Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2550/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 5 nömrəli Uşaq Somatik Sanatoriyasına qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 5 nömrəli X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1571/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh 5 nömrəli X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 nömrəli X4 baş həkimi X3 əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 97k nömrəli əmrinin ləğv edilməsi; onun həmin təşkilatda əvvəlki vəzifəsinə - tərbiyəçi vəzifəsinə bərpa olunması; cavabdehdən məcburi işburaxma müddəti üçün əmək haqqının və 60 manat mediasiya rüsumunun tutulması; pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 300 ma nat məbləğində pulun cavabdeh 5 nömrəli X2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(008)6498/2024 saylı qətnaməsi ilə (hakim - Şəbnur Qədirova) iddianın təmin edilməsi, cavabdeh 5 nömrəli X4 “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 97k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 5 nömrəli X5 tərbiyəçi vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (xx.xx.2024-cü il tarixdən hazırkı qətnamə icra edildiyi günədək) orta əmək haqqının cavabdeh 5 nömrəli X2 alınaraq ona ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 60 manat və vəkillə bağlanan müqavilə üçün ödənilmiş 300 manat məbləğində pulun cavabdeh 5 nömrəli X2 alınaraq İ ddiaçı ödənilməsi, cavabdeh 5 nömrəli X2 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh 5 nömrəli X7 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1571/2025 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(008)- 6498/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 5. 09.06.2025-ci il tarixdə cavabdeh 5 nömrəli X7 (vəkil – Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1571/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Fərrux Qasımov) 17 iyun 2025-ci il tarixli, 2(103)1571/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1571/2025 saylı qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 1 aprel 2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin 5 nömrəli X7 (vəkil – Vəkil2) tərəfindən kassasiya şikayəti elektron kabinet vasitəsilə 9 iyun 2025-ci il tarixdə verilmişdir. Başqa sözlə, şikayət qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülməklə verilmişdir. İddiaçının nümayəndəsi və vəkilinin müddətin ötürülməsi ilə bağlı ərizəsinə cavab olaraq cavabdehin nümayəndəsi və vəkili etirazında ona qətnamə barədə bildirişin 9 aprel 2025-ci il tarixdə göndərildiyini bildirsə də, kollegiya bununla bağlı sübut təqdim edilmədiyini nəzərə alaraq qeyd olunan dəlili əsassız hesab etmişdir. Çünki işdə olan elektron informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, mübahisələndirilən qətnamə elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1, 408.1.4, 130.3-cü maddələrə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qa rşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh (vəkil – Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfə məhkəmə aktını göndərdiyi tarixi inkar etsə də, bu elektron kabinetdə tam görünür. Hazırkı qərardad da elektron kabinetə 21 iyun 2025 tarixdə yerləşdirildiyi halda, məhkəmə bildirişi 29 iyunda göndərmişdir. Məhkəmə tərəfindən MPM-nin 4,8,9, 134,135.6-cı maddələri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
13. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
14. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Kassasiya baxışının hədləri
15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəm əsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Kollegiya bildirir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıda göstərilən qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmaqla, işdə olan sübutlara istinad olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
19. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1571/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.