İddiaçı müvafiq müqavilə üzrə 17430 manat məbləğində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödəniş etmişdir. İddiaçı (onun əvəzinə etibarnamə əsasında nümayəndəsi İddiaçı) tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixl i notariat qaydasında təsdiq edilmiş ərizənin məzmunundan görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin inşa etdiyi xx xxxx 2016-cı il tarixli müqaviləyə əsasən adına olan Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllə, bina 1, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, sahəsi 130,23 kvadrat metr olan 63 nömrəli mənzilin və kooperativdəki payının digər şəxsin adına keçməsinə etiraz etməmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi 63 nömrəli mənzilin geri götürüldüyü üçün əvəzində İddiaçı atasına 20000 manat məbləğində pul vəsaiti ödəmiş və əlavə olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin 12-xxxx-2016-AF-BP nömrəli Təminatlı Kredit Müqavilə sinə əsasən İddiaçı öhdəliklərini öz üzərinə götürmüşdür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx xxxxxxxx 2018-ci il tarixli məktubun məzmunundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Müştəri xidməti departamentinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ona xx xxxx 2016-cı il tarixli 12-xxxx-2016-AF-BP nömrəli kredit müqaviləsinə əsasən mənzilin alınması üçün 150000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə krediti qaytarmaq və hesablanmış faizləri ödəmək öhdəliyi müstəqil öhdəlik olmaqla onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında ərizəsində istinad etdiyi mənzillə əlaqədar yaranmış münasibətlərdən asılı edilməmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən həmin mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativinə qaytarılacağı və ya digər şəxsə özgəninkiləşdiriləcəyi təqdirdə kredit müqaviləsi üzrə banka ödənilmiş vəsaitlərin ona geri qaytarılması barədə bankın öhdəliyi və ya onun belə bir tələb irəli sürmək hüququ mövcud deyildir. Belə ki, kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq həmin müqavilə üzrə banka ödədiyi 17380 manat vəsaitin 14897,92 manat hissəsi faiz borcunun ödənilməsinə, 2482,08 manat hissəsi isə əsas borcun qaytarılmasına yönəldilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, kredit müqaviləsi üzrə banka ödənilmiş vəsaitlərin bank tərəfindən ona geri qaytarılması mümkün deyildir. x xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, H.Əliyev kü çəsi, 945 məhəlləsində inşa edilən (inşa edilmiş) bina 1, mərtəbə 8, ümumi sahəsi 130,23 kvadrat metrdən ibarət, 3 otaqlı 63 nömrəli mənzili iddiaçıya təhvil verməyi,bunun qarşılığında cəmiyyətə 195345 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı MTK-ya müqavilə üzrə 45345 manat pul ödəmiş, mənzilin alınması üçün qalan 150.000 manat məbləğində kredit iddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsi üzrə verilmiş, borc alan iddiaçı müqavilə üzrə krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan alqı-satqı müqaviləsi ləğv olunmuş, mənzil üçüncü şəxsə satılmışdır. Cavabdeh MTK müqavilə üzrə ödənilmiş 453xx xxxxxxxx 20000 manatı iddiaçıya geri qaytarmışdır. Apelyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hissə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ödənilməmiş 25345 manatın geri qaytarılmasını tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır. x xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin ləğv edilməsi halında, Alıcı tərəfindən Cəmiyyətə ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar Cəmiyyətin birbaşa və dolaylı bütün məsrəfləri və xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin tələbləri) çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Alıcıya qaytarılacaq. İddiaçı həmin mənzilin üçüncü şəxslərə satılmasına etirazının olmaması barədə ərizə ilə MTK-ya müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həmin mənzil üçüncü şəxsə satılmışdır. Apelyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin mənzilin üçüncü şəxsə satılması ilə bağlı banka məlumat verilmiş, həmin mənzil üzrə ödənişlər hazırda üçüncü şəxs tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə şərtinə uyğun olaraq, mənzilin üçüncü şəxsə satılması və onun tərəfindən artıq ödənişlərin edilməsi ilə bağlı MTK ödənilmiş vəsaiti iddiaçıya geri qaytarmalıdır. Eyni zamanda MTK həmin şərtdə qeyd olunan müqavilə şərtlərinin pozulması ilə əlaqədar ona ziyan dəyməsi halını sübut etmədiyi, nəzərdə tutulmuş cərimələr və dəymiş ziyanla bağlı heç bir sübut təqdim etmədiyi üçün alğı-satqı zamanı ödənilmiş 45345 manat məbləğdən indiyədək ödənilmiş 20000 manat çıxılmaqla qalan 25345 manat bütünlüklə geri qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində göstərilənlərlə bağlı qeyd etmişdir ki, cavabdehin istinad etdiyi razılaşma geri qaytarılmalı məbləğin müəyyən hissəsinin MTK-ya güzəşt edilməsi ilə əlaqədar heç bir şərti özündə ehtiva etmir. Mülki işin 24-cü səhifəsində olan həmin razılaşmadan da görünür ki, MTK iddiaçıya mənzilin geri qaytarılması ilə əlaqədar 20000 manat məbləğində pulu ödəyir. Qeyd olunan ra zılaşma müqavilə qüvvəsinə malik deyil, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin müddəalarının dəyişdirilməsinə səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apelyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında mənzilə dair müqavilə ləğv olunduqdan sonra cavabdehin pul vəsai tini özündə saxlaması əsassız hesab olunur. Ona görə həmin vəsaitin geri qaytarılması barədə qənaət əsaslıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apelly asiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi cavabdehin MTK-nın kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Mənzil Tikinti Kooperativinin kassa siya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11961/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2550/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2550/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver