Məhkəmə qərarları › İş №2(102)-2550/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2550/2021

31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2550/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayəti verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Ərizəçinin vəkili xxx oğlunun, Kassatorun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 2(103)2486/2021 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(006)-4030/2016 nömrəli qətnaməsi ilə (hakim P.A.Hüseynov) Ərizəçi xüsusi icraat qaydasında ərizəsi təmin olunmuş, xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi doğum yerinin Bakı şəhəri olması faktı müəyyən edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(103)-7786/2020 nömrəli qərardadı ilə mümkün hesab edilsə və baxılmasına da ir məhkəmə iclası təyin edilsə də, həmin Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(103)2486/2021 nömrəli qərardadı ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiyanın mümkünlüyü barədə xx xxxxxxx 2020-ci il tarixli qərardad ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(006)-4030/2016 nömrəli qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-2486/2021 nömrəli qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərinin aparılması üçün mülki işi apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs valideynləri xxx və X3 Federasiyasında Ərizəçi sifarişi ilə qətlə yetirilmişlər. Həmin cinayət işi üzrə Maraqlı şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Ərizəçi Rusiya Federasiyası ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşıdır. Qətlin icraçıları məsuliyyətə cəlb olunsa da, ərizəçi ibtidai istintaqdan qaçıb gizləndiyi üçün onun istintaqa cəlb olunması mümkün olmamışdır. Rusiya Federasiyasında ərizəçi barəsində axtarış elan olun muş, onun tutulması üçün Azərbaycan Respublikasına sorğu verilmiş, lakin Ərizəçi Rusiya Federasiyası ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə onun Rusiya Federasiyasına verilməsindən imtina olunmuşdur. Vəkil tərəfindən aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, Ərizəçi ilk dəfə 2003-cü ildə Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunarkən saxta doğum haqqında şəhadətnaməsinin təkrar nüsxəsindən istifadə etmişdir. Belə ki, doğum haqqında akt qeydləri kitabında ərizəçinin ünvan 1 kəndində anadan olması qeyd olunsa da, xx xxxxxxx 2003-cü il tarixdə ünvan 1 rayonunda verilmiş doğum haqqında şəhadətnamənin dublikatında onun Bakı şəhərində doğulması qeyd olunmuşdur. Həmçinin aktların qeydiyyatı kitabında ərizəçiyə doğum haqqında şəhadətnamənin dublikatının verilməsi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Sonradan Ərizəçi doğum yerinin Bakı şəhəri olması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnamə qəbul olunmuşdur. Qətnamə Maraqlı şəxs maraqlarına toxunduğu üçün qətnamədən apellyasiya şikayəti verilmişdir. Belə ki, həmin qətnamə Ərizəçi məsuliyyətdən yayınması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasında kassator Maraqlı şəxs vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili xxx oğlu kassasiya şikayətinin d əlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. İş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs məhz Azərbaycan Respublikası MPM-in 357.2-ci maddəsinə uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(006)-4030/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 357, 363.1.1 və 366.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Maraqlı şəxs valideynləri xxx və xxxnın xx xxxxxx 2007-ci il tarixdə ünvan 1 rayonunun ünvan 1 kəndində yaşadıqları evdə odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi hadisəsində Ərizəçi təqsirli olması barədə kassator tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. Sonuncunun məhkəməyə təqdim etdiyi xxx və xxxun barəsində Rusiya Federasiyası Ali Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı, Ərizəçi barəsində beynəlxalq axtarış elan olunması barədə x xxxxxx 2015-ci il tarixli qərar, Ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında RF Yessentuki Şəhər Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarı xxx adlı şəxsin xx xxxxx 2010-cu il tarixdə Moskva şəhərində qəsdən öldürülməsi barədə cinayət işi üzrə çıxarılmışdır. Həmçinin Maraqlı şəxs valideynlərinin qəsdən öldürülməsində Ərizəçi təqsiri sübuta yetirildiyi təqdirdə onun Azərbaycan Respublikasının vətəndaşı olması cinayət məsuliyyətindən kənarda qalmasına səbəb ola bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan sənədlərə istinad etsə də, nəzərə almamışdır ki, kassatorun təqdim etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğunun Maraqlı şəxs ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubuna əsasən Ərizəçi Rusiya Federasiyası CM-in 105-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirləndirildiyinə görə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa elan edildiyi üçün x xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Ərizəçi Azərbaycan Respu blikasının vətəndaşı olduğuna görə (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2019-cu il tarixli arayışı) həbs edilməmişdir. Ərizəçi müəyyən edilməsi barədə RF-nın Baş Prokurorluğuna məlumat verilmiş, cavab olaraq barəsində olan cinayət işinin gələcəkdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məsələsinə baxılması Dağıstan Respublikasının Prokurorluğuna göstəriş verilməsi barədə bildirilmişdir. İş materiallarında olan Rusiya Federasiyası İstintaq Komitəsinin X2 üzrə Baş İstintaq İdarəsinin xx xxxx 2020-ci il tarixli məktuba əsasən xx xxxxxx 2007-ci il tarixli qərarla xxx və xxxin qətlə yetirilmələri faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi və 222-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanılmışd ır. İbtidai istintaqla müəyyən edilmişdir ki, xx xxxxxx 2007-ci il tarixdə şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən “xxxx” QSC-nin direktoru xxx və onun həyat yoldaşı xxx yaşadıqları ünvanda odlu silahdan atəş açılmaqla qətlə yetirilmişlər. xx xxxxxx 2015-ci il tarixdə cinayəti törətmiş şəxs müəyyən edilməməsi səbəbindən ibtidai istintaq dayandırılmışdır. İbtidai istintaq zamanı baş vermiş hadisənin bir neçə fərziyyəsi araşdırılmışdır. O cümlədən, aralarında hər hansı münasibətlər olmadığı halda “xxxx” QSC-nin adından Kabardin-Balkar Respublikasının “xxxx” MMC-yə Dağıstan Respublikası, ünvan 1 şəhər sakini Ərizəçi tərəfindən spirtli içkilərin təchizatı və satışı həyata keçirildiyi və bu barədə xxx xəbər tutduğu üçün cinayətin törədilməsində Ərizəçi aidiyyəti araşdırılmışdır. “xxxx” QSC -nin sənədləri saxtalaşdırılmış, bunun nəticəsi olaraq vergi orqanları tərəfindən xüsusilə külli miqdarda əlavə dəyər vergisi və mənfəət vergisinin ödənilməsi tələb edilmişdir. xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi bu cinayətin törədilməsində aidiyyətini yoxlamaq mümkün olmamışdır. Belə ki, o, 344183 nömrəli başqa cinayət işi üzrə RF Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “e”, “j” bəndləri və 222-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, istintaq orqanlarından gizlənmiş və hazırda beynəlxalq axtarışdadır. X1 şəhər məhkəməsi tərəfindən Ərizəçi barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi Maraqlı şəxs valideynlərinin qətlə yetirilməsində aidi yyətinin olması istintaq fərziyyələrinin biri kimi araşdırılmış və o, istintaqdan yayındığı üçün bunu yoxlamaq mümkün olmamışdır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə həbs olunmamış və Rusiya Federasiyasına verilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sənədləri tam nəzərə almadan birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayəti verən şəxsin hüquq və vəzifələrinə toxunmaması qənaətinə gəldiyi üçün kassasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 2(103)-2486/2021 nömrəli qərardadı ləğv edilsin və iş Maraqlı şəxs apellyasiyasının mümkünlüyünə yenidən hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar